Hakim AZƏR TAĞIYEVİN QANUNLARA ZİDD HÖKMÜNÜN MƏNƏ QARŞI ƏDALƏTSİZLİK VƏ QƏRƏZ ƏSASLARI
Gündəm
Oxunub: 126
10 iyn 2025 | 01:07

Xatirə Quliyeva
İş № 1(009)-195/2025 üzrə Xüsusi İttihamçı
Fəlsəfə elmləri doktoru, 2-ci qrup əlil





BAKI APELLYASİYA MƏHKƏMƏSİNİN CİNAYƏT KOLLEGİYASININ SƏDRİ
CƏNAB ELMAR RƏHİMOVA
AÇIQ MƏKTUB

BAKI APELLYASİYA MƏHKƏMƏSİNİN CİNAYƏT KOLLEGİYASININ SƏDRİ
CƏNAB ELMAR RƏHİMOV! Sizə 2 hissəsini cahanplus.com saytında ünvanladığım Açıq məktubumun bu bölümü demək olar ki, mənim Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevin 22 may 2025-ci il tarixli Hökmündən Apellyasya şikayətimdir. Ona görə də təfərrüatlara varmadan mümkün qədər qısa, lokonik əsasları təqdim edirəm.
Beləliklə, Azər Tağıyevin 22 may 2025-ci il tarixli Hökmündə özünün hələ şikayətim üzrə təqsirləndirilən Aydın Əli-Zadə ilə 2023-cü ildə təklikdə görüşündən sonra yaranmış xüsusi müsbət münasibətə uyğun olaraq “qatıq qaradır” prinsipi ilə İşə məqsədli şəkildə tamamilə yanlış, səthi baxmış, bunun da nəticəsində qanunları taptalayaraq, mənim sübutlarımı nəinki rədd edərək, qətiyyən şərh, qiymətləndirməyərək, hətta heç 1 cümlə ilə belə xatırlatmayaraq artıq dostu adlana biləcək qədər yaxın münasibətdə olduğu Aydın Əli-Zadənin xeyrinə həm Böhtan maddəsi üzrə BƏRAƏT, həm də TƏHQİR maddəsi üzrə sadəcə 1200 manat cərimə cəzası Hökmü çıxarmışdır. Məqamı olduğu üçün düşüncəmdə sual işarəsi qarşısında olan bir reallıqla bağlı qeyri-səlistliyi diqqətə çatdırmaq istəyirəm: HÖKM MƏFHUMU HARA YÜNGÜLVARI CƏRİMƏ CƏZASI HARA?! Hələ hüquqi baxımdan İŞİ İCRAATA aldıqdan sonra Cərimə cəzası hara?! Onu da davamda faktlarla surətdə əsaslandıracağam ki, bu cərimə məsələsi Aydın Əli-Zadənin "dostu" hakim Azər Tağıyevə elektron qaydada, azı 2 saat müddətində deyil, Müdafiə nitqi zamanı, nitqini bitirdikdən və əsas da hakimin onun yadına salmasından sonra təqdim etdiyi çox saylı və çoxsəhifəlik Vəsatətlərdə tövsiyyə olunmuşdur.
Indi Sizin diqqətinizə Aydın Əli-Zadənin mənə atdığı və son dəqiqəyə qədər, İş materiallarında olduğu halda mənim Azər Tağıyevə onun müdafiəsini təkzib edən orqinal sübutlarımı təqdim etdikdən sonra da müdafiə etdiyi, 1-ci böhtanı rəsmi sənədlərlə təqdim edirəm. Yəni, sabah-birisigün Sizin rəhbərlik etdiyiniz cinayət kollegiyasının Qədim Babayev və heyəti, Əfqan Ələkbərov və heyəti və onlar tipində ölkə qanunlarını öz maraqlarına görə hörmətsiz edən hakimlər ittihamçı olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 138.2-ci maddəsinə müvafiq olaraq mənim üzərimə düşdüyü üçün təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsini yerinə yetirib belə ciddi, tutarlı sübutlarıma göz yummasınlar.
Buyurun o, mənə özünə aid çoxsayda FB səhifəsindən biri olan və 1000-lərlə ermənin belə olduğu Facebook sosial şəbəkəsindəki Aydin Alizade səhifəsində hətta əməkdaşı olduğumuz AMEA Fəlsəfə və sosiologiya institutunun əməkdaşlarına çağrı formasında "cahan+" qazetimin əsasında ölkəmizdə onlayın media sahəsi yarandıqdan sonra cahanplus.com formatında fəaliyyət göstərən rəhbərlik etdiyim saytın qeyri-qanuni fəaliyyət göstərdiyini iddia etmişdir.
“Cahan+” informasiya agentliyi qeyri-qanuni deyil və onun bu böhtanını AR Ədliyyə Nazirliyində Qeydiyyatdan keçməsinə dair Arayış, AR Vergi Xidmətində Vergi ödəyicisi olduğumu təsdiq edən VÖEN, “Cahan+” qazetinin yerləşdiyi Azərbaycan nəşriyyatının direktoru Ağabəy Əsgərovun 2011-ci il tarixli qazetin 5 il müddətində 64 min tirajla yayımlandığına dair rəsmi məktubu təkzib edir.



Hörmətli Elman Rəhimov, bu sənədlər İş materiallarında olduğu bir kənarda qalsın, Aydın Əli-Zadənin Azər Tağıyevə arxalanmaqdan irəli gələn coşqunluqla “mən böhtan atmamışam. Sözümün üstündə dayanmışam. Onun “Cahanplus.com” informasiya agentliyi saxtadır”- hayqırdıqda mən hakimə sənədlərin əslini verdiyim halda Sizcə Hökmə bu barədə təsadüfi 1 cümlə yazılmamışdır?! Xeyir!..
Ən əsas məsələ, Hökmdə hakim qanunları özmarağına görə taptalayaraq yazmışdır ki, (Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsi nəzərdə tutulur-X,Q) 42.1.2-ci maddəsində göstərilmişdir ki, əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır.

Beləcə, Aydın Əli-Zadə Dövlətin qanuni fəaliyyət göstərən media resursu haqqında "Onun “Cahanplus.com” informasiya agentliyi saxtadır”- yazıb məhkəmə baxışında da birmənalı surətdə yazdığını müdafiə etməklə BÖHTAN ATIR, hakim isə dövlət adından çıxardığı Hökmdə “Beləliklə, məhkəmə iş üzrə toplanmış, məhkəmə iclaslarında tədqiq edilmiş sübutları bir daha təhlil edib, məhkəmə istintaqının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan xüsusi ittiham üzrə, Əli-zadə Aydın Arif oğlunun əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməlidir. Əli-zadə Aydın Arif oğlunun özünə məxsus “Facebook” sosial şəbəkəsində və “Cahanplus.com” saytında Quliyeva Xatirə Nəcəfqulu qızı barəsində böhtan xarakterli ifadələr işlətdiyi müəyyən olunmamlşdır”.
” – yazır və ona Bəraət verir.
Buyurun Hökmə diqqət edin, hardadır, hansı səhifədədir məhkəmənin(?!) iş üzrə toplanmış, məhkəmə iclaslarında tədqiq edilmiş sübutları bir daha təhlil etdiyi, məhkəmə istintaqının nəticələrinə əsaslandığı, onlara obyektiv hüquqi qiymət verdiyi cümlələr?! Hakim Azər Tağıyev təkrar edirəm, bu BÖHTAN barədə 1 xırda cümlə belə yazmayıb o ki, olsun bu təmtəraqlı simvolik – şablon cümlələrin mənası!..


Mənim bu hakimə qarşı iradlarımı onun Dövlət adından çıxardığı Hökmdə “bu boyda” məntiqsizliyi – “Əli-zadə Aydın Arif oğlunun özünə məxsus “Facebook” sosial şəbəkəsində və “Cahanplus.com” saytında Quliyeva Xatirə Nəcəfqulu qızı barəsində böhtan xarakterli ifadələr işlətdiyi müəyyən olunmamışdır”, - yalanı yazması təsdiqləyir. Bu AĞ YALAN Əli-zadə Aydın Arif oğlunun öz FB səhifəsi, qalsın, mənim rəhbərlk etdiyim “Cahanplus.com” saytında barəmdə böhtan xarakterli ifadələr işlətdiyinin müəyyən olunmamasıdır”.

Azər Tağıyev necə “ iş üzrə toplanmış, məhkəmə iclaslarında tədqiq edilmiş sübutları bir daha təhlil edib, məhkəmə istintaqının nəticələrinə əsaslanır, onlara obyektiv hüquqi qiymət verir ki, “Cahanplus.com” saytında barəmdə böhtan xarakterli ifadələr işlətdiyinin müəyyən olunmamasıdır”- yazır!
“Cahanplus.com” saytında barəmdə böhtan xarakterli ifadələr işlətdiyinin müəyyən olunmaması!”. Aydın Əli-Zadə erməni mediasında, öz səviyyəsində olan media resurlarında, Facebook səhifəsində mənim barəmdə TƏHQİRLƏR, BÖHTANLAR Yaymışdır. Onun mənim saytımda nə işi var?! O, "cahqnplus"da mənim barəmdə “BÖHTAN” xarakterli ifadələr necə işlədə bilər?! Beləcə, Azər Tağıyev iş üzrə toplanmış, məhkəmə iclaslarında tədqiq edilmiş sübutları bir daha təhlil edib, məhkəmə istintaqının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verməyərək – öz marağına görə və rüşvət və ya tapşırıq marağına görə Aydın Əli-Zadəyə Bəraət vermişdir. Deməli, obyektiv, vicdanlı Apellyasiya məhkəmə baxışı Azər Tağıyevin dövlət adından yazdığı bu saxta müddəalara - “xüsusi ittiham qaydasında verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan xüsusi ittiham üzrə, Əli-zadə Aydın Arif oğlunun əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməlidir” - hüquqi qiymət verməli və bu hakimin şəxsi marağa söykənən Hökmünü ləğv etməlidir!




Aydın Əli-Zadənin yüzlərlə erməninin də daxil olduğu 3000-dən üzvü olan Facebook sosial səhifəsində mənə atdığı VƏ Azər Tağıyevin gizlətdiyi, üstündən keçdiyi növbəti BÖHTAN:

.Aydin Alizade
22:02, 14 Fevral •
Bir arvad deyir mənə ki, kişisənsə filan işi gör! Dedim ona ki, mən kişi deyiləm, ona görə də görməyəcəyəm. Şeyxlərin cinsi olmur”.(Şikayətə əlavə olunur)
....... Aydin Əli-Zadə 15.02.2024-cü il tarixdə saat 18:47-də isə yazmışdır:
Aydin Alizade
18:47, 15 Fevral •
Xatirə, sənin bu sonuncu yazını hamıya təqdim edirəm. Qoy hamı bir daha görsün ki, bizim necə elmlər doktorları və şöbə müdirləri var. Hamı bir daha görsün sənin “böyük” elmi səviyyəni.Bu sonuncu yazına mən cavab verməyəcəyəm ona görə ki, kişi deyiləm. Şeyxin kişi olmaması sənin sözlərinə aid yazmışdım. Bununla da bitirək. Yadından çıxartma ki, hakimin qərarına görə mən hər zaman yenidən iş qaldıra bilərəm. Ona görə də şuluqluq eləmə, kişi olmayana ilişmə.

- Bu təhqir və BÖHTANDIR. Ədalət hissini rüşvət və ya tapşırıq marağına görə unutmuş, İttihamçının, xüsusilə də qadının, əlil vətəndaşın,ziyalı-alimin haqlı narazılığına qarşı ona qərəz müharibəsi açmış hakim Azər Tağıyev 2 saatdan çox davam edən məhkəmə prosesində Aydın Əli-Zadədən mənim ona BU ÇİRKİN TƏKLİFİ NƏ VAXT, HARADA, KİMİN ŞAHİDLİYİ İLƏ ATDIĞIMI SÜBUT ETMƏLİ olduğunu nəinki tələb etmədi, heç pıçıltılı səslə belə, qətiyyən demədi.

Bununla da o, dostunun, təkilikdə görüşdüyü, mənə onun xeyrinə Qərarını elan etmək məqsədi üçün ZORAKILIQ etdiyi, habelə, hakim Ülviyyə Şükürovanın məhkəməsində onun qarşısında dayanıb xeyrinə nəsə dediyi, sonra
Təqsi oturduğu ittihamçı stolu arxasında oturduğu Aydın Əli-Zadənin bu çirkin BÖHTANI süni surətdə, saxtakarlıqla gizlədərək ona BƏRAƏT VERMİŞDİR Kİ, Dövlətimizin məhkəmə sistemimizi etibar etdiyi Siz yuxarı məhkəmə rəhbərliyi bu məsələyə diqqət yönəldib bu konkret sübuta da əsaslanaraq Azər Tağıyevin Böhtan yoxdur – iddiasının yer aldığı Hğkmü ləğv etməlisiz.Yox! O zaman mən də şərəf və ləyaqətimin müdafiəsinə “elləri - əcnəbiləri” səsləməliyəm ki, bu məhkəməyə təhdid deyil, bu “yanan adamın harayı” mahiyyətində İnsan təbiəti ifadəsidir. Hələ demokratik haqq, hüquq,- demirəm.
(Hökmdən) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
Mən bu maddənin tələblərinə müvafiq surətdə, hətta səhhətimi kəskin vəziyyətə gəlməsinə belə səbəb olmaqla Aydın Əli-Zadənin mənə bu Böhtanına onun “dostlarının” rəylərini də hakimin diqqətinə çatdırdım. Lakin o, bu əsaslasrı da saya salmadı və Hökmdən də göründüyü kimi “Əli-zadə Aydın Arif oğlunun özünə məxsus “Facebook” sosial şəbəkəsində Quliyeva Xatirə Nəcəfqulu qızı barəsində böhtan xarakterli ifadələr işlətdiyi müəyyən olunmamlşdır”- qənaəti saxtakarlıqdır.Ona kor-koranə tərəfkeşlikdir. Ədalətli hakim Aydın Əli-Zadənn mənə BÖHTANINA ləyaqətimi alçaldan RƏYLƏR yazmış, ad-soyadları məlum şəxsləri məhkəməyə çağırıb qanunun aliliyini nümayiş etdirərək Ona cəza verməli idi, nəinki belə ciddi əsasları gizlədərək Aydın əli-Zadəyə Böhtan yoxdur – kor qənaəti ilə BƏRAƏT vermişdir. Buna görədə onun öz marağı ilə qəbul etdiyi bu “Qərar” ləğv edilməlidir!
Sonra Hökmdə - 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır.- yazılmışdır. Bu müddəaya cavab olaraq deyirəm ki, məhkəmə istintaqı üçün mən mühüm sübutlar versəm də, Azər Tağıyev bilavasitə mənim sübutlarıma müsbət, təsdiqləyici reaksiyalar versə də, mənə müddəalarımda “şübhələr olduğu” böhtanını atmışdır. 2+2 4 edir! Ancaq hakim Azər Tağıyev növbət dəfə bu riyazi məntiqə öz marağına görə zidd getmişdir.


Məhz mənim sübutlarım AR CP Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində əsas təşkil edir və hakim Azər Tağıyevin təqsirləndirilən şəxslə çox “gözəl münasibəti” onun cinayəti par-par parıldağı halda görməməzlikdən gəlməsinə səbəb olmaqla dövlət adından Çıxarılan hökmü cinayətkarın xeyrinə həll etdi.
Mən CPM-nin 28.5-ci maddəsinin tələbinə əsasən Aydın Əli-Zadənin cinayət törətməkdə təqsirli olmasına dair məhkəməyə mülahizələr deyil, FAKTLAR VERMİŞƏM Kİ, bunlar Facebook sosial şəbəkəsi ki, geniş yayına əsaslanır və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu kimi təsdiqlənir.
Aydın Əli-Zadənin mənə Sosial şəbəkədə atdığı, hakim Azər Tağıyevin öz marağına görə məhkəmə istintaqında gizlətdiyi, qiymətləndirmədi, bununla da ona BƏRAƏT verdiyi daha bir BÖHTAN.
Beləki, mən AMEA-da 1985-ci ildən çalışıram. Arxada qalan 40 ildə həyatımı xalqımızın yolunda fəda etmişəm. 1992-ci ildə Elmlər namizədi 2015-ci ildə doktorluq dissertasiyası müdafoə etmişəm. 3-ü Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevə həsr olunmuş 3 monoqrafiya, 1- i Lütfi-Zadə haqqında Avropada 7 dildə çap olunmuş monoqrafiya olmaqla 9 fundamental tədqiqat əsərinin, 6 məqalələrv toplusunun, xaricdə çap olunmuş 10-la məqalənin müəllifiyəm. Azərbaycan Dövlətinin elmini ABŞ, Avropa və s. ölkələrdə təbliğ edirəm.
Aydın Əli-Zadə mənim ALİM OLMADIĞIMI iddia edir və dövlətin hakimi məhkəmə zalında ona mənim ürəyimin sərt ağrıları altında ona “sən kimsən axı”- dediyimdə “bəs ittihamçının Diplomları?- Ali Attestasiya Komissiyasının üzvüsən?- desə də HÖKMdə mənə qarşı bu böhtan barədə 1 kəlmə də yzmamışdır. Halbu ki, bu BÖHTAN 40 İL HƏYATINI ELMƏ HƏSR ETMİŞ bir alimə ən dəhşətli nüfuzdan salma BÖHTANIDIR.
Bu BÖHTAN ƏSL CINAYƏT HADISƏSIDİR VƏ Azər Tağıyev öz marağına görə Aydın Əli-Zadəyə BƏRAƏT VERMİŞDİR.
Bu hakim “dostu” Aydın Əli-Zadəyə BƏRAƏT vermək üçün AR CPM-nin 42.1-ci maddəsinin tələbini əsas götürmüşdür ki, bununla o, məhkəmələr və hakimlər haqqında Qanunu taptalamışdır.


[medium=left]https://cahanplus.com/uploads/posts/2025-
Hörmətli Elmar Rəhimov Buyurun baxın mənim Diplomlarıma və əsərlərimin bir neçəsinin fotolarına.
[/color3

[medium=left]https://cahanplus.com/uploads/posts/2025-06/1749503666_2019-monoqrafiyam.jpg[/medium]










İndi vicdan, ədalət hissinizlə deyin Aydın Əli-Zadə mənim ALİM OLMADIĞIMI iddia edir və dövlətin hakimi də AR CPM-nin 42.1-ci maddəsinin tələbini Hökmə yazmaqla cinayətkara Bəraət verir, doğrudurmu?
63 yaşlı və ömrünün 40 ilini elmə həsr etmiş bir fərd üçün israrla “ALİM deyil” iddiası niyə Aydın Əli-zadənin əməlində cəzanı ağırlaşdıran hallar” kimi qiymətləndirilmir?! Azər Tağıyev AR Cinayət Məcəllənin 61-ci maddəsinə əsasən Aydın Əli-zadənin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır”- yazmaqla özünü ifşa etmişdir.
Hətta buyurun, görün Azər Tağıyev dövlət adından qəbul etdiyi, lakin öz çirkin marağına xidmət edən Hökmdə nə yazıb: “Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanmaqla Aydın Əli-zadəyə cəza təyin edərkən elmi fəaliyyətlə məşğul olmasını, mövqeyini və məhkumluğunun olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir”.
1. Hakim Azər Tağıyev Aydın Əli-Zadənin hansı məzmunda mövqeyinə görə cəzasını yüngülləşdirib?! Adətən mövqeyi sözünün qarşısında DÖVLƏTÇİLİK sözü yazılır. Azər Tağıyev Aydın Əli-Zadənin əsla və əsla DÖVLƏTÇİLİK mövqeyinin olmadığını arxada qalan 2 ilə yaxın müddətdə mənim tutarlı faktlarla olan məqalələrimdən yaxşı bildiyi üçün DÖVLƏTÇİLİK sözünü “udaraq” mövqeyi sözünü tək yazmışdır və görün cəza təyin edərkən əgər təqsirləndirilənin DÖVLƏTÇİLİK mövqeyi şərtsə, Aydın Əli-Zadənin DÖVLƏTÇİLİK mövqeyi yoxdursa onun cəzası yüngülləşə bilərdimi? Digər tərəfdən əgər Əli-Zadənin DÖVLƏTÇİLİK mövqeyi yoxdursa niyə, nəyin müqabilində Azər Tağıyev ona Böhtanlar gözə girdiyi halda, “adam” sözünün arxasında dayanaraq mənə atdığı böhtanları müdafiə etdiyi halda Bəraət vermişdir?!

İndi isə Siz də Buyurun AYDIN ƏLİ-ZADƏ HAQQINDA MƏNİM FAKTLARLA TƏNQİDİ MƏQALƏLƏRİMDƏN BƏZİLƏRİ ilə tanış olun:

1. TANIŞ OLUN! SAXTAKARLIQLA AAK-a PROFESSOR ADI ÜÇÜN TÖVSİYYE OLUNMUŞ AYDIN ƏLİZADƏ BUDUR https://cahanplus.com/gundem/4898-tanis-olun-saxtakarliqla-aak-a-professor-adi-ucun-tovsiyye-olunmus-aydin-elizade-budur.html
2. I HİSSƏ, Aydın Əli-Zadə ÖZÜN İTTİHAM OLUNMALISAN!.. “Qaziya Tək Gedən Razı Gələr”...
https://cahanplus.com/gundem/5231-aydin-eli-zade-ozun-ittiham-olunmalisan-qaziya-tek-geden-razi-geler.html
3. II HİSSƏ, Aydın Əli-Zadə ÖZÜN İTTİHAM OLUNMALISAN!.. “Qaziya Tək Gedən Razı Gələr”...
https://cahanplus.com/gundem/5232-ii-hisse-aydin-eli-zade-ozun-ittiham-olunmalisan-qaziya-tek-geden-razi-geler.html

4. NİZAMİ RAYON MƏHKƏMƏSİ ONUN BÖHTAN, CƏFƏNGİYYATDAN İBARƏT ŞİKAYƏTİNİ RƏDD ETDİ.. MƏN DAVAM EDƏCƏYƏM!
https://cahanplus.com/gundem/5271-nizami-rayon-mehkemesi-onun-bohtan-cefengiyyatdan-ibaret-sikayetini-redd-etdi-men-davam-edeceyem.html
5. ERMƏNİ VİKİPEDİYASINDA TƏBLİĞ OLUNUR
https://cahanplus.com/gundem/5475-o-ermeni-vikipediyasinda-teblig-olunur.html
6. AZƏRBAYCAN DÖVLƏTİNİ VƏ XALQINI ONİLLƏR BOYU TƏHQİR EDƏN, ERMƏNİNİ BİZİMLƏ MÜQAYİSƏDƏ UCA TUTAN https://cahanplus.com/gundem/5474-azerbaycan-dovletini-ve-xalqini-oniller-boyu-tehqir-eden-ermenini-bizimle-muqayisede-uca-tutan.html

7. İKİ TARİXÇİ ALİMİN AYDIN ƏLİ-ZADƏNİN AZƏRBAYCAN ƏLEYHİNƏ MƏQALƏSİNƏ RƏY VERMƏKDƏN İMTNA ETMƏSİNİN ƏSASLARI
https://cahanplus.com/gundem/5551-iki-tarixci-alimin-aydin-eli-zadenin-azerbaycan-eleyhine-meqalesine-rey-vermekden-imtna-etmesinin-esaslari.html


8. İlham "məlimin" Aydın “MƏLIMİNİN” (A.Əli-Zadənin) AZƏRBAYCAN DÖVLƏTİNİN ƏLEYHİNƏ Yazıları və Çıxışları(çox lakonik)
https://cahanplus.com/gundem/5252-lham-melimin-ilham-melimin-aydin-meliminin-aeli-zadenin-azerbaycan-dovletinin-eleyhine-yazilari-ve-cixislari.html

9. AYDIN ƏLİ-ZADƏNİN ERMƏNİ MEDİASINDA AZƏRBAYCAN DÖVLƏTİNİN ƏLEYHİNƏ YAZILARI VƏ ÇIXIŞLARı
https://cahanplus.com/gundem/5258-aydin-eli-zadenin-ermeni-mediasinda-azerbaycan-dovletinin-eleyhine-yazilari-ve-cixislari.html

