“Yelo Bank”dan növbəti MAXİNASİYA – Vətəndaşın evi hansı yollarla əlindən alınır
İqtisadiyyat
Oxunub: 261
19 okt 2021 | 13:22

Nəsimi rayonu 4-cü M/R 20 yanvar küçəsi ev 23 mənzil 10-da yaşayan Abbasov Kamran Şamil öğlu və Şükürova Əsmər Əzizağa qızı tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, Baş nazir Əli Əsədova, Prezident Adminstrasiyası Hüquq Şöbəsinin müdirinə, Maliyyə naziri Samir Şərifova, Mərkəzi Bankın İdarə Heyyətinin sədri sədri Elman Rüstəmova, İqtisadiyyat naziri Mikayıl Cabbarova, Ədliyyə naziri Fikrət Məmmədova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, Daxili İşlər naziri Vilayət Eyvazova, “YELO Bank” ASC İdarə heyyətinin sədrinə və digər aidiyyatı dövlət qurumlarının rəhbərlərinə şikayət məktubu ünvanlanıb.

Şikayət məktubunda deyilir ki:

22.12.2014-cü ildə ailəmizdə yaranan ciddi problemlə əlaqədar məcbur olub evimizi “Nikoil Bank”da girov qoyaraq 15500 ABŞ dolları 26% 0lmaqla, 78 qəpik kursu ilə 12 000 manat kredit götürmüşdük. Götürdüyümüz kredit tam bağlanıb. “Nikoil Bank”ın malliyə hesabları “Yello Bank”ın hesabına keçdikdən sonra “Yello Bank” evimin sənədini mənə qaytarmaq əvəzinə həmin krediti təkrar mənim adıma yazıb 40000- də əlavə pul tələb edib məni məhkəməyə verib üç otaqlı evimi evimi əlimdən almağa çalışır.

Bu isə ən böyük haqsızlıq, dələduzluq və zorakılıqdır. İş Nizami rayon məhkəməsinin hakimi Həqiqət Əhmədovanın icraaatındadır. Məhkəmənin gedişində biz işin Ədliyyə Nazirliyinin maliyyə ekspertizasına göndərilməsi üçün vəsatət verdik. Həqiqət Əhmədova isə evin qiymətləndirilməsinə dair əsassız qərar qərardat çıxartdı. Biz həmin qərardatdan şikayətçi olduğumuz üçün işi Apellyasiya Məhkəməsinə göndərdi. Hal-hazırda iş Apellyasiya Məhkəməsinin hakimi Azad İmanova verilib.

Aktualinfo.org xatırladır ki, ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişaf siyasətinin mühüm şərtlərindən biri kimi şəffaflıq və maliyyə intizamının təmin edilməsi, həyata keçirilən iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi, prokurorluq orqanları tərəfindən qanunla ona həvalə edilmiş səlahiyyətləri çərçivəsində daim diqqət mərkəzində saxlanılmaqla aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı ardıcıl mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluqdan ötən ilin may ayında KİV –lərə verilən xəbərdə, belə tədbirlərdən biri kimi “Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırıldığı bildirilirdi. Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində bankın 12 saylı filialının direktoru Şükür Həsənovun filialın xəzinədarı Babək İbrahimli ilə birgə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə fakt üzrə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdı.

Çox təəssüflər olsun ki, “YELO Bank” ASC-də belə maliyyə pozuntuları ilə müşayət olunan hallar son dövrlərdə artmaqdadır. Şikayətdən də göründüyü kimi belə maliyyə fırıldağı ilə vətəndaş Kamran Abbasovun ailəsi də qarşılaşmışdır. Belə ki, 2014-cü ilin dekabrın 22-də evlərini Nikoyl bank”agirov qoymaqla 12000 manat pul ( 15300 USD- 0.78 manat= 1dollar kursu ilə ) illik 26 faiz olmaqla kredit götürmüşlər. Kreditlər bu illər ərzində tam bağlanıb.

“Nikoyl Bank”ın maliyyə hesabları “YELO Bank”ın hesabına keçdikdən sonra bu bank vətəndaşın girov qoyduqları evin sənədlərini geri qaytrmaq əvəzinə, həmin ödənilmiş krediti əsassız olaraq adına yazıb və əlavə 40000 manat da pul tələb edir. İndi də evi əllərindən almaq üçün məhkəməyə müraciət ediblər. Baxmayaraq ki, vətəndaşın əlində bankın qanunsuz tələb etdiyi pul tələbinin əsassızlığını sübut edən və borcun tam ödənilməsini təsdiq edən sənədləri var.

