Ər-Riyadda Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının iclası keçirilib

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Ər-Riyadda Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 3-cü iclası keçirilib.
“Report”un KOBİA-ya istinadən verdiyi məlumata görə, Agentliyin təşkilatçılığı ilə qurumun nümayəndələri və Azərbaycan iş adamları Səudiyyə Ərəbistanında işgüzar səfərdə olublar.
İşgüzar Şuranın budəfəki iclası tikinti sahəsində Azərbaycan və Səudiyyə Ərəbistanı arasında biznes əməkdaşlığına və investisiya qoyuluşu imkanlarına həsr olunub. Tədbirdə KOBİA-nın, Səudiyyə Ərəbistanı Palataları Federasiyasının və digər qurumların nümayəndələri, hər iki ölkədən tikinti sektorunda fəaliyyət göstərən iş adamları iştirak ediblər.
İşgüzar Şuranın həmsədri, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə inşaat sektorunun inkişafı, bu sahənin biznes və investisiya imkanları barədə məlumat verərək, hər iki ölkənin işgüzar dairələrini bu sahədə fəal əməkdaşlığa dəvət edib.
Qeyd olunub ki, tikinti sektoru Azərbaycanda sürətlə inkişaf edən sahələrdəndir və məşğulluğun təmin edilməsi baxımından kənd təsərrüfatı və ticarətdən sonra 3-cü əsas sektordur. Azərbaycanda yeni texnologiyalar əsasında işləyən sement zavodları, metal konstruksiyalar, müasir tikinti materialları istehsal edən müəssisələr mövcuddur. Bu sahədə 15 minə yaxın KOB subyekti fəaliyyət göstərir.
İşgüzar Şuranın həmsədri, “Al Rajhi İnternational for İnvestment” şirkətinin baş icraçı direktoru Əhməd Əli Əl Dakhil isə şuranın növbəti iclasının Ər-Riyadda keçirilməsindən və iş adamlarından ibarət Azərbaycan nümayəndə heyətinin səfərindən məmnunluğunu bildirib, səfərin və şura çərçivəsində aparılan müzakirələrin hər iki ölkənin iş adamları arasında ticarət və investisiya sahəsində əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyini vurğulayıb.
Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini, yüksək səviyyəli səfərlərin, keçirilən tədbirlərin ikitərəfli iqtisadi münasibətlərin genişlənməsində əhəmiyyətli olduğunu vurğulayıb.
Tədbir çərçivəsində iş adamları arasında tikinti sektoru ilə bağlı məlumat və təcrübə mübadiləsi aparılıb, şirkətlər tərəfindən təqdimatlar keçirilib, birgə təşəbbüslərin və layihələrin reallaşdırılması imkanları müzakirə edilib.
Qeyd edək ki, Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası 2022-ci ilin dekabrında KOBİA və Səudiyyə Ərəbistanı Palataları Federasiyası arasında imzalanmış Sazişə əsasən yaradılıb. Hər iki ölkədən biznes nümayəndələrinin təmsil olunduğu İşgüzar Şura sahibkarların təşəbbüslərini dəstəkləyir, onlar arasında birbaşa əlaqələrin qurulmasına, qarşılıqlı səfərlərin, görüşlərin və müxtəlif tədbirlərin təşkilinə kömək edir, iş adamları arasında informasiya mübadiləsini həyata keçirir. İşgüzar Şuranın ilk iclası 2023-cü ilin aprelində Ər-Riyadda, 2-ci iclası isə iyun ayında Şuşa şəhərində keçirilib.
Səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Səudiyyə Ərəbistanının investisiya nazirinin beynəlxalq əməkdaşlıq üzrə müavini Məhəmməd Əl Hasnah ilə görüşüb. Görüşdə hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsinə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
KOBİA nümayəndələri Səudiyyə Ərəbistanının Kiçik və Orta Sahibkarlıq üzrə Baş İdarəsinin (MONSHAAT) KOB Dəstək Mərkəzində KOB-lara göstərilən xidmətlərlə tanış olub, Agentliyin KOB inkişaf mərkəzləri ilə əməkdaşlıq imkanlarına, ölkəmizdə KOB-lara göstərilən dəstək və xidmətlərə dair fikir mübadiləsi aparıblar.
Həmçinin, səfər zamanı Azərbaycan iş adamları Səudiyyə Ərəbistanının İnvestisiya Nazirliyinin Tikinti departamentinin nümayəndələr
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
4-05-2026, 10:25
Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
4-05-2026, 10:24
Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib
28-04-2026, 10:12
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar