Nyu-Yorkda Azərbaycan xalçalarının sərgisi keçirilib

ABŞ-nin Nyu-York şəhərində Azərbaycan xalçalarının sərgisi keçirilib.
"Report"un ABŞ bürosu xəbər verir ki, "Davam etdirilən Ənənə" ("Sustainable Traditions") adlı altında keçirilən sərgi Azərbaycanın ABŞ-dəki səfirliyi və Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) birgə təşkilatçılığı, Nyu-Yorkdakı "Türk Evi"nin ev sahibliyi ilə baş tutub.
Sərgidə Azərbaycanın Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Türkiyənin Nyu-Yorkdakı baş konsul Reyhan Özgür, ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov, ABŞ-də fəaliyyət göstərən türk və azərbaycanlı diplomatlar, hər iki qardaş ölkənin diaspor aktivləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Sərginin açılışında çıxış edən USACC-nin icraçı direktoru Natiq Baxışov qonaqlara Azərbaycanın zəngin mədəni irsi olan xalçaçılıq məktəbi və xalçaları barədə ətraflı məlumat verib. Təşkilatçı bildirib ki, Azərxalça ilə ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) arasında əldə olunmuş razılığa əsasən ABŞ-də artıq üçünsü təşkil olunan sərgiyə maraq olduqca böyükdür: "İlk sərgimiz mart ayının 27-də Vaşinqtonda baş tutdu. Bu gün Nyu-Yorka keçirdiyimiz bu sərgi üçüncü ən böyük sərgimizdir. Nyu-Yorka üç kateqoriya üzrə klassik, ənənəvi və müasir üslubda toxunulmuş, keçmişin və bu günün vəhtədini özündə birləşdirən 30-a yaxın xalça gətirmişik. Layihə çərçivəsində ümumilikdə ABŞ-yə Azərbaycanın ucqar kənd rayonlarında xanımlar tərəfindən toxunan 76 xalça gətirmişdik və onlardan artıq 27 onlayn formada satılıb. "Shopify" onlayn satış şəbəkəsi ilə əldə olunmuş razılığa əsasən Azərbaycan xalçalarının ABŞ-də rəsmi olaraq satışı təsdiqlənib. Məqsədimiz bu layihəni davam olaraq həyata keçirərək kənd qadınlarının iqtisadi və sosial güclənməsinə töhfə verməkdir".
Sərginin açılışında çıxış edən Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim Türk evinin ABŞ-də Azərbaycan xalçalarına ev sahibliyi etməsinin simvolik məna daşıdığını qeyd edib. O, qardaşlıq bağlarının mədəni irsimizə siraət etdiyini, ortaq dəyərlərimizin bu bölgənin xalçalarına xüsusi çalarlar verdiyini, onun rəng kompozisiyasının həllinə çoxçeşidli boyalar bəxş etdiyini bildirib.
Səfir xüsusi zövqlə və əl əməyi ilə ərsəyə gələn Azərbaycan xalçalarının dünyada tanındığını deyib. X.İbrahim Azərbaycan xalçalarına amerikalıların böyük maraq göstərməsindən sevinc hissi keçirdiyini vurğulayıb.
Sərgidə çıxış edən Türkiyənin Nyu-Yorkdakı baş konsul Reyhan Özgür Türk evinin Azərbaycan mədəni irsinə ev sahibliyi etməsindən qürur hissi keçirdiyini bildirib.
Daha sonra qonaqlar Qarabağ, Gəncə-Qazax, Quba-Şirvan və Təbriz xalçaçılıq məktəblərinə aid müxtəlif ölçülü yun və ipək xalçaların nümayiş olunduğu sərgini gəzib, xalçalar barəsində ətraflı məlumat alıblar.
Amerikalı qonaqlar göz oxşayan naxışlı Azərbaycan xalçalarının fonunda foto çəkdiriblər.








23-10-2026, 11:33
Daimi Nümayəndəlik: Mina təhlükəsinin aradan qaldırılması davamlı beynəlxalq həmrəylik tələb edir
23-10-2026, 11:29
Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb
23-10-2026, 11:26
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib
23-10-2026, 11:23
İsa Həbibbəyli: Akademik Ədilə Namazova Azərbaycan tibb elminin inkişafına öz möhürünü vurub
23-10-2026, 11:20
AMEA Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
23-10-2026, 11:17
Tədqiqatçılar üçün təlim: akademik mühitdə süni intellektdən istifadənin etik prinsiplərndən bəhs olunub
23-10-2026, 11:16
Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni nömrəsi nəşr olunub
23-10-2026, 11:14
Azərbaycan nefti 121 dollardan baha satılır
23-10-2026, 11:13
Yaxın günlərdə metronun “İçərişəhər” stansiyasından “Həzi Aslanov”a qatarlar birbaşa hərəkət edəcək
23-10-2026, 11:11
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
23-10-2026, 11:10
Azərbaycan BMT-də dini abidələrin dağıdılması ilə bağlı xüsusi məruzəçini qərəzli yanaşmada ittiham edib
23-10-2026, 11:09
Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır
23-10-2026, 11:07
“SOCGOV 2026” - Sosial xidmətlərin gələcəyi bu gün Xankəndidə müzakirə olunur
23-10-2026, 11:05
BDYPİ piyadalara növbəti dəfə çağırış edib
22-10-2026, 12:35
Məşhur televiziya tamaşalarının rəssamı Rəfail Əlizadənin yaradıcılıq sərgisi açılıb
22-10-2026, 12:31
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22-10-2026, 12:30
Milli Məclis Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib
22-10-2026, 12:29
Prezidentin Mətbuat Xidmətinin məlumatı
22-10-2026, 12:17
Akademik Nizami Cəfərov: Yeni dərs vəsaiti Birinci Türkoloji Qurultayın elmi məzmununu araşdırır
22-10-2026, 12:06
XII Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günü zəngin ədəbi proqramla davam edir
22-10-2026, 12:02
Stokholmda Böyük İpək Yolunun turizm imkanları təqdim edilib
22-10-2026, 11:59
Berlində Azərbaycan və Özbəkistanın birgə turizm marşrutları təqdim olunub
22-10-2026, 11:55
Azərbaycanın çoxşaxəli xarici siyasəti milli maraqların qorunmasına xidmət edir
22-10-2026, 11:54
Günay Əfəndiyeva: Vahid informasiya məkanının formalaşdırılması Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır
22-10-2026, 11:49
Azərbaycan və İndoneziya arasında siyasi məsləhətləşmələr keçirilib
22-10-2026, 11:38
Azərbaycan ABŞ-də keçirilən Dreyk Forumunda təmsil olunub
22-10-2026, 11:32
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edilib