BİRİ VARDI, BİRİ YOXDU... QƏDİM ZAMANLARDA BİR PADŞAH VƏ ONUN BİR QAROLÇUSU VARDI
Xatirə Quliyevafəlsəfə elmləri doktoru
AMEA Fəlsəfə və Sosiologiya institutunda şöbə müdiri
BİRİ VARDI, BİRİ YOXDU... QƏDİM ZAMANLARDA BİR PADŞAH VƏ ONUN BİR QAROLÇUSU VARDI...
Bir gün bu padşahın qarolçusunu yuxu tutur, bərk yatır. Yuxuda görür ki, qonşu ölkənin padşahı böyük bir ordu ilə onların üstünə gəlir. Tez gedir padşaha xəbər verir. Padşah ordu böyüklərini yığır, hazırlıq əmri verir. Sərhədlər boyu süvarilər yerləşdirilir. Qarulçunun yuxusu düz çıxır. Doğurdan da qonşu padşahın güclü ordusu hücuma keçir və bu padşahın hazırlığı onun ölkəsini, adamlarını qoruyur.
Dava bitir. Padşah vəzir-vəkilini, əyalını, bütün ordusunu qələbəni qeyd etmək üçün sarayına çağırır və zəhməti olanlara hədiyyələr verir. Padşah qarolçuya həm 1 kisə hədiyyə verir həm də onu işdən azad edir.
Hamı təəccüb edir, ağıllı padşah da bunun səbəbini ilk tapana 2 qızıl kisəsi vəd edir...
Sizlər bu padşahın “hədiyyəsinin səbəbini” axtarmaqda olun, mən də bu nağılı yada salmağımın cavabını ərz etməkdə.


... Hamınız 27 fevralda AMEA-nın Ümumi Yığııncağında “yuxu nağılından” xəbərdarsız. Bu olaydan bir “çıxarışı” diqqətinizə çatdırım.
Bilə ki, mən də jurnalist fokusunun kollaj və ya ironiya, yaxud alçaltmaq marağı ilə AMEA akademiklərinin eləcə də akademik olmayıb elmdə qocalmış bir neçə elm adamının mürgüləməyini çəkməsini və çoxsayda saytın bunu böyük hadisə kimi işıqlandırmasını öz Facebook səhifəmdə tənqid etdim. Buyurun tanış olun mövqeyimlə:"Alimləri yuxulamaqda suçlayan jurnalistlər illərlə alimlərlə maraqlanmamaqla ayı yuxusundadırlar!..
... Mən illərlə gecələr 3,4 saat yatmaqla əsərlər meydana qoyuram. Dünən saat yarım, ya 1 saat 40 dəqiqə yatmışdım. Arada məni də yuxu tutdu. Əsnədim də. Bunlar təbiidir. Hələ yaşlı adamlar, müxtəlif xroniki xəstəliklər, çoxlu dərman atırıq. Jurnalistlər bu halı görüb yazırlar. Halbu ki, işimizlə maraqlanmalıdırlar.
Bizim əsərlərimizdən başqa, AMEA-nın yaşaması, inkişafı üçün ideyalarımız var. Az. Tv bizim deyil, heç o birilər də alimlərlə maraqlanmırlar. BU DA TV. LƏRİN, SAYTLARIN AYI YUXUSUDUR".
Rəylər, “işarəli bəyənmələr” - (150) onlarladır. Ancaq birmənalı deyil yanaşmalar. Jurnalistləri tənqid edənlər də var, yuxulayan alimləri müdafiə edəblər də...
Mən diqqəti yuxulayanlar arasında akademik olmayan, heç qoca və yaşlı da olmayan bir fiqur üzərinə tuşlayıb fikrimi “padşah” nağılına yönəldib və yenidən yuxu məsələsinə münasibət bildirmək istəyirəm.
Birincisi, padşahın qarolçusuna həm 1 kisə hədiyyə verməsi, həm də onu işdən qovması tapmacasını “açım”. Padşah qarolçusuna ona görə qızıl hədiyyə edr ki, onun yuxusu ilə ölkəsini qəfil hücumdan qurtarır. Qarolçunu ona görə işdən qovur ki, qarolçu yatmaz.
Indi isə bu şəkildə gördüyünüz yuxulayan cavan adamla tanış olun. O, AMEA Rəyasət Heyətinin Elm və Təhsil şöbəsinin müdiri, çox “iri addımlarla” elmlər doktoru dərəcəsinə, elə bu yüksək vəzifəyə sahib olmuş Sərxan Xavəridir. Həmçinin də AMEA Folklor institutunun Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsi”-nin aparıcı elmi işçisidir. Əslində həm Rəyasət Heyətində şöbə müdiri, həm də tədqiqat institutunda əvəzləyici işləmək olmaz və ya düzgün deyil.

Mən onun elmi işlərindən burda yazmayacağam. Amma bir az işlərim yüngülləşsin, mütləq bu məsələyə qayıdıb yazacağam. Ötəri haqqında məlumatlara baxdım, çox şişirdilmiş təəssürat yarandı məndə. Məsələn, bu adamın dünya elmi məqalə sistemində 40 elmi məqaləsinin olduğu yazilsa da AMEA "insan resursları" sistemində cəmi 4 məqaləsi mövcuddur və bir az da gözötəri baxışımı genişləndirəndə onun elmlər doktoru elmi dərəcəsi üçün yazdığı Avtoreferatında “100 ilin” “gönü getmiş”, hətta üsr-üstə düşən fikirlər, cümlələr və sözbirləşmələrlə dolu olduğu, hələ 1-cə konfrans məqaləsi misalı, məqalə şərtiliyindən xəbərsizliyi (məqalədə “açar sözlər”in saysız-hesabsızlığı) ilə diqqətimi cəlb etdikdə AMEA-nın Ümumi yığıncağı kimi mühüm əhəmiyyətli tədbirdə və həqiqətən də 1-1-indən maraqlı çox ciddi, əhəmiyyətli çıxışlar vaxtı “yatması” onu mənə bir az da yaxşı tanıtdı. Yəni, əvvəllər 2 nüans olmuşdu, mən keçmişdim üstündən. AMEA-ya üzqaralıq gətirən bu olaydan sonra onun daha böyük “qələti” məni yazmağa vadar etdi. Bir azdan onun nədən “yuxulamasını” (əslində yox, özmarağına uyğun çox ayıq olmasını) şərh edəcəyəm. Bəli, o necə Ümumi Yığıncaqda Azərbaycan elminə balta vurdu, elə məni bu yazını yazdıran qələti ilə də Azərbaycan elminə zərbə vurub. Bir azdan oxuyub, mənimlə razılaşacaqsız...
Sərxan Xavəri cavan adamdı. 53 yaşdadır. Yuxulayan akademik, tanınmış alimlərdən azı 30 yaş cavandı. Niyə axı tədbirdə hətta oturmuş olmalı idi?.. Ev yiyəsidir axı... Necə digər kişili-qadınlı AMEA RH məmurları bütün vaxtı olmasa da, demək olar ki, saatlarla ayaq üstdə olub zalda hər şeyə diqqət edirdilər, bu Sərxan Xavəri də bir az ayaq üstdə olsaydı yuxusu qaçardı.
Kim isə deyər ki, o RH-də şöbə müdiridir, ay o çıxış edəcəkdi, yəqin gecə çıxışına hazırlaşıb. Yox, məsuliyyət hissi insanın fikrini komplektləşdirir. Əgər Sərxan Xavəri məsuliyyət hissi olan adam olsaydı, özünün “yuxu” vərdişini diqqətdə saxlayıb, lap barmağına iynə batırıb oyaq qalar, bu uyğunsuz fotosessiyada yer almazdı.
