Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyevə TƏŞƏKKÜR MƏKTUBU
Gündəm / Ölkə / Elm və təhsil
Oxunub: 261
10 noy 2025 | 21:51


Dünya Liderləri arasında xüsusi nüfuza malik, qüdrətli Dövlət başçısı, Tarixi Qürurumuzu bizə qaytaran Azərbaycan Respubkikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyev!

Mən AMEA-da 1985-ci ildən fəaliyyət göstərirəm. 1992-ci ildə filologiya elmləri namizədi, 2015-ci ildə doktoluq dissertasiyası müdafiə etmişəm. Fəlsəfə elmləri doktoru, dosentəm.


Xalqımın Elm xəzinəsinin inkişafına həyatımın 40 ilini şərəflə, ləyaqətlə həsr etmişəm. Fəxrlə başda XX əsrin dahi şəxsiyyəti, Azəbaycan xalqının Ulu öndəri Heydər Əliyev siyasi irsi mövzusunda “Heydər Əliyev və mənəvi-estetik dəyərlər”; “Heydər Əliyev siyasəti: Milli Dövət, Milli Lider, Vətəndaşlıq,Mənəviyyat”; “Heydər Əliyevin Böyük Siyasət Yolu” adlı fundamental monoqrafiyalarım, o cümlədən, dünyaşöhrətli alim Lütfi Zadə haqqında Azərbaycanda və həmçinin Avropada 7 dildə çap olunmuş ”Lütfi Zadənnin Dövrü, Dünyagörüşü, Fəlsəfi Baxışları” tədqiqat əsərlərim olmaqla, ”Ulu Öndər Heydər Əliyevin siyasətinin müdriklik gücü”; AR Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın Multikulturalizm və Mədəniyyətləarası Dialoq sahəsində uzun onillikləri əhatə edən fəaliyyərinin səlnaməsi ”Əbədiyaşar bəşəri fəlsəfə -DİALOQ”; İdentiklik-Multikultursalizm - Dialoq Fəlsəfəsi”; ”Şuşa Bəyannaməsi - Birlik və Həmrəylik Fəlsəfəsi”; “History, Methodology and Hypothesis of Artificial Intelligence” başlıqlı Toplular və çoxsayda digər əsərləri qeyd edə bilərəm.



Tərəqqi medalına layiq görülmüş
Xatirə Nəcəfqulu qızı Quliyeva
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun İdentiklik,
Multikulturalizm və Azərbaycançılıq şöbəsinin müdiri,
fəlsəfə elmləri doktoru, dosent




Cənab Prezident İlham Əliyev!

Sizin “Azərbaycanda Multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə 2016-cı ilin Azərbaycan Respublikasında ”Multikulturalizm ili” elan edilməsi haqqında Sərəncamınızdan sonra (2017-ci ildə) çalışdığım Fəlsəfə və Sosiologiya institutunda ”Multikulturalizm və tolerantlıq fəlsəfəsi” şöbəsi yaradılmış və elmə sonsuz marağıma uyğun olaraq AMEA rəhbərliyi məni həmin şöbəyə müdir təyin etmişdir. Bu ilin iyul ayında ”Multikulturalizm və tolerantlıq fəlsəfəsi” şöbəsinin bazasında ”İdentiklik, Multikulturalizm və Azərbaycançılıq fəlsəfəsi” şöbəsi yaradılmışdır ki, belə bir mühüm məzmun və mahiyyətdə elmi istiqamət birbaşa Sizin AMEA-nın 80 illik Yubileyində irəli sürdüyünüz tarixi və müasir kontekstdə dəyər kəsb edən Azərbaycan tarixi və Azərbaycanın dövlətçilik tarixinə dair elmi mövzuları ehtiva edir. Ümidvaram ki, AMEA prezidenti akademik İsa Həbibbəyli mənim təşəbbüsüm və xahişimlə yaratdığı bu şöbəyə yeni və savadlı mütəxəssis alimlər cəlb edərək Azərbaycan milli elmi təfəkkürünün inkişafını gücləndirəcəkdir. Eyni zamanda yaxın gələcəkdə - gələn il – Multikulturalizm Sərəncamının 10 illiyində bu şöbənin əsasında AMEA-da güclü intellektual, təcrübəli və habelə, saf alimlərdən ibarət elmi tədqiqat institutunun yaradılması dövlətçilik ənənələrinin inkişafına güclü təkan verə bilər. Bununla Azərbaycan elmi yeni ruhda, ziyalı adına layiq şaffav fəaliyyətlə gələcəyə doğru addımlayacaqdır.
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev! Mən eyni zamanda 2005-ci ildə ““Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti” İB-ni təsis etmişəm və sədriyəm. İctimai Birlik Suriyada Müharibəyə qədər və İmadəddin Nəsiminin 650 illik yuileyi qeyd olunduğu Suriya müharibəsi dövründə dolğun fəaliyyət göstərib. Xalq Diplomatiyası istiqamətində indeksləşmiş fəaliyyətimə Sizin Suriyanın yeni hökuməti ilə dostluq, əməkdaşlıq məzmununda əlaqələniniz böyük situmul verməkdədir. AMEA-da bu yöndə işlər həyata keçirmək də Dövlətçilik tariximizin tarixi səhifələrinin təravətlənməsinə xidmət edə bilər. Mən İmadəddin Nəsimi irsinə aid qiymətli əsərlərin ölkəyə gətirilməsi və yeni nəşrlərin meydana çıxmasında fəal iştirak etmişəm. “İmadədddin Nəsimi Poeziya və Fəlsəfə Tədqiqatlarının Mədəniyyətlərarası Dialoq Əsasları” mövzusunda monoqrafiyam çap prosesindədir.
Bütün bu yazdıqlarıma Azərbaycan elmini xaricdə təmsil və təbliğ etdiyim faktını da əlavə etmək istərdm. Belə ki, bir neçə beynəlxalq jurnalın və ECLSS konfrans təşkilatının üzvüyəm. Türkiyə, ABŞ, Çin, İtaliya, Pakistan, Hindistan, İndoneziya və b. ölkələrdə məqalələrim çap olunmuşdur. Lambert akademik nəşriyyatı 2023-cü ildə dahi Lütfi Zadə haqqında monoqrafiyamı İngiltərə, Portuqaliya, Almaniya, İspaniyanın, Fransa, İtalya və Rusiyanın nüfuzlu nəşriyyatlarında həmin ölkələrin dilində nəşr etmişdir.
Əlbəttə, mənim dolğun elmi yaradıcılığım uzun illərdir ki, göz qabağındadır. Lakin fəaliyyətim 40 ildə bir dəfə də yüksək Dövlət təltifi ilə qiymətləndirilməyib. Sizin məni Əbədi MƏBƏDİM - AMEA-nın 80 illik yubileyi münasibəti ilə 05.12.2025-ci il tarixdə imzaladığınız Sərancamla Tərəqqi medalına layiq bilməyiniz xəbərini eşitdikdə çox sevindim, çox məmnun oldum, ülvi hisslər keçirdim.
Ona görə də Sizə Azərbaycan elminin inkişafına həsr olunmuş 40 ililik zəngin elmi yaradıcılığıma verdiyiniz yüksək qiymətə görə dərin minnətdarlıq hissimi bildirməyi özümə borc bilirəm. Bu məktubla Sizin etimadınızı doğruldacağıma, XX əsrin dahi şəxsiyyəti Heydər Əliyevin bizə bəxş etdiyi, Sizin yaşatdığınız Azərbaycan Milli Elmlər Akademiyasının müqəddəs Məbəd varlığına layiq alim missiyama sadiq olacağıma əmin edirəm.
Azərbaycan Respubkikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyev! Sizə uzun ömür, möhkəm cansağlığı, Azərbaycanın dinamik inkişafı yolunda sarsılmaz iradə, mətin addımlar, monolit qərarlar və axarlı nailiyyətlər arzu edirəm.
Sizinlə - XXI əsrin Zəfər fatehi ilə fəxr edirəm. Sizin yürütdüyünüz siyasət mənim siyasət şüurumdur və intellektual imkanlarımla BU YENİLMƏZ SİYASƏTİ qürurla ölkəmizdə, xaricdə təbliğ edirəm və hər zaman da təğliğ – təşviq edəcəyəm.


Hörmət və ehtiramla
Bu gün, 11:33
Daimi Nümayəndəlik: Mina təhlükəsinin aradan qaldırılması davamlı beynəlxalq həmrəylik tələb edir
Bu gün, 11:29
Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb
Bu gün, 11:26
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib
Bu gün, 11:23
İsa Həbibbəyli: Akademik Ədilə Namazova Azərbaycan tibb elminin inkişafına öz möhürünü vurub
Bu gün, 11:20
AMEA Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
Bu gün, 11:17
Tədqiqatçılar üçün təlim: akademik mühitdə süni intellektdən istifadənin etik prinsiplərndən bəhs olunub
Bu gün, 11:16
Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni nömrəsi nəşr olunub
Bu gün, 11:14
Azərbaycan nefti 121 dollardan baha satılır
Bu gün, 11:13
Yaxın günlərdə metronun “İçərişəhər” stansiyasından “Həzi Aslanov”a qatarlar birbaşa hərəkət edəcək
Bu gün, 11:11
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycan BMT-də dini abidələrin dağıdılması ilə bağlı xüsusi məruzəçini qərəzli yanaşmada ittiham edib
Bu gün, 11:09
Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır
Bu gün, 11:07
“SOCGOV 2026” - Sosial xidmətlərin gələcəyi bu gün Xankəndidə müzakirə olunur
Bu gün, 11:05
BDYPİ piyadalara növbəti dəfə çağırış edib
Dünən, 12:35
Məşhur televiziya tamaşalarının rəssamı Rəfail Əlizadənin yaradıcılıq sərgisi açılıb
Dünən, 12:31
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
Dünən, 12:30
Milli Məclis Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib
Dünən, 12:29
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Dünən, 12:17
Akademik Nizami Cəfərov: Yeni dərs vəsaiti Birinci Türkoloji Qurultayın elmi məzmununu araşdırır
Dünən, 12:06
XII Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günü zəngin ədəbi proqramla davam edir
Dünən, 12:02
Stokholmda Böyük İpək Yolunun turizm imkanları təqdim edilib
Dünən, 11:59
Berlində Azərbaycan və Özbəkistanın birgə turizm marşrutları təqdim olunub
Dünən, 11:55
Azərbaycanın çoxşaxəli xarici siyasəti milli maraqların qorunmasına xidmət edir
Dünən, 11:54
Günay Əfəndiyeva: Vahid informasiya məkanının formalaşdırılması Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır
Dünən, 11:49
Azərbaycan və İndoneziya arasında siyasi məsləhətləşmələr keçirilib
Dünən, 11:38
Azərbaycan ABŞ-də keçirilən Dreyk Forumunda təmsil olunub
Dünən, 11:32
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edilib
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031