Azərbaycan millisi beynəlxalq turnirdə 17 medal qazanıb

Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnirə yekun vurulub.
"Report" xəbər verir ki, Boks Mərkəzində keçirilən yarışda 11 ölkənin 100-dən artıq idmançısı qüvvəsini sınayıb. 5 gün davam edən yarışda 13 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.
Azərbaycan millisi turniri 17 medalla başa vurub. Vaqif Kazımovun baş məşqçisi olduğu komandanın heyətində Bilal Nəzərov, Zidan Hümbətov və Sübhan Babayev çempion tituluna yiyələnib. Yalnız finalda uduzan Elbrus Kərimli ikinci yerlə kifayətlənib.
Digər boksçulardan Ucal Musayev, Faiq Mollayev, Eldar Abdullazadə, Azad Cavadzadə, Vaqif Hacıyev , Mirhəsən İbrahimov , Abbasqulu Şadlinski, Rüstəm Neymətov, Rövşən Abbasov, Rza Rzayev, Mircəlal Mirağayev, Fuad Babayev və Məhəmməd Cəfərov isə bürünc mükafat qazanıblar.
Beləliklə, Azərbaycan yığması turniri 3 qızıl, 1 gümüş və 13 bürünc medalla bitirib.
Yarışda komanda hesabında Rusiya 34 xalla (4 qızıl, 3 gümüş, 3 bürünc) birinci yeri tutub və Heydər Əliyev kubokuna sahib olub. İkinci pilləyə Qazaxıstan (33 xal, 3-3-5) yiyələndiyi halda, “üçlüy”ü Azərbaycan (32 xal, 3-1-13) qapayıb.
Birincilikdə ən texnikalı boksçu adına Behruz Kurbonov (Özbəkistan), ən əzmkar boksçu adına Daniyar Akbısenov (Qazaxıstan) layiq görülüb. Məsməxanım Səlimova (Azərbaycan) ən yaxşı hakim adına sahib olub.
Müsabiqədən kənar keçirilən 44 kq çəki dərəcəsində isə 2 Azərbaycan boksçusu üz-üzə gəlib. Məhəmmədəli Məmmədliyə qalib gələn Əli Məmmədov birinci olub. Bürünc medallar Umar Madaminov (Qırğızıstan) və Səid Aslanzadəyə qismət olub.
Finallar
46 kq
Behruz Kurbonov (Özbəkistan) – Bilal Nəzərov (Azərbaycan) – 0:5
48 kq
Aleksandr Vakulenko (İsrail) – Zidan Hümbətov (Azərbaycan) – 0:5
50 kq
Sübhan Babayev (Azərbaycan) – Arseni Jiltsov (Rusiya) – 5:0
52 kq
Yerjan İsteleyov (Qazaxıstan) – İbrohim Qiyosov (Özbəkistan) – 5:0
54 kq
Elbrus Kərimli (Azərbaycan) – Pavel Kondraşov (Rusiya) – 0:5
57 kq
Pahlavonjon İbrohimov (Özbəkistan) – Platon Kozlov (Rusiya) – 3:2
60 kq
Sardorbek Saidakbarov (Özbəkistan) – Firuzcon Sadullayev (Özbəkistan) – 0:5
63 kq
Taqir Satayev (Qazaxıstan) – İqor Solovyev (Qazaxıstan) – 5:0
66 kq
Timofey Tenyayev (Rusiya) – Bekaris Nurmuxan (Qazaxıstan) – 3:2
70 kq
Jassullan Berdali (Qazaxıstan) – Muhammadsaid Qulomov (Özbəkistan) – 3:2
75 kq
Davit Mxetsadze (Gürcüstan) – Rüstəm Həsənov (Rusiya) – 2:3
80 kq
Bayramxan Aşurov (Rusiya) – Andrey Rumyansev (Belarus) – 2:3
+80 kq
Yan Boqdanov (Rusiya) – Bexultan Kayratuli (Qazaxıstan) – birinci tam üstünlüklə qalib gəlib
Bütün mükafatçılar
46 kq
1. Bilal Nəzərov (Azərbaycan)
2. Behruz Kurbonov (Özbəkistan)
3. Andrey Kotusov (Rusiya)
3. Ucal Musayev (Azərbaycan)
48 kq
1. Zidan Hümbətov (Azərbaycan)
2. Aleksandr Vakulenko (İsrail)
3. Maksim Çapliqin (Rusiya)
50 kq
1. Sübhan Babayev (Azərbaycan)
2. Arseni Jiltsov (Rusiya)
3. Ramazan Orinbassar (Qazaxıstan)
3. Şohjaxon Qahramanov (Özbəkistan)
52 kq
1. Yerjan İsteleyov (Qazaxıstan)
2. İbrohim Qiyosov (Özbəkistan)
3. Eldar Abdullazadə (Azərbaycan)
3. Faiq Mollayev (Azərbaycan)
54 kq
1. Pavel Kondraşov (Rusiya)
2. Elbrus Kərimli (Azərbaycan)
3. Alixan Mairambekov (Qırğızıstan)
3. Azad Cavadzadə (Azərbaycan)
57 kq
1. Pahlavonjon İbrohimov (Özbəkistan)
2. Platon Kozlov (Rusiya)
3. Muhit Nurkabil (Qazaxıstan)
3. Vaqif Hacıyev (Azərbaycan)
60 kq
1. Firuzcon Sadullayev (Özbəkistan)
