Aeroport yolundakı qəza baş verən yerdə hərəkət düzgün təşkil olunmayıb - Ekspert
Ölkə
Oxunub: 357
13 okt 2021 | 13:04
Bakı. Fərid Zöhrabov - Trend:

Son zamanlar Bakıda ölümlə nəticələnən ağır yol qəzalarının sayı artıb. Bu gün səhər aeroport yolunda yük avtomobili ilə sərnişin avtobusunun toqquşması 5 nəfərin həyatına son qoydu. 20-dən çox şəxs hazırda xəstəxanadadır.

Artan avtomobil qəzalarının səbəbləri ilə bağlı Trend-ə nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov danışıb.

Ekspert bildirib ki, yollarda sürücülərin sürət həddini aşması, ötmə, sərxoş vəziyyətdə avtomobil idarə etmək, qarşı hərəkət zolağına çıxma, yuxulu halda avtomobil idarə etmək bu cür hadisələrin baş verməsinə səbəb olur:

"Bu gün baş verən qəzada yük avtomobili ilə avtobus toqquşub. Görünən odur ki, avtomobillərin ikisi də kommersiya məqsədli nəqliyyat vasitəsidir. Hər iki avtomobilin istismarı üçün ciddi qaydalar var. Bu qaydalara necə riayət olunduğunu bilmirik. Bunlar ciddi araşdırılmalıdır.

Hadisə hava limanı yolunda baş verib. Qəzanın baş verdiyi yolda yüksək sürət həddi var. Həmin yolda sərnişin avtomobilindən tutmuş yük avtomobilinə qədər yüksək sürətlə hərəkət edirlər. Yüksək sürət belə dəhşətli qəzaların baş verməsinə səbəb olur. Qəza baş verən yerdə hərəkət düzgün təşkil olunmayıb. Belə sürətli yollarda avtobus marşurutunun hərəkətinin təşkilinə daha diqqətli yanaşmaq lazımdır.

Yük avtomobili reysə çıxmazdan əvvəl texniki yoxlanışdan keçməlidir. Onun sürücüsünün sağlamlığı həkim tərəfindən yoxlanılmalıdır. Qəza hadisəsi araşdırılanda əminəm ki, çoxlu məsuliyyətsiz hərəkətlər üzə çıxacaq".

Qeyd edək ki, bu gün səhər saatlarında Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb. Qəza nəticəsində 5 nəfərin ölüdüyü, 21 nəfərin yaralandığı bildirilir.
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930