Dövlətin müasir səhiyyə sistemi Heydər Əliyevin irsidir
Ölkə
Oxunub: 249
3 may 2023 | 10:56

“R-Pharm” zavodu və “Servier-Azərbaycan” şirkəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçiriblər.

Azərbaycanda səhiyyə sahəsinin uğurlu inkişafı, tibbi kadrların hazırlanması və müasir Azərbaycanın mütərəqqi səhiyyə sistemi bilavasitə Azərbaycan elminin inkişafına və təhsilinə hər zaman xüsusi diqqət göstərən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra qısa müddət ərzində səhiyyə sahəsində əldə olunan mühüm nailiyyətlər həm də onunla izah olunur ki, Heydər Əliyev 1969-1982-ci illərdə respublikamızın lideri, 1982-1987-ci illərdə SSRİ-nin rəhbərlərindən biri olan zaman həyatın digər sahələri ilə yanaşı, səhiyyəmizin də yaxşılaşmasını təmin etmiş və onun hərtərəfli inkişafı üçün bütün mümkün tədbirləri həyata keçirib. Onun bilavasitə rəhbərliyi, diqqəti və dəstəyi sayəsində səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görülüb, səhiyyə sistemində çoxsaylı islahatlar aparılıb. Bu işdə, ilk növbədə, səhiyyənin normativ-hüquqi bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə çatdırılması daim diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə Milli Məclis “Əczaçılıq fəaliyyəti haqqında”, “Özəl tibbi fəaliyyət haqqında”, “Tibbi sığorta haqqında” və bir sıra digər qanunlar hazırlayıb və təsdiq edib. Ölkə prezidentinin “Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 13 mart 1998-ci il tarixli Sərəncamı səhiyyənin bütün sahələrində islahatların daha geniş və daha sürətli aparılmasına şərait yaradıb. Keçid dövrü ərzində səhiyyədə mütərəqqi dəyişikliklərin edilməsi və yeni səhiyyə sisteminin yaradılması məqsədilə 1994-cü ilin dekabrında ölkə prezidenti və UNICEF rəhbərliyi “Əməkdaşlıq Proqramı” imzalayıblar. İslahatların əsas nailiyyətlərindən biri gələcəkdə özəl səhiyyə sisteminin və sığorta sisteminin tətbiq edilməsindən ibarət olub. Bu istiqamətlərdə normativ-hüquqi baza yaradılmış, “Özəl tibbi fəaliyyət haqqında” qanun qüvvəyə minib və “Tibbi sığorta haqqında” qanun qəbul edilib.

Aparılan islahatlar, eləcə də beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən genişmiqyaslı təşkilati və müalicə-profilaktika tədbirləri nəticəsində ölkədə xəstələrin sayı kəskin surətdə azalıb. Məhz bu islahatlar sayəsində respublikada uzunömürlülük və reprodiktivlik göstəriciləri xeyli yaxşılaşıb, həyat keyfiyyətinin yaxşılaşdırılması tempinə görə isə Azərbaycan haqlı olaraq indi dünyanın qabaqcıl ölkələri sırasındadır.

Bu gün müasir Azərbaycan XXI əsrin əsas çağırışlarına layiqincə cavab verərək, xalqın sağlamlığını dövlətin inkişafının prioritet hədəflərindən birinə çevirir.

10 may 2023-cü ildə Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 100 illiyi tamam olur və 2023-cü il Azərbaycanda “Heydər Əliyev ili” elan olunub.

Bununla əlaqədar, bütün ölkə üzrə başlıca məqsədi ətraf mühitin qorunmasına, təbiətin mühafizəsinə və ölkə ictimaiyyətinin diqqətini yaşıllaşdırmanın əhəmiyyətinə yönəltməkdən ibarət olan çoxsaylı ağacəkmə tədbirləri həyata keçirilir.

