Birinci vitse-prezident Mehriban Əliyeva azərbaycanlı dinc mülki şəxslərin Kəlbəcərdə minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib (FOTO)
Gündəm
Oxunub: 310
5 iyn 2021 | 00:05
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində iyunun 4-də Kəlbəcərdə azərbaycanlı dinc mülki şəxslərin mina partlaması nəticəsində həlak olması ilə bağlı paylaşım edib.

Trend-in məlumatına görə, paylaşımda deyilir:

"Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovun və Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin Kəlbəcər rayonunda vəzifə borcunu yerinə yetirərkən minaya düşərək həlak olmaları barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə 140 nəfərdən çox insan erməni işğalçılar tərəfindən quraşdırılmış minalara düşüb. Onlardan 27-si həlak olub. Günahsız insanların ölümünə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan tərəfinin mina xəritələrinin təqdim edilməsi ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan bundan imtina edir və bununla da beynəlxalq humanitar hüququ pozmağa və Azərbaycana qarşı terror siyasəti həyata keçirməyə davam edir.

Təəssüf ki, Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupu ölkələrinə, həmçinin müxtəlif beynəlxalq təşkilatlara mina xəritələrinin verilməsi məsələsində Ermənistana təzyiq göstərməsi ilə bağlı çağırışları heç bir nəticə vermədi. Jurnalist hüquqlarının müdafiəçisi qismində çıxış edən beynəlxalq qeyri-hökumət təşkilatları hələ də susmaqda davam edir!Azərbaycan xalqı müzəffər xalqdır! Onun iradəsini sındırmaq və onu qorxurtmaq qeyri-mümkündür! Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin! Məkanları cənnət olsun!

Mehriban Əliyeva".Birinci vitse-prezident Mehriban Əliyeva azərbaycanlı dinc mülki şəxslərin Kəlbəcərdə minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib (FOTO)
Dünən, 23:07
Harvardın Beynəlxalq İnkişaf Mərkəzi Azərbaycanın əmək bazarı göstəricilərini təhlil edir
Dünən, 23:01
Dövlət Vergi Xidmətinin işçiləri təltif edilib - SƏRƏNCAM
Dünən, 23:00
Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçiləri təltif ediliblər SƏRƏNCAM
Dünən, 22:57
Azərxalça”nın Şuşa məscidi üçün hazırladığı dairəvi əl xalçasının kəsilməsi mərasimi olub
Dünən, 22:56
Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib
Dünən, 12:01
Filosof alimin Şəhərsalma və Memarlıq ilinin kontekstində fəlsəfi-etika mövzusunda məqaləsi nüfuzlu jurnalda nəşr olunub
11-02-2026, 13:05
Prezident: Son dövrdə Azərbaycan-İran münasibətlərinin dinamikasının artması məmnunluq doğurur
11-02-2026, 13:03
Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11-02-2026, 13:01
Prezidentin sosial media hesabında ABŞ-ın Vitse-prezidenti ilə görüşü barədə videoçarx paylaşılıb
11-02-2026, 12:59
Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens mətbuata bəyanatlarla çıxış ediblər
11-02-2026, 12:53
Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi keçirilib
11-02-2026, 12:50
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüşü olub
11-02-2026, 11:32
Filosof Xatirə Quliyevanın 2026-cı il Şəhərsalma və Memarlıq ili kontekstində fəlsəfi-etika mövzusunda məqaləsi Scopos İmpakt faktorlu jurnalda yayımlanıb və alim Sertifikatla təltiflənib
11-02-2026, 09:27
NƏSİMİ RAYONUNUN BÜTÜN SADƏ SAKİNLƏRİNİN GÖZLƏRİ AYDIN OLSUN!
8-02-2026, 22:06
ANONS! ANONS! İSA HƏBİBBƏYLİYƏ ÇƏTİR TUTMAQ NƏ CİNAYƏTDİ, NƏ QƏBAHƏT! ƏSL MƏSƏLƏ ONUN ULU ÖNDƏRƏ - HEYDƏR ƏLİYEVƏ HÖRMƏTSİZLİK, ETİBARSIZLIQ EDƏN SAXTAKARLARA, MASKALILARA “ÇƏTİR TUTMASIDIR”.. 1-2 GÜNƏ TƏFƏRRÜATLARI YAZACAĞAM!..
8-02-2026, 01:20
Azərbaycan BƏƏ əlaqələri ən zirvə nöqtədə - Rasim Abdulla yazır
8-02-2026, 01:16
Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır
8-02-2026, 01:15
ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq
8-02-2026, 01:13
Prezidentin sosial media hesabında BƏƏ-yə işgüzar səfərlə bağlı videoçarx paylaşılıb
8-02-2026, 01:11
Prezident İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
3-02-2026, 16:45
Dost gəlişi Bayram olar
1-02-2026, 22:32
Bakıda Qafqazda ilk ürək transplantasiyasına həsr olunmuş dəyirmi masa keçirilib
1-02-2026, 22:30
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
1-02-2026, 22:29
Xizək yarışı üzrə Heydər Əliyev Kubokunun qalibləri mükafatlandırılıb
1-02-2026, 22:18
Prezident İlham Əliyev Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
1-02-2026, 22:14
Prezident İlham Əliyev İndoneziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
1-02-2026, 22:06
Prezident İlham Əliyev Avstraliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728