Xatirə Quliyeva : Ulu öndər Heydər Əliyevə həsr etdiyim şerlər
Ədəbiyyat
Oxunub: 712
12 dek 2021 | 13:47

QARA XƏBƏR
Tez yetər qara xəbər.
Öldü Öndər dedilər.
Üzü qara bu səhər.
En bayrağım sən də en.

Dilim yatmır bu sözə.
O və ölüm üz-üzə.
Kədər üz verib bizə.
En bayrağım sən də en.

O səni uca tutdu.
Səndə özün unutdu.
Bulud Günəşi tutdu.
En bayrağım, sən də en.

Farağat ol, əsgərim.
Qarşıdadır hünərin.
Çökdü düşmən çəpərin...
En bayrağım, sən də en.

Bu gecə hamı oyaq,
O gəlir bizə qonaq,
Alacaq onu torpaq!..
En bayrağım,sən də en.

Onsuz qaldı toy-düyün.
Dərdimiz düyün-düyün.
Matəm günü yeddi gün...
En bayrağım, sən də en.



ÖNDƏRİM
Siyasətdi şah damarda
Qanın öndərim,öndərim.
Siyasətdi duzun -qəndin,
Balın öndərim,öndərim.
Siyasətdi halal haqqın
Varın, öndərim,öndərim.
Siyasətdə məharətdi,
Canın öndərim,öndərim.

Dövlət qurdun