Ankaradakı beynəlxalq xeyriyyə tədbirində ən çox üstünlük Azərbaycan plovuna verilib
Mədəniyyət
Oxunub: 228
11 dek 2023 | 11:23

Bu gün Türkiyənin paytaxtı Ankarada “Sheraton Otel”də Türkiyə Xarici İşlər Tərəfdaşları Xanımlarının Həmrəylik Dərnəyinin (DMEDD) rəhbərliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə beynəlxalq tədbir keçirilib.

“Report”un Ankara Bürosunun verdiyi xəbərə görə, beynəlxalq xeyriyyə bazarında Ankarada fəaliyyət göstərən 40-dan çox ölkənin diplomatik nümayəndələri, onların həyat yoldaşları iştirak edib, o cümlədən mətbuat nümayəndələri, paytaxt sakinləri qatılıblar.

Tədbirdə Azərbaycanın Türkiyədəki Səfirliyinin təşkilatçılığı ilə iki stenddə ölkəmizə məxsus məhsullar nümayiş etdirilib. Səfir Rəşad Məmmədovun xanımı Günel Məmmədovanın rəhbərliyi ilə təşkil olunan stendlərdən birində Azərbaycanın çeşidli milli yeməkləri, digərində ölkəmizə məxsus müxtəlif konservləşdirilmiş məhsullar, şərab növləri, kiçik xalça nümunələri və digər suvenirlər nümayiş olunub.

Sərgidə əsasən Asiya ölkələrinə məxsus çeşidli plovlar olsa da, ən çox üstünlük Azərbaycan plovuna verilib. Bundan başqa Azərbaycan şərabları da ziyarətçilərin marağına səbəb olub.

Tədbirin bədii hissəsində Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Tailand, Çin, Filippin, Banqladeşə məxsus rəqs və şou nümunələri təqdim edilib. Azərbaycan milli rəqsləri rəğbətlə alqışlanıb.

Türkiyə Xarici İşlər Tərəfdaşları Xanımlarının Həmrəylik Dərnəyinin (DMEDD) rəhbəri Şebnem Akçapar “Report”un Ankara bürosuna bildirib ki, tədbirin ərsəyə gəlməsində rəhbərlik etdiyi təşkilatın, o cümlədən xaricdə və Ankarada fəaliyyət göstərən diplomatik nümayəndəliklərin mənsublarının və həyat yoldaşlarının 8 aylıq əməyi var.



Ankarada fəaliyyət göstərən Azərbaycan, Küveyt, İraq, Makedoniya, Özbəkistan, Şimali Kipr Türk Cümhuriyyəti, Niderland, Dominikan, Filippin, İran stendində təmsil olunan diplomatik nümayəndələr “Report”a açıqlamalarında xeyriyyə tədbirini yüksək dəyərləndiriblər.

Qeyd edək ki, DMEDD 24 sentyabr 1981-ci ildə Türkiyənin xaricdəki nümayəndəliklərində xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan diplomatların və digər nazirlik işçilərinin həyat yoldaşlarının, övladlarının çətin anlarında yanında olmaq məqsədi ilə yaradılıb.

Dərnək illər ərzində öz fəaliyyət sahələrini inkişaf etdirərək, xüsusilə təhsil və səhiyyə sahələrində bir çox yardım fəaliyyətləri həyata keçirib və bu fəaliyyətləri davam etdirir.



Dünən, 11:33
Daimi Nümayəndəlik: Mina təhlükəsinin aradan qaldırılması davamlı beynəlxalq həmrəylik tələb edir
Dünən, 11:29
Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb
Dünən, 11:26
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib
Dünən, 11:23
İsa Həbibbəyli: Akademik Ədilə Namazova Azərbaycan tibb elminin inkişafına öz möhürünü vurub
Dünən, 11:20
AMEA Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
Dünən, 11:17
Tədqiqatçılar üçün təlim: akademik mühitdə süni intellektdən istifadənin etik prinsiplərndən bəhs olunub
Dünən, 11:16
Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni nömrəsi nəşr olunub
Dünən, 11:14
Azərbaycan nefti 121 dollardan baha satılır
Dünən, 11:13
Yaxın günlərdə metronun “İçərişəhər” stansiyasından “Həzi Aslanov”a qatarlar birbaşa hərəkət edəcək
Dünən, 11:11
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycan BMT-də dini abidələrin dağıdılması ilə bağlı xüsusi məruzəçini qərəzli yanaşmada ittiham edib
Dünən, 11:09
Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır
Dünən, 11:07
“SOCGOV 2026” - Sosial xidmətlərin gələcəyi bu gün Xankəndidə müzakirə olunur
Dünən, 11:05
BDYPİ piyadalara növbəti dəfə çağırış edib
22-10-2026, 12:35
Məşhur televiziya tamaşalarının rəssamı Rəfail Əlizadənin yaradıcılıq sərgisi açılıb
22-10-2026, 12:31
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22-10-2026, 12:30
Milli Məclis Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib
22-10-2026, 12:29
Prezidentin Mətbuat Xidmətinin məlumatı
22-10-2026, 12:17
Akademik Nizami Cəfərov: Yeni dərs vəsaiti Birinci Türkoloji Qurultayın elmi məzmununu araşdırır
22-10-2026, 12:06
XII Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günü zəngin ədəbi proqramla davam edir
22-10-2026, 12:02
Stokholmda Böyük İpək Yolunun turizm imkanları təqdim edilib
22-10-2026, 11:59
Berlində Azərbaycan və Özbəkistanın birgə turizm marşrutları təqdim olunub
22-10-2026, 11:55
Azərbaycanın çoxşaxəli xarici siyasəti milli maraqların qorunmasına xidmət edir
22-10-2026, 11:54
Günay Əfəndiyeva: Vahid informasiya məkanının formalaşdırılması Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır
22-10-2026, 11:49
Azərbaycan və İndoneziya arasında siyasi məsləhətləşmələr keçirilib
22-10-2026, 11:38
Azərbaycan ABŞ-də keçirilən Dreyk Forumunda təmsil olunub
22-10-2026, 11:32
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edilib
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031