2. Sardorbek Saidakbarov (Özbəkistan)
3. Muhammed Alimbekov (Qırğızıstan)
3. Mirhəsən İbrahimov (Azərbaycan)
63 kq
1. Taqir Satayev (Qazaxıstan)
2. İqor Solovyev (Qazaxıstan)
3. Asker Xuaniş (Qazaxıstan)
3. Abbasqulu Şadlinski (Azərbaycan)
66 kq
1. Timofey Tenyayev (Rusiya)
2. Bekaris Nurmuxan (Qazaxıstan)
3. Rüstəm Neymətov (Azərbaycan)
3. Rövşən Abbasov (Azərbaycan)
70 kq
1. Jassullan Berdali (Qazaxıstan)
2. Muhammadsaid Qulomov (Özbəkistan)
3. Rza Rzayev (Azərbaycan)
3. Ahmet Aydamirov (Rusiya)
75 kq
1. Rüstəm Həsənov (Rusiya)
2. Davit Mxetsadze (Gürcüstan)
3. Mircəlal Mirağayev (Azərbaycan)
3. Bakitjan Ayitmuxanov (Qazaxıstan)
80 kq
1. Andrey Rumyansev (Belarus)
2. Bayramxan Aşurov (Rusiya)
3. Aniyat Tilevjan (Qazaxıstan)
4. Fuad Babayev (Azərbaycan)
+80 kq
1. Yan Boqdanov (Rusiya)
2. Bexultan Kayratuli (Qazaxıstan)
3. Məhəmməd Cəfərov (Azərbaycan)
3. Stanislav Jilianin (Belarus)
23-10-2026, 11:33
Daimi Nümayəndəlik: Mina təhlükəsinin aradan qaldırılması davamlı beynəlxalq həmrəylik tələb edir
23-10-2026, 11:29
Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb
23-10-2026, 11:26
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib
23-10-2026, 11:23
İsa Həbibbəyli: Akademik Ədilə Namazova Azərbaycan tibb elminin inkişafına öz möhürünü vurub
23-10-2026, 11:20
AMEA Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
23-10-2026, 11:17
Tədqiqatçılar üçün təlim: akademik mühitdə süni intellektdən istifadənin etik prinsiplərndən bəhs olunub
23-10-2026, 11:16
Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni nömrəsi nəşr olunub
23-10-2026, 11:14
Azərbaycan nefti 121 dollardan baha satılır
23-10-2026, 11:13
Yaxın günlərdə metronun “İçərişəhər” stansiyasından “Həzi Aslanov”a qatarlar birbaşa hərəkət edəcək
23-10-2026, 11:11
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
23-10-2026, 11:10
Azərbaycan BMT-də dini abidələrin dağıdılması ilə bağlı xüsusi məruzəçini qərəzli yanaşmada ittiham edib
23-10-2026, 11:09
Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır
23-10-2026, 11:07
“SOCGOV 2026” - Sosial xidmətlərin gələcəyi bu gün Xankəndidə müzakirə olunur
23-10-2026, 11:05
BDYPİ piyadalara növbəti dəfə çağırış edib
22-10-2026, 12:35
Məşhur televiziya tamaşalarının rəssamı Rəfail Əlizadənin yaradıcılıq sərgisi açılıb
22-10-2026, 12:31
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22-10-2026, 12:30
Milli Məclis Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib
22-10-2026, 12:29
Prezidentin Mətbuat Xidmətinin məlumatı
22-10-2026, 12:17
Akademik Nizami Cəfərov: Yeni dərs vəsaiti Birinci Türkoloji Qurultayın elmi məzmununu araşdırır
22-10-2026, 12:06
XII Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günü zəngin ədəbi proqramla davam edir
22-10-2026, 12:02
Stokholmda Böyük İpək Yolunun turizm imkanları təqdim edilib
22-10-2026, 11:59
Berlində Azərbaycan və Özbəkistanın birgə turizm marşrutları təqdim olunub
22-10-2026, 11:55
Azərbaycanın çoxşaxəli xarici siyasəti milli maraqların qorunmasına xidmət edir
22-10-2026, 11:54
Günay Əfəndiyeva: Vahid informasiya məkanının formalaşdırılması Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır
22-10-2026, 11:49
Azərbaycan və İndoneziya arasında siyasi məsləhətləşmələr keçirilib
22-10-2026, 11:38
Azərbaycan ABŞ-də keçirilən Dreyk Forumunda təmsil olunub
22-10-2026, 11:32
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edilib