O, Ümumi Yığıncağa sədrlik edən AMEA prezidentinin demək olar ki, tez-tez su içməsini də yəqin ki, yuxuda olduğu üçün görmədi. Bu akademikin bəlkə şəkərinin yüksəkliyindən və ya onun başqa nasazlığından xəbər verirdi. Ola da bilər, illərlə, aylarla, həftələr, günlərlə gərgin iş rejimində olan, məruzələr edən, hələ Akademiya qarışıq üzərinə edilən hücumlardan baş qaldıran ağrılara qarşı qəbul etdiyi dərmanların təsiri olaraq prezident, akademik İsa Həbibbəylini də yuxu tutubmuş. Ancaq o, elm naminə, məsuliyyət hissi ilə yuxulamadı.
Sərxan Xavəri isə “millət necə tarac olur, olsun” misalına uyğun oturub yatdı. Bu yuxulama yaşlı alimlər üçün bağışlanandı. Müxtəlif xəstəlikləri ola bilər, qeyri-müəyyən hava şəraitinə göə gecə yuxusu qaçanı, gecələr tədqiqat aparanları ola bilər, hər hansı siyasi hadisədən narahat olub gecə yatmayanı olar. Amma Sərxan Xavəri 53 yaşındadır bu sadalananlar ona aid ola bilməz və “ev sahibi” olduğu üçün yatmamalı idi.
Deməli, AMEA RH-nin Elm və Təhsil şöbəsinin müdiri Sərxan Xavəri işinə məsuliyyət, ali ziyalı mədəniyyəti, ümumi etik davranış, elementar qanacaq, mərifət həddini aşıb AMEA RH-nin Ümumi Yığıncaq kimi mühüm tədbirində jurnalistlərin diqqətini cəlb edəcək qədər yatıbsa, onun “yuxusu” bağışlanmazdır. Ümumiyyətlə, Sərxan Xavəri Elm və Təhsil şöbəsinin müdiri vəzifəsinə uyğun kadr təssüratı da yaratmır. Elə çıxışını götürək. Ondan əvvəlki, sonrakı çıxışların məzmunu, əhəmiyyəti, çıxışçıların nə qədər yaşlı olsalar da düşüncələrini, ideyalarını sərbəst, bəlağətli tonda ifadə etmələri hara, Sərxan Xavərinin üzündən oxuduğu və yorucu hesabat çıxışı hara?!
Əvvəldə yazdığım “padşah və qarolçu” nağılına uyğun olaraq onun bu bağışlanmaz səhvinə görə çox “yaraşıqlı” işindən hətta hədiyyəsi verilmədən ən yaxşı halda ikinci işi – Folklor institutuna yola salınması məntiqin tələbidir. Istəyir Aristotel məntiqinə, istəyir Lütfi Zadə qeyri-səlist məntiqinə görə olsun, onun cəzası AMEA RH-nin Elm və Təhsil şöbəsinin müdiri vəzifəsindən qovulmaqdır.

Onu da qeyd edim ki, bu Sərxan Xavəriyə Azərbaycan dövlətinin nüfuzlu Tərəqqi medalı da verilib. Vicdanı olanlardan soruşuram, Sərxan Xavəri Azərbaycan elminin inkişafına hansı fəaliyyəti ilə xidmət edib ki, Tərəqqi medalına layiq olub?! 4 dənə əsəri var, 40 dənə yazır. 4 istinadı var, Scopus, filanda əsərləri görünmür. Bu da Azərbaycan elminə nüfuzsuzluq gətirən “ayı yuxusu”!..
Əlbəttə, İsa müəllim Həbibbəyli padşah deyil, S.Xavəri qarolçu. Ancaq belə “belə-belə işlər” olmasa AMEA bu qədər tənqid olunmaz. Qara buludlar AMEA üzərində toplanmazlar. “Meyvəsi turşdu, yesinə xoşdu”, - deyiminə xas - Özləri bilər.
