Hakim Ülviyyə Şükürovanın YEKUN MƏHKƏMƏ AKTI: AR CPM-nin 293.3.1. və 293.3.7 maddələri – HA-HA-HA SAVADSIZLIQ YOXSA SAXTAKARLIQ?!
Gündəm / Ölkə
Oxunub: 211
29 dek 2024 | 11:11

Xatirə Quliyeva
1(009)-190/2024 saylı İş üzrə Xüsusi ittihamçı
Fəlsəfə elmləri doktoru





Əziz oxucum,

Mən Sizə “kos-koca” 2 İL boyunca SƏBAİL RAYON MƏHKƏMƏSİNDƏ baş verən bezobraziyalar haqqında çox danışmışam.
İlin son günləridir, Hesabat kimi yada salıram. Belə ki, mən, bəndeyi həqiriniz Bakı şəhəri, Səbail rayon Məhkəməsinin hakimi Azər Tağıyevin 01.12.2023-cü il tarixdə Azərbaycan Dövlətinə və Xalqına qarşı həm də nəinki ölkədə, xaricdə, o cümlədən, ermənilər qarışıq minlərlə üzvü olan Facebook sosial şəbəkəsində, hətta mənfur erməni media resurslarında alçaldıcı çıxışlar edən, Albaniyanın, Midiyanın Azərbaycana aid olmadığını, ermənilərin yox, Azərbaycanlıların bu torpaqlara gəldiyini, Azərbaycanlıların Monqol köçəriləri olduğunu, Türklər hara gedirlər, hər şeyi zəbt edirlər, Türklər qırılmalıdır”, İslamın Türklərin dini olmadığını, Türklərin filosofu olmadığını, Türklərin igidlərinin də “oğ - ş” olduğunu, “oğ -ş” sözü ancaq Azərbaycanda olduğunu, ona görə Azərbaycanlıların “oğ - şlıqda” çempion olduqlarını, Quba xanlarının Azərbaycanlı olmadığını, Üzeyir Hacıbəyovun Azərbaycanlı olmadığını, Azərbaycanlıların kürdləri və s. etnikləri assimlyasiya etdiyini, Lütfi-Zadənin yəhudi olduğunu və s. və i. a 100-lərlə Əleyhimizə zidd fikri YAZAN, EFİRDƏ DEYƏN, “Azərbaycanlılar ancaq əzilməlidir”, Azərbaycan partlayacaq”, “Azərbaycanda heç vaxt islahat olmayacaq”, erməni mətbuatında “Azərbaycan qadınları doğmayın, Nə vaxt dövlət əmr edər “cütləşərsiz”, “balalayarsız”,“müharibə deyəndə, heç təsəvvür edirsiz qarşınızda hansı dövlətdir?!”, “kimsiz Azərbaycanlılar, qorxun ermənilər yenə yıxarlar Sizi asvalta” və çox-çox sayda dövlətimiz və xalqımızın əleyhinə (cahanplus.com saytında 10-dan çox tutarlı fatlarla məqalə var) çıxışları olan (özü yazsa da, ermənilər ifşa etsə də mən erməni olduğunu deyə bilmərəm), erməni şüurlu olduğunu sübut etdiyim Aydın Əli-Zadənin onun vətən xaini, cəsus simasını ifşa etdiyimə görə barəmdə verdiyi Xüsusi İttiham Qaydasında Şikayət ərizəsini cavabdeh olaraq qeydiyyat Ünvanım Nizami rayonuna, müvəqqəti faktiki ünvanım Sabunçu rayonuna olduğu halda qəbul edib, hələ bir 7 dekabrda şikayəti mənə göndərmədən, elektron portala yükləmədən, 2-ci hazırlıq iclasına ittihamçıya verdiyi Bildişdən mənə göndərmədən, bunu 3 media yazımla tənqid etdikdən sonra “məni tanımırsan” və s. təhdidlərdən də açıq anlaşılan məcbur olub Nizami rayon məhkəməsinə göndərən, sonra mən Aydın Əli-Zadənin ağır təhqir və böhtanlarına dözməyib ondan eynilə Xüsusi ittiham Qaydasında Şikayət verdikdə icraatına alıb, eyni zamanda özünə Etiraz vermədiyi qalsın, işə birtərəfli, “nəyə görəsə” tərəfində olduğu bu şəxsi müdafiə xarakterində baxdığı hazırlıq iclasından mən həm halım pisləşdiyi, həm ona Etiraz verdiyim, əsassız yerə qəbul etmədiyi, həm də Ərizə verən – İttihamçı olaraq Ərizəmə baxılmasından imtina edib hüquq çərçivəsində getmək istədikdə məni iri gövdəsi ilə ( qapı ilə polis punktu arasında 1 metrə belə məsafə yox idi və mən bir addım geri – zala çəkilməsəydim bədənlərimiz 1-1-nə yapışacaqdı!..) zala qaytaran, təsadüf ya zərurət(!) telefonumdan oxunanda SULAR dayanan, Peyğəmbərimizin, dayanmağı buyurduğu günorta – zöhr Azanı səslənəndə saya salmadan Əli-Zadənin xeyrnə, qanunları taptalayan Qərarını oxuyan, bunlara əlavə A.Əli-Zadə keçən ilin may ayında mən Apellyasiya məhkəməsi mənim xeyrimə Qərar qəbul edəndən dərhal sonra 2 dəfə tam formal olaraq məndən Xüsusi İttiham Qaydasında 2-ci və 3-cü Şiyasətini verdikdə və bu məqsədli Şikyətlərin hər ikisinə baxan hakim Ülviyyə Şükürovanın birinci iş üzrə hazırlıq iclasında içəri girib hakimin qaşısında dayanıb ona pıçıltı ilə nə isə deyən, mən irad bildirdikdə keçib İTTİHAMÇI stolu arxasında oturan, sonra dodaqaltı məni “söyüb” gedən hakim Azər Tağıyev “şoularından”, mən Aydın Əli-Zadənin əvəz çıxmaq niyyətli və qərəzli məni dayanmadan təhqirlərindən, böhtanlarından ikinci dəfə Xüsusi İttiham Qaydasında ikinci Şikayətimi verdikdə hakim Şəhla Süleymanovanın “ikiüzlü” qərar çıxarmasından – işə baxmadan, zalda ayrı Qərar elan edib, e.mehkeme portalına başqa məzmunda Yekun Məhkəmə Aktı - nəticə hissə yerləşdirməsindən və s. və i.a Səbail rayon Məhkəməsinin qanunsuzluqlar dənizindən, okeanından çox-çox yazmışam. BU GENİŞ SADALADIQLARIM MƏNİM HƏQİQƏT TRİBUNAM CAHANPLUS.COM SAYTINDA
(https://cahanplus.com/tehsil/5459-azerbaycan-ve-tacikistan-arasinda-tehsil-kvotasinin-sayi-artirilacaq.html) ONLARLA MƏQALƏDƏ ƏKSİNİ TAPIB.
Əziz oxucum!
Mən Dövlətimin heç bir məhkəməsi, hakim kütləsi haqqında əsassız bir cümlə yazmamışam, bu yazım da dəqiq fakta söykənir.


Bayram qabağı heç çox da dərinə getməyib diqqətə AR Ədliyyə nazirliyinin E.Mehkeme portalından Səbail rayon Məhkəməsinin hakimi Ülviyyə Şükürovanın YEKUN NƏTİCƏSİNİ ƏKS ETDİRƏN FOTONU təqdim etməklə bu məhkəmədə vətənimizin milli təhlükəsizliyinə düşmən olan Aydın Əli-Zadəyə tərəf və əsas məsələ qanunlarımızı taptalayan, şikayətçini savadsız və haqsız qələbə verən, məhkəmə nüfuzunu əzən bir növbəti SAXTAKARLIQ NÜMUNƏSİ - MƏHKƏMƏ QƏRARINDAN QISACA BƏHS EDƏCƏYƏM.




Belə ki, hər bir Şikayətçi və ya Məhkəməyə Müraciət edən Ərizəsini İMZALAMALI, ŞİKAYƏT ETDİYİ ŞƏXSİN İNHİSALLARINI DÜZGÜN GÖSTƏRMƏLİDİR.
Bu qanun - məcəlləsiz, maddəsiz hər kəsə aydın məsələdir. AR CPM-nin 293.3.1. və 293.3.7 maddələri də bu məsələni ehtiva edir. Deməli, Ərizə verən və ya göndərən, müasir dövrdə elektron qaydada şikayət yükləyən şəxs AR CPM-nin 293.3. 1. və 293.3.7 maddələrinə əməl etməlidir. Əks halda onun Ərizəsi hakim tərəfindən Qərar çıxarılmaqla geri qaytarılır.

Bu hal mənim başıma elə ilk öncə Səbail rayon məhkəməsinə indi Ülviyyə Şükürovanın icratında olan Ərizəmi verdikdə gəlib. Hakim Şəhla Süleymanova Şikayət ərizəmi qəbul etmədi, qərar qəbil edib geri qaytardı ki, İmza qoyulmayıb. Mən də Ərizəmi imzalayıb Nərimanov rayonunda Heydər Əliyev prospektindəki Poçtla məhkəməyə göndərdim. Doğrudur mən əvvəlki ərizəmi e.mehkeme portalı ilə göndərmişdim. orda Asan imza sistemidir. Niyə qəbul edilmədiyini anlaya bilmirəm. Ali məhkəməyə Apellyasiya məhkəməsindən göndərilən Şikayət ərizəm də İmzamın olmamasına görə geri qaytarılıb, qol çəkmişəm yenidən Ali məhkəməyə göndərilib. Bu baxımdan hakim Şəhla Süleymanovanın Qərar çıxardıb və həm portala yerləşdirməsini, həm evimə göndərməsini məqbul hesab etmişəm və İmzalayıb poçtla göndərmişəm. Deməli, işin tarixçəsi üzrə ilk ərizəm sözsüz olaraq imzalanıb.
Elə qəribəi də budur ki, mən Ərizəmi imzalayıb məhkəməyə göndərdim. Hakim 4 aprel 2024-cü il tarixinə birinci hazırlıq iclası təyin etdi. Deməli İMZA problemi həll olundu. Eyni zamanda əgər mənim ərizəmdə şikayət etdiyim adamın inhisalları düzgün yazılmasaydı hakim Şəhls Süleymanova Qərarında bunu da yazardı, düzəldərdim...
Beləcə 4 apreldə hazırlıq iclası oldu. Vəkil İŞLƏ TANIŞ OLMAQ ÜÇÜN vaxt istədi. Hakim onun vəsatətini qəbul etdi və müxtəsəri növbəti hazırlıq iclası 22 aprelə təyin olundu. Həmin gün də “ikiüzlü Qərar” meydana çıxdı.
Mən bu “ikiüzlü Qərar”-dan Apellyasiya şikayəti verdim və 29 mayda Apellyasiya məhkəməsi mənim Şikayətimi təmin, Şəhla Süleymanovanın “ikiüzlü Qərar”-nı ləğv etdi.
Deməli, əgər vəziyyət hakim Ülviyyə Şükürovanın 25 dekabr 2024-cü il tarixdə keçirmiş olduğu səviyyəsiz, səriştəsiz hazırlıq iclasının YEKUN NƏTİCƏSİNDƏKİ KİMİ AR CPM-nin 293.3.1. və 293.3.7 maddələri XARİCİNDƏ OLSAYDI, yəni mənim Ərizəm imzalanmamış olsaydı, Aydın Əli-Zadənin ad-soyadı düz yazılmasaydı o zaman mənim ərizəmi Apellyasiya məhkəməsi qəbul edib baxmazdı! Göründüyü kimi hakim Ülviyyə Şükürovanın Yekun məhkəmə Aktı elə hakim Şəhla Süleymanovanın “ikiüzlü Qərar”-ı kimi YALANDIR, SAXTADIR! Hakim Şəhla Süleymanovanın “ikiüzlü Qərar”- ı kimi hakim Ülviyyə Şükürovanın 25 dekabr 2024-cü il tarixdə keçirdiyi hazırlıq iclasının YEKUN NƏTİCƏSİ də əsassızlığına görə LƏĞV olunmağa məhkumdur!
Yeri gəlmişkən mən Apellyasiya məhkəməsinin xeyrimə olan 29.05.2024 tarixli Qərarında yalnız bir məsələdən - hakimlərin işdə olan DİN Xüsusi İdarəsinin məktubuna biganə olub işə Səbail rayon məhkəməsində baxılmasının məqbul sayılmasından narazı qalıb Ali məhkəməyə kassasiya şikayəti vermişdim.
29 oktyabrda Ali məhkəmədə iclasa sədrlik edən hakim Şahin Yusifovun birinci sözü bu oldu ki, Apellyasiya Sizin xeyrinizə qərar qəbul edib, Ərizənizi geri götürün, mən əsaslandıracağam. Bu vaxt hakimin sağ tərəfdə oturmuş adını bilmədiyim hakim duzsuz bir replika da atdı ki, xeyrinizə olub, Şahin müəllimi görməyə gəlmisiz. Mən bu “dəyərli” Ali məhkəmə hakimimizə məhkəməyə ciddi arqumentlə şikayətimə baxılması üçün gəldiyimi bildirdim. Bu ayrı məsələ. Əsas odur ki, əgər mən Ərizəmi imzalamasaydım, Ali məhkəmə qəbul edib işə baxmazdı və Apellyasiya məhkəməsinin Qərarını qüvvədə saxlayıb İşə yenidən baxmaq üçün I İnstansiya məhkəməsi - Səbail rayon məhkəməsinə göndərməzdi ki!..
Deməli, bu fakt da təsdiqləyir ki, hakim Ülviyyə Şükürovanın YEKUN MƏHKƏMƏ AKTINDA NƏTİCƏ HİSSƏ YALANDIR!!! Necə mənim - cavabdehin ünvanının Nizami rayonu olduğu halda A.Əli-Zadənin 2 cəfəngiyyat şikayətinə də özmarağına uyğun olaraq baxmışdı. Həmin məhkəmədə hakim Azər Tağıyev yenə mənim haqlı irad və tələblərimə uyğun olaraq A.Əli-Zadənin birinci şikayətini mənim ünvanım olan Nizami rayon məhkəməsinə gördərdiyini bilsə belə özmarağına görə 2 şikayətə "öz məhkəməsində" baxmışdı!..

Bundan da başqa, əgər Ərizəmdə İmzam yox idi, Şikayət olunanın inhisalları yoxdur, Ülviyyə Şükürova hansı əsasla İclası açıb, dinləmələr aparıb, vəkil çağırıb... İclasda Vəkili təqdim edib. Doğrudur savadı ilə əlaqədar o vəkilə hətta 1 dəqiqəlik Söz vermədi. Versəydi vəkil İşlə tanışlıq üçün vaxt istəyərdi. Beləliklə, iclas apara bilmək təcrübəsi, qanunları biliyi çox-çox zəif olan Ülviyyə Şükürova öz marağına uyğun olan bu hazırlıq iclasına saxta prinsiplərlə baxmış, savadsızlıqla olsa da İclas keçirmiş və budur SAXTA bir Yekun Məhkəmə Aktı çıxarrmışdır. Buyurun baxın : CPM-nin 293.3.1. və 293.3.7 maddələri nə görə İş icraata alınmayıb.




Ülviyyə Şükürovanın PEŞƏKAR SAXTAKARLIĞI haqqında iki ciddi ehtiml - arqument ondan ibarətdit ki, BİRİNCİ: e.mehkeme portalında İŞİN TARİXCƏSİ HİSSƏSİNDƏ Şəhla Süleymanovanın işə baxması, İKİÜZLÜ YEKUN MƏHKƏMƏ AKTI QARIŞIQ HƏR ŞEY YOXA ÇIXIB! Əcaba Səbail rayon məhkəməsi yoxsa bununla mənim ilk dəfə Şikayət verdiyimi "demək istəyir?!"?! Ona görə məni telefonla "50 dəfə" məhkəməyə çağırıb, katibi "40 dəfə" onun özünə etiraz verəcəyini deyib?! Mən Avropa məhkəməsinə Şikayət verəcəkdim... Belədə hakim və aktyor sənətlərinin bizdə qarışdırıldığının və AŞPA-nın belələrinin üxzündən düzgün qətnamə qəbul etdiyi nəticəsinə gəlir adam (adamlar!).
İKİNCİSİ: Ülviyyə Şükürovanın İclas prosesində İŞDƏN tamamilə xəbərsiz olduğu aydın görünürdü. Mən ona 2 yüksək məhkəmənin 6 hakiminin mənim Xüssusi İttiham Şikayətimdə müddəalarla haqlı olduğu əsaslandıran Qərar qəbul etdiyini bildirdikdə, məni saymırdı. Azərbaycan dövləti və xalqı əleyhinə A_Z alçaldıcı çıxışlar edən Aydın Əli-Zadəyə müsbət münasibətini 40 il Azərbaycan elminə xidmət edən, Ulu öndər tədqiqatçısı, yaşlı ziyalı-alimin üstünə qışqırmaqla da təsdiqlədi. O, bütün imkanları ilə mənim guya yeni şikayət verdiyimi ispatlamağa çalışırdı. Hətta bu İşin mahiyyəti üzrə Aydın Əli-Zadənin 2 şikayətinə baxdığını da və deməli, məsələdən istər-istəməz hali olduğunu süni dekorativ bəzəkli ibarələrlə gizlədirdi. Başqa çox-çox ciddi məsələlər var.
Məsələn, o Aydın Əli-Zadənin 2 şikayətinə ümumiyyətlə baxmamalı idi. Çünki mənim – cavabdehin ünvanı Nizami rayonu idi. Necəki, hakim Azər Tağıyev Nizami rayonunna (məcbur olub) göndərmişdi, o da göndərməli idi!. Niyə göndərmədi?! Asarlar məni rüşvət aldığı üçün desəm! Tapşırığa görə!.. Bunu da demək olmaz! Hakimlər ətəklərində namaz qılınası adamlardırlar axı! Əlbəttə ki, buna nəinki ölkəmizdə heç Avropa qədər uzaqlarda inanmırlar və buna görə də Stop!
Bundan başqa Ülviyyə Şükürovanın mənimlə 10 il bundan qabaqdan bu günə, bu saata,v bu dəqiqəyə kimi əsl düşmənçiliyi var! Mən yaşlıyam, 2-ci qrup əliləm. Ciddi elmi tədqiqatlarla məşəğulam! Bu əsaslarla mən onu tanımaya bilərəm. O isə məni mütləq tanıyır. Məhz bu baxımdan onun mənim Şikayətimə baxmağa hüququ yoxdur!
Digər tərəfdən, Şəhla Süleymanova bu Şikayətimə baxdıqdan sonra mən Apellyasiya şikayəti verdim. Elman Rəhimovun sədrliyi ilə olan hakimlər heyəti Şəhla Süleymanovanın ikiüzlü qərarını ləğv edən, mənim xeyrimə Qərar çıxardıb, yenidən baxılması üçün Səbail rayon məhkəməsinə göndərdilər. Indi bu Qərar da e.mehkeme portalında yoxa çıxıb!!! Əsas məsələ Apellyasiya məhkəməsi Qərarı Səbail rayon məhkəməsinə göndərdikdə İŞ Şəhla Süleymanovanın İcraatına verildi. Mən Kassasiya Şikayəti verdiyim üçün və Şəhla Süleymanovanın bu işə təkrar baxmasının qaqnuna zidd olduğuna görə Etiraz yazdım. İŞ (bu qədər maralı idilər!) Kassasiya Şikayəti verməyim saya sayılmadan Ülviyyə Şükürovaya verildi. Mən Kassasiya Şikayəti verdiyimi yenə dönə-dönə yazdım. Təəssüf ki, e.mehkeme portalında bu yazılar daha yoxdur! Texniki səhvdirsə, düzəldilməlidir.
Sonra Aydın Əli-Zadə məndən ikinci və üçüncü Şikayəti verdi. Bu şikayət Şəhla Süleymanovaya verildikdə həm mən ona, həm o öz-özünə Şikayət verdi. Bu əsasla İŞ Ülviyyə Şükürovanın İCRAATINA verildi.
Deməli, Ülviyyə Şükürovanın həm mənımlə əsl düşmən münasibəti baxımından, həm də 3-cü dəfə eyni motivli və eyni adamlarla olan İŞDƏ özünə ETİRAZ verməsi labüd idi. Lakin onun bu İŞƏ baxması və AR CPM-nin 293.3 1. və 293.3.7 maddələri ilə YEKUN MƏHKƏMƏ AKTI çıxarıb e.mehkeme portalına yükləməklə öz Qərarını bu şəkildə əsaslandırması onun üçün qanunların aliliyi prinsipinin, hakim andının heç olduğu anlamına gəlir.
Mən bu Yekun Məhkəmə Aktının qanun maddələri ilə tanış olduqdan sonra onun məhkəmə katibinə zəng vurub İŞİN məhkəməyə Ali məhkəmədən gəldiyini və İmzamın da, Şikayətçi olduğum Aydın Əli-Zadənin inhisallarının düzgün olduğunu da bildirdim. Məhkəmə katibi (deyəsən) hakimlə danışıb dedi ki, bu maddələrdən başqalarını hakim Qərarda yazacaq! Nə?! Necə yəni?! Dərəbəylik!
Bu müddəa DƏHŞƏT SAVADSIZLIQ, ÖZBAŞNALIQ, SƏBAİL RAYON MƏHKƏMƏSİNDƏ QANUNLARIN KÖLƏ OLMASI DEMƏKDİR.


