Adil Məmmədov: Prezident İlham Əliyevin diqqəti daim şəhid ailələrinin, müharibə veteranlarının və onların ailələrinin üzərində olub

Qobustan rayon İcra hakimiyyətinin başçısı cənab Adil Məmmədov - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 fevral 2021-ci il tarixli müvafiq Sərəncamı ilə “Azərbaycan 2030: sosial–iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir.Mühüm əhəmiyyətə malik olan və 5 əsas istiqaməti özündə ehtiva edən bu sənəd qarşıdakı 10 ildə-2030-cu ilə qədər olan mərhələdə sosial-iqtisadi sahədə geniş islahatların həyata keçirilməsini, ölkənin dayanıqlı və sürətli sosial-iqtisadi inkişafının təmin edilməsinə, müstəqilliyinin möhkəmləndirilməsinə, əhalinin rifah halının daha da yaxşılaşdırılmasına yönəlmiş əsas hədəfləri müəyyənləşdirir. Eyni zamanda, həmin sənəddə azad olunan ərazilərin sosial iqtisadi inkişafı da nəzərdə tutulub ki, bu da öz növbəsində həmin yerlərin inkişafına əvəzsiz töhfələr verəcək. Bu, dövlət tərəfindən əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində atılan növbəti bir addımdır.
Eyni zamanda bu məqsədlərin reallaşdırılması dayanıqlı makroiqtisadi sabitliyə xidmət edən effektiv makroiqtisadi siyasət çərçivəsinin formalaşdırılmasını, iqtisadi inkişafın ortamüddətli və uzunmüddətli hərəkətverici qüvvələrinin möhkəmləndiril-məsini, insan kapitalının müasirləşdirilməsini, rəqəmsal iqtisadiyyatın genişləndiril-məsini və iqtisadi suverenliyin tam təmin olunmasını tələb edir.
Müstəqilliyimizin bərpasından keçən 30 illik bir müddət ərzində Azərbaycanın əldə etdiyi uğurlar, son 17 ildə ölkənin sosial-iqtisadi və siyası həyatında əldə edilən naliyyətlər, beynəlxalq nüfuzun artması, şərqlə-qərb, şimalla-cənub arasında mühüm nəqliyyat və logistik mərkəzə çevrilməsi, Xəzərin karbohidrogen ehtiyyatlarının mənimsənilməsi və bu resursların nəqli üçün yaradılmış infrastruktur, Bakı şəhərinin dünyanın qlobal təşəbbüslərinin müzakirə mərkəzinə çevrilməsi və nəhayət ötən ilin sonunda 44 günlük müharibədə əldə edilmiş Zəfər nəticəsində azad edilmiş ərazilərin iqtisadiyyatımıza reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin yaranması imkanları deməyə əsas verir ki, qarşıdakı 10 ildə müəyyənləşdirilmiş prioritetlər və hədəflər uğurlu reallaşdırılacaqdır.
Qeyd olunan prioritetlər Azərbaycanda iqtisadi artımın davamlı olmasını, milli iqtisadiyyatın daha da şaxələndirilməsini, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün yeni hədəflərin tapılmasını qarşıya məqsəd qoyur. Qarşıdakı növbəti onillikdə qeyri-neft iqtisadiyyatı inkişafın mərkəzinə çevrilməsinə əsaslı zəmin yaradacaq.Dövlət başçısı cənab İlham Əliyevin dediyi kimi, bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş yüksək sosial-iqtisadi göstəricilər və möhtəşəm siyasi nailiyyətlər, formalaşmış milli və multikultural dəyərlər qarşıdakı illərdə dövlətimizin qüdrətinin daha da artacağına əminlik yaradır.
Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır və bu problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirirlər.
Prezident İlham Əliyevin diqqəti daim şəhid ailələrinin, müharibə veteranlarının və onların ailələrinin üzərində olub. Hər şeydən öncə məhz xalqımızın qürur yeri olan bu ailələrin problemlərinin həlli əsas sosial prioritet kimi müəyyənləşdirilib. Böyük Vətən müharibəsində qazandığımız tarixi qələbədən sonra Vətən müharibəsi qəhrəmanılarına ən yüksək təqaüd müəyyən edilib, şəhid ailələrinə və müharibə əlillərinə, Milli qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrə nisbətən xeyli artırılıb.
Şəhid ailələrinin uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Onların bir sıra üstünlükləri var: işə düzəlmələrində güzəştlər olunur, şəhid ailələrinin övladlarının ali məktəbdə oxuması üçün dövlət təminatı var, güzəştli şərtlərlə mənzil tikmək üçün torpaq verilir, onlara güzəştli ipoteka kreditləri verilir. Bütövlükdə Azərbaycanda şəhid ailələrinə həm maddi, həm də mənəvi diqqət göstərilir. Bütün bunlar dövlət başçısının şəhid ailələrinə olan diqqət və qayğısının ardıcıl və davamlı ifadəsidir.
Prezident İlham Əliyev cənablarının tapşırığına əsasən, aidiyyəti qurumlar tərəfindən İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə və müharibə əlillərinə qayğı və diqqət nəinki dövlət qurumlarının, həm də cəmiyyətin böyük bir hissəsinin diqqət və qayğısını çəkən təxirəsalınmaz mühüm bir vətəndaşlıq borcuna və vəzifəsinə çevrilib. Bu isə cəmiyyətdə birliyin və qarşılıqlı etimadın yeni təzahür forması kimi bütün təbəqədən olan insanlar tərəfindən xoş ovqatla qarşılanır, onların dövlətimizə və Qalib Prezidentimizə inam hisslərini və məhəbbətini günü-gündən durmadan artırır.
Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondunun yaradılması, Fond tərəfindən qısa müddətdə ciddi işlərin görülməsinə başlanılması nəticəsində davamlı olaraq müharibə əlilləri və şəhid ailələrinin, o cümlədəm müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən intensiv tədbirlər artıq öz təsirli nəticələrini verməkdədir. Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi tədbirləri nəzərə çarpacaq dərəcədə gücləndirilmış, o cümlədən onlara yönələn sosial ödənişlər dəfələrlə artırılmışdır. Eyni zamanda, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri yüksək səviyyədə davam etdirilir.
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitininin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin dünən imzaladığı Sərəncamı da bu istiqamətdə həyata keçirilən tədbirlərin daim davamlı olduğunun yeni bariz nümunəsidir.
Bu sərəncama əsasən 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi, o cümlədən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinə mənzil ehtiyaclarını qısa zaman kəsiyində ödəməyə imkan yaradacaqdır.
Bu sərəncam həmçinin əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsinində həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndən biri kimi onlara böyük sevinc bəxş edəcək, bununla da şəhid ailələrinin sosial müdafiəsi daha da yaxşılaşacaqdır. Bu sahədə həyata keçirlən tədbirlər hər zaman olduğu kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndiriləcək, böyük rəğbət və məmnunluqla qarşılanacaqdır
Tam qətiyyətlə inaniram ki, Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə mövcud problemlərin aradan qaldırılması üçün mütəmadi olaraq dövlətimizin rəhbərliyi tərəfindən xüsusi diqqət və qayğı göstərilməsi bundan sonra da davam etdiriləcək. Məhz bu əhəmiyyətli və vacib qayğı nəticəsində minlərlə əlillərimiz müəyyən müddətdən sonra öz sağlamlıqlarını bərpa edəcək, onlardan böyük bir qismi aldıqları yaralarının ağrısını azacıq da olsa yüngüllüşdirəcək və gündəlik həyatda fəal iştirak edəcəklər.
Bu isə gənc nəslin vətənpərvərlik hisslərini və duyğularını daha da gücləndirəcək. Hər bir gənc istənilən anda doğma Vətənin müdafiəsini özünün müqəddəs vəzıfəsi hesab edərək bu yolda həyatlarını fəda etməyi özlərinin əbədi müqəddəs vəzifəsi və oğulluq borcu biləcəklər.
Dünən, 13:05
Prezident: Son dövrdə Azərbaycan-İran münasibətlərinin dinamikasının artması məmnunluq doğurur
Dünən, 13:03
Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Dünən, 13:01
Prezidentin sosial media hesabında ABŞ-ın Vitse-prezidenti ilə görüşü barədə videoçarx paylaşılıb
Dünən, 12:59
Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens mətbuata bəyanatlarla çıxış ediblər
Dünən, 12:53
Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi keçirilib
Dünən, 12:50
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüşü olub
Dünən, 11:32
Filosof Xatirə Quliyevanın 2026-cı il Şəhərsalma və Memarlıq ili kontekstində fəlsəfi-etika mövzusunda məqaləsi Scopos İmpakt faktorlu jurnalda yayımlanıb və alim Sertifikatla təltiflənib
Dünən, 09:27
NƏSİMİ RAYONUNUN BÜTÜN SADƏ SAKİNLƏRİNİN GÖZLƏRİ AYDIN OLSUN!
8-02-2026, 22:06
ANONS! ANONS! İSA HƏBİBBƏYLİYƏ ÇƏTİR TUTMAQ NƏ CİNAYƏTDİ, NƏ QƏBAHƏT! ƏSL MƏSƏLƏ ONUN ULU ÖNDƏRƏ - HEYDƏR ƏLİYEVƏ HÖRMƏTSİZLİK, ETİBARSIZLIQ EDƏN SAXTAKARLARA, MASKALILARA “ÇƏTİR TUTMASIDIR”.. 1-2 GÜNƏ TƏFƏRRÜATLARI YAZACAĞAM!..
8-02-2026, 01:20
Azərbaycan BƏƏ əlaqələri ən zirvə nöqtədə - Rasim Abdulla yazır
8-02-2026, 01:16
Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır
8-02-2026, 01:15
ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq
8-02-2026, 01:13
Prezidentin sosial media hesabında BƏƏ-yə işgüzar səfərlə bağlı videoçarx paylaşılıb
8-02-2026, 01:11
Prezident İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
3-02-2026, 16:45
Dost gəlişi Bayram olar
1-02-2026, 22:32
Bakıda Qafqazda ilk ürək transplantasiyasına həsr olunmuş dəyirmi masa keçirilib
1-02-2026, 22:30
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
1-02-2026, 22:29
Xizək yarışı üzrə Heydər Əliyev Kubokunun qalibləri mükafatlandırılıb
1-02-2026, 22:18
Prezident İlham Əliyev Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
1-02-2026, 22:14
Prezident İlham Əliyev İndoneziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
1-02-2026, 22:06
Prezident İlham Əliyev Avstraliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
1-02-2026, 22:05
Prezidentin Mətbuat Xidmətinin məlumatı
28-01-2026, 16:09
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
28-01-2026, 16:06
Ötən il işğaldan azad olunmuş ərazilərin bərpasına 4,5 milyard manata yaxın vəsait ayrılıb
28-01-2026, 16:04
2030-cu ilədək metronun 3 stansiyası üçün keçid stansiyaları inşa olunacaq
28-01-2026, 16:01
Horovlu kəndində daha 20 ailəyə evlərinin açarları təqdim olunub
28-01-2026, 15:58
Ötən ilin dövlət büdcəsində 527,5 milyon manat məbləğində profisit yaranıb