Bakı metrosunun 2-ci yerüstü stansiyasında tikinti işləri tamamlanır
Bakı metrosunun "Bənövşəyi" xəttin Xocəsən qəsəbəsində inşa olunan elektrik deposunun ərazisində yerüstü stansiya inşa olunur. Bu, metropolitenin sayca 27-ci və 2-ci yerüstü stansiyası olacaq."Report" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Tikinti Departamentinin baş mühəndisi Vəli Musayev bildirib.
"Gələcəkdə xəttdə 7 vaqonluq qatarlar hərəkət edəcəyindən bu stansiyanın da platformasının uzunluğu müvafiq ölçüdə - 144 metrdir. Platformada tikinti-quraşdırma tədbirləri tamamlanıb və orada üzlənmə işlərinə başlanılacaq", - V. Musayev qeyd edib.
Onun sözlərinə görə, “Nərimanov” elektrik deposu ərazisində yerləşən “Bakmil” stansiyasından fərqli olaraq, burada platformanı stansiya girişi ilə 59 metrə yaxın uzunluğu olan keçid birləşdirəcək: "Sərnişinlər platforma səviyyəsinə iki eskalator və pilləkənlər vasitəsilə qalxa biləcəklər. Eskalatorların quraşdırılması başa çatdırılıb, qarşıdakı müddətdə onların sazlanması, sınaq və tənzimlənmə işləri yerinə yetiriləcək.
Stansiya vestibülü və keçiddə üzlük işlərinin böyük hissəsi başa çatdırılıb. Döşəməyə İtaliya və Ukrayna istehsalı olan qranit, divarlara keramoqranit vurulur. Ümumi uzunluğu 165 metr olan vestibül və buradakı xidməti otaqlarda son tamamlama işləri aparılır.
Tunellərdən depo ərazisinə girişdən, yəni portaldan stansiyayadək 806 metrlik xəttin yol infrastrukturunun böyük qismi icra olunub. Burada yollara iqtisadi, praktiki eləcə də hərəkətin rəvanlığı, təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malik dəmir-beton şpallar döşənir. Yoldəyişdiricilər də dəmir-beton tirlər üzərində qurulub".
O qeyd edib ki, stansiyanın əvvəllər tikintinin ikinci mərhələsində inşa olunması nəzərdə tutulsa da, Xocəsən qəsəbəsi üçün əhəmiyyəti nəzərə alınaraq, birinci mərhələnin sonunda tam hazır vəziyyətə gətiriləcək: "Bu isə nəinki qəsəbə sakinləri və bura üz tutan sərnişinlərin, eyni zamanda bir sıra yerüstü nəqliyyat vasitələrini bu stansiyaya bağlamaqla şəhərin şimal girişi istiqaməti və 20 Yanvar meydanındakı nəqliyyat sıxlığına da nisbətən təsir göstərə bilər".



14-04-2026, 17:56
SAXTA SEÇKİ, FIRILDAQ VƏSADƏT, "UDULAN" İTTİHAMLAR VƏ ƏSASLI SÜBUTLARIM ...
12-04-2026, 14:56
UTANMAYIR! HEÇ NƏDƏN U T A N M A Y I R!..HEÇ CÜRƏ XƏCALƏT ÇƏKMƏYİR!
10-04-2026, 12:25
Azərbaycan parlamenti 11 məsələnin müzakirəsinə başlayıb
10-04-2026, 12:06
Nazir: İmtahanlarda aparılan dəyişikliklər öz müsbət nəticələrini göstərir
10-04-2026, 11:45
Türkiyənin ÖSYM prezidenti: DİM regional miqyasda nüfuzlu imtahan qurumuna çevrilib
10-04-2026, 11:43
İdarə Heyətinin sədri: DİM hər il 15 milyondan çox elektron xidmət göstərir
10-04-2026, 11:40
Şəki liseyindən ölkə rekordu - iki sinfin bütün şagirdləri yarımfinala yüksəlib
10-04-2026, 11:36
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
9-04-2026, 10:51
Zəngilanın Məmmədbəyli kəndində həyat yenidən dirçəlir
9-04-2026, 10:48
Azərbaycan və Ukrayna xarici işlər nazirləri arasında telefon danışığı olub
9-04-2026, 10:45
Qarabağ Universiteti beynəlxalq tərəfdaşlıq əlaqələrini genişləndirir
7-04-2026, 12:09
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı videoçarx paylaşılıb
7-04-2026, 12:06
Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
7-04-2026, 12:02
Aprelin 7-si Ümumdünya Sağlamlıq Günüdür
7-04-2026, 11:56
Azərbaycan Respublikasının Prezidentinin şərəfinə lanç
7-04-2026, 11:52
Filosof alimin əsərləri dünya kitabxanalarının katoloqlarında yerləşdirilib
4-04-2026, 15:55
ANONS! ANONS! MƏKTUB YETİŞDİ!.. İLHAM MƏMMƏDZADƏNİN NÖVBƏTİ FIRILDAĞI... AZACIQ GÖZLƏYİN!
31-03-2026, 11:04
Neft treyderləri səbirsizliklə aprelin 6-sını gözləyirlər
31-03-2026, 11:00
Dünya bazarında qızıl 45 dollar bahalaşıb
31-03-2026, 10:58
Azərbaycan neftinin qiyməti 128 dolları ötüb
31-03-2026, 10:57
Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığında regional vəziyyətdən narahatlıq ifadə olunub
31-03-2026, 10:56
Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunur
31-03-2026, 10:44
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib
31-03-2026, 10:41
Əksər bölgələrdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
31-03-2026, 10:38
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
13-03-2026, 15:43
"FƏLSƏFƏ" İNSTİTUTUNDA SAXTA ANTİPLAGİAT SİSTEMİ YAXUD DA "DƏRƏ XƏLVƏT, TÜLKİ BƏY(lər)"
13-03-2026, 12:09
Baş nazir: Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir