TANIŞ OLUN ! AAK-a SAXTAKARLIQLA PROFESSOR ADI ÜÇÜN TÖVSİYYE OLUNMUŞ AYDIN ƏLİZADƏ BUDUR!..
Gündəm / Elm və təhsil
Oxunub: 1 428
11 fev 2023 | 17:50
[/color
color=#0000FF]Xatirə Quliyeva
fəlsəfə elmləri doktoru

[/color






Əziz oxucum!
AAK-a SAXTAKARLIQLA PROFESSOR ADI ÜÇÜN TÖVSİYYE OLUNMUŞ, 100 DİLDƏ MƏLUM BİR ƏSƏRİN ŞABLONUNU VƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEV HAKİMİYYƏTƏ GƏLƏNƏDƏK 1955-1970 - Cİ İLLƏRDƏ AZƏRBAYCANIN QAZLAŞDIRILMASI KİMİ ADINDAN DA BƏLLİ , FƏLSƏFƏYƏ, SOSİOLOGİYAYA AİDİYYƏTİ OLMAYAN KİTABLARI ÇIXMAQLA ELMI ƏSƏRLƏRİ, ELMİ NAİLİYYƏTLƏRİ GÖZƏ DƏYMƏYƏN, "İRƏLİ GETMƏYİN YOLUNU" XALQIN ÜZÜNƏ "TÜPÜRMƏKDƏ" GÖRƏN, SÖYÜŞÜ MƏDƏNİYYƏT BİLƏN, DÖVLƏTİMİZİN ƏLEYHİNƏ ÇIXIŞLAR EDƏN, TÜRKÜ, XALQI, İSLAMI, MİLLİ DƏYƏRLƏRİMİZİ ALÇALDAN, ERMƏNİLƏRLƏ AZƏRBAYCAN ŞƏBƏKƏSİ ÜZƏRİNDƏN DOSTLUQ EDƏN, ERMƏNİ MEDİASINDA TƏMSİL OLUNAN AYDIN ƏLİZADƏ BUDUR!..


BELƏLİKLƏ, ELMİ-SİYASİ, HÜQUQ İCTİMAİYYƏTİNİN, MEDİA NÜMAYƏNDƏLƏRİNİN, XÜSUSİLƏ ALİ ATTESTASİYA KOMİSSİYASININ SƏDRİ VƏ ÜZVLƏRİNİN DİQQƏTİNƏ TÜRKÜ, ATALARIMIZI "O .... Ş" ADLANDIRAN, "XALQIN ÜZÜNƏ TÜPÜRMƏYİ" İRƏLİ GETMƏK MODELİ TƏQDİM EDƏN, RUSİYA OLMAZSA TÜRKİYƏNİN VƏ AZƏRBAYCANIN MƏVHƏ MƏHKUMLULUĞUNU YAZIB RUSİYA ERMƏNİLƏRİNİN МОЛНИЯ ТВ-SİNİN "ÜRƏYİNƏ YATIB" ONLARLA ƏMƏKDAŞLIQ EDƏN, FƏLSƏFƏYƏ QAZ İDARƏSİNDƏN GƏLMİŞ, QEYRİ SAHƏ ÜZRƏ ( QAZLAŞDIRMA - BABASININ XATİRƏSİNƏ "NAĞILLA") KİTABI İLƏ ELMİ ADA İDDİAÇI, MÜDAFİƏSİ OLMUŞ 4 ƏVƏZİNƏ 1-CƏ DİSSERTANTLA, İCLAS ELANINDA KİTABININ MÜZAKİRƏSİ YAZILARAQ GÜNDƏLİYƏ PROFESSOR ADININ MÜZAKİRƏSİ ÇIXARILMIŞ, 16- CÜT SAYLI İŞTİRAKÇI VƏ "AÇIQ SƏSVERMƏ" İLƏ PROFESSOR ADINA TƏSDİQ EDİLƏN AYDIN ƏLİZADƏ HAQQINDA ÇOX QISA ANNOTASİYA.







İlk öncə Sizin diqqətinizə çatdırmaq istəyirəm ki, haqqında bəhs etməkdən başqa təfəkkürünün, şüurunun məhsulu və öz qələminin ələ verdiyi yazdıqları ilə Respublika ictimaiyyətinə tanış edəcəyim Aydın Əlizadəni mən sənədli-sübutlu surətdə - direktorun adına yazdığım, insititutun EŞ-da yazdıqlarımı sübut etməklə 2 Təqdimatla rəhbərlik etdiyim şöbədən çıxarmışam.
Məndə onun 70 səhifəlik – var qüvvəsi ilə şöbədə çapa təsdiqləmək istədiyi sırf erməni mövqeyindən hələ əvvəldən—axıra erməni mənbələri, ermən dilində iqtibaslar, Azərbaycan tarixinin ziddinə və bizim internet resurslarında olmayan xəritələrin təqdimatında (İllik elmi Plan İşi) bir kitabı və şöbənin Məqalələr toplusu üçün 7 səhifəlik yenə qeyri-dövlətçilik mövqeli bir məqaləsi vardır.
Bundan başqa mən bu fakt materialları ciddi surətdə əsaslandıraraq yazılı surətdə institut rəhbərliyinə, hələ AMEA RH-nə göndərmişəm. EŞ-da onun yazdığı - çalışdığı şöbənin Elmi plan istiqamətinə və Əsas elmi mövzuya qəti surətdə aidiyyəti olmayıb sırf tarix elmi sahəsinin mövzusu olan konkret olaraq hətta məzmun, ideya qalsın, əvvəldən sona kimi erməni mövqeli və erməni mənbələri əsasında yazılmış “Multikulturalizmin Qədim Dünyada Təzahürləri: Qədim Urartu və İran” adlı İllik Elmi Plan İşi materialının Tarix institutuna ekspertizaya göndərilməsini tələb etmişəm.
Bundan başqa 12 ay dövlətdən bu 70 səhifəlik materiala görə maaş, bayramlarda pul hədiyyəsi alan Aydın Əlizadə tədqiq-təhlil etdiyi dövrün və dövlətlərin mədəniyyətində də multikulturalizmi təhlil etməmişdir. 70 SƏHİFƏLİK PLAN İŞİNDƏ multikulturalizm sözü biri başlıqda olmaqla cəmi 2 dəfə işlənib.
Daha ciddi- əslində onun iç üzünü göstərən fakt – O, bu 70 səhifəlik, çap edilməsi məqsədilə şöbənin iclas Çıxarışı üçün gah minnət etdiyi, gah tələb etdiyi, kitab halında 100-140 səhifəlik materialda Azərbaycan dilində 1 dənə də ədəbiyyatdan istifadə etməyib. Ancaq 10-dan çox sırf erməni mənbəsinə istinad edib. Onlardan sitatlar gətirib.
Aydın Əlizadə Azərbaycan və Türk alimlərinin tədqiqatlarını ermənilərdən fərqli elmi deyil, “siyasi mahiyyətdə” izah etməklə də yenə düşmənlərimizə xidmət etmişdir.
Onun Azərbaycan tarixini kökündən saxtalaşdıran, hələ bizi vandal kimi tarixə salmağa cəhdlər etmiş, geniş bir ərazidə yaşayan Azərbaycanlıları tat adlandırmış erməni tarixçisi A. Akopyandan istifadə etməsi, onunla razılaşması və özünün də bu əsər və digər Facebook yazılarında xüsusilə yerli Bakı adamlarını tat adlandırması erməni Akopyandan fərqlənmədiyini təsdiqləyir.
Aydın Əlizadə adını “Multikulturalizmin Qədim Dünyada Təzahürləri: Qədim Urartu və İran” qoyduğu və kitab kimi çapa təsdiqlənməsində israrçı olduğu İllik Elmi Plan İşi materialında aidiyyəti olmadan İslam dinini, zərdüştlüyü təhlil edir (çünki onun tərcümələr hesabına əlində, ovcunda olan yalnız bu materiallardır. Əsas məqsəd bu sərlövhədə üzə kitab çıxarmaq və içərisində ermənilərin “bu dənizdən o dənizə iddealarının xəritələrini və s. mənbələrini” Azərbaycanlı elmlər doktoru statusunda əvvəl dünyaya, sonra bizə sübut etməkdi.
Məsələn, Aydın Əlizadə Azərbaycan tarixini ermənilərin xeyrinə saxtalaşdıraraq Suraxanı Atəşgahı abidəsindən çıxış edərək ( heç o da 18-ci əsr deyil) Atəşgahların varlığını danaraq burdakı atəşgahı 18-ci əsrin sonlarına aid edir və bu məqsədli "rəmmallığını" Elmi işin yeniliyi kimi təqdim edir.
Aldığı maaşa görə aid olduğu elmi istiqamətdən uzaqlaşaraq və heç vaxt yazmadığı, hətta yaxınlaşmadığı bir mövzunu ermənilərin xeyrinə ortaya çıxardığı su kimi bəlli olan bu İşdə A.Əlizadə erməni dilində ədəbiyyat göstərib. Sual doğurur, o bu dili Azərbaycanda və Bakıda doğulub böyüdüyü halda hardan bilir?.. Materialda bir neçə yerdə də erməni dilini bildiyi aydın olur. Ancaq qonşu ermənilərdən 2. 3 söz öyrənmək ayrı, elmi əsər oxuyub, başa düşmək ayrı. Hələ o o kitanı hardan tapıb?!



Ümumiyyətlə, FB sosial şəbəkəsində onun səhifəsində ermənilərə tərəf çox sayda materiallar vardır. Daha dəqiq desək o birmənalı şəkildə erməni mövqeli yazılarla çıxış edir. Həmçinin onun bu materialda yazdıqlarının böyük hissəsi dostluğunda olan qadın şəkli ilə Aziz Azizov adlı lakin öz səhifəsində erməni əlifbası ilə həm də bizim dövləti daim tənqid edən adamın paylaşımında vardır.
Aydın Əlizadənin Elmi Plan materialında həmçinin yenə ermənipərəst mövqedən yazdığı “Parthia Tarixi və onun Cənubi Qafqaz Mədəniyyətinə Təsiri” adlı məqaləsində göstərdiyi 1 xəritə Azərbaycan internet resurslarında yoxdur. Yoxlanıldıqda isə tamamilə saxtalink olduğu təsdiqləndi.
Əsas məsələ bu məqalə də tarix mövzusundadır, köhnə erməni xülyası - Azərbaycan tarixçilərinin on illər boyu çəkdikləri zəhməti kölgədə qoymaq, məqsədi daşıyır.
Əziz oxucum!

İndi Vaxt azdır. Mən çox məşğulam. Ancaq mən Aydın Əlizadənin həm Plan işi olaraq tədm edib kitab kimi çapına can atdığı, mənim ifşa etməyimdən, bu əsaslarla onu şöbədən çıxardığımdan ötən 5 il müddətində rahat olduğu şöbədə üzə çıxara bilmədiyi bu “əsərləri”ni ən yaxın günlərdə Sizlərə elmi-obyektiv şərhlərimlə təqdim edib onu Sizə daha yaxından tanış edəcəyəm.
İndisə onun evinin özünə uyğun olan hissəsində deyil, Facebook sosial şəbəkəsi kimi hətta yüksək siyasi hakimiyyət nümayəndələrinin, siyasi elitanin da diqqətini çəkə biləcək virtual sistemdə Azərbaycan dövlətinin əleyhinə çıxışlarından, Türk millətini, Azərbaycan xalqini, İslam dinini, milli dəyərlərimizi alçaldan, ermənilərin xeyrinə düşüncələrindən, konkret ermənilərlə bizim ölkənin FB şəbəkəsi üzərində dostluq etməsindən, onlardan birinə işarə ilə “bilir mən kimə işləyirəm” repikası kimi seçmələri təqdim edirəm.Bircə onun ən və ən əxlaqsız ifadələri ilə olan statuslarını verməyəcəyəm.
... Taniş olun və görün o, Azərbaycanin professor kimi yüksək elmi adina layiqdirmi?! Onun son 5-6 ildə elmi əsərləri də yoxdur. Fəlsəfə və Sosiologiya İnstituutunun direktorunun şəxsi maraqlara görə, bəlkə də dostluq etdikləri İtaliya ARSAX assosiasiyasının prezidenti Aldo Ferraridəndir sifariş, ya bəlkə opponent, rəyçi olduğu "xüsusi" işlər seriyasından - dissertasiyalardan qaynaqlanan "əl-əli yuyar, əl də qayıdıb üzü yuyar" konsepsiyasıdır?.. Hələlik mən öz etibar hissi dəyərimi qoruyaraq bəzi məsələlərin üzərindən keçirəm. Amma bu sonuncu dəfədir.


Beləliklə, baxın görün Aydın Əlizadə irəli getmək üçün nə üsul tapıb: XALQIN ÜZÜNƏ TÜPÜRMƏK ÜSÜLU. Əlbəttə bu üsulu onu saxta yolla EŞ-dan keçirən əsas və sıradakılara tətbiq edə bilər və etmişdir ki, onu professor yüksək elmi adına tövsiyyə etmişlər.Bu məqamda AZƏRBAYCAN RESPUBLKASI PREZİDENTİ YANINDA ALİ ATTESTASİYA KOMİSSİYASINA AYDIN ƏLİZADƏNİN TÜPÜRCƏYİNİ HƏLƏLİK AİD ETMİRƏM. ÇÜNKİ HƏLƏ SƏNƏDLƏRİ ORA GEDİB ÇIXMAYIB!..


Aydin Alizadeh
10 October, 14:20 •
Никогда не нужно обращать внимание на осуждения народа. На народ надо плевать и делать свое дело. Потому что народ это стадо, которые просто не понимает что ты делаешь. И если ты знаешь что делаешь, потом народ будет тебе аплодировать. То есть для того, чтобы заслужить аплодисменты народа надо на него вначале плюнуть и выдержать всеобщее возмущение


BAXIN .Bu Aydının ermənilərlə iş birliyinə işarə edən öz Etirafıdır:

Aydin Arif Oglu
5 Aprel •
Самое главное, что Ара Хачатрян и другие знают, под каким именем я пишу сейчас и читают меня. Остальное лирика.
А что касается моего бана, то меня не надо сравнивать с другими азербайджанскими блогерами. Меня банят всегда и банили задолго до них. Поэтому я не в этом списке. И будут меня банить после этой волны. Потому что я особенный и неповторимый - Шейх, несущий истину в темные массы.
Шейх человек привычный, без бана жить не может. Но каждый раз возрождается как птица Феникс.



BU AYDIN ƏLİZADƏNİN ATALARIMIZI "TƏRİFİDİR":

Aydin Alizadeh
11 October, 16:28 •
Bizim oğraş atalarımız deyiblər ki, "ehtiyat igidin yaraşığıdır". Ona görə bizim Xarici İşlər Nazirliyi Turk ordusuna dəstəyi 3-ü çıxandan sonra verdi. Ənənələrimizdən və milli mentalitetimizdən ayrılmaq olmaz!


BU AYDIN ƏLİZADƏNİN TÜRKLƏRİN QƏHRƏMANLIĞINA MÜNASİBƏTİDİR:
türklər 2 cürdür - əsl döyüşkən igidlər və oğraşlar.


BU AYDIN ƏLİZADƏNİN BİZİM MİLLƏTƏ ERMƏNİLƏRLƏ DÖYÜŞÜN UĞURSUZLUĞU DƏRSİDİR:
Aydin Alizadeh
11 İyun, 21:45 •
Bizim Ermənistanı müharibəyə çağıran yazarların nəzərinə bir neçə ermənilərin səviyyələrini göstərirəm ki, anlasınlar onların qabağında kimdir. Yoxsa mənə elə gəlir ki, bizim millət hələ də anlamır kimlə savaşa girib. Başa düşmək lazımdır ki, bizim qabağımızda çox ciddi, varlı, elmli, bacarıqlı, hiləgər düşmən durub. Onunla zarafat etmək olmaz. Bir dəfə zarafat başımıza oyun açıb. İndi düşünmək lazımdır. Bunu mən məğlubiyyətçilik üçün yox, gerçək vəziyyətlə tanış olun deyə yazıram. Bütün istinadlar dünya resurslarınadır. Baxın görün ki, bu qədər yüksəklərdə təmsil olunan düşmənlə biz hücuma keçməklə bacararıq, ya yox? Bunlar dünyanın ən yüksək dairələrindədirlər və bizə qarşı imkanları sonsuzdur. Hətta Amerika ordusunu belə bizim üstümüzə yeridə bilərlər. Hələ biz bir yana. O boyda Türkiyə bunlarla bacarmır, ermənilər dünyada onlara daim mane olub biyabır edir. Bu siyahı heç də tam deyil. Sadəcə bir neçəsini yığmışam. Əslində bunlar daha çoxdur. Bizim isə heç yerdə təmsilçiliyimiz yoxdur.

Aydının ERMƏNİ DOSTU ---

Harut Vardanyan https://www.facebook.com/profile.php?id=100009375925347&ref=br_rs


Burda yeri gəlişkən qeyd edim ki, hamı bilir, hər bir xalqın nəslinin artması onun güclənməsi deməkdir. indi oxuyun görün dinşünas kimi özünü təqdim edən və sabah-birigün professor adı alacaq Aydın Əlizadə nə yazıb:


«Хочу сказать, что рожать азербайджанкам действительно не нужно. Какой смысл в этих родах? Мы только восполняем демографию России. Рожают азербайджанки, а их дети едут в Россию и становятся российскими патриотами. Так что надо заниматься сексом без зачатия. Презервативы, противозачаточные средства, и вперед. Живите в свое удовольствие. Разводитесь и разрушайте семьи. Тут и так народа много. Больше не надо. Меньше народа, больше кислорода. Какой смысл плодить детей, которые будут либо несчастны на этом свете, либо станут гражданами России? А воевать они все равно будут в Сирии. На фиг они нам нужны?»
NOVOSTİNK.RU Айдын Ализаде: Рожать азербайджанкам не нужно.
Разводитесь и разрушайте семьи. Тут и так народа много. Больше не надо. Меньше народа, больше кислорода. Какой смысл плодить детей, которые будут либо несчастны на этом свете, либо станут гражданами России? А воевать они все равно будут в Сирии. На фиг они нам нужны?»
Onun bu məqaləsində ki, mövqeyi ictimaiyyətdə haqlı narazılıqlara səbəb olub.Məsələn, siyasi partiya sədri Hafiz Hacıyev onu sərt tənqid edib.



Daha bir məsələ, ermənilərin haqqında əsl onların tarixçisi kimi iri-iri yazılar paylaşan Aydın Əlizadə həm də onlar Azərbaycanla bağlı nəyi tənqid edirlər gedir dallarıyca. Məsələn, görkəmli Azərbaycanlı neftçi Fərman Salmanovun adını yaşadığı rayona vermək ictimai şəkildə müzakirə olunanda Aydın Əlizadə mənasız arqumetnlərlə onu tənqid etdi. Başqa bir misal, onu bir az izləmək kifayət edir ki, yazdıqlarının ad bizim səhifələrində ki yazılar erməni alifbası ilə bizim əleyhimizə olanlardan "bəhrələndiyini" görəsən.

Əziz oxucum!

Aydın Əlizadə çox geniş Facebook sosial şəbəkəsi vasitəsi ilə milyonlar arasında təbliğat aparır ki, Türklər qırılmalıdır. Erməni mediasında Rusiyanın çökməsi Türkiyənin, Azərbaycanın məhvi deməkdir" adlı məqalə ilə çıxış edir. Yutubda erməni kanalında bu mövzuda gündəm olur.

Aydın Əlizadə bir dəfə mənə APA Tv-də Söyüş söyməyindən danışdığı lenti göndərdi. Ziyalı da söyüş söyər?! O, necə ziyalıdır ki, Söyüşü mədəniyyətin tərkib hissəsi hesab edir. Budur onun islaqm əxlaqı?! O necə ziyalıdır ki, dilinə ən tərbiyəsiz sözləri gətirir?! Səhv etdim yazır... Aydın Əlizadə düşünməyin ki, belə hünərli "oğlanlardandır" ki, qılıncının dalı da kəsir, qabağı da... "Ağa nəzərəm, belə vuraram, belə gəzərəm" deyil o. Dəfələrlə mən onun dövlətçiliyə zidd mövqeyi haqqında şikayət etmişəm. Ona deyən kimi statuslarının məzmunu 180 dərəcə dəyişib. Xalq üçün, atalarımız, türklər üçün ağzına gələni yazan haqqında demək istəyirəm ki, onun barəsində ciddi ölçü götürülmlidir. Ondan oppanent, rəyçi kimi "faydalanan" Elmi katib barəsində də həmçinin. Mən "Fəlsəfə" İnstitutunun Kaktus kimi Alimləri, Qanqal kimi Madərşahları" tənqidi yazı yazmışam. Matroşka kuklalar var aaa, açdıqca bir-birindən balaca matroşkalar çıxır... Nə maraqlı olardı, həmin oyuncağın madərşah, padşah, şah təsvirlisini icad etsinlər. "Fəlsəfə" institutunun başda qanunları heç edən, 2 Şuranın Elmi katibi, üstəgəl Müdafiə şurasının sədr müavini olan (mən tənqid edəndən sonra Sevda Məmmədəliyevanın adını qatmaqarışıq şəkildə yerlşdiriblər ora. O and üçün 1 dəfə MŞ-nın iclaslarına gəlib ki, sədr xəstələnsə və s. Müdafiəni aparmağa gəlsin?!?! ). Nə nazir müavini, nə fəlsəfə doktoru MŞ-sı sdrinin müavini ola bilməz! Elə Sevinc Həsənovanın özüdür MŞ sədrinin müavini də. Ümumiyyətlə isə bütün vəzifələr onunkidir. Baş direktor da, icraçı direktor da, 2 Şuranın (faktiki) Elmi katibi də- beləcə o baş madərşahdır. Mən onun fəaliyyətinə baxıb rus matroşka oyuncağının madərşah variantını ağıl eləmişəm. Mövzudan çox uzaqlaşmayım...




Onu da qeyd edim ki, Aydın Əlizadə institutda şöbə dəyişmək üzrə rekorda imza atıb. 5 şöbədə işləyib. Özünü dindar kimi tanıdır. Amma İslama- şəriətə tamam hörmətsiz adamdır. Statusu var. Qırğızstana gedib. Araq gətirtdirib və ətrafdakı müsəlmanları da çağırıb sağlığına içməyə. Bundan başqa orada ona ikrahla baxan bir müsəlman qadına deyib ki, sən heç pomidor satmayan Azərbaycanlı görmüsən? Yox. Onda iç mənim sağlığıma!" Bu statusu da təqdiq edir ki, o, Azərbaycanlılara hörmətsizdir. Azərbaycanın müxtəlif sahələr üzrə minlərlə qabsaqcıl şəxsi var, mötəbər bir məclisdə bütün xalqı pomidor satan kimi alçatmaq vicdansızlıqdır. Bizim üçün belə deyən. Ermənilərin müsbət olduğu haqqında 53 bənddən və bir uzun siyahidən ibarət çox geniş bir status -dastan yazıb. Айдын Ализаде (Aydin Ali-zade)
14 авг 2017
Действия
" ТОЛЬКО ХАИ (АРМЯНЕ) "

1) Только хаи (АРМЯНЕ) могут жить огромными стадами в Турции, жрать турецкий хлеб, занимать турецкие рабочие места, пользоваться всеми благами турецкой цивилизации и при этом по тихому... ненавидеть самих турков.

2) Только хаи (АРМЯНЕ) могли Азербайджанским артистам одной рукой вручать звание Народного Артиста Армении, а другой рукой собирать деньги на предстоящую войну с Азербайджаном .

3) Только хаи (АРМЯНЕ) могут у себя на гербе республики нарисовать атрибут сопредельного государства.

4) Только хаи (АРМЯНЕ) могут гору Агрыдаг (на всех картах мира-это гора Агрыдаг -тюркское), назвать Араратом,
хотя даже Арарат не армянское, а европейское название этой горы...

---------53) Только хаи (АРМЯНЕ) кричат на весь мир что все народы и люди пошли от них, и они первые люди в мире и первые христиане, что Пророк Ной их зачал, и они также потомки Пророка Иисуса, а другие говорят, что Иисус вообще был хайем (армянином).

Bundan da başqa o necə İlahiyyatçı, dinşünasdır ki, haqqında İslamla bağlı cinayət işi açılıb. Fəxrlə deyir ki, tez də buraxdılar. Əlbəttə buraxacaqdılar, vicdan azadlığına görə həbs etməyəcəkdilər ki, elmlər doktorunu...
Onlarla azdır, yüzlərlədir onun dövlət, xalq, millət, din, əxlaq əleyhinə çıxışları!



Ona görə də Aydın Əlizadə haqqında yazmaqla vaxtı itir. Heyifdir!


Aydın Əlizadə bir dəfə mənə bir qadın alim haqqında mediada yayımlanmış insanı həbsə atacaq qədər sərt yazı göndərdi. Mən onun bu hərəkətindən çox təsirləndim. Ona sübutu var bu yazanın, - sualını verdim. Dedi əsas odu ki, bu yazı yazılıb. Onun - qadının sübutu var o qoysun ortaya. İndi Aydın Əlizadənin mənim yazdıqlarımı təkzib edəcək sübutu var, qoysun ortaya! Professor adına məndən artıq və ümumiyyətlə, layiq olduğunu da sübut etsin.

Əziz oxucum!
Bilirəm içinizdə mənim bu yazını mənim deyil, Aydın Əlizadənin professor keçdiyindən əsəbləşərək yazdığımı düşünənlər olacaq. Əlbəttə əsası var düşüncənizin. Bəli mən Aydın Əlizadə və bütün digər professor adı almış və baş direktorun xüsusi prinsiplərinə uyğun almağa namizədlərdən fəaliyyətim, elmi nailiyyətlərimlə (təvazokarlıq sovet dövrü insanlarını məhv etdi!) çox üstünəm. İri həcmli əsərlərimdən bir hissəsini təqdim edirəm. Baxın görün haqlıyammı dediklərimdə?! Buyursun Aydn Əlizadə də əsərlərini sıralasın!.. Elə onu irəli çəkən də, onu təsdiq edənlər də əsərlərini meydana qoysunlar!.. Görək hansı haqla - hüquqla dövlət əleyhinə işləyən, xalqı, türkü. atalarımızı, milli varlığımızı alçaldan Aydın Əlizadəni təsdiqləyirlər?! AAK-ı nə qədər aldatmaq olar?!

7 monoqrafiya ümumilikdə 21 kitabın az bir hissəsidir. Hələ mediada yayınlanmış "yolda olan əsərlər var"... Məqalələr bura sığmaz...


Ancaq mən Layiq olduğumu üzlərə tüpürməklə, qoçuluqla, yaltaqlıqla almaram! "Yazı-pozumun" müqayisə də aktual, əhəmiyyətli və çok-çox olması məsuliyyət hissimdən və doğurdan da qeyri-adi bir enerjidən əmələ gəlir. "Ağlamayan uşağa süd verməzlər" misalımız varsa, "Allahın qul və qadın haqqını yeyənləri cəzalandıracağı" - "Cəzalarını elə bu dünyada çəkəcəkləri" inancımız da var. ... Həmişə akademik Bəkir Nəbiyevin "hər şeyə nail olmasını" və dünyadan dərdli geməsini fikirləşib, çoxu gedib azı qalan ömrü ləyaqətlə başa vurmağı və milli təfəkkürə fayda verməyi arzulayıram.

A.Əlizadənin dissertantları var? Onun kimi "qızım sənə deyim, gəlnim eşitsin"- misalı, adını "xalq" qoyub bizim çox haqlarımız kimi bu qul haqqımızı da yeyənlərin üzlərinə tüpürək?! Ya kosmosdan istəyək dissertantları?! İstədiyinə, dil tapdığına verir, bizə Vermir! İstəmir irəli keçək! Əslində AAK-dır cavabdeh bu qeyri-tarazlığa. Birində onlarla dissertant, doktorant digərində illərlə bir dənə də yox!.. Burdaca bu məsələnin dərinliyinə getmirəm. Hələlik etibar imtahanındayam. Susuram.

Bütün bunları yazaraq elmi ictimaiyyəti belələrinə qarşı laqeyd olmamağa çağırıram. Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, elmi katibi elmi tələblərə zidd gedərək dövlət əleyhinə çıxışlar edən bu adamı irəli çəkirlər. AMEA rəhbərliyi bilməlidir ki, Aydın Əlizadənin Professor adına Tövsiyyə olunmasında böyük saxtakarlıq edilib. Belə ki, mən də daxil olmaqla bütün Elmi Şura üzvlərinə onun kitabının müzakirəsinin ifadə olunduğu məzmunda Elan göndərilibb, iclas yığışdıqda isə təqdim olunan Gündəlikdə Aydın Əlizadənin AAK-na professor elmi adı üçün Tövsiyyə olunması məsələsi olub. EŞ sədri narazı olanları həmişə olduğu kimi saymayıb və Sizlərə 1000-də birini yazmaqla tanış etməyə çalışdığım Aydın Əlizadə EŞ-da Professor adı almaq üçün təsdiqlədib.


Son!.. Qısa və açıq deyirəm, Aydın Əlizadə nəinki professor adına, o, bu yazıdakı fktların da təsdiqlədiyi kimi öz "mənəviyyatı" ilə AMEA-da - elm məbədimizdə işləməyə layiq deyil. AMEA rəhbərliyi, eyni zamanda Azərbaycan Respublikası Prezidenti yanında AAK-sı Fəlsəfə və Sosiologiya İnstitutunun EŞ-nın Qərarını Elan və Gündəlikdəki məsələnin uyğun olmadığı əsası ilə ləğv etməlidir və haqq-ədalət yerini tutmalıdır.
20-12-2024, 10:04
Alimlər: Qəhvəyə şəkər əlavə edilməsi onun təsirini artırır
20-12-2024, 09:58
Sadəliyi və böyüklüyü ilə tanınan alim
16-12-2024, 11:19
Əlyazmalar İnstitutunun əməkdaşları Türkiyədə keçirilmiş beynəlxalq simpoziumda məruzə ediblər
13-12-2024, 10:43
Tarixi görüş
11-12-2024, 11:51
Filosof alim Xatirə Quliyevanın “Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyasının təqdimat mərasimi keçirilib
7-12-2024, 13:52
“Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyası işıq üzü görüb
6-12-2024, 11:09
5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə AMEA-nın prezidenti “MEK könüllüləri”ni təbrik edib
3-12-2024, 10:45
Şəhidlərə həsr olunmuş kitablar MEK-ə təqdim olunub
27-11-2024, 11:18
Kosmosda çox qalmaq idrak qabiliyyətini zəiflədir
27-11-2024, 11:11
Tarix Muzeyində Avropa Milli Geyimləri nümayiş olunub
26-11-2024, 11:07
Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb, qiymətlər xeyli artıb
22-11-2024, 11:16
AQTA sədri ictimai iaşə xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
22-11-2024, 11:09
Azərbaycan Basketbol Federasiyası məşhur idman statistika portalı ilə müqavilə imzalayıb
21-11-2024, 10:27
ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb
21-11-2024, 10:22
Professor Gülər Abdullabəylinin Varşavada kitabı işıq üzü görüb
20-11-2024, 12:37
“Lambert Akademik” nəşriyyatı Azərbaycan alimlərinin məqalələr toplusunu nəşr edib
16-11-2024, 11:22
Yaşıl sivilizasiyanın COP29 anonsu
16-11-2024, 11:17
Prezident İlham Əliyevin bədxahları məyus edən xəbərləri və ya Azərbaycanın geniş açılan qanadları
14-11-2024, 23:16
Monqolustan prezidenti Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib
14-11-2024, 23:10
AMEA prezidenti akademik İsa Həbibbəyli COP29 çərçivəsində Nobel mükafatı laureatı Məhəmməd Yunusla görüşüb
14-11-2024, 23:03
"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib
14-11-2024, 22:58
BMT-nin Ətraf Mühit Proqramı nümayəndəsi: Azərbaycandan yüksək gözləntilərimiz var
13-11-2024, 11:25
COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib
13-11-2024, 11:21
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
13-11-2024, 10:44
Bakıda COP29-un açılış mərasimi keçirilir 12.11.2024
11-11-2024, 14:05
Lambert Akademik Nəşriyyatı “Articles of Azerbaijan Scientists. ANAS – 80” məqalələr toplusunu nəşr edib
10-11-2024, 14:31
AMEA Müqəddəs MƏBƏDİMİZ, Gözümüzdən artıq GÖZBƏBƏYİMİZDİR!
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031