10. ONUN DOSTLARI DÜŞMƏNLƏRİMİZ VƏ MƏHKƏMƏNİ ALDATMASI HAQQINDA
https://cahanplus.com/gundem/5268-onun-dostlari-dusmenlerimiz-ve-mehkemeni-aldatmasi-haqqinda.html

Aydın Əli-Zadənin mənə atdığı növbəti BÖHTAN:


Aydin Alizade
10:45, 13 Fevral XATİRƏ QULİYEVA VƏ ONUNLA ƏLBİR OLANLARIN AMEA-da DAĞIDICI FƏALİYYƏTİ
Bəzi məsələdən bilgisiz olan adamlar mənə deyir boş ver bu Xatirə Quliyevanı, qadınla nə üçün mübahisə aparırsan?
Bu suala aydınlıq gətirmək üçün hamını Xatirə Quliyevanın AMEA-da qalmaqallı tarixindən bir neçə örnək gətirirəm. Bu örnəklərdən hamıya aydın olacaq ki, bu qadın təkcə mənimlə deyil bir çox alimlərlə ixtilaf yaradıb. Həmçinin məlum olub ki o, təkcə AMEAda deyil, başqa yerlərdə də qalmaqallarda iz buraxıb.
Həmçinin qeyd edirəm ki, Xatirə Quliyeva yalnız görsənən şəxsdir. Onun arxasında başqaları gizlənib qalmaqalları qızışdırırlar. Elə Xarirə özü məhkəməyə ifadəsində etiraf edib ki, ondan başqa mənim dövlət düşməni olmağım və professorluqda saxtaskarlkıq etdiyim haqqında AMEA Fəlsəfə və Sosiologiya institutunun daha iki elmlər doktoru və şöbə müdirləri Azər Mustafayev və Sakit Hüseynov AAK və hətta ölkə başçısına böhtançı məktublar yazıblar. Təəssüf ki, bu adamları məhkəməyə verə bilmirəm, çünki şikayətə görə hüquqi məsuliyyət yoxdur. Onların böhtançı yazılarına cavab da verə bilmirəm, çünki onların mətni məndə yoxdur və bilmirəm haradan alım. Sadəcə bildiyim odur ki, Xatirənin izahatına görə bu adamlar mənə qarşı böhtan kampaniyasının arxa hissəsidir.
Hamı baxıb görsün ki, bizim bəzi yüksək dərəcəli və vəzifəli alimlər nə ilə məşğul olurlar. Azərbaycan elminə bundan böyük rüsvayçılıq ola bilər? Bu hadisə elə Azərbaycan elminin karikaturasıdır. Elmi nailiyyətləri sıfır, elmi reytinqləri sıfır, dünya elminə verdikləri sıfır, ixtiraları yox. Var olan yuxarılara böhtan məktubları yazmaq və mətbuatda elmi nailiyyət əldə etmiş alimlərə böhtan atıb şərləmək.
Aşağıda Xatirə Quliyevanın digər alimlər və hətta dövlətin hakimləri ilə qalmaqalların linklərini verirəm. Baxın görün ki, AMEA-da bunun kimilər vəzifədədir və yüksək elmi dərəcələr daşıyıcılarıdır.
1. AMEA Şərqşünaslıq institutunun əməkdaşı Səadət Şixiyevaya qarşı aparılan kampaniya https://cahanplus.com/.../5291-amea-nin-prezidenti...
2. Xatirənin öz doktorantı olan bir gənc xanım Gözəl Quliyevaya qarşı aparılan kampaniya https://cahanplus.com/.../5223-yerliperestlikle-dovletin...
3. Dissertasiya müdafiə etmiş gənc bir xanıma Əminə Əliyeva qarşı aparılan kampaniya https://cahanplus.com/.../3902-savadsizliq-saxtakarliq...
4. Xatirə Quliyevanın bir başqa iş üzrə hakim Əfəndizadə xanımla qalmaqalı. Göründüyü kimi Xatirənin başqa işlərlə də məhkəməyə düşməsi faktı da var.
https://cahanplus.com/.../5148-bu-da-hakim-mehriban...
Yuxarıda da qeyd etdiyim kimi mən AMEA-da 40 illik fəaliyyətimdə DAĞIDICI FƏALİYYƏTLƏ DEYİL Elmlə məşğul olmuşam VƏ bu sosial şəbəkədə yayımlanmış status mənə qarşı NÜFUZDAN SALMA MAHİYYƏTDƏ BÖHTANDIR. Xüsusilə, mənim elmi yaradıcılığım sırf dövlətçilik mövqeyində olduğu üçün barəmdə Dağıdıcıfəaliyyət göstərən” yazılması ikiqat Böhtan cinayətidir.
İkincisi, Aydın Əli-Zadə mənim tənqidi məqalələrimin bəzilərinin adını mənim dağıdıcı fəaliyyətimə nümunə kimi göstərmişdir ki, bunların məzmunu sırf dövlətçilik maraqlarını ehtiva etməklə Aydın Əli-Zadənin mənə BÖHTAN ATDIĞINI təsdiqləyir. Hakim Azər Tağıyev məhkəmə istintağı həyata keçirsəydi məsələn, mənim çalışdığım institutun rəhbərliyinin başında olduğu 1 qrup əməkdaşın İtaliya ARSAX assosiasiya ilə əlaqəsini üzə çıxarıb kəskin tənqid etdiyimi ALDO FERRARİ KİMDİR və ONU “DƏYİŞMƏK” MÜMKÜNDÜRMÜ?( https://azpolitika.info/?p=508305) bilməli idi və mənə böhtan atan Aydın Əli-Zadəyə bəraət verməzdi.
Cənab Elmar Rəhimov, hakim Azər Tağıyevin cinayətkar Aydın Əli-Zadəyə tərəfkeşliyi onun mənə atdığı daha bir BÖHTANI ört-basdır etməsində də təsdiqlənir. Belə ki, o mənə mənim Professorluğa saxtakarlıqla tövsiyyə olunduğum BÖHTANINI atıb. Mən bu BÖHTANI rəsmi Şikayət ərizələrimdə, MEDİADA belə tutarlı sübutla təkzib etsəm də hakim Azər Tağıyev bu məsələ barədə də dövlət adından çıxardığı HÖKMDƏ heç bir “iz” qoymadan Aydın Əli-Zadəyə BƏRAƏT verib.
Azər Tağıyev Dövlət adından çıxardığı Hökmdə mənim adımdan yalan məzmunda fikirlər yazıb ki, bunlar da hakimin Aydın Əli-Zadəni müdafiə xarakteri daşıyır. Məsələn, mən heç bir yerdə Aydın Əli-Zadənin mənim haqqımda Cahanplus.com” saytında hər hansı məzmunda ifadələr işlətdiyini və buna görə cəzalanmasını yazmamışam. Diqqət edin, Hökmün birinci səhifəsində yazılmış bu cümlələr hakimin əvvəlcədən Aydın Əli-Zadənin xeyrinə Hökm hazırladığını təsdiqləyir: “Şikayətçini guya “dövlət əleyhinə fəaliyyət göstərən”, “diasporlara işləyən”, “erməni maraqlarına xidmət edən”, “siyasi məqsəd güdən” şəxs kimi təqdim etmişdir”.
Sözsüzdür ki, mən bu iş üzrə ŞİKAYƏTÇİ – İTTİHAMÇIYAM. Aydin Əli-Zadə mənim üçün heç bir yerdə “dövlət əleyhinə fəaliyyət göstərən”, “diasporlara işləyən”, “erməni maraqlarına xidmət edən”, “siyasi məqsəd güdən” şəxs kimi təqdim etməmişdir”!

Mən ŞİKAYƏTÇİ – İTTİHAMÇI Xatirə Quliyeva da Aydın Əli-Zadə barədə heç bir yerdə konkret olaraq bu ifadələri heç vaxt və heç bir yerdə işlətməmişdir. Mən Aydın Əli-Zadədən AR DTX-ya rəsmi şikayətlər belə ünvanlamışam. Ancaq heç birində onun haqqında “diasporlara işləyən”,- ifadəsini yazmamışam. Bu ifadəni yazan hası “diasporlara işlədiyini də” yazmalıdır. Məsələn, erməni diasporunamı? Avropa erməni diasporunamı, Rusiya erməni diasporuna, yoxsa?! Göründüyü kimi qeyri-müəyyənlik var və mən şikayətçi belə üsluba sahib deyil. Yəni nə yazdığımı bilirəm.
Ən əcaibi mən Şikayətçi özüm üçün bu cümlədəki ittihamları yazmışam?!
Digər misal. Hökmdə yazılıb: “Sənin kişi olmamağın sənin sözlərinlə aydın olmuşdur” ifadəsi ilə şəxsiyyətə yönəlik təhqir həyata keçirilmişdir. Deməli bu ibarənin işlənməsi ibarənin sahibinin ziyanınadır. Yəni, hakimin şikayətçinin adından yazdığı mənə aid olmayan bu “misal” məzmundan alınan məntiqlə açıq surətdə Aydın Əli-Zadəyə tərəfkeşlikdir.
Sonra! “Xatirə Quliyeva saxtakarlıqla professor adını alıb” və ya “Xatirə Quliyeva qadın olduğunu istifadə edərək elmi ad alıb” məzmunlu ifadələr işlədilmişdir”.Qeyri-dəqiqlikdir bu! Aydın əli-Zadə Qafqazinfo.az saytına saxtakarlıqla barəmdə konkret olaraq “A. Əlizadə Quliyevanın onu əsassız işdən çıxardığını, barəsində böhtan xarakterli yazı dərc etdiyini, saxtakarlıqla professor adı almaq üçün müraciət etdiyini iddia edib” məlumatını verib (Alimlə şöbə müdiri bir-birini məhkəməyə verdi. https://qafqazinfo.az/news/detail/alimle-sobe-mudiri-bir-birini-mehkemeye-verdi-427869). Göründüyü kimi hakim Hökm kimi ciddi dövlət snədində qeyri-dəqiqlik ifadə edib.

Bəli! Mən Aydın Əli-Zadəni 2018-ci ildə Azərbaycan Dövlətinin əleyhinə, erməni mövqeindən yazdığı 73 səhifəlik (150 səh.kitab) Plan işinə və sırf erməni mövqeli 1 məqaləsinə görə rəhbərlik etdiyim şöbədən kənarlaşdırmışam. O indiyə qədər həmin “əsərlərini çap etdirməməklə” əslində qorxub! Hünəri var, indi çap etdirsin. Hətta mən ona öz göz nurumun əmək haqqından (dərmanlarımı almayıb!) verərəm ona, hünəri var çap etdirsin!

Onu da qeyd edim ki, Qafqazinfo.az saytı Aydın Əli-Zadə ilə mənim qoşa şəklimi fotoşop edib yayıb ki, Aydın Əli-Zadə o məlumatdakı mənə böhtanı, yanlışlar kimi bu şəkillə də razılaşaraq yazını öz “narod.ru” saytına yerləşdirib. Ədalətli hakim bunlara da diqqət edərdi.
Qayıdıram hakim Azər Tağıyevin Aydın Tağıyevin Aydın Əli-Zadəyə tərəfkeşliyinin qaçılmaz təsdiqi bir növbəti ştrixə... Hakim bu cümlədə “Şikayətçini guya “dövlət əleyhinə fəaliyyət göstərən”, “diasporlara işləyən”, “erməni maraqlarına xidmət edən”, “siyasi məqsəd güdən” şəxs kimi təqdim etmişdir”, - “guya” ibarəsini yazıb - qabardıb ki, bu Aydın Əli-Zadənin əslində fəaliyyətini örtbasdır etmək məqsədi daşıyır. .

Hökmdə yer almış başqa müddəalar da birbaşa mənə qarşı BÖHTANLARDIR: “Böhtan xarakterli iddialar: “Xatirə Quliyeva dövlətə qarşı fəaliyyət göstərir.”, “Xatirə Quliyeva elmi adları almaqda qadın olmasından istifadə edib.”, “O qadın təmiz alim deyil, ona görə də cəsarətli deyil.”, “Bu qadın nüfuzlu alimlərin adından istifadə edərək nüfuz toplamağa çalışır.”, “AAK-a (Attestasiya Komissiyası) saxta təqdimatlarla müraciət edib”.

Mən yuxarıda da qeyd etdim ki, 40 illik elmi fəaliyyətimdə tədqiq etdiyim mövzular sırf dölətçilik mövqeyindəndir və fəxr edirəm ki, mən XX əsr Azərbaycan Dahisi Heydər Əliyevin sağlığından bugünə kimi tədqiqatçısıyam! Bu fakt Aydın Əli-Zadənin mənə BÖHTAN atdığını sübut edir ki, ona BƏRAƏT verilməsi qanuna ziddir və HÖKM LƏĞV EDİLMƏLİDİR!
Eləcə də Hökmdə yazılmış “Xatirə Quliyeva elmi adları almaqda qadın olmasından istifadə edib.”, “O qadın təmiz alim deyil, ona görə də cəsarətli deyil.”, “Bu qadın nüfuzlu alimlərin adından istifadə edərək nüfuz toplamağa çalışır.”, “AAK-a (Attestasiya Komissiyası) saxta təqdimatlarla müraciət edib” – fikirləri ŞƏXSİYYƏTİN ALÇALDILMASINA YÖNƏLMIŞ SIRF BÖHTAN FAKTLARIDIR.
Hakim məhkəmə prosesində Aydın Əli-Zadəyə mənim “elmi adları almaqda qadın olmağımdan istifadə etdiyim” iddiasına cavab tələb etmədi!

Azər Tağıyev Aydın Əli-Zadəyə mənim haqqında “Bu qadın nüfuzlu alimlərin adından istifadə edərək nüfuz toplamağa çalışır”,- böhtanına da sübut istəmədi!

Hakim Azər Tağıyev məhkəmə istintaqı ilə müəyyən etdiyi və Hökmə belə yazdığı bu ağır BÖHTANLARA GÖRƏ ANCAQ RÜŞVƏT VƏ YA TAPŞIRIQ müqabilində Aydın Əli-Zadəyə BƏRAƏT verə bilərdi və vermişdir!
Hakim Azər Tağıyev Aydın Əli-Zadəyə isti-müsbət münasibətini məhkəmə prosesində Aydın Əli-Zadədən barəsində cinayət işinin olub-olmamasını soruşmamasında, ittihsmçı mən olduğum halda BARIŞIQ təklifini ona etməsində, hətta yersiz şəkildə (ssenari icra olunurdu!) mənə “xəbərdarlıq” kimi “Xatirə Quliyeva ziyanınızadır” ifadəsini işlətməsində, ad-soyadını gizlədən bir kişi vəkilin 2 saatdan çox bizim prosesdə zalda qalaraq mənim sübutlarımı sərbəst ifadə etməyimə mane olmasına şərait yaratmasında təsdiqlənir.
Bir ştrixi də diqqətə çatdıraraq hakim Azərv Tağıyevin bu işdə özmarağına xidmət etdiyini bildirmək istəyirəm. Belə ki, mayın 22 –də Aydın Əli-Zadəyə təyin edilmiş vəkil prosesə gecikmişdi. Mən 3-cü zalın qarşısındakı kolidorda oturub gözləyirdim. Aydın Əli-Zadə qapının önündə idi. Vəkil çox gec gəlmədi. O, qapıdan içəri girərkən postda oturmuş polisə “Deyir, onunla danış, bunun nəyi ilə danışım?!” – dediyini eşitdim.Ancaq o, dürüst deyildi! Çünki o, Aydınla mütləq “nə lazımdı danışdı”.Aydın bu danışığa 16 may tarixli iclasdan vəkili zaldan çıxarıb xeyli gec qayıtdıqda start vermişdi. Vəkil, məni gördükdə təbii pərt oldu. Ancaq mənim səhhətim “müzakirəlik” deyildi. Bu 1 cümlə ölkəmizdə vüsət almış vəkil dəllalığına, elə hakim rüşvətxorluğuns əyani misaldır. Hökmün məzmunu bu “trio dialoqun” uğurluluğunu təsdiq edir.
Bu “uğurluluq” hakim Azər Tağıyevi elə məmnun edib ki, Hökmündə bir ciddi texniki səhvə də yol verib. Onun Hökmü məzmun və mahiyyəti baxımından LƏĞV olunduqda həmin nöqsanın da düzəldilməsi labüddür. Bu nöqsan İttihamçı olduğum halda mənim onun “məhkəməsində” Gülnar Məmmədağa qızı Qulizadə ad-soyadlı (vəkil) nümayəndə ilə iştirak etdiyimi yazmasıdır. Sözsüz ki, Azər Tağıyev belə bir nöqsanına texniki ad qoyacaqdır. Ancaq bu heç bir hakimə şablondan istifadə etməyə icazə vermir və bu səhlənkarlığın əyani sübutudur. Bundan başqa Aydın Əli-Zadə müdafiə nitqindən sonra hakimə 1 neçə Vəsatət verdi. Bu Vəsatətlərə hakimin münasibət bildirməməsi də hüquq baxımdan düzgün deyil. Hökmdə bu bir neçə Vəsatət barədə Hökmdə də bir cümlə belə yoxdur.

Mən Apellyasiya şikayətim üçün məhkəmədən həmin Vəsatətləri istədim və cəfəngiyyat məzmunda olan 3 Vəsatətdən mənə o da bəlli oldu ki, demə hakim Aydın Əli-Zadənin “ürəyini oxuyub” ona cərimə cəzası kəsib.
Bu gerçəkdir ki, Dövlət adından çıxarılan Hökmlərdə, Qərarlarda və s. hər şey nöqtəsinə qədər düzgün olmalıdır. Məhkəmə qanun, dürüstlük sahəsidir. Ancaq baxın Səbail rayon məhkəməsinin hakimləri İşlərə necə baxırlar!

Sonda onu da vicdan səsimlə deməliyəm ki, Azər Tağıyevin savadlı, təcrübəli olduğu danılmazdır. Hökmdəki hüquqi təsvirlə bağlı deyil bu qənaətim. O, İclası qərəz ruhda məqamları çıxmaqla qaydalara müvafiq apardı. Arabir elə dəqiq məntiq yürüdürdü ki, bu savadın, biliyin, təcrübənin ifadəsi idi. Onun Aydın Əli-Zadəyə qarşı kökündə 2023-cü ildə təklikdə görüşü dayanan tərəfkeşliyi, buna görə mənə qarşı ədalətsiliyi, həmçinin tənqidi yazımlarımdan qaynaqlanan “məni tanımırsan” qədər primitiv qərəzi, mənə qarşı zorakılığını mediada ifşa etməyimdən yaranan əsl düşmənçilik hissi olmasaydı, o təqsirləndiriləni mənim sübutlarım əsasında “məhv edərdi”.
Fikrimcə, Azər Tağıyev Dövlət ittihamı İşlərdə, məsələn, AR DTX araşdırmaları kimi dövlət əhəmiyyətli baxışlarda mənim “qara buxovların altından cüzi parıltı kimi olsa da” aydın gördüyüm əsl savadlı, təcrübəli hakim qabiliyyətini dolğun ifadə edir. O, xüsusilə hakim Ülviyyə Şükürova ilə müqayisədə çox savadlı, təcrübəli hakimdir. Təəssüf ki, o, savadlı, təcrübəli hakim olduğu halda dövlətçilik mövqeli 40 ilin aliminə qarşı ifrat təhqir və böhtanları şəxsi həm də cılız münasibət və 1200 manat cərimə ilə ( Sədr Azər Paşayevin nəzarəti sayəsində! Buna da şükür, vallah!..) dəyərləndirdi. Bununla da o, Ədalətsiz, qərəzli hakim olduğunu təsdiqlədi ki, bu keyfiyyətlər rüşvətxorluqdan, təsir altında olmaq – qeyri-müstəqillikdən xəbər verir.

Allah mənə məhkəmələrimiz, hakimlərimiz haqqında o qədər şerlər göndərib ki, ömrün son akkorları zaman kəsimində vaxt edib tarix üçün kitab çap etdirəcəyəm!..
... Utan millət Soyundur!
Utan xalqım oğlundur!
Dağıl Dünya sonundu!..
Hakimlər rüşvət alır(Xatirə Quliyeva)

Və ya

...AŞPA demir, mən deyirəm!..
--Azad, müstəqil deyilsən!
Hər gün məhbəsə girirsən…
Sən əsl məhbus kimisən!
(Xatirə Quliyeva)

Beləliklə, Bakı Apellyasiya məhkəməsi Cinayət Kollegiyasının sədri cənab Elmar Rəhimov! Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevin 22 may 2025-ci il tarixdə qəbul etdiyi Hökm başdan-başa təqsirləndirilən Aydın Əlizadənin xeyrinə olub, adi cərimə ilə onu ciddi cəzadan müdafiə etmək məzmun və mahiyyətindədir. Əlbəttə əgər QANUN şahdırsa bu İŞ üzrə Səbail rayon məhkəməsinin 2 qeyri-qanunu kimi bu Hökm də hökmən LƏĞV edilməli, ölkəmizin adına layiq Ədalətli Hökm çıxarılmalıdır!
Dünən, 12:00
Azərbaycanın cüdo millisi Berlində beynəlxalq toplanışa başlayıb
Dünən, 11:57
Bakı metropoliteni yay hərəkət qrafikinə keçib
Dünən, 11:54
Həftəsonu 1 300-ə yaxın namizəd üçün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
Dünən, 11:50
Son üç ildə dövlət proqramı üzrə 1252 tələbə xaricdə təhsil almaq hüququ qazanıb
Dünən, 11:48
Azərbaycan və BƏƏ 3-cü ölkələrdə əməkdaşlığı möhkəmləndirmək istəyir
Dünən, 11:42
Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu və mülki işçiləri mükafatlandırılıb SƏRƏNCAM
Dünən, 11:36
Bakıda “Qvadelupun dekolonizasiyasına doğru! Çağırışlar və perspektivlər” adlı beynəlxalq tematik konfrans keçirilir
Dünən, 11:26
İyunun 25-də Beynəlxalq Dənizçi Günü və ölkəmizdə dənizçilərin peşə bayramı qeyd olunur
Dünən, 10:58
İqtisadi Şuranın növbəti iclası keçirilib
Dünən, 10:13
Azərbaycanla Xorvatiya arasında mədəni irsin bərpası ilə bağlı vörkşopların təşkili müzakirə olunub
Dünən, 09:56
AMEA-da şair Vaqif Aslanın 75 illik yubileyi qeyd edilib
24-06-2025, 13:18
Məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilir
24-06-2025, 13:01
Leyla Əliyeva və Arzu Əliyeva Xızıda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb
24-06-2025, 12:10
Nazir: Müəllimlərin işə qəbulu imtahanları iyul ayında keçiriləcək 24.06.2025 [12:02]
24-06-2025, 11:57
Emin Əmrullayev: 2025–2026-cı tədris ili üçün xaricdə təhsil üzrə Dövlət Proqramına mindən çox müraciət daxil olub
24-06-2025, 11:51
Azərbaycan Prezidenti: Bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir
24-06-2025, 11:41
Milli Məclisin növbəti plenar iclası keçirilir
24-06-2025, 11:31
Goranboy rayonunda tikinti materialları istehsalı müəssisəsi istifadəyə verilib
19-06-2025, 12:52
Strategiya və dövlət proqramı layihələri üzrə komissiya yaradılıb
19-06-2025, 12:09
Insanlar əvəzinə süni intellekt: "Microsoft" yenə minlərlə adamı işdən çıxarmağa hazırlaşır
19-06-2025, 12:00
Bu gün müəllimlərin sertifikatlaşdırılması imtahanına 4330 nəfər dəvət olunub
19-06-2025, 11:57
Azərbaycanda bu il Türk Dövlətləri Təşkilatı Ədliyyə Nazirləri Şurasının 2-ci iclası keçiriləcək
19-06-2025, 11:50
Azərbaycanın 6 universiteti dünya reytinqində TOP 1000 sırasında yer alıb
19-06-2025, 11:21
Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
19-06-2025, 11:16
Prezident İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib
18-06-2025, 13:13
Məktəb psixoloqları müsahibəyə cəlb olunacaq
18-06-2025, 13:10
Sabah hava əsasən yağmursuz olacaq
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30