Mən keçirəm, mənim bu yazımın əsasına. Deməli, bu Sərxan Xavəri mənim istər ölkədə və istərsə də xaricdə tanınan dolğun fəaliyyətimi heç sayıb. Deməli, bu Sərxan Xavəri daha kimlər bilmirəm, AMEA RH-nin 1-ci Türkoloji Qurultayın 100 illiyinin Elmi konfransında məruzə, çıxışlar etməyə alimləri öz maraqlarına görə seçiblər. Mən də bütün dünyada konfranslara gedən, onlayın qatılan fəlsəfə elmləri doktoru Xatirə Quliyeva Elan, Çağırış görmədikdə özüm gecikmədən, operativ surətdə Sərxan Xavəri və onun rəhbərliyi altında işləyən işçilərlə əlaqə saxlayıb, hətta səhhətimin çox ktitik vəziyyətində ata babamın – 1-ci Türkoloji Qurultayın təşkilat komitəsi - Mərkəzi İcraiyyə Komtəsinin Rəyasət heyətinin üzvü olmuş Əmirqulu Quliyevin ruhunu şad etmək üçün 100 illik yubiley tədbirində iştirak və konfransda çıxış etmək istədiyimi ərz etmişəm.

AMEA-nın möhtəşəm məmuru Sərxan Xavəri xahişimi və o cümlədən məruzə mətnimi qəbul edib.
27 fevral günü, ayazlı-şaxtalı,- çox soyuq havada məskunlaşdığım Albalı bağları ərazisindən avtobusla 2 saata gəlmişəm 1-ci Türkoloji Qurultayın 100 illiyi tədbirinə. Yerimi göstərirlər, orta sıraların yanındakı qapının önü. Şimal küləyinin öd kisəmi, böyrəklərimi vuracağını anladığım üçün orda oturmuram və təşkilatçılar məni bir az “içərilərdə” oturdurlar...
Rahatlanıb, Proqramla tanış oluram. Ən ciddi elmi mövzu məndə, buyurun tanış olun “Türkoloji Qurultay 100 ildə. Fenomenin tarixinə İdentiklik və Azərbycançılıq prinsipləri kontekstində qısa fəlsəfi baxış”. Amma bu “yatağan” Sərxan Xavəri adımın qarşısında elmi dərəcəmi, iş yerimi yazmadan məruzə mövzumun adını sonuncu yazıb. Elmlər doktoru sonuncu olmamalıdır. Burdaca dərəcəmi yazmamasının niyyəti bəlli olur.
Heç də düşünməyin ki, bunu Xəzər universitetinin Konfrans təşkilatçıları edib. Qətiyyən. Mən proqramdakı Sərxan Xavəri məqsədli qələtini görən kimi narahat oldum. Arxamdakı 1 neçə xanımdan bədahətən (deyirlər aa, 6-cı duyğu) soruşdum ki, Siz təsadüfən Xəzər universiteti Konfrans təşkilatından deyilsiz?..
Xanımlardan biri, Konfrans təşkilatındanıq dedi. Ona iradımı bildirdim və o, susaraq telefonunda kiməsə bu məsələni yazdı və heç 3 dəqiqə keçmədi xanıma mesaj gəldi, o da mənə bildirdi ki, AMEA nə göndərib, nə deyib, onu etmişik.
Budur bu Sərxan Xavəri mənə qərəzini tarixi qələt mahiyyətində edib. Deməli, Proqramın verildiyi onlarla, onlarla azdır, 100-lə Qurultay iştirakçısı (həm də sonuncu səhifə tez diqqət cəlb edir!..) mənim elmi dərəcəmi, iş titulumu görməyəcək, məni tanıyanlar elə ciddi bir mövzunu dərəcəsi olmayan tələbə, maqestr və ya bir dissertantın düşünüb yazdığını fikirləşəcək!.. Niyə, nə səbəbə?! hansı haqla?!
