Naxçıvanda "Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Kiber Suverenlik” konfransı keçirilib
Gündəm
Oxunub: 139
22 may 2025 | 11:17

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, Milli Kibertəhlükəsizlik Mərkəzinin və “Caspel” MMC-nin əsas tərədaşlığı, “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC və "Şərq qapısı" qəzetinin media tərəfdaşlığı ilə keçirilən konfransda əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib.

"Report" xəbər verir ki, Konfransda kibertəhlükəsizlik mövzusunda videoçarx nümayiş etdirilib.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası idarə heyətinin sədri Pənah Musayev çıxışında diqqətə çatdırıb ki, "Konstitusiya və Suverenlik İli" çərçivəsində ölkəmizdə kibersuverenlik mövzusunda keçirilən ilk konfransın Naxçıvanda baş tutması özündə dərin simvolik məna daşıyır. Çünki Naxçıvan Azərbaycanın müstəqilliyi və suverenliyi tarixində bir çox ilkin və xüsusi əhəmiyyətli mühüm qərarların verildiyi məkandır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə burada ilk dəfə Sovet İttifaqının tərkibindən çıxmaq niyyəti rəsmi şəkildə bəyan edilib, SSRİ-nin saxlanılması ilə bağlı keçirilən qeyri-qanuni referendum açıq formada boykot edilib, Azərbaycanın Xalq Cumhuriyyətinin üçrəngli bayrağı 70 ildən sonra yenidən dövlət rəmzi kimi qaldırılıb. Bütün bu tarixi faktlar Naxçıvanın suverenliyimiz və milli iradəmiz naminə ön planda olduğunu bir daha təsdiq edir.

Texnologiyanın sürətli inkişafı və bütün sahələr üzrə rəqamsallaşmağa keçidin eyni zamanda yeni riskləri və təhlükəsizlik təhdidlərini gündəmə gətirdiyini bildirən Pənah Musayev əminliyini ifadə edib ki, konfransda aparılacaq müzakirələr kibersuverenlik anlayışının ölkəmizdə konseptual şəkildə formalaşması gələcək milli strategiyaların müəyyənləşdirilməsinə və bu sahədə davamlı əməkdaşlıqların qurulmasına mühüm töhfə verəcəkdir.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları Mərkəzinin rəisi Davud Rüstəmov çıxışında əhəmiyyət kəsb edən məlumatların sızmasına dair 2024-2025-ci illər üzrə qlobal statistikaları açıqlayıb. Qeyd edib ki, əvvəlki illə müqayisədə qlobal miqyasda 10% artımın qeydə alınması və hazıradək qeydə alınan ən yüksək göstərici olması xüsusi diqqət çəkir. Bütün məlumat sızmalarının 74 faizinin səhvlər, sosial mühəndislik, daxili sui-istifadə kimi insan faktoru ilə bağlı olması bir daha keyfiyyətli kadr potensialına ehtiyacın aktuallığını göstərir. Oğurlanmış istifadəçi məlumatları ilə edilən kiberhücumların sayı ötən ildə 71 faiz artıb deyən Davud Rüstəmov tövsiyə olunan müdafiə strategiyalarını diqqətə çatdırmaqla qlobal kibertəhdid mənzərəsində dinamikanın əsaslarını vurğulayıb.

Bakı Ali Neft Məktəbinin rektor Elmar Qasımov əmək bazarında kibertəhlükəsizlik sahəsi üzrə peşəkar kadrların hazırlanmasının vacibliyini irəli sürüb. Qeyd edib ki, Elm və Təhsil Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşəbbüsü ilə ölkənin aparıcı ali təhsil müəssisələrinin və müxtəlif dövlət qurumlarının nümayəndələri ilə yanaşı, dünyanın nüfuzlu universitet və şirkətlərində çalışan azərbaycanlı mütəxəssislər tərəfindən yeni tədris proqramı hazırlanıb. Proqramın hazırlanması zamanı həm dövlət və həm də özəl sektorda əmək bazarının cari tələbləri, araşdırılıb və nəzərə alınıb. İnformasiya təhlükəısizliyi sahəsi ilə bağlı əmək bazarına uyğun müvafiq ixtisasların yaradılmasının vacibliyinin irəli sürən rektor qeyd edib ki, ixtisaslaşmış bir sıra qurumların iştirakı və xarici mütəxəssislərin də cəlb edilməsi ilə milli kadr potensialının formalaşdırılması ali təhsil müəssisələrinin qarşısında duran mühüm öhdəliklər sırasındadır .

Konfrans panel müzakirələri ilə işini davam etdirib.

Sözügedən platformalarda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin əməkdaşı Elvin Balacanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov, Müdafiə Nazirliyi Kibertəhlükəsizlik Xidməti rəisinin müavini Fərman Məmmədov, Milli Müdafiə Universitetinin rektoru, general-mayor Gündüz Əbdülov, Elm və Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, Caspel MMC idarə heyətinin sədri Ceyhun Quliyev, Simbrella şirkətinin baş icraçı direktoru Seymur Məmmədov və digərlərinin iştirakı ilə “Kibersuverenlik və dövlət təhlükəsizliyi”, “Kibertəhlükəsizlik sahəsində kadr potensialı” və “Kritik informasiya infrastrukturunun təhlükəsizliyində milli həllər və yerli şirkətlərin rolu” mövzuları müzakirə edilib.

Daxili İşlər Nazirliyi İnformasiya və Kibertəhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədov vurğulayıb ki, 2024-cü ildə vətəndaşlara qarşı törədilən kart fırıldaqçılığı nəticəsində 22 milyon manatdan çox zərər dəyib, 2025-ci ilin ilk 4 ayı ərzində isə bu rəqəm 6 milyon manatı keçib. Hər bir fakt üzrə təhlillər və araşdırmalar göstərir ki, kiber cinayətlər bank kartı sahiblərinin şəxsi məlumatlarının müxtəlif üsul və vasitələrlə ələ keçirilməsi nəticəsində baş verib. Bu baxımdan bir daha vurğulanıb ki, kiberməkan ciddi real iqtisadi təhlükə mənbəyidir, hər kəs ictimai mövqeyindən asılı olmayaraq diqqətli olmalıdır. Bu, xüsusilə transsərhəd kibercinayətkarlıqla mübarizədə olduqca vacibdir.

Bakı Ali Neft Məktəbinin rektor Elmar Qasımov il ərzində kibercinayətlərin statistikası açıqlana bilərmi, sualına cavab olaraq Daxili İşlər Nazirliyi İnformasiya və Kibertəhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədov kiber talama və kiber dələduzluq əməllərinin Cinayət Məcəlləsinin 30-cu fəslində nəzərdə tutulmadığından statistik məlumatın verilməsində çətinliklər yaratdığını bildirib.

Qeyd edək ki, 150-dən çox iştirakçının qatıldığı konfransda dövlət qurumlarının rəhbər şəxsləri, ali təhsil müəssisələrinin rektorları, elmi ictimaiətin nümayəndələri, aparıcı İT şirkətlərin rəhbər vəzifəli şəxsləri və tanınmış yerli ekspertlər iştirak edib.
Dünən, 11:33
Daimi Nümayəndəlik: Mina təhlükəsinin aradan qaldırılması davamlı beynəlxalq həmrəylik tələb edir
Dünən, 11:29
Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb
Dünən, 11:26
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib
Dünən, 11:23
İsa Həbibbəyli: Akademik Ədilə Namazova Azərbaycan tibb elminin inkişafına öz möhürünü vurub
Dünən, 11:20
AMEA Rəyasət Heyətinin iclasında bir sıra qərarlar qəbul edilib
Dünən, 11:17
Tədqiqatçılar üçün təlim: akademik mühitdə süni intellektdən istifadənin etik prinsiplərndən bəhs olunub
Dünən, 11:16
Dədə Qorqud” elmi-ədəbi toplusunun yeni nömrəsi nəşr olunub
Dünən, 11:14
Azərbaycan nefti 121 dollardan baha satılır
Dünən, 11:13
Yaxın günlərdə metronun “İçərişəhər” stansiyasından “Həzi Aslanov”a qatarlar birbaşa hərəkət edəcək
Dünən, 11:11
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycan BMT-də dini abidələrin dağıdılması ilə bağlı xüsusi məruzəçini qərəzli yanaşmada ittiham edib
Dünən, 11:09
Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır
Dünən, 11:07
“SOCGOV 2026” - Sosial xidmətlərin gələcəyi bu gün Xankəndidə müzakirə olunur
Dünən, 11:05
BDYPİ piyadalara növbəti dəfə çağırış edib
22-10-2026, 12:35
Məşhur televiziya tamaşalarının rəssamı Rəfail Əlizadənin yaradıcılıq sərgisi açılıb
22-10-2026, 12:31
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22-10-2026, 12:30
Milli Məclis Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib
22-10-2026, 12:29
Prezidentin Mətbuat Xidmətinin məlumatı
22-10-2026, 12:17
Akademik Nizami Cəfərov: Yeni dərs vəsaiti Birinci Türkoloji Qurultayın elmi məzmununu araşdırır
22-10-2026, 12:06
XII Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günü zəngin ədəbi proqramla davam edir
22-10-2026, 12:02
Stokholmda Böyük İpək Yolunun turizm imkanları təqdim edilib
22-10-2026, 11:59
Berlində Azərbaycan və Özbəkistanın birgə turizm marşrutları təqdim olunub
22-10-2026, 11:55
Azərbaycanın çoxşaxəli xarici siyasəti milli maraqların qorunmasına xidmət edir
22-10-2026, 11:54
Günay Əfəndiyeva: Vahid informasiya məkanının formalaşdırılması Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır
22-10-2026, 11:49
Azərbaycan və İndoneziya arasında siyasi məsləhətləşmələr keçirilib
22-10-2026, 11:38
Azərbaycan ABŞ-də keçirilən Dreyk Forumunda təmsil olunub
22-10-2026, 11:32
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edilib
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031