KİMDİR HAQLI? HAKİMLƏR ELMAR RƏHİMOV VƏ ZAUR HÜSEYNOV YOXSA HAKİM ƏFQAN ƏLƏKBƏROV ?..
Gündəm
Oxunub: 511
3 avq 2025 | 04:41

Xatirə Quliyeva
1(103)-1466/2025 nömrəli İŞ üzrə Xüsusi ittihamçı


ZAUR HÜSEYNOVDAN 1-CƏ GÜN, HƏTTA ELMAR RƏHİMOVDAN 2 SAAT "TƏXİR" XAHİŞ ETMİŞDİM ...


Əziz oxucum!
Bu "əcaib" maraqlı yazımı başlarkən yadıma maarifçilik dövrü tədqiqatlarım zamanı "Əkinçi" qazetinin əlyazmalarını səbrlə oxumağım və ilk qazetimizin məlumat təqdimatları düşdü...
Müəllimimiz "Əkinçi" sayaq keçirəm içində narazılıqlarım dolu məlumatıma.
Yazmışdım, bilirsiz ki, 2023-cü ilin 1 dekabrından mənə xitabən öz facebook səhifəsində "Mən erməniyəm! Necə ölkədəki 30 min erməniyə dözürsən, mənə də dözməlisən! Bir vətənin övladlarıyıq!" yazan, deməli, erməni Aydın Əli-Zadənin vətənə xəyanət maddəsi ilə həbs olunan "dostu" Nəzakət Məmmədovanın AR DTX tərəfindən saxlanılmasından sonra məni onu erməni mövqeyindən yazdığı və çapı üçün məndən təcili "çıxarış" istədiyi "150 səhifəlik KİTABINA" görə rəhbərlik etdiyim şöbədən kənarlaşdırdığım səbəbi ilə 5 il sonra məhkəməyə verməsi məsələsi üzrə məhkəmə prosesləri davam edir.
Hazırda baxılan İŞİN uzun bir tarixçəsi var. Belə ki, bu İŞƏ ilk dəfə Səbail rayon məhkəməsinin hakimi Şəhla Süleymanova baxıb. Baxıb deyəndə ki, Şikayətim onun icraatında olub. O. İclasda başqa qərar elan edib, Qərarda başqa əsas yazıb və mən Apellyasiya şikayəti vermişəm. Bakı Apellyasiya məhkəməsinin hakimi Elmar Rəhimovun sədrliyi ilə hakim heyəti Şəhla Süleymanovanın məzmunundan qeyri-müstəqillik "yağan" Qərarını ləğv edib. Bu Qərarda bir müddəa ilə razılaşmamışa əm və ALi məhkəməyə Kassasiya Şikayəti vermişəm "Standartlara uyğun olaraq" Qərar dəyişdirilmədən saxlanılıb. Bundan sonra prosedura uyğun şəkildə İŞ Ali məhkəmədə baxıldıqdan sonra ARXİV üçün Səbail rayon məhkəməsinə qaytarılıb.
Həə, bu vaxt hüquqa heç aidiyyəti olmayan "kino-komediya" deyim, ya "tragi-komediya" deyim, əcaib işlər baş verib. Yəni mən, məhkəməyə baxılması üçün Şikayət Ərizəsi vermədiyim halda (!), konkret olaraq, bir növ (məntiq bunu deyir!) Aydın Əli-Zadəyə xeyrinə Qərar borclu olan Səbail rayon məhkəməsinin hakimi Ülviyyə Şükürovanın katibi hakim adından mənə 10 dəfələrlə zəng edərək iclasa gəlməyim üçün xahişlər edib. Bu hakim mənim gəlməyimi planlaşdıraraq 3 dəfə iclas təyin edib. gözlə ki. gözləyib məni. Nəhayət, mən 3-cü dəfə təyin olunmuş İclasa gəldikdə İşə savadsızlıqla, səviyyəsizliklə baxaraq İMZAM olmadığı, Şikayət verməyə hüququm olmadığı. barışdığım, müddətin bitdiyi əsası ilə İŞİ İcraata almamaq haqqında Qərar qəbul edib.
Mən də "zorən təbib" misalı Apellyasiya Şikayəti vermişəm. Bu Şikayətimə Bakı Apellyasiya məhkəməsinin hakimi Zaur Hüseynovun sədrliyi ilə məhkəmə heyəti baxıb və Ülviyyə Şükürovanın "bezobraziya" Qərarını Ləğv edib. İş yenidən baxılması üçün qaytarılıb Səbail rayon məhkəməsinə. İş bu məhkəməyə gələn kimi Aydın Əli-Zadə dostu vətən xaini Arzu Məmmədova saxlanıldıqdan sonra qorxuya düşüb ilk dəfə Şikayət verdikdə mənim qeydiyyat ünvanım Nizami rayonu, faktiki ünvanım Sabunçu rayonu olduğu halda İŞİ icraatına almış. onunla hazırlıq iclası adı ilə təklikdə görüşmüş, mənə Şikayət ərizəsini belə göndərməmiş, davamda mənə qarşı zorakılıq etmiş hakim Azər Tağıyevə düşür. Azər Tağıyev ona verdiyim 2 haqlı Etirazı saya saymır və İşə baxaraq Aydın Əli-Zadəyə tərəf - Təhqir maddəsi üzrə yüngülvari 1200 manat cərimə. Böhtan maddəs iüzrə Bəraət Hökmü çıxarır və mən növbəti dəfə Apellyasiya Şikayəti verirəm.


Bu Şikayətim Bakı Apellyasiya məhkəməsində Aydın Əli-Zadənin sifarişi ilə haqqımda yalan məlumat, onunla qoşa fotoşop edilmiş şəklimi yaymış Qafqazinfo.az saytına qarşı Apellyasiya şikayətimə baxmış hakim Əfqan Ələkbərova verilir!.. Heç təsadüf hesab etmirəm. Bu haqda "ƏDALƏT YENƏ BOĞULACAQ! HAKİMLƏRƏ İNAM YENƏ YERƏ ÇIRPILACAQ – BƏRAƏT QÜVVƏDƏ QALACAQ!" (https://cahanplus.com/gundem/5729-edalet-yene-bogulacaq-hakimlere-inam-yene-yere-cirpilacaq-beraet-quvvede-qalacaq-hele-1200-manat-cerime-de-belke-yungullesecek.html) media yazımda da ətraflı yazmışam. Ona 2 dəfə Etiraz verib bitmək bilməyən iclaslarına da getmirəm. Bu öz yerində.
Əziz oxucum!

Bu yazımın məğzini anladım indi.
Yuxarıda qeyd etdiyim kimi İttihamçı olduğum bu İş üzrə Bakı Apellyasiya məhkəməsində 3-cü Şikayətim hakim Əfqan Ələkbərovun icraatındadır. 22 may 2025-ci il tarixdə İş Səbail rayon məhkəməsindən Bakı Apellyasiya məhkəməsinə göndərilib. O vaxtdan indiyə kimi. yəni, 3 aydır ki, Əfqan Ələkbərov İclasdı təyin edir. Hətta İclası 15 gün təxirə də salıb.
Mənə də elə hakim Əfqan Ələkbərovun 3 ay bu İşə "baxıb" qurtara bilməməsi maraqlı gəlir. Başqa cür ifadə etsəm, mənə təəccümlü və şübhəli gələn "bu xəmirin bu qədər su aparmasıdır"...
Eyni ölkə, eyni məcəllə və eyni qanunlar, eyni məhkəmə, eyni İŞ. Necə olur BU İŞƏ birinci dəfə baxan hakim Elmar Rəhimov və heyəti 1-cə günə baxdı! İkinci dəfə BU İŞƏ baxan hakim Zaur Hüseynov və heyət yenə bircə günə baxdı! Amma hakim Əfqan Ələkbərov və hakim heyəti 3 aydır baxıb qurtarmır!
Yeri gəlmişkən, xüsusi olaraq vurğulamaq istəyirəm ki, həm Elmar Rəhimov, həm Zaur Hüseynov İŞƏ mənsiz baxmışdılar.
Hətta Elmar Rəhimova İşə baxdığı 29 may tarixdə Nərimanov rayon məhkəməsində (elə Əfqan Ələkbərovun Apellyasiya şkayətimə baxacağı İŞ - Aydın Əli-Zadə marağına uyğun Qafqazinfo.az-ın saxta məlumatı üzrə İŞ) Yekun iclasda iştirak edəcəyim və bu əsasla İCLASI 2 saat təxirə salması haqqında Ərizə göndərmişdim. Hakim əsaslı səbəbi saymayıb İŞƏ baxmışdı. 2 saat! Məlumdur ki, hakimlər gün boyu İşlərə baxırlar. Hələ çağırdıqları vaxtda gəlib, qapılarında saatlarla gözləyirik. AMMA! Elmar Rəhimov mənim İclası 2 saat təxirə salması xahişimi saymamışdı.

Eləcə də hakim Zaur Hüseynov mənim Apellyasiya Şikayətim üzrə 19 mart 2025-ci il tarixli İclasını 1-cə gün təxirə salmamışdı. Mən 18 martda ciddi bir tədbirdə iştirak etmişdim. Səhhətim pisləşmişdi və 19 mart tarixdə yaşadığım ucqar bir ərazidən şəhərə gəlmək iqtidarında deyildim. Buna görə Zaur Hüseynova Ərizə göndərərək 1-cə gün İclası təxirə salmasını xahiş etmişdim!
Mən məhkəmələrdə tərəflərdən birinin iştirak etməməsi səbəbi ilə dəfələrlə iclasların təxirə salındığının şahidi olmuşam. Ancaq istər hakim Elmar Rəhimov, istər hakim Zaur Hüseynov İddiaçının iştirakı olmadan İşə baxılmasının mümkünlüyü müddasını rəhbər tutaraq mənim ərizələrimi nəzərə almadan İşə baxmışdılar. Belə düşünürəm ki, bəlkə təxirə salsaydılar və mən özüm iştirak etsəydim daha əsaslı Qərarlar qəbul olunardı...
Əlbəttə əsas Ədalətli Qərardır! Bu hakimlər də əsasən Ədalətli Qərar qəbul etdikləri üçün onlara hər bir halda və həmişə minnətdaram.
Əziz oxucum!
Yaxşı, bəs eyni məhkəmənin, eyni kollegiyanın hakimlərinin qanunlardan istədiyi kimi istifadə etməsi nə deməkdir? Bir halda ki, İŞƏ BİRCƏ GÜNƏ BAXMAQ MÜMKÜNDÜR, ƏFQAN ƏLƏKBƏROV NİYƏ 3 AYDIR BAXIR?!
Bu məqamda həbsdə olan vəkil Adəm Məmmədovu xatırladım... Əcaba, bəlkə hakim Əfqan Ələkbərovun 1 günə baxılan İŞİ 3 ay yubatmasının kökündə bəzi vəkilləri ANDından, ləyaqətindən azdırıb işdən qovulmaqlara, töhmətlərə, hətta həbsxanalara intiharlara aparan "şeytan əməlləri" dayanır?!
Bəxtiyar Vahabzadənin qılınc kimi misalarıdır:
"Biz veririk böyüklərə.
Böyüklər də böyüklərə!..".
Bunu belə yazsaq :
Hakimlər "volya" verir vəkillərə.
Onlar da "şoqəribi" alıb-gətirir
gör kimlərə?!- hakimlərə!..

Mən Əfqan Ələkbərova birinci Apellyasiya Şikayətimə "baxarkən" çox inanmışdım. Məhz onda da bir neçə dəfə olmuşdu iclasları və Müşavirə otağınan çıxıb Ədalətsiz, Qanunları taptalayan Qərarını elan etdikdə onun uzanan iclaslarının səbəbini bizdə formlaşmış tərəf - vəkil - hakim tərəfdaşlığı nəticəsi kimi dərk edib onu yaddaşımın "D" qutusuna atmışdım.
Elə bu əsaslarla da ona bu Apellyasiya Şikayətimdə 2 dəfə Etiraz verdim. Düşünürəm, ay dəli, Əfqan Ələkbərovun sənin Apellyasiya Şikayətinə, daha dəqiqi Aydın Əli-Zadə İşinə marağı olmasaydı heç götürməzdi BU İŞİ! Yaxud, "sistem" onu seçmişdi. O özü düz bir il əvvəl İttihamçının eyni məzundan qaynaqlanan Apellyasiya Şikayətinə onun ziyanına baxdığı, ədalətin şübhə altında olduğu əsası ilə Özünə Etiraz verərdi. Təkidlə "baxırsa" baxsın da!..
Bir də bizdə ETİRAZ qanunu ən hörmətsiz qanundur. Məhkəmələrdə nə qədər Əsaslı Etirazlar "baxılmamış" saxlanılır.

2 gün sonra, yəni 5 avqust 2025-ci il tarixdə hakim Əfqan Ələkbərov və hakim heyəti mənim Etirazlarımı saymadan İttihamçı olduğum Apellyasiya Şikayəti üzrə məhkəmə iclası keçirəcək. Mən haqlıyam! Azər Tağıyev mənə ciddi müddəalarla böhtanlar atmış, şəxsiyyətimi, yaradıcı nüfuzumu alçaldan təhqir mahiyyətdə böhtanlar atmış Aydın Əli-Zadəyə son dərəcə tərəfkeşliklə (yuxarıda əsaslandırmışam) Böhtan maddəsi üzrə Bəraət verib!
Azər Tağıyev Aydın Əli-Zadənin məni təhqirlərini bilərəkdən təhlil etmədən, qiymətləndirmədən ona cüzi cəza - 1200 manat cərimə kəsib! Görəsən, bu hakim Aydın Əli-Zadə həmin təhqir və böhtanları onun yaxınları haqqında yazsaydı Bəraət verərdi ona? Yaxud Aydın Əli-Zadə onun məhkəməsindən sadəcə, quruca 1200 manat cərimə ilə çıxa bilərdi?!
Necə olur, müğənni gənc qadına (Dəniz Əsədovaya) 1 vəkili təhqir etdiyi üçün 7 ay həbs verirlər. Apellyasiya məhkəməsi də qüvvədə saxlayır! Ancaq 40 ilin alimini, dövlətçilik mövqeli ziyalısını Azərbatcan Dövlətini və Xalqını yüzlərlə yazılı material və vidio çıxışlarla təhqir edən, Milli Təhlükəsizlik Qanununa zidd gedərək sərhədlərimizi, tariximizi ermənilərin xeyrinə təhrif edən, qadını onun əməllərini mediada İfşa etdiyindən, barəsində AR DTX-ya şikayət verməsindən qəzəblənərək ağır formada təhqir edən, ona böhtanlar atan Aydın Əli-Zadənin xeyrinə Qərar çıxarılır!
Aydın Əli-Zadəni müdafiə etmək, onun xeyrinə Qərarlar çıxarmaq sadəcə Milli mentalitet hissindən uzaq olmaq demək deyil! Bu qeyri-dövlətçilik hissi, həm ölkə Qanunlarının. həm də İlahi Ədalətin taptalanmasıdır.

