ƏDALƏT YENƏ BOĞULACAQ! HAKİMLƏRƏ İNAM YENƏ YERƏ ÇIRPILACAQ – BƏRAƏT QÜVVƏDƏ QALACAQ!

Xatirə Quliyeva
fəlsəfə elmləri doktoru
İş № 1(103)–1466/2025 -İŞ üzrə xüsusi ittihamçı
ƏFQAN ƏLƏKBƏROV! QUL DEYİLƏMSƏ, SİZİ TANIDIĞIMI VƏ SİZƏ ETİRAZ ETDİYİMİ NƏZƏRƏ ALIN!..
Əziz oxucum!
İndi Sizə çoxlarımız üçün adiləşmiş məhkəmə haqsızlıqlarından biri haqqında qısa bəhs edəcəyəm. ANONS kimi lokonik məlumat verəcəyəm. Göz görə haqq-ədalət yerdən-yerə çırpılandan sonra ətraflı yazıb ürək ağrısı versəm də Sizə Bakı Apellyasiya məhkəməsinin hakimi Əfqan Ələkbərovun necə hakim olduğunu bildirəcəyəm.
Beləliklə, 2016-cı il, 2018-cı il, 2023-cü il və 2024-cü ildə 278.2.2 maddəsi ilə ittiham olunmuş və keçən il 7 il həbs cəzası alaraq cəzasını həbsdə çəkən Aidə Seyfullayevanın qardaşı Elbrus Ərudun rəhbərlk etdiyi Qafqazinfo.az saytı 21.02.2024-cü ildə fotoşəklimi 2018-ci ildə erməni mövqeindən yazdığı illik (kitab formatında 150 səh.həcmdə) Plan işinə və onun bir hissəsi olan məqaləyə görə müdiri olduğum şöbədən kənarlaşdırdığım, 2023-cü ildə saxta sənədlərlə professor adına tövsiyyə olunmasını 11 fevral 2023-cü ildə təsisçisi və baş redaktoru olduğum cahanplus.com saytında “Tanış olun! Saxtakarlıqla AAK-a professor adı üçün tövsiyə olunmuş Aydin Əlizadə budur” (https://cahanplus.com/gundem/4898-tanis-olun-saxtakarliqla-aak-a-professor-adi-ucun-tovsiyye-olunmus-aydin-elizade-budur.html) başlıqlı məqalədə ciddi arqumentlərlə tənqid etdiyim, erməni olduğunu mənə ciddi şəkildə xitabla yazmış, deməli, erməni Aydın Arif oğlu Əli-Zadə ilə yaxın məsafədə xüsusilə də fotomontaj edilərək, eyni zamanda barəmdə məni cəmiyyətdə nüfuzdan salan, böhtanlar, həmçinin, yanlışlıqlar dolu məlumat yaymışdı. Mən 22.02.2024-cü il tarixdə bu qanunsuzluqdan xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət edərək yazının müəllifi, Qafqazinfo.az saytının əməkdaşı Məmmədli Sail Ağasəlim oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələrilə cinayət işinin başlanmasını və onun cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılması barədə hökm çıxarılmasını xahiş etmişdim.
Təqsirləndirilən Sail Ağasəlim I instansiya məhkəməsində də, Apellyasiya məhkəməsində də çıxışında məlumatı Səbail rayon məhkəməsinin 19 yanvar tarixli qərarına əsaslanaraq yazdığını və bu məlumatı e.mehkeme portalının Anonim Qərarlar səhifəsində “C” hərfi yazmaqla əldə etdiyini bildirmişdi. Əvvəla, Anonim Qərarlar səhifəsində onlarla sözü ifadə edən “C” hərfini yazmaq üçün qrafa yoxdur və orda verilən sualların cədvəlini əlavə etməklə təqsirkarın məhkəmələri aldatdığını, əsas da istər I instansiya məhkəməsinin, istərsə də, Apellyasiya məhkəməsi və ali məhkəmə hakimlərinin özmaraqlarına görə bu yalana göz yumduqlarını sübut etməyə heç ehtiyac yoxdur.
Əziz oxucum!
Diqqətinizə Azərbaycan dilində "C" hərfi ilə olan 100 sözdən ixtisarla 75-ni çatdırıram: "cabbar, cabir, cahan, cahangir, camaat, camal, can, canavar canan, canlanma, canlı, cansağlığı, car,cari,canubi, cavab, cavabdeh, cavabsız, cavad, cavan,cavanşir, cavid, caz cazibədar cem,ceyhun, ceyran, cüyür,cəbhə, cəbrayıl, cədvəl, cəfər , cəhd, cəhət, cəlal, cəlbedici, cəlil, cəmi, cəmil, cəmilə, cəmiyyət, cəmşid, cənab, cənnət, cənub, cərəyan, cərimə, cərrah, cərrahiyyə, cəsarət,cəsur ,cəza, ciddi, cihaz, cild, cinayət, cinayətkar, cinayətkarlıq, cins, cinsli,civə, cizgi, coğrafi, coğrafiya. coşqun, cövhər,culfa,cümə,cüt,cütlük,cüzi,cümhuriyyət, cümləcü, cütlük, cüzi".
Təsəvvür edin, XXI əsrin jurnalisti XXı əsrin hakimini (davamda daha 6 hakimi) belə bir cəfəngiyyatla aldadır (ələ salır!) onlar da bir növ "çörəyi burunlarına yeyirlərmiş (atalar sözü) kimi "C" yazmaqla e.mrhkeme portalında anonim Qərarların və xüsusən də minlərlə cinayət işi hökmündən, qərarından mənə aid olan Qərarın çıxdığına inanırlar!
Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoy qarşı tərəfin xeyrinə Qərar çıxarmağa maraqlı olduğu üçün bu absurda - qanun pozuntusuna yol vermişdi.
İkincisi, İş materiallarında mənim dolğun qanun maddələri, AİHM-nin Qərarlarından misallarla, faktlarla sübut etdiyim kimi FOTOŞƏKLİM mənim şəxsi həyatım deməkdir və ondan mənim icazəm olmadan, hətta qəti etirazım olduğu halda istifadə olunması açıq cinayətdir. Bu məsələ, Avropa Məhkəməsi Qəraları ilə olduğu kimi, Azərbaycan Respublikası Qanunları ilə də təsdiqlənir. AR MM-nin qəbul etdiyi fotoların yayılmasının yolverilməzliyi barədə Qanun da buna əyani sübutdur.
Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoy savadsızlıq və ya saxtakarlıqla bu qanunu da taptalamışdı.
Qanunvericilikdə qüvvəyə minməmiş Qərar olmadan hər hansı bir məhkəmə prosesinin ictimailəşdirilməsi qanuna ziddir və cinayət məsuliyyəti yaradır. Bu baxımdan Qafqazinfo.az saytının (habelə onlardan götürən 50-yə yaxın saytın həmin məlumatı) mənim barəmdə məlumatında istinad olunmuş Səbail rayon məhkəməsinin 19 yanvar tarixli Qərarına Apellyasiya məhkəməsində 14 fevralda baxılıb. Faktdır ki, Qərar 21 fevralda heç e.mehkeme portalına yerləşdirilməmiş Qafqazinfo.az saytı 21 fevral 2014-cü il tarixdə məlumatı hətta yanlışlıqla yaymlamaqla qanuna zidd hərəkət edib. Ancaq Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoy məqsədli şəkildə bu qanunu saya saymadı.
Sonra. Mənim səhhətim hakim Xalidə Əlisoyun 13 mart Qərarından kəskin pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdim, bu səbəbdən cəmi 1 iclasda - 3 aprel tarixli iclasda iştiak edə bilməsəm də omblator müalicəyə buraxıldıqdan sonra 2 ay davam edən iclaslarında da o, daimi olaraq mənim haqlı olduğumu açıq bildirmiş, hətta 24 aprel tarixdə Şikayətimi icraata almaq haqqında Qərar (İş № 1(005)-221/2024) qəbul etmişdir. Hakim Xalidə Əlisoyun 24 aprel tarixli Qərarında yazılmış Şikayətimin icraata alınması barədə əsaslarını diqqətinizə çatdırıram: "Məhkəmə proses iştirakçılarını dinləyərək, xüsusi ittiham qaydasında şikayəti araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət məhkəmənin icraatına qəbul edilməlidir. Xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə baxışı Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə aiddir. Şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olan şəxs tərəfindən verilmişdir, şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğundur, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Şikayət vermiş şəxsin dəlillərini təsdiq edən ilkin sübutlar şikayətdə əks etdirilmişdir. Xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsaslar müəyyən edilmədi. İşin məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar yoxdur. Xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edilmişdir. İttiham tərəfinin təqdim etdiyi sübutlar siyahısı qəbul edilmişdir. Xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və işin məhkəmə baxışına təyin edilməsi üçün kifayət qədər əsaslar vardır. Ona görə də məhkəmə, təqsirlilik haqqında məsələyə qabaqcadan hüquqi qiymət vermədən (həll etmədən) xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və işin məhkəmə baxışına təyin edilməsini əsaslı hesab edir".
Qanunvericilikdə İcraata alınmış Şikayət üzrə cəza verilməsi labüddür və ya İcraata alınmış Şikayət üzrə tərəf İttiham olunan – təqsirləndirilən qəbul olunmuşdursa ona Bəraət vermək qanuna zid hərəkətdir. NECƏ YƏNİ, HƏM "İŞİN MƏHKƏMƏ BAXIŞINA TƏYİN EDİLMƏSİ ÜÇÜN K İ F A Y Ə T QƏDƏR ƏSASLAR VARDIR" - , YAZASAN, HƏM DƏ BƏRAƏT VERƏSƏN?! Budur rüşvıətn və ya tapşırığın təsiri!
Ancaq Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoya nə verildi, verilmədi məlumum deyil, fakt bu ki, o öz İcraata alınma Qərarını dəyişərək təqsirləndirilən Sail Ağasəlimə Bəraət verdi.
İşdə bir çox əsaslandırılmış arqumentlərin sübutları da vardır ki, İcraatın ləğv edilməsi qeyri-şəffaflığı təsdiqləyir.
Əziz oxucum!

Indisə diqqətinizə Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinin tələblərini xatırladaraq Bakı Apellyasiya məhkəməsində Nərimanov rayon məhkəməsinin 29 may 2024-cü il tarixli (İş № 1(005)-221/2024) Hökmündən mənim Apellyasiya Şikayətimə baxmış Əfqan Ələkbərovun qanunları "özmarağına" (ya rüşvət, ya tapşırıq") görə heç saymasını, mənə qarşı sonsuz qərəz və ədalətsizliyini çatdırmaq istəyirəm.
Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.
CPM 397.2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.
Əziz oxucum!
Beləcə, Bakı Apellyasiya məhkəməsində İşə baxan məhkəmə heyətinə sədrlik edən Əfqan Ələkbərov Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinin və eləcə də CPM 397.2. və 397.3.; 397.3.2.( birinci instansiya məhkəməsi bu sübutların tədqiqini obyektiv səbəb olmadan rədd etdikdə) maddələrinin tələblərini özmarağ prinsipi ilə pozaraq hətta İcraata alınmadan sonra qanunsuz verilmiş Bəraət Hökmünü qüvvədə saxlamışdı.
Əfqan Ələkbərov və sədrlik etdiyi dilsiz balıqlar timsalı hakim heyəti qanunla qorunan və milli mentalitet şüurunu ehtiva edən məsələyə - qadının şəklinin kişi ilə montaj edilərək yayımlanması (bizim xalqın namus-qeyrət məsələsi!) da məqsədli şəkildə göz yumdular. Sual yaranır, həmin hakimlərin ailə üzvlərinə, elə özlərinə qarşı belə hərəkət baş versə laqeyd olarlarmı? Bundan başqa Şəxsin razılığı olmadan onun haqqında məlumatın yayılması, hətta yanlış məlumatla şəxsin nüfuzuna toxunulması qanuna ziddir . Məgər hakim əfqan Ələkbərov bu qanunu bilmirdi?! Bilirdi və öz “maraq” naminə istər iş materiallarında olan, istərsə də çıxışımda buldirdiyim bu və bu kimi qanun pozuntularını görməməzlikdən gəldi.

Hətta mən Ulu öndər Heydər Əliyevin 13 avqust 2001-ci il tarixli Bəyanatından sitat gətirərək milli mentalitet məsələsini önə çəkdikdə hakim Əfqan Ələkbərov hakimlərdən biri ilə söhbət etdi. Heydər Əliyev həmin vəsiyyəti 23 il əvvəl məhz Əfqan Ələkbərovun şikayətimə öz marağına uyğun şəkildə baxdığı gün söyləmişdi və bəzi mətbuat orqanlarının demokratiyadan sui-istifadə edərək milli-mentaleitet hissini məhv etməyə çalışdıqlarını kəskin tənqid etmişdi. Sitat: “bəziləri, təəssüflər olsun – indi mən belə fikrə gəlməyə məcburam – nə xalq, nə millət, nə də mənəviyyat haqqında düşünürlər. Yəqin ki, onlar bu yollarla hansısa qazanc əldə etmək məqsədi daşıyırlar. Belə qazanılan vəsait də, təbii ki, halal olmaz, bizim millətin gözəl sözü var – haram olar. Yaxud da, sadəcə, ya özləri, onların arxasında duran qüvvələr, ya da xaricdən hansısa qüvvələr Azərbaycanda təxribat etmək və Azərbaycanda millətimizin milli-mənəvi dəyərlərini ləkələməyə çalışırlar”.
Əziz oxucum!
Beləliklə, “söz vaxtına çəkər”! Mənim özmarağına görə qanunları taptalamasına, ədaləti boğmasına onun 13 avqust 2024-cü il taixli məhkəmə baxışı və Qərarı ilə şahid olduğum siravi – xarakterik Bakı Apellyasiya məhkəməsi hakimi Əfqan Ələkbərov indi də elə – 13 avqust 2024-cü ildə baxdığı İşin kökündə dayanan məsələ üzrə mənim şikayətimə b a x a c a q!

Məsələnin məğzi mənin 20-dən çox geniş media yazımla işıqlandırdığım kimi Azərbaycan Dövlətini və xalqını 100-lərlə yazılı və vidio çıxışda təhqir edən, alçaldan, hazırda AR DTX-da araşdırması (bilmirəm, bəlkə də istintaqı) aparılan erməni Aydın Əli-Zadənin məni təhqirinə görə onunla hazırlıq iclası adı ilə məni məhkəməyə çağırmadan, məndən Şikayəti gizlədərk, onunla təklikdə görüşmüş, davamda onun xeyrinə qərar çıxarmaq üçün mənə zorakılıq etmiş hakim Azər Tağıyevin ona kəsdiyi cüzi cərimə ilə razılaşmamağım və əsas da Əli-Zadənin mənə atdığı ciddi mahiyyətdə böhtanlara rəğmən ona Bəraət verməsindən narazı olduğumu əks etdirən Apellyasiya şikayətimdir.
Mən Apellyasiya şikayətimin Bakı Apellyasiya məhkəməsinin hakimi Əfqan Ələkbərovun icraatına verilməsini qətiyyən təsadüfi hesab etmirəm. Heç onun ilkin baxışı keçən ilki kimi avqust ayının birinci yarısına təyin etməsi də təsadüfi deyil. Mənə rəsmi məlumat gəlməsə də Apellyasiya məhkəməsinin Qaynar xəttindən “eşitdim ki” Əfqan Ələkbərov ilkin baxışı 8 avqusta təyin edib.
Əziz oxucum!
Bildirirəm ki, mənim İttihamçı olduğum Şikayətə Bakı Apellyasiya məhkəməsiniin hakimi Əfqan Ələkbərov özünə Etiraz verməkdənsə, mənim ona münasibətimi bildiyi halda – 100 Etiraz yazsam belə öz marağı olduğu üçün “baxacaq”!- və ƏDALƏT YENƏ BOĞULACAQ! HAKİMLƏRƏ İNAMIM YENƏ YERƏ ÇIRPILACAQ – BƏRAƏT QÜVVƏDƏ QALACAQ! HƏLƏ 1200 MANAT CƏRİMƏ DƏ BƏLKƏ “YÜNGÜLLƏŞƏCƏK”!..
Mən 40 ilin elm sahəsi adamı özümü Bakı Apellyasiya məhkəməsinin hakimi Əfqan Ələkbərovun qarşısında içində Ədalət alovu məhv edilən “Spartak qulu” kimi hiss edirəm və onun “məhkəməsinə”getməyi elə Spartak sonluğu mahiyyətində qəbul edirəm.