Mən Qurultay işinə fasilə verdikdə zaldan çıxıb kolidorda ELM nəşriyyatının direktoru ilə söhbət edən elmdə xırda dağları belə yaratmadan kosmik sürətlə zirvələrə ucalan Sərxan Xavəriyə yaxınlaşdım. Elə bildi, (istəmişdim, vermədiyi qələtini bildiyi üçün) proqram istəyirəm ondan. Dedi, axtardım, tapmadım. O bu bir cümləni deyərkən üzündə elə bir saxta cizgi yarandı ki, sadəcə utanc! Halbuki, zalın qarşısındakı foyedə istəyənlərə proqram veilirmiş. Yanımda oturan məndən cavan olan BDU müəllimi, həm də padio-jurnalist xanım, mənimlə bərabər digər maraqlanan xanımlara nəzakətlə gedib götürmüşdü də...Yəni, təşkilatçı olduğu halda, bilmir ki, foyedə proqramdan çox, proqram var?! Bilir!.. Bu ştrix onun mənim elmi dərəcəmi yazmadığını gizlətmək üçün bəhanəsini ifadə edir.
Onun bu saxtakar addımı onun mənim Tərəqqi medalımın nömrəsini özünə yazmasından da mənə bəllidir. Guya səhv düşüb medallarımız... Ehtimal ki, medalımı bu bəhanə ilə məndən almaq niyyəti olub. Yoxsa elə mənimlə səhv düşməliydi medalı?!
Mən Sərxan Xavəriyə əlimdəki proqramı göstərib vəziyyəti dedim. Daha doğrusu, bu nədir, deyib, iradımı bildirdim. Bu Sərxan Xavəri o saat boynundan atdı. Bunu da təkzib etdim ki, Xəzər universitetinin Konfrans təşkilatçıları burdadırlar. Onlardan içəridə maraqlandım. Dəqiqləşdirdilər ki, AMEA RH nə verib, necə deyib, elə etmişik.
Ondan sonra məsələni işinə, bizlərə daimi diqqətli RH elmi katiblərindən Zümrüd Mənsimovaya bildirdim. Dedi ki, onlar məndən, mən də şöbənin adını Sizdən daha dəqiq olması üçün soruşub yazıb onlara göndərmişəm.
Belə!.. Elmə heç bir faydası dəyməyən, AMEA-nın Ümumi Yığıncağı kimi ən mühüm tədbirdə özünə, vəzifə məsuliyyətinə sahiblənə bilməyib, onu fantastik sürətlə və hörmətlə yuxarılara aparan, hələ ona layiq olmadığı Tərəqqi medalını verdirən AMEA prezidenti, akademik isa Həbibbəylinin məruzəsi zamanı (çünki müxbir sona kimi dayanmazdı!) yatan, bununla da medianın obyektivi olan Sərxan Xavəri mənim 1985-ci ldən qısa fasilə ilə bu günə kimi AMEA-da çalışan, 1992-ci ildə elmlər namizədi, 2015-ci ildə elmlər doktoru dissertasiyaları müdafə etmiş, ölkədə 11, xaricdə 9 ölkədə monoqrafiyası çap olunmuş, Azərbaycan Xalqının Ulu öndəri Heydər Əliyevin sağlığından indiyə kimi tədqiqatçısı, bu istiqamətdə 3 monoqrafiya, 3 məqalələr toplusunun müəllifi, bütövlükdə Azərbaycan elmini dünyada tanıdan alim olduğumu, vəs. və i.a. 40 illik zəhmətimi heçə sayaraq adımın önündə tam yazması cəhənnəm(!), - elementar 5 hərfi (fəl.e.d) yazmaması qərəzdən qaynaqlanır.
O, bu çirkin qərəzini, xüsusilə kişi xeylağına yaraşmayan çox ucuz mənəviyyatını mənim Tərəqqi medalı təşəkkürümü hətta ayrı-seçkiliklə ölkə rəhbəri, cənab İlham Əliyevə müraciətlər səhifəsinə ünvanlamamaqla da ifadə etmişdir. Fikrimcə, o Qurultaydakı bu qərəzli əməllərini elə Müraciətimi ünvanlamadıqda onu tənqid edən məktubumun yaddaşında izləri ilə etmişdir.
Borclu-borclunun sağlığını istər! Ölməsəm qalsam, mən bu yatağan adamın “əsərlərini” oxuyacağam. Baxmayaraq ki, ona enerji sərf etməyə dəyməz, mən onu oxuyacağam!..