Vətəndaş Kamran Abbasovun hüquq mühafizə orqanlarından tələbi də məhz budur. O, yazır ki, Ona görədə hesab edirəm bankın mənə qarşı törətdiyi qanunsuzluqları nəzərə alaraq mənim bankdan kredit müqaviləsi ilə aldığım kreditin vaxtında və tam mədaxil olunub-olunmaması müəyyən edilməli, bankın ödədiyimiz kreditləri düzgün mədaxil etməyən və mədaxil qəbzlərini qəsdən təsdiqləməyən işçilərinin araşdırılaraq müəyyən edilməsi qeyd olunan qanunsuz halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməlidir.

Xatırladım ki, “Kredit Bürosu” MMC-nin rəsmi çıxarışına əsasən bankdan aldığım 14.823 manat məbləğin əvəzində tam ödənilmiş 47.631 manat göstərilmişdir. Bu məbləğ Kredit Bürosunun 05.07.2021-ci il tarixli çıxarışı əsasında əvvəlki tarixlərdə çıxarışların əsasında aldığım kreditin tam ödənilməsi sənədlərlə təsdiqlənir. Yəni bankdan aldığımız pulu vaxtında və tam mədaxil olmuşdur.

Baxmayaraq ki, 10.04.2019-cu il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bizim əsas kredit borclarımızın bir hissəsi dövlət büdcəsi hesabına kompensasiya edilmişdir. Digər tərəfdən əgər kreditlərin ödənilməsi zamanı mədaxil qəbzlərinin “Nikoyl Bank” işçiləri tərəfindən birtərəfli olaraq rəsmən təsdiqlənmirsə və ödədiyimiz pullar maliyyə maxenasiyalarına məruz qalırsa, bu bizim günahımız sayılmır. Bu bank daxilində işçiləri tərəfindən törədilən cinayət faktlarını özləri daxili təhqiqatla araşdırmalı idilər.

Bizdən yendən ödədiyimiz pulları tələb etməli deyildirlər. Ona görə də zərurət yaranıb ki, pul vəsaitlərinin hərəkətlərini əks etdirən mədaxil və ilkin mədaxil-məxaric sənədlərinin, bankdan alınmış kredit pulun vaxtında və tam mədaxil olub-olmamasının müəyyən edilməsi üçün maliyyə-mühasibatlıq ekspertizası təyin edilərək nəticəsi istintaq orqanlarına təqdim edilməlidir.

Son illər ərzində hər ay 100 manat pulun ödənilməsinə baxmayaraq bank kredit ödənişinin olmadığını qeyd etmişdir. Bank həmçinin əsas borcun ödənilməsi üçün bizə üç müxtəlif hesab nömrəsi təqdim etmişdir ki, biz də onlara ayrı ayrılıqda ödənişlər etmişdik. Lakin bu hesablara edilən ödənişlərin son taleyi bizə məlum deyil.

Hörmətli Prezident İlham Əliyev,

Hazırda şübhəli bank fəaliyyətilə məşğul olaraq bizi kimi sadə vətəndaşların kredit ödəmələrini müxtəlif maliyyə maxenasiyaları ilə mənimsəyərək yenidən müştərilərindən kredit ödənişi tələb edən “YELO Bank” ASC-nin son illərdəki fəaliyyətinin araşdırılmasını və təqsirkarların qanunsuz fəaliyyətlərinə hüquqi qiymətlərin verilməsi üçün aidiyyatı üzrə araşdırılmasına göstəriş verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımızı bildiririk.

P.S. Qarşı tərəf kimi adları çəkilən bankların məsul şəxslərinində münasibətin ictimailəşdirməyə hazırıq.

Qeyd edək ki, “Yelo Bank”a birbaşa olaraq fiziki şəxs, azərbaycanlı milyarder, “Lukoil” Neft Şirkətinin prezidenti Vahid Ələkbərov nəzarət edir. Bankın səhmlərinin 96%-i “Topaz İnvestments Limited” QSC şirkətinə, 3,9% ilə Marina Kulişova Valeryevna və 0,1% payı ilə “İsr Holding”ə məxsusdur. Marina Kulişova Valeryevna bankda səhmdar, həm də Vahid Ələkbərovun “Topaz İnvestments” şirkətinin direktoru və “Yelo Bank”ın müşahidə şurasının sədridir.

Mənbə Aktualinfo.org
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31