O, - Əfqan Ələkbərov, o, (tariximizi təhrifləri qalın cildlik kitabları aşan məqalələrimdə, DTX-ya şikayətlərimdə”!..) “Azərbaycanlıları ancaq əzmək lazımdır”, “Azərbaycanlılar oğr –şlıqrda çempiondur”. “Türkləri (ermənilər axı bizə Türk deyirlər...)qırmaq lazımdır", “Xatirə mən erməniyəm, necə ölkədə 30 min erməniyə dözürsən, mənə də dözməlisənn! Bir vətənin övladlarıyıq!” - hayqıran, erməni vikipediyasında təbliğ olunan erməni Aydın Əli-Zadə!..
Əziz oxucum!
Bu da belə !“1:0 Baloğlanın xeyrinə"!
PS. Əlbəttə daha mənim Avropa insan haqları Məhkəməsinin ədalətli Qərarını gözləmək yaşım keçib. Ona görə də ABŞ-ın, Avropa ölkələrinin tanınmış media resurlarında Azər Tağıyev, Əfqan Ələkbərov, Teyyub Muxtarov, Novruzəli Əsgərov, hələ Xalidə Əlisoy, Ülviyyə Şükürova və b. hakimlərin qanunlara hörmətsizlikləri, ədalətsizlikləri haqqında yazacağam. Yazmaq qisas deyil, amma o da qiyamətə qalmaz... Hələ Allahın məhkəməsi var! "Əsl Hökmün sahibi Allahdır " - müdrik Atalar sözümüz də var!
Dünən, 17:01
Bakıda saxlanılan gizli şəbəkə üzvləri ilə bağlı yeni iddialar – Sürpriz həbslər gözlənir
Dünən, 12:26
İqtisadiyyat elmi üzrə ilk: UNEC-in jurnalı “Scopus”da
Dünən, 12:24
Azərbaycan Universiteti magistratura səviyyəsi üzrə ikili diplom proqramı təklif edir
Dünən, 12:22
AMEA-nın prezidenti Əlişa qalasında aparılan arxeoloji qazıntılarla tanış olub
Dünən, 12:18
Azərbaycan və Özbəkistan U-20 dünya çempionatının keçirilməsi üçün birgə namizədliklərini irəli sürüblər
Dünən, 12:13
Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalı başa çatıb
Dünən, 12:09
Azərbaycanda uşaq evləri ailə tipli kiçik qrup evlərinə çevrilir
Dünən, 12:07
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanına səfərə gedib
Dünən, 11:55
Qida və infrastruktur üzrə 900 bağçada monitorinqlər keçirilib
Dünən, 11:49
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisas seçimi başlanır
Dünən, 11:46
Türkiyə Prezidenti: Xankəndidə Azərbaycanla həmrəyliyi bir daha nümayiş etdirdik
Dünən, 11:43
Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevə təşəkkür etdi.
Dünən, 11:41
ECO-nun 17-ci Zirvə görüşü Türkmənistan mediasında geniş işıqlandırılıb
Dünən, 11:39
Ərəb mediası ECO-nun Xankəndi Zirvə görüşü ilə bağlı silsilə materiallar yayıb
4-07-2025, 22:18
ƏDALƏT YENƏ BOĞULACAQ! HAKİMLƏRƏ İNAM YENƏ YERƏ ÇIRPILACAQ – BƏRAƏT QÜVVƏDƏ QALACAQ!
4-07-2025, 14:30
Azərbaycan Prezidenti: Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır
4-07-2025, 14:27
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
4-07-2025, 14:26
Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb
4-07-2025, 13:27
Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
4-07-2025, 13:24
Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb
4-07-2025, 13:20
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir
4-07-2025, 13:15
Cəlilabadın Paşatəpə abidəsində Neolit dövrünə aid nadir tapıntılar aşkarlanıb
4-07-2025, 13:09
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib
4-07-2025, 13:03
Prezident İlham Əliyev: ABŞ Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır
3-07-2025, 13:16
Özbəkistan Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb
3-07-2025, 13:14
ECO-nun 17-ci Zirvə görüşü: Azərbaycanın güclənən beynəlxalq mövqeyi
3-07-2025, 13:10
Sabah Bakıda güclü külək əsəcək, rayonlarda yağış yağacaq