AZƏRBAYCANIN ANIM GÜNÜNÜN 3 İLİNƏ TARIX, HƏQİQƏTLƏR VƏ REALLIQLAR PƏNCƏRƏSİNDƏN BİR BAXIŞ
Gündəm / Siyasət / Ölkə
Oxunub: 192
27 sen 2023 | 13:38







ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!


Azərbaycanın 44 günlük Vətən Müharibəsində Tarixi Zəfərindən 3 il ötür. Bu günlər çoxmilyonlu Azərbaycan xalqı üçün daha bir tarixi sınaq günləridir. Çünki nankor qonşularımız, etibardan sui-istifadə edən Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarına, həmçinin 6 oktyabr 2022-ci il tarixli Praqa və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş 14 may 2023-cü il tarixli sayca 6-cı görüşündə başda Qarabağ olmaqla Azərbaycanın hər qarışında (86,6 min kvadratkilometr ərazidə) əmin-amanlıqğın təminatı üçün verdiyi sözə sahib çıxmayaraq əbədi Azərbaycan torpaqlarında, Dağlıq Qarabağ ərazilərimizdə terror həyata keçirdilər və növbəti təxribatları ilə igid aslanlarımızın həyatına qəsd etdilər. Bu erməni xislətinin bir nümunəsidir.
Bu isə Azərbaycan-Türk milli xarakterinin ifadısidir:
“Bayrakları bayrak yapan üstündeki kandır,
Toprak eğer uğrunda ölen varsa vatandır”
(Mithat Cemal Kuntay)

Hər cür təxribata, döyüşə qaşı mübarizəyə hazır olan Azərbaycanın Ali Baş Komandanı və qəhrəman Milli Ordumuz local anti-terror tədbirlərə start verərək, separatçıların lazımı cavabını verməklə növbəti Zafərini təsdiqlədi.





Sentyabrın 26-da ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefon əlaqəsi haqqında rəsmi məlumat erməni silahlı qüvvələrinə qarşı Azərbaycanın anti-terror tədbirləri, eyni zamanda Azərbaycanın Qarabağ bölgəsində hazırkı vəziyyətin real mənzərəsini əks etdirməklə bərabər, erməni vandallığını da əks etdirir. Məlumatda deyilir: “Dövlətimizin başçısı 24 saatdan az müddətdə yekunlaşan antiterror tədbirləri zamanı yalnız hərbi obyektlərin hədəf alındığını, mülki əhaliyə zərər verilmədiyini diqqətə çatdırıb.Hazırda qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah prosesinin həyata keçirildiyi və onların Azərbaycan ərazisindən çıxarılması işinin həyata keçirildiyi ABŞ tərəfinə bildirilib. Son beş gün ərzində yüzlərlə hərbi texnika, silah-sursat və hərbi təchizat mallarının müsadirə edildiyi vurğulanıb. Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi nümayəndələrinin və BMT-nin Rezident Əlaqələndirici Ofisinin nümayəndəsinin toplanmış silah və hərbi texnikaya baxış keçirdiyi qeyd olunub. Prezident İlham Əliyev Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarının ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin edilməsi məqsədilə hazırda müvafiq iş aparıldığını vurğulayıb. Azərbaycan nümayəndələri ilə erməni sakinlərin nümayəndələri arasında reinteqrasiya istiqamətində dialoq aparıldığı, erməni sakinlərə Azərbaycan tərəfindən humanitar yardımlar göndərildiyi, ərazidə infrastrukturun bərpa edildiyi dövlət başçısı tərəfindən qeyd olunub. Erməni sakinlərə yardımların göstərilməsi istiqamətində Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə əməkdaşlığın həyata keçirildiyi, ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə Azərbaycan tərəfinin hazır olduğu diqqətə çatdırılıb”( https:// president. az/az / arti cles/ view/61282).
Onu da xüsusi olaraq vurğulamalıyıq ki, Azərbaycan Respublikasının Prezidenti, Ali baş Komandan cənab İlham Əliyev öz sözünə sadiq qalaraq Dağ Qarabağ ərazisində məskunlaşmış ermənilərin təhlükəsizliyi üçün, həmçinin maddi ehtiyaclarının təmin olunması məqsədi ilə lazımı tədbirlərin həyata keçirilməsini tapşırmışdır və bütün dünya xalqımızın və dövlətimizin Qarabağ bölgəsindəki enerjisiz, yanacaqsız və bütünlüklə köməksiz halda ermənilərə humanist münasibətinin şahididir.
Məlum olduğu kimi 25 sentyabr 2023-cü il tarixdə Azərbaycanın tarixi və strateji ərazisi Naxçıvan Muxtar Respublikasına “Bir Millət – İki Dövlət” amalının sadiq yolçusu, dost, qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan səfər edtmişdir. Azərbaycan Respublikasının Prezidenti, Ali baş Komandan cənab İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə qəbul etdikləri Bəyanatda göstərilənlər xalqımızın və dövlətimizin mövqeyini bir daha təsdiqləyir: Bəyanatda deyilir: “Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin etmişdir. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik. 24 saat ərzində, ondan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir.
Beş gün keçməsinə baxmayaraq, artıq Azərbaycandan onun Qarabağ bölgəsinə, orada yaşayan erməni əhalisinə humanitar yardımlar göndərilməsinə başlanmışdır. Yanacaq - neft, dizel, benzin, ərzaq məhsulları, dərman preparatları və digər humanitar yardım edilir və bu, bir daha onu göstərir ki, Qarabağ bölgəsində yaşayan insanlar milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarıdır, onların təhlükəsizliyi, hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcəkdir.
Bir neçə gün bundan əvvəl Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycanın dövlət strukturlarının nümayəndələri arasında Yevlax şəhərində görüş keçirilmişdir. Bu gün ikinci görüş keçirilir, onun nəticələri haqqında mənə hələ ki, məlumat verilməmişdir. Ancaq Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi, əminəm ki, uğurla gedəcək”.
Bununla bərabər, Azərbaycan “Qarabağ Azərbaycandır”,- devizi, Dövlət- Xalq monolit birliyi, sivil, ədalətli, demokratik ruhlu siyasi strategiya və taktikası ilə və “Dəmir Yumruq” iradəsində Azərbaycanın bir addımlığında olduğu Zəngəzur dəhlizinin açılması, Xocalı və Xankəndinin azad edilməsi üçün mühüm addımlar atmaqdadır.
Tarixi gerçəklik təsdiq edir ki, xalqımızın 30 illik işğala son qoyan böyük qələbəsindən, Zəfər Günümüzdən sonra - arxada qalan hər gün Azərbaycan üçün yenə Qarabağla, onun sevinci, problemləri, uğurları ilə bağlı olmuşdur. Ermənilərin viran qoyduqları Qarabağda, Şuşada, müharibədən sonra tam azad olmuş Laçında və “Azərbaycan olmuş” yurd yerlərimizdə canlanma hiss olunmaqdadır. Ən müasir səviyyədə şəhərsalma işləri gedir. Zülümlərlə dədə-baba ocaqlarından didərgin salınmış köçkünlər evlərinə dönürlər. Torpaq altında olan qaçqın insanların ruhları sevinir. Bir ömür vətən həsrəti ilə yaşayanlara bundan böyük nə müjdə ola bilər?..
Azərbaycan prezident cənab İlham Əliyevin Müharibə günlərində Xalqa Müraciətində verdiyi Sözlər bu gün əməli işlərlə özünü doğruldur.


Əlbəttə bu tarixi gündə - Milli Zəfər günümüzdə 30 il əvvəl baş verənləri yada salmamaq olmaz. Belə ki, Azərbaycana gəlmə ermənilər 200 il parça-parça ələ keçirdikləri Azərbaycan torpaqlarına qarşı son 30 ildə növbəti təcavüzkar planlarını həyata keçirmiş, tarixi yurd yerlərimizin soyqırım, qanlı faciələrlə işğalına nail olmuşdular.
Qəhrəman Azərbaycan xalqı öz torpaqlarını azad etmək üçün səfərbər olduqda isə ermənilərin tərəfində olan Sovet Rusiyasının dərin siyasi-iqtisadi maraqlarına uyğun olaraq 1994-cü ildə Azərbaycan -Ermənistan arasında Atəşkəs elan edildi və danışıqlar masa arxasına keçdi. Tarixin güzgüzü mətbuat səhifələrinə diqqət yönəltsək, görərik ki, həmin vaxtdan Azərbaycanın tarixi Vətən Müharibəsi -2020-ci ilin sentyabr ayına kimi mənfur düşmən hər gün Atəşkəsi pozub. 26 il müddətində Ordumuz bu və ya digər şəkildə qəsbkar ermənilərdən ziyan görüb.


Əsas məsələ bir qərinəlik uzun müddətdə danışıqlar müsbət nəticə verməyib, beynəlxalq hüquq çərçivəsində 200 il ərzində hissə-hissə işğal olunmuş torpaqlarımız geri qaytarılmayıb. Cərəyan edən vəziyyət bütün gerçəkliyi ilə erməniləri Atəşkəsə layiq, uyğun cəmiyyət olmadığını bir daha sübut edir. 1918-ci il milli faciələrimizi, Xocalı soyqırımını törətmiş, əlləri qanlı, üzü qara ermənilərdən humanist mahiyyətdə nəsə gözləmək mümkün deyil. 2 əsr boyu qulduruqla torpaq qəsb edən, həm də təkcə torpaq deyil, milli-mənəvi irsimiz, mətbəximiz qarışıq hər dəyərimizi oğurlamağa çalışan
erməni tayfalarıqanlarına, genlərinə hopmuş bu xasiyyətlərini zaman-zaman davam etdirmiş,bunun üçün hər cür alçaq yollara əl atmış, əsas da qürur, vüqar, mənlik keyfiyyətlərini itirmişlər.
Ermənilərin milli yaddaşı çox zəifdir. Belə deyilsə, bəs onların bir aimi, bir tarixçisi, bir ziyalısı yoxdurmu, heç uzaq keçmiş yox,200 il əvvəlin gerçəklərini onlara anlatsın?!
Onlardan soruşmaq lazımdır: 1828- ci ilə kimi harada idiniz? Dövlətiniz vardımı? Paytaxtınız hara idi? Əgər Siz Rus imperiyasının istlaçı siyasəti ilə işğal olunmuş Cənubi Qafqaz ərazilərinə - Azərbaycanın Qarabağ, Rəvan, Naxçıvan xanlıqlarına kütləvi antropoloji-etnogenez psixologiyanız - asanlıqla assimilyasiya olunaaq, “getməyə” həssas xristian - erməni tayfaları kimi köçürülməmisinizsə, onda tarixdən I Pyotrun və ondan sonra II Yekatirinanın bu regionda istilaları, hələ nadir şah epoxası, sonra Türkmənçay müqaviləsi və cərəyan etmiş hadisələr silinməlidir ki!..
Bax beləcə ermənilər bu keçmiş tarix kimi 3 on illik qədər xeyli yaxın tarix izlərini də unudublar! O, izləri ki, bizdən son qiymətli torpaq qənimətlərini əldə ediblər.
Məsələn, 1987-ci ildə sovet imperiyasının sonuncu siyasi rəhbəri M.Qorbaçov xarici himayədarlar hesabına tutduğu posta bütün ölçülərlə əsl layiq olan siyasi xadimin - məhz onun özünə rəqib gördüyü, prinsipal, yüksək peşəkarlığa, dolğun xarizma keyfiyyətlərinə malik Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini, SOV.İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən könüllü istefasına nail olduqdan sonra Dağlıq Qarabağ məsələsinin ermənilərin xeyrinə həll edilməsi SSRİ planının işlənilməsinə start vermişdir.
Belə ki, biz “"Azərbaycan SSR-də və Ermənistan SSR-də hadisələr ilə əlaqədar əlavə tədbirlər haqqında» məsələnin müzakirəsinin işçi yazısına "Tam məxfidir. Yeganə nüsxə” qrifi qoyulmuş iclas yeganə nüsxə -- iclasın stenoqramında SSRİ rəhbərliyinin açıq surətdə Dağlıq Qarabağ məsələsində, eləcə də Sumqayıt hadisələrində ermənilərin tərəfində dayanmasının, hətta Ulu öndərin SSRİ rəhbərinin Dağlıq Qarabağın verilməsi “planını” pozmasına dair, Heydər Əliyevin çalışdığı yüksək vəzifələrdən kənarlaşmasının əsl ciddi səbəbləri- Qorbaçovun ona qərəzli mövqeyi ilə bağlı düşündürən əsaslar şahidi oluruq.
Xüsusilə diqqəti SSRİ kimi nəhəng dövlətin rəhbərinin çıxışındakı ifadələrindən tutmuş bütün məzmunu ilə Azərbaycana düşmən mövqeyinə yönəltməklə iclas steonoqramının xeyli geniş təhlilini verməyi çox tərəflərdən məqsədəuyğun hesab edirik. Bundan başqa bu iclas Heydər Əliyevin öz xalqının mənafeyinə bağlı, heç kimdən və heç nədən qorxmadan vətən torpaqlarının müdafiəsinə qalxdığını deməli ümumvətəndaş maraqlarını müdafiə etdiyini bir daha təsdiqləyir.
Bu yerdə məhz 1988-ci ilin 19 fevralında - ermənilərin Sumqayıtda kütləvi mitinqlərin üçüncü günü İrəvanda XX əsrin əvvələrindən mövcud olmuş cəmi 8 məsciddən qorunub qalmış tək bircə məscid binasının yandırması faktını da yada salmaq istərdik. Erməni vandallarının həmin gün törətdikləri vəhşiliklər tariximizə onlarla bağlı bir qara səhifə də əlavə etmişdir: “Azərbaycanlı orta məktəbi, C.Cabbarlı adına İrəvan Azərbaycan Dram Tearının ləvazimatı yandırıldı. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vurdular. İrəvanda bütün bunlar törədilən zaman Sumqayıt faciəsi hələ hazırlanırdı. ... "Sumqayıt qurbanları"nın xatirəsini "əbədiləşdirmək" üçün əvvəlcədən hazırlanmış abidənin dərhal Xankəndində qoyulması və bu kimi faktlar sübut edir ki, bütün bunlar erməniləri, eləcə də dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı ayağa qaldırmaq, onun "vəhşi" obrazını yaratmaq məqsədini güdmüşdür” .
Əlbəttə tarix bütün həqiqətləri yaşadır. Tarixi həqiqətlər üzərinə çəkilən buxovlar heç vaxt davamlı olmur və Sumqayıt hadisələrinin də planlı olduğu artıq zamanın süzgəcindən keçərək tarixə əsl mahiyyətində həkk olmuşdur: “Ermənistanın tanınmış siyasi xadimlərindən Paruyr Ayrikyanın da etiraf etdiyi kimi "Sumqayıt hadisələri Moskva tərəfindən təşkil olunmuşdu". Bu hadisələrin Moskva tərəfindən törədilməsini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da etiraf etmişdir” .
Ermənilərin 19 fevralda -"Ermənistanı türklərdən təmizləməli!", "Ermənistan yalnız ermənilər üçündür!" və s. kimi şüarlar irəli sürülməsi ilə müşayət olunan mitnqlərə başlaması da heç də təsadüfi olmayıb, ermənilərin yuxarıda da qeyd etdiyimiz kimi Moskva planı idi.
Bir məsələni də yadac salmaq yerinə düşər: SOV.İKP MK-nın Siyasi Bürosunun 29 fevral tarixli həmin qapalı, “tam məxvi” iclası əsl mənada Qarabağın ermənilərə verilməsi siyasətinin yeridilməsi xarakterində olmuş, nəticədə 30 il Azərbaycanın müqəddəs vətən torpaqları, Dağlıq Qarabağ məskənləri ermənilər tərəfinndən işğalaməruz qalmışdır.
1994-cü ildə Azərbaycan – Ermənistan arasında Moskvanın təşəbbüsü ilə elan edilmiş, lakin , mənfur düşmən 25 il müddətində demək olar ki, hər gün Atəşkəsi pozub. Azərbaycan Ordusu və dinc sakinlər ermənilərin saysız-hesabsız təxribatına tuş gəlib, bu və ya digər şəkildə onlardan ziyan görüblər. Əsas məsələ bir qərinəlik uzun müddətdə danışıqlar müsbət nəticə vermədi və beynəlxalq hüquq çərçivəsində 200 il ərzində hissə-hissə işğal olunmuş torpaqlarımız geri qaytarılmadı. Azərbycanın Atəşkəs vəziyyətində ermənilər tərəfindən gözlənilməz terror hadisələri ilə qarşılaması bir neçə dəfə real müharibə şəraiti yaratsa da müdrik Azərbaycan xalqı və siyasi rəhbərlik Atəşkəs tələblərinə əməl etmiş, güclü iradə ilə taixi gerçəklərin sülh yolu lə, sivill formada həll edilməsini gözləmişdir.
Beləcə, Müharibə Azərbaycanın Haqq İŞİ idi! Azərbaycan daha da azğınlaşmış düşmənə cavab verməli idi. 28 il (daha dəqiq desək 30 il) Sülh yolu ilə masa arxasında öz Haqq İŞİNİ həyata keçirməyə çalışmışdı. Humanist qərarlar alınmadıqda isə Azərbaycan Siyasi hakmiyyəti tarixi Vətən torpaqlarının işğaldan azad olunması üçün səfərbər oldu. 100 minlərlə igid Azərbaycan gənci Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin - XXI əsrin sərkərdəsinin qərarına dərhal səs verərək “Qarabağ Azərbaycandır!”, “Ya Qarabağ, Ya ölüm” şüarları ilə küçələrə axışdı. Yüzlərlə peşəkar Azərbaycan hərbçisi, yüksək ixtisaslı ehtiyatda olan zabitlər, hətta döyüş gücü və bacarığı olan siravi vətəndaş Milli Ordu sıralarına könüllü yazıldı.
2020-ci il 27 sentyabr tarixində döyüş meydanına atılan Azərbaycan xalqı ermənilər kimi kimsədən hərbi qüvVə dilmədən, öz gücü, qanı-canı ilə torpaqlarımızın azad olması üçün 44 gün ölüm-dirim döyüşlərində iştirak etdi və “Qarabağ Azərbaycandır!” Qarabağ Azərbaycanın şah damarı, göz bəbəyidir!!! Müstəqil Azərbaycsn Respublikasının Prezidenti, Ali Baş Komandanımız, cənab İlham Əliyev 10 noyabr 2020-ci il tarixində 10 milyonluq Azərbaycan xalqına 30 il həsrətlə gözlədiyi ŞAD XƏBƏRİ verdi: “Bu gün Azərbaycan Bayrağı Şuşada dalğalanır”. Bu müjdəli Qələbə xəbərl’ 8 noyabr Azərbaycan tarixinə Zəfər Bayramı olaraq həkk olundu. XXI əsrin Azərbaycan sərkərdəsi Azərbaycsn Respublikasının Prezidenti, Ali Baş Komandanımız, cənab İlham Əliyev: “Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi. Dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!”(https:// pre sident.az/az/articles/view/45924 ) .

44 günlük Müharibə müddətində də - 2 həftəlik qızğın döyüşlərdə yüzlərlə canlı və eləcə də hərbi qüvvə itirən ermənilər xalqmızıın ən qısa müddətdə qalib gələcəyindən qorxaraq yenə bütün dünyaya yalvararaq, adətləri üzrə "göz yaşları axıdaraq" , Rusiyaya sığınaraq heç bir rəsmi saziş və ya hər hansı bir rəsmi sənədlə təsdiqlənməmiş müvəqqəti Atəşkəs razılığına nail oldular. Beləcə, Atəşkəs hər dəfə Azərbaycanın deyil, qorxaq, zəif erməni tərəfin təşəbbüsü olub. Ancaq bu yazıqlıq bir maska idi. Hər cür vandallığa qadir ermənilər sivil, demokratik dövlət - Azərbaycan Respublikasının “kişi sözü” Atəşkəs razılaşmasına əməl etməsindən istifadə edərək cəbhədən aralıda yerləşən Azərbaycan şəhər və kəndlərinə (paytaxta yaxın ərazilərə belə) - dinc əhalinin üzərinə raketlərlə, hətta baltistik raketlərlə zərbələr endirdi. Məsələn, ermənilər 2020-ci ilin 27 sentyabrından başlayaraq ən qızgın döyüşlərin getdiyi oktyabr ayının 17-nə kimi Azərbaycanın Qədim və mərkəzi şəhərlərimizdən olan Gəcəni 5 dəfə baltik raketlərdən atəşə tutmuş, nəticədə `arasında uşaqlar da olmaqla 16 nəfər şəhid olmuş, 55 nəfər yaralanmış, qədim şəhərə, binalar, bnalar daxil, çoxsayda dövlət və şəxsi mülkiyyətə ciddi ziyan dəymişdir.Belə ki, Ermənilərin tarixi yaşayış və mədəniyyət diyarımız Gəncəyə ilk raket hücumlarını 4 oktyabr 2020-ci ildə etmiş, Əliyev Tunar Qoşqar oğlu şəhid olmuş, 30-dan çox mülki şəx1s yaralanmışdır. Onların İkinci hücumu 5 oktyabrda baş vermiş və bu terror zamanı 3 Azərbaycan vətəndaşı yaralanmışdır. 8 oktyabrda onların Gəncə şəhərinə növbəti Üçüncü raket hücumu ölüm və ağır ziyansız ötüşsə də bundan 3 gün sonra – 11 oktyabrda 4-cü erməni raket hücumu 10 mülkü şəxs şəhid olmuş, 40-dan çox vətəndaşımız yaralanmış, şəhərin infrastrukturuna ciddi zərər dəymişdir. Tarixə ermənilərn Azərbaycanlılara qarşı törətdikləri qanlı Xocalı soyqrımının davamı xarakterdə daxil olmuş 15 mülki şəxs həlak olmuş, 55 nəfər yaralanmışdır. İki Baltistik raketlə həyata keçirilmiş hücumlar zamanı 3 dəfə güclü partlayış baş vermiş, bombalar hərbi obyektlərin olmadığı, əhalinin sıx yaşadığı əraziyə, hətta yaşayış binasından 2 metr aralıda partlamışdır. Döyüşməyə qüvvəsi olmayan düşmən ikinci raketi Gəncənin Kəpəz bölgəsinə atmışmışdır. Nəticədə 20 ev yerlə-yeksan olmuş, çox sayda mülki şəxs dağıntıların altında qalmışdır.
Bu da erməni xislətinin bir dəlilidir ki, bu dəhşətli soyqrım terrorunu ortada real müharibə həqiqətləri, əsaslı sübutlar, beynəlxalq jurnalist müşahidələrinin lent yazıları olduğu halda, BMT-nin, Avropa İttifaqının, Türkiyənin təsdiqləməsinə və beynəlxalq hüquq çərçivsində qəbul edilən şərtlərə məhəl qoymadan Ermənistan raket hücumlarının onun tərəfindən baş verdiiyini inkar etmişdir.
Lakin Azərbaycanın Milli Ordusu, Azərbaycan Respublikasının prezidenti, Ali baş komandan cənab İlham Əliyevin peşəkar siyasi və hərbi döyüş strategiyası düşmənin gizli-aşkar bütün həmlələrini heçə endirdi və 2020-ci il, sentyabrın 27-sindən başlayaraq 44 gün Azərbaycan Xalqına Qalibiyyət –Zəfər bəxş etdi.
Beləcə, Azərbaycan Respublikasının prezidenti, Ali baş komandan cənab İlham Əliyevin 8 noyabr 2020-ci ildə xalqımızın Qələbə Elanını verərkən dediyi “Biz məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq güc toplayırdıq və toplamışıq - İqtisadi güc! Əgər iqtisadi güc olmasaydı, bu qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən, heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Müstəqilik! Və bu bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək. Eyni zamanda Ordumuzu gücləndirək”(https://president.az/az/articles/view/45756 )-- müdrik sözlər və 10 noyabr tarixində bütün xalqımızı riqqətə gətirən Müharibənin Zəfərlə bitməsini yetirən Qələbə mücdəli düşüncələr Böyük Vətən Müharibəmizin uğur NİDASI, İNAM NİDASI oldu: “Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır”.
Bu sadə Məlumat – Xəbər - Elan deyildi! Bu bir cümlə yüzlərlə qəhrəman şəhid gəncin, milyon-milyon Azərbaycan vətəndaşının bir amalda birləşən arzusu, bütün dünyaya məğrur və qüdrətli dövlətimizin hərbi gücünü, xalqımızın qəhrəmanlığını, yenilməzliyini bir daha Bəyan edən Zəfər müjdəsi idi.
Bu gün Müqəddəs Vətən torpaqları üzərindəki sərhəd bütövlüyünü bərpa etmiş Qalib dövlət Azərbaycan həlledici Qələbəsinin 3-cü ildönümünü - Tarixi Zəfər Bayramını qeyd edir. Azərbaycanın Amal və məqsədi sülh, sabitlik, əməkdaşlıq kimi bəşəri hisslərə bağlıdır. Əlbəttə əgər qarşı tərəf bunu istəmirsə, imzaladığı rəsmi müqavilələrə zidd gedirsə, hətta terrora əl atırsa Cənubi Qafqazın ən güclü dövləti Azərbaycanın ona lazımı cavabı verməsi qaçılmaz reallıqdır. Digər bir tərəfdən Azərbaycan müstəqilliyinin ilk günlərindən hərbi gücünü ona görə gücləndirib ki, dövlətin tarix qarşı¬¬sın¬¬da, şəhidlərimiz, didərgin, qaçqınlarımız və bütövlükdə xalqımız-milətimiz qarşısında andı var – Azərbaycan Dövlətini Qüdrətləndirmək! Dağlıq Qarabağı tam olaraq işğaldan azad etmək! Müqəddəs torpaqlarımıza qovuşmaq, tarixi dövlət sərhədlərimizi bərpa etmək!
Azərbaycan Respublikasının Prezidenti, Ali baş Komandan İlham Əliyevin – XXI əsr Azərbaycan- Türk Sərkərdəsi İlham Əliyevin rəhbərliyi altında müzəffər Azxərbaycan Ordusu bu müqəddəs anda sadiqdir və 2020-ci ilin 27 sentyabr – 9 noyabr tarixlərində 44 gün davam etmiş, baş tacımız Şuşada və 100-lə rayonlarımızda, kəndlərimizdə Azərbaycanın Üç rəngli Bayrağının dalğalanması - Azərbaycanın Zəfər Səlnaməsi kimi tarixdə yaşayacaqdır.

ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!


AZƏRBAYCANIN  ANIM  GÜNÜNÜN 3 İLİNƏ TARIX, HƏQİQƏTLƏR  VƏ  REALLIQLAR PƏNCƏRƏSİNDƏN BİR  BAXIŞ
Xatirə QULİYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya
İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru
20-12-2024, 10:04
Alimlər: Qəhvəyə şəkər əlavə edilməsi onun təsirini artırır
20-12-2024, 09:58
Sadəliyi və böyüklüyü ilə tanınan alim
16-12-2024, 11:19
Əlyazmalar İnstitutunun əməkdaşları Türkiyədə keçirilmiş beynəlxalq simpoziumda məruzə ediblər
13-12-2024, 10:43
Tarixi görüş
11-12-2024, 11:51
Filosof alim Xatirə Quliyevanın “Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib
7-12-2024, 13:52
“Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyası işıq üzü görüb
6-12-2024, 11:09
5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə AMEA-nın prezidenti “MEK könüllüləri”ni təbrik edib
3-12-2024, 10:45
Şəhidlərə həsr olunmuş kitablar MEK-ə təqdim olunub
27-11-2024, 11:18
Kosmosda çox qalmaq idrak qabiliyyətini zəiflədir
27-11-2024, 11:11
Tarix Muzeyində Avropa Milli Geyimləri nümayiş olunub
26-11-2024, 11:07
Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb
22-11-2024, 11:16
AQTA sədri ictimai iaşə xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
22-11-2024, 11:09
Azərbaycan Basketbol Federasiyası məşhur idman statistika portalı ilə müqavilə imzalayıb
21-11-2024, 10:27
ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
21-11-2024, 10:22
Professor Gülər Abdullabəylinin Varşavada kitabı işıq üzü görüb
20-11-2024, 12:37
“Lambert Akademik” nəşriyyatı Azərbaycan alimlərinin məqalələr toplusunu nəşr edib
16-11-2024, 11:22
Yaşıl sivilizasiyanın COP29 anonsu
16-11-2024, 11:17
Prezident İlham Əliyevin bədxahları məyus edən xəbərləri və ya Azərbaycanın geniş açılan qanadları
14-11-2024, 23:16
Monqolustan prezidenti Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib
14-11-2024, 23:10
AMEA prezidenti akademik İsa Həbibbəyli COP29 çərçivəsində Nobel mükafatı laureatı Məhəmməd Yunusla görüşüb
14-11-2024, 23:03
"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib
14-11-2024, 22:58
BMT-nin Ətraf Mühit Proqramı nümayəndəsi: Azərbaycandan yüksək gözləntilərimiz var
13-11-2024, 11:25
COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib
13-11-2024, 11:21
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
13-11-2024, 10:44
Bakıda COP29-un açılış mərasimi keçirilir 12.11.2024
11-11-2024, 14:05
Lambert Akademik Nəşriyyatı “Articles of Azerbaijan Scientists. ANAS – 80” məqalələr toplusunu nəşr edib
10-11-2024, 14:31
AMEA Müqəddəs MƏBƏDİMİZ, Gözümüzdən artıq GÖZBƏBƏYİMİZDİR!
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031