Ondansa 1 kitab oxumaq, bir məqalə yazmaq daha faydalıdır. Ancaq yox! Onu “yuxularından” oyatmaq lazımdır. Ona xalqın elmi yolunda canını fəda edən bir alimə, qadın alimə qərəzinə görə ən layiqli cəza əsərlərini mənim elmi-obyektiv, məntiqi təhlil-qiymətləndirməm olacaq.
PS. Yaşlı alimlər "mürgüləmələrinə" görə hər mənada bağışlanandırlar. Bu adam yox!.. Jurnalist əcəb edib, bunu ciddi çıxışları saymadan yatan yerdə çəkib! Əcəb olub ona onlarla saytda ifşa olunub. Sərxan Xavərinin tarixə belə - yatmış – eybəcər düşməsi də əcəbdi!..
Bu gün, 11:30
Azərbaycanın yaşıl enerji istehsalı 8 faizdən çox artıb
Bu gün, 11:26
Azərbaycanda və Rusiyada avtomobil nəqliyyatı üçün e-CMR tətbiqi üzrə şəraitin yaradılmasına dair “Yol Xəritəsi” imzalanıb
Bu gün, 11:04
Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb
Bu gün, 11:00
Bu gün Ümumdünya Hemofiliya Günüdür
14-04-2026, 17:56
SAXTA SEÇKİ, FIRILDAQ VƏSADƏT, "UDULAN" İTTİHAMLAR VƏ ƏSASLI SÜBUTLARIM ...
12-04-2026, 14:56
UTANMAYIR! HEÇ NƏDƏN U T A N M A Y I R!..HEÇ CÜRƏ XƏCALƏT ÇƏKMƏYİR!
10-04-2026, 12:25
Azərbaycan parlamenti 11 məsələnin müzakirəsinə başlayıb
10-04-2026, 12:06
Nazir: İmtahanlarda aparılan dəyişikliklər öz müsbət nəticələrini göstərir
10-04-2026, 11:45
Türkiyənin ÖSYM prezidenti: DİM regional miqyasda nüfuzlu imtahan qurumuna çevrilib
10-04-2026, 11:43
İdarə Heyətinin sədri: DİM hər il 15 milyondan çox elektron xidmət göstərir
10-04-2026, 11:40
Şəki liseyindən ölkə rekordu - iki sinfin bütün şagirdləri yarımfinala yüksəlib
10-04-2026, 11:36
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
9-04-2026, 10:51
Zəngilanın Məmmədbəyli kəndində həyat yenidən dirçəlir
9-04-2026, 10:48
Azərbaycan və Ukrayna xarici işlər nazirləri arasında telefon danışığı olub
9-04-2026, 10:45
Qarabağ Universiteti beynəlxalq tərəfdaşlıq əlaqələrini genişləndirir
7-04-2026, 12:09
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı videoçarx paylaşılıb
7-04-2026, 12:06
Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
7-04-2026, 12:02
Aprelin 7-si Ümumdünya Sağlamlıq Günüdür
7-04-2026, 11:56
Azərbaycan Respublikasının Prezidentinin şərəfinə lanç
7-04-2026, 11:52
Filosof alimin əsərləri dünya kitabxanalarının katoloqlarında yerləşdirilib
4-04-2026, 15:55
ANONS! ANONS! MƏKTUB YETİŞDİ!.. İLHAM MƏMMƏDZADƏNİN NÖVBƏTİ FIRILDAĞI... AZACIQ GÖZLƏYİN!
31-03-2026, 11:04
Neft treyderləri səbirsizliklə aprelin 6-sını gözləyirlər
31-03-2026, 11:00
Dünya bazarında qızıl 45 dollar bahalaşıb
31-03-2026, 10:58
Azərbaycan neftinin qiyməti 128 dolları ötüb
31-03-2026, 10:57
Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığında regional vəziyyətdən narahatlıq ifadə olunub
31-03-2026, 10:56
Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunur
31-03-2026, 10:44
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib