Azərbaycandakı sərnişindaşima şirkətləri tariflərin artırılmasını istəyir

Azərbaycandakı sərnişindaşima şirkətləri tariflərin artırılmasını istəyir
Bakıda və ətraf qəsəbələrdə fəaliyyət göstərən sərnişindaşıma şirkətləri İqtisadiyyat Nazirliyinə kollektiv müraciət ünvanlayaraq tariflərə baxılmasını, dövlətin ictimai nəqliyyata dəstək verməsi yollarının nəzərdən keçirilməsini və birgə görüşün keçirilərək yaranmış vəziyyətin müzakirə edilməsini xahiş ediblər.
"Report"a daxil olan məlumata görə, müraciətdə qeyd olunub ki, bu ilin yanvar və aprel aylarında Tarif (qiymət) Şurasına müraciət edilib, lakin həmin müraciətlər cavabsız qalıb.
“İctimai nəqliyyatda mövcud olan vahid tariflə ölkədəki və dünyadakı bazar reallıqları arasında kəskin fərqlər yaranıb. Bu müraciətlə bağlı şirkətlərdən 2022-ci ilin proqnoz göstəriciləri tələb olunmuş və tələb icra edilib. Lakin müraciət bu günə qədər nəticəsiz qalıb. Bir daha diqqətinizə çatdırırıq ki, Bakıda ictimai nəqliyyatın 81 %-nə özəl daşıyıcı şirkətlər nəzarət edir. Maliyyə hesabatlarına əsaslanaraq, hal-hazırda sərnişindaşımada mövcud olan gediş haqqının maliyyə xərclərinin qarşılanması üçün yetərli olmadığını bildiririk.
Belə ki, 3 ilə yaxındır davam edən pandemiya sərnişindaşıma şirkətlərinə ciddi zərbə vurub, əhalinin sosial-iqtisadi aktivliyinin azalması sərnişin axınının kəskin azalmasına, gəlir imkanlarımızı minimuma endirməklə böyük maliyyə itkisinə səbəb olub. 2021-ci ildə ölkə ərazisində dizel yanacağının qiyməti 33% artırılaraq 80 qəpik müəyyən edilib. Dizel yanacağının bahalaşmasının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün ayrılan subsidiyanın məbləği isə yanacağın bahalaşması səbəbindən yaranan əlavə vəsait itkisinin cüzi hissəsini əhatə edir. Avtobus nəqliyyat vasitəsinə zəruri olan sürtgü yağları, şin və sair bütün növ ehtiyat hissələrinin qiyməti 50%-ə qədər artıb. Bu hallarda şirkətlərin gəlirlərinin kəskin azalmasına, xidmət keyfiyyətinin aşağı düşməsinə və ümumilikdə ictimai nəqliyyatın cəmiyyətdə nüfuzunun azalmasına səbəb olur. Nəticədə bu günün bazar reallığından dəfələrlə aşağı olan gediş haqqı, şirkətləri ciddi maliyyə itkilərinə məruz qoyub, borclanmanı daha da artırıb, fəaliyyət imkanlarımızı risk altına salıb”, - deyə daşıyıcı şirkətlər bəyan edib.
Bundan başqa, müraciətdə deyilir ki, pandemiya ilə əlaqədar 2020-ci ildə dövlətin sərnişindaşıma şirkətlərinə yardım məqsədilə ayırdığı vəsait onlara verilməyib: "Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə “həyati vacib sərnişindaşıma sahəsinə” maliyyə dəstəyinin verilməsi üçün 280 milyon manat vəsait ayrılıb. Həmin vəsaitin bir hissəsi Bakıda fəaliyyət göstərən sərnişindaşıma şirkətlərinin maliyyə dayanıqlılığının təmin edilməsi üçün nəzərdə tutulsa da, bu vəsait bizə ödənilməyib. Pandemiya dövründə bu vəsaitin ayrılması dövlətimizin sərnişindaşıma sahəsinə diqqətini əks etdirir. Şübhəsiz ki, onun ödənilməsi ağır vəziyyətdə olan şirkətlərin fəaliyyətinə kifayət qədər müsbət təsir göstərərdi”.
Daşıyıcı şirkətlər hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5%-ni “BakıKart”a ödədiklərini və bunun kifayət qədər böyük faiz olduğunu bildirərək həmin rüsumun azaldılmasını xahiş edib, həmçinin ictimai nəqliyyatda alternativ ödəniş sistemlərinin tətbiq edilməsini, kartla ödənişə keçidin başa çatdırılmasının vacib olduğunu vurğulayıb. Şirkət rəhbərləri İqtisadiyyat Nazirliyində qəbul olunmalarını xahiş edərək yaranmış çoxsaylı problemlərin həlli üçün təcili tədbirlərin görülməsinin vacib olduğunu bildiriblər.
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
| « İyul 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 | ||