“R-Pharm” Şirkətlər Qrupunun Əczaçılıq Zavodu da Azərbaycandakı tərəfdaşı “Servier Azərbaycan” şirkəti ilə birlikdə bu genişmiqyaslı ekoloji aksiyaya qoşulublar. Belə ki, hər iki şirkətin işçiləri “R-Pharm” zavodunun ərazisində 100 ədəd bənövşəyi ərkəvan fidanı əkiblər.

Bu ağacların seçilməsi təsadüfi deyil. Bahar vaxtı çiçəkləyən bu ağacların al-əlvan rənglərinin xoş və gözoxşayan görünüşə malik olması ilə yanaşı, ərkəvan ağacı həm də yenilənmənin və yenidən dirçəlmənin canlı simvoludur. Bənövşəyi ərkəvanın da çiçəklənmə dövrü aprelin sonu - mayın əvvəlində, məhz Heydər Əliyevin doğum günü ərəfəsində başlayır.

Aksiya başa çatdıqdan sonra bu milli ənənəyə çevrilən təşəbbüsün xatirəsini uzun illər yaşadacaq xatirə lövhəsi qoyulub.
23-10-2026, 11:33
Daimi Nümayəndəlik: Mina təhlükəsinin aradan qaldırılması davamlı beynəlxalq həmrəylik tələb edir
23-10-2026, 11:29
Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb
23-10-2026, 11:26
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib
23-10-2026, 11:23
İsa Həbibbəyli: Akademik Ədilə Namazova Azərbaycan tibb elminin inkişafına öz möhürünü vurub
23-10-2026, 11:20
AMEA Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
23-10-2026, 11:17
Tədqiqatçılar üçün təlim: akademik mühitdə süni intellektdən istifadənin etik prinsiplərndən bəhs olunub
23-10-2026, 11:16
Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni nömrəsi nəşr olunub
23-10-2026, 11:14
Azərbaycan nefti 121 dollardan baha satılır
23-10-2026, 11:13
Yaxın günlərdə metronun “İçərişəhər” stansiyasından “Həzi Aslanov”a qatarlar birbaşa hərəkət edəcək
23-10-2026, 11:11
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
23-10-2026, 11:10
Azərbaycan BMT-də dini abidələrin dağıdılması ilə bağlı xüsusi məruzəçini qərəzli yanaşmada ittiham edib
23-10-2026, 11:09
Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır
23-10-2026, 11:07
“SOCGOV 2026” - Sosial xidmətlərin gələcəyi bu gün Xankəndidə müzakirə olunur
23-10-2026, 11:05
BDYPİ piyadalara növbəti dəfə çağırış edib
22-10-2026, 12:35
Məşhur televiziya tamaşalarının rəssamı Rəfail Əlizadənin yaradıcılıq sərgisi açılıb
22-10-2026, 12:31
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22-10-2026, 12:30
Milli Məclis Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib
22-10-2026, 12:29
Prezidentin Mətbuat Xidmətinin məlumatı
22-10-2026, 12:17
Akademik Nizami Cəfərov: Yeni dərs vəsaiti Birinci Türkoloji Qurultayın elmi məzmununu araşdırır
22-10-2026, 12:06
XII Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günü zəngin ədəbi proqramla davam edir
22-10-2026, 12:02
Stokholmda Böyük İpək Yolunun turizm imkanları təqdim edilib
22-10-2026, 11:59
Berlində Azərbaycan və Özbəkistanın birgə turizm marşrutları təqdim olunub
22-10-2026, 11:55
Azərbaycanın çoxşaxəli xarici siyasəti milli maraqların qorunmasına xidmət edir
22-10-2026, 11:54
Günay Əfəndiyeva: Vahid informasiya məkanının formalaşdırılması Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır
22-10-2026, 11:49
Azərbaycan və İndoneziya arasında siyasi məsləhətləşmələr keçirilib
22-10-2026, 11:38
Azərbaycan ABŞ-də keçirilən Dreyk Forumunda təmsil olunub
22-10-2026, 11:32
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edilib
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031