“Bakı KOB evi”nə mediatur təşkil olunub
İqtisadiyyat
Oxunub: 275
13 yan 2023 | 12:13

Bu gün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Bakı KOB evi”nə mediatur təşkil edilib.

"Report"un məlumatına görə, KİV nümayəndələrinə bildirilib ki, ölkədə sayca 3-cü olan, 11 min kvadratmetrdən çox ümumi sahəyə malik “Bakı KOB evi” üç mərtəbədən ibarətdir.

Binanın ilk iki mərtəbəsi sahibkarlara dövlət-biznes (“G2B”), biznes-biznes (“B2B”) və digər xidmətlərin göstərilməsi, 3-cü mərtəbəsi isə işçi heyət üçün nəzərdə tutulub. KOB evi həftə içi 5 gün, saat 09.00-dan 18.00-dək sahibkarlara xidmət göstərir.

Konsepsiyaya uyğun olaraq “Bakı KOB evi”ndə sahibkarlara 29 dövlət qurumu 150-dən çox, 20 özəl qurum isə 100-dən çox xidmət göstərir. İş adamları fəaliyyəti üçün zəruri olan biznesin qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, reklam, qida təhlükəsizliyi, kommunal xidmətlərə qoşulma, notariat və digər məsələlərlə bağlı “Bakı KOB evi”nə müraciət edə bilərlər.

Belə ki, “Bakı KOB evi”ndə İqtisadiyyat, Səhiyyə, Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfat, Energetika, Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Ədliyyə, Mədəniyyət nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Dövlət Turizm Agentliyi, Əqli Mülkiyyət Agentliyi, Dövlət Reklam Agentliyi, Bakı Nəqliyyat Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, İpoteka və Kredit Zəmanət Fondu, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Azərbaycan Dəmir Yolları”, "Azərbaycan Hava Yolları" QSC-lər, Bakı Şəhər İcra Hakimiyyəti, Auditorlar Palatası, Azərbaycan Milli Elmlər Akademiyası, “Azərişıq”, “Azərsu” ASC-lər və Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin, eləcə də sahibkarların maliyyə əlçatanlığının təmin olunması məqsədilə 5 bankın, lizinq və sığorta şirkətlərinin fəaliyyət masaları mövcuddur. Burada yaradılmış Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında Dövlət Gömrük Komitəsi, eləcə də gömrüklə əlaqəli xidmətlər təqdim edən gömrük təmsilçiləri, logistika şirkətləri və digər idxal-ixrac əməliyyatları ilə bağlı geniş spektrli xidmətlər təqdim olunur.

Binada həmçinin, təlim, startap və mediasiya məkanları fəaliyyət göstərir. Belə ki, təlim otaqlarında sahibkarlar üçün müxtəlif mövzularda ödənişsiz təlimlər təşkil olunacaq və məsləhət xidmətləri göstəriləcək. Sahibkarlıq fəaliyyəti ilə bağlı yaranan mübahisələrin məhkəməyə getmədən həlli məqsədilə “Bakı KOB evi”ndə iş adamlarına Mediasiya Şurası mediasiya xidməti göstərir. Startap İnkişaf Mərkəzində isə ideya mərhələsində olan startaplar üçün müxtəlif avadanlıqlardan (3D printerlər və skanerlər, laser kəsim aparatları, CNC robotlar, kameralar, 3D təlim eynəkləri və digər texnoloji avadanlıqlar) ibarət ortaq iş məkanı yaradılıb. Burada startapların ekspert, dizayn, mühəndislik və mentor dəstəyinə olan ehtiyacları qarşılanacaq. Mərkəzdə mütəmadi olaraq startaplar və investorların görüşləri, təlimlər, mentor dəstəyi və məsləhət xidmətlərinin təşkili nəzərdə tutulur. İşgüzar görüşlər və müxtəlif tədbirlər üçün “Bakı KOB evi”ndə yerləşən görüş otaqları və konfrans zalı da sahibkarların istifadəsində olacaqdır.

Sahibkarlara dövlət və biznes xidmətlərinin vahid məkanda təqdim olunduğu KOB evlərində xidmətlər operativlik, şəffaflıq, nəzakətlilik və rahatlıq prinsipləri əsasında həyata keçirilir. Biznes xidmətlərinin bir məkanda toplanması, vaxta və xərclərə qənaət, operativlik KOB evlərinin əsas üstünlükləridir. Hazırda KOB evləri Bakı ilə yanaşı Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərir. Həmin KOB evlərində indiyə qədər sahibkarlara 200 minə yaxın xidmət göstərilib. İş adamlarının xidmətlərdən məmnunluq göstəricisi 98%-dir. Növbəti mərhələdə Gəncə şəhərində KOB evinin fəaliyyətə başlaması nəzərdə tutulur.
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31