Əziz oxucum!

İnanıram ki, Ədaləti Zəfər çalmağa qoymayan, məhkəmə kimi haqq-ədalət meydanı olmalı məqamda rəzalətə Zəfər çaldıran hakimlər gec-tez həm yerdəki "hakimin", həm də "əsl hökmün sahibi" göydəki hakimin - Allahın - İlahi Ədalətin cəzasını alacaqlar!
Əziz oxucum!

Beləcə. 3 gün keçməz, sevindirərəm, deyə bilmərəm! Ancaq xəbərdar edərəm Sizi.
SUAL İSƏ BUDUR BU : KİMDİR HAQLI? HAKİMLƏR ELMAR RƏHİMOV VƏ ZAUR HÜSEYNOV YOXSA ƏFQAN ƏLƏKBƏROV ?..

PS: Görəsən, SÖZün mafəsinin uzunluğu nə qədərdir?!
23-10-2026, 11:33
Daimi Nümayəndəlik: Mina təhlükəsinin aradan qaldırılması davamlı beynəlxalq həmrəylik tələb edir
23-10-2026, 11:29
Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb
23-10-2026, 11:26
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib
23-10-2026, 11:23
İsa Həbibbəyli: Akademik Ədilə Namazova Azərbaycan tibb elminin inkişafına öz möhürünü vurub
23-10-2026, 11:20
AMEA Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
23-10-2026, 11:17
Tədqiqatçılar üçün təlim: akademik mühitdə süni intellektdən istifadənin etik prinsiplərndən bəhs olunub
23-10-2026, 11:16
Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni nömrəsi nəşr olunub
23-10-2026, 11:14
Azərbaycan nefti 121 dollardan baha satılır
23-10-2026, 11:13
Yaxın günlərdə metronun “İçərişəhər” stansiyasından “Həzi Aslanov”a qatarlar birbaşa hərəkət edəcək
23-10-2026, 11:11
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
23-10-2026, 11:10
Azərbaycan BMT-də dini abidələrin dağıdılması ilə bağlı xüsusi məruzəçini qərəzli yanaşmada ittiham edib
23-10-2026, 11:09
Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır
23-10-2026, 11:07
“SOCGOV 2026” - Sosial xidmətlərin gələcəyi bu gün Xankəndidə müzakirə olunur
23-10-2026, 11:05
BDYPİ piyadalara növbəti dəfə çağırış edib
22-10-2026, 12:35
Məşhur televiziya tamaşalarının rəssamı Rəfail Əlizadənin yaradıcılıq sərgisi açılıb
22-10-2026, 12:31
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22-10-2026, 12:30
Milli Məclis Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib
22-10-2026, 12:29
Prezidentin Mətbuat Xidmətinin məlumatı
22-10-2026, 12:17
Akademik Nizami Cəfərov: Yeni dərs vəsaiti Birinci Türkoloji Qurultayın elmi məzmununu araşdırır
22-10-2026, 12:06
XII Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günü zəngin ədəbi proqramla davam edir
22-10-2026, 12:02
Stokholmda Böyük İpək Yolunun turizm imkanları təqdim edilib
22-10-2026, 11:59
Berlində Azərbaycan və Özbəkistanın birgə turizm marşrutları təqdim olunub
22-10-2026, 11:55
Azərbaycanın çoxşaxəli xarici siyasəti milli maraqların qorunmasına xidmət edir
22-10-2026, 11:54
Günay Əfəndiyeva: Vahid informasiya məkanının formalaşdırılması Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır
22-10-2026, 11:49
Azərbaycan və İndoneziya arasında siyasi məsləhətləşmələr keçirilib
22-10-2026, 11:38
Azərbaycan ABŞ-də keçirilən Dreyk Forumunda təmsil olunub
22-10-2026, 11:32
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edilib
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031