Tahir Mirkişili: “Qeyri-dövlət və qeyri-neft-qaz sektorunda işçilərin sayı ilk dəfə 800 mini keçib”
İqtisadiyyat
Oxunub: 255
16 noy 2022 | 12:37

“Azərbaycanda aparılan islahatlar, yeni iş yerlərinin açılması səyləri bu ilin 10 ayının yekununda qeyri-dövlət və qeyri-neft-qaz sektorunda çalışan işçilərin sayının ilk dəfə olaraq 800 min nəfəri keçməsinə səbəb olub”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“Əməyin ödənişi xərclərini 420 milyon manata qədər artırılmasını əmək haqqı fondunun ÜDM-ə nisbətinin tədricən artırılmasının vacibliyini təmin etmək baxımından məqbul sayırıq”, - o qeyd edib.

Bundan başqa, deputat deyib ki, 2023-cü ilin dövlət büdcəsi xərclərində sosial yönümlü xərclərin 15 milyard 218,9 milyon manata və yaxud büdcə xərclərinin 45,7%-nə çatdırılması dövlətin sosial siyasətinin aparılmasının maliyyə resursları ilə təmin edilməsi deməkdir.

“Müdafiə, təhlükəsizlik, məhkəmə, hüquq-mühafizə və prokurorluq xərclərinin 500 milyon manatdək artırılaraq 8 milyard manatı keçməsini ölkəmizin bu sahədə yaranan və yanacaq təhlükələrən qorunması baxımıdan məqbul hesab edirik.

Təhsilə ayrılan xərclərin 536 milyon manat, səhiyyəyə ayrılan xərclərin isə 197,6 milyon manat artırılmasını təqdirəlayiq hal hesab edirik. Bu istiqamətlərdə aparılan istlahatların, xüsusilə də, Təhsil Tələbə Krediti Fonduna əlavə vəsaitin ayrılmasını, sertfikatlaşmadan keçən müəllimlərin əmək haqlarının artırılmasını, dövlət hesabına təhsil alan tələbələrin sayının 12 224 nəfər artırılaraq 128 mini keçməsini, İcbari Tibbi Sığorta Fondunun büdcədən kənar fond kimi məüyyən olunmasını doğru addımlar hesab edirik”, - T.Mirkişili bildirib.

“Büdcə xərclərində, həmçinin məqsədli kənd təsərrüfatı tədbirləri, ərzaq təhlükəsizliyi üçün ayrılan vəsaitlərin ümumilikdə 350 milyon manatdan çox artırılmasını məqbul hesab edirik. Fikrimizcə, gələcəkdə bu sahədə yaranacaq çağırışlar daha ciddi və əhatəli tədbirlərin görülməsinə ehiyac yaradacadır.

2023-cü ildə Dövlət büdcəsindən dotasiya almayacaq rayonların sayın 6 rayon artaraq 57-yə çatmasını təqdirəlayiq hal hesab edirik. Eyni zamanda, yerli büdcələrin daha da artırlması istiqamətində səylərin artırılmasının və bunun üçün yeni mexanizmlərin tapılmasının vacibliyini də qeyd etmək istərdik.

Büdcə xərclərində qeyri-neft qaz məhsullarının ixracının, müxtəlif iqtisadi dəstək tədbirlərinin həyata keçirilməsi üçün ayrılan vəsaitləri vacib hesab etməklə yanaşı, cari xərclərin artım dinamikasının, publik hüquqi şəxslərə ayrılan subsidiyaların artım dinamikasının, nəticə əsaslı büdcə planlaşmasının və icrasının arzu olunan həddə olmamasının da bizi narahat etdiyini demək istərdim. Yalnız büdcə vəsaitlərindən deyil, bütövlükdə dövlət vəsaitlərindən istifadəyə nəzarətin gücləndirilməsini vacib hesab edirik. Bu istiqamətdə davamlı səylərin göstərildiyini də qeyd etməklə yanaşı, fikrimizcə kollektiv səylərin və kollektiv inamın əldə edilməsini vacib sayırıq”, - deputat vurğulayıb
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031