Çünki AR CPM-nin 293.3.1. və 293.3.7 maddələri olduqda heç bir hakim İşə baxmağa başlaya bilməz!


Əziz oxucum!

Səbail rayon məhkəməsinin hakimi Ülviyyə Şükürova ilə sözün hərfi mənasında olduqca ciddi düşmənçiliyimizə gəlincə, bunu YENİ İLƏ saxlayıram.

Yeni İLdə hamınıza möhkəm cansağlığı, sarqılmaz iradə, bolluca uğurlar diləyirəm.
5-02-2025, 11:05
İnsan beynində mikroplastik tapılıb
4-02-2025, 15:08
AR MM TOPONOMİYA KOMİSSİYASININ diqqətinə: AYDIN ƏLİ-ZADƏNİN ERMƏNİ ARTUR MİKAİLYANLA KEŞİKÇİDAĞ DİALOQU
24-01-2025, 10:48
Bakıda memarlıq abidəsinə müdaxilə olunub
24-01-2025, 10:32
Çin alimləri dünyanın ilk uçan və su altında üzən dronunu hazırlayıblar
24-01-2025, 10:13
Gələn ay AMEA-nın ümumi yığıncağı keçiriləcək
17-01-2025, 11:24
Tramp məşhur aktyorları özünün Hollivuda xüsusi elçiləri təyin edib
17-01-2025, 11:12
Bakıda 6 kq çəkidə körpə doğulub
15-01-2025, 10:14
Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına qoşulub
10-01-2025, 11:39
Alimlər zeytun yarpaqlarının qan təzyiqini aşağı salmağa kömək etdiyini müəyyən ediblər
10-01-2025, 11:31
AMEA-nın Gəncə Bölməsində gənc tədqiqatçıların dəyirmi masası keçirilib
9-01-2025, 10:57
Azərbaycanda qrip əleyhinə vaksinasiya üçün müraciət edənlərin sayı artıb
9-01-2025, 10:47
Susmamaq qeyrəti
8-01-2025, 11:21
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib
7-01-2025, 11:06
Serbiya mediası Azərbaycan Prezidentinin təyyarə qəzası ilə bağlı fikirlərini geniş işıqlandırıb
7-01-2025, 11:03
Türkiyəli icmalçı: Fransa sırf müstəmləkəçi ölkə ruhunda hərəkət edir
7-01-2025, 10:50
Tibetdə 7.1 bal gücündə dəhşətli zəlzələ - Ölənlərin sayı 50-ni keçdi
7-01-2025, 10:46
Türkiyə klubu çempionatda iştirakdan imtina edib
7-01-2025, 10:37
"Neftçi" ilə yollarını ayıran macarıstanlı müdafiəçi sabiq klubuna geri qayıdıb
29-12-2024, 11:11
Hakim Ülviyyə Şükürovanın YEKUN MƏHKƏMƏ AKTI: AR CPM-nin 293.3.1. və 293.3.7 maddələri – HA-HA-HA SAVADSIZLIQ YOXSA SAXTAKARLIQ?!
28-12-2024, 08:48
Bakıdan Mineralnıye Vodı istiqamətində uçan AZAL təyyarəsi dron hücumuna görə GERİ QAYITDI
28-12-2024, 08:35
Fransa portalı: Azərbaycanlı pilotlar həqiqi möcüzə göstərdilər
28-12-2024, 08:31
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində başsağlığı kitabı açılıb
28-12-2024, 08:25
Xərçəngli hüceyrələrin sağlam vəziyyətə qaytarılması üçün texnologiya hazırlanıb
26-12-2024, 10:31
Bu gün Azərbaycanda matəm günüdür
23-12-2024, 10:50
Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keçirilir
20-12-2024, 10:04
Alimlər: Qəhvəyə şəkər əlavə edilməsi onun təsirini artırır
20-12-2024, 09:58
Sadəliyi və böyüklüyü ilə tanınan alim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728