Yol polisi hava şəraiti ilə bağlı sürücülərə və piyadalara səsləndi

Havaların kəskin dəyişəcəyi ilə bağlı yol polisi hərəkət iştirakçılarına müraciət edib. cahanplus.com xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov müraciət edərək bildirib ki, sinoptiklərin verdiyi məlumata görə ölkədə, eləcə də paytaxt Bakı şəhərində hava şəraiti kəskin dəyişəcək. Hal hazırda hava şəraitinin dəyişdiyini və temperaturun aşağı düşdüyünü müşahidə edirik. Yolların qarlı-buzlu olacağını nəzərə alaraq nəqliyyat vasitələri sürücülərinə tövsiyə edirik ki, mümkün qədər şəxsi nəqliyyat vasitələrindən imtina edərək ictimai nəqliyyata üstünlük versinlər. Ayrıca olaraq hər bir sürücü sürət həddinə xüsusi diqqət yetirməli, hərəkət sürətini minimuma endirməli, əsasən də qarşıdakı avtomobillərlə ara məsafəsini artıq saxlamalıdırlar. Eyni zamanda nəqliyyat vasitəsinin soyutma və isitmə sistemində antifriz kimi tanınan məhlulun olmasını təmin etməli, şüşə silgəclərini saz vəziyyətdə saxlamalı, şinlərin protektoruna diqqət yetirməli, hətta qış rejiminə uyğun olan şinlərdən istifadə etmələri tövsiyə olunur.
Sürücülər bu cür hava şəraitində nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıracaq hərəkətlərdən və söhbətlərdən maksimum dərəcədə çəkinməlidirlər ki, təhlükə ilə üzləşən zaman vaxtından əvvəl tədbir görə bilsinlər. Qarlı-buzlu hava şəraitində avtomobili əyləc vasitəsilə dayandırarkən təkərlərin sürüşmə ehtimalı böyük olduğu üçün, bu əməliyyatın sürətlər qutusu hesabına aparılması vacib hesab olunur.
Bir sözlə sürücülər hava şəraitinə uyğun şəkildə elə hərəkət etməlidir ki, baş verə biləcək yol nəqliyyat hadisələrindən vaxtında yayına bilsinlər.
Vaqif Əsədov eyni zamanda piyadalara da müraciət edib. "Piyadalardan xahiş olunur ki, səki ilə, yol çiyini ilə, bunlar olmadıqda isə hərəkət hissəsinin kənarı ilə hərəkət etsinlər. Yolu nizamlanmayan piyada keçidləri vasitəsi ilə keçərkən üstünlük onlarda olsa belə yolun buzlu olmasını nəzərə alaraq avtomobillərin qarşısına çıxmamaları tövsiyə olunur. Valideynlərdən də xahiş olunur ki, qar yağan zaman azyaşlı uşaqların həyət ərazilərindən kənara, yəni avtomobillərin hərəkəti olan yerlərə çıxmasının qarşısını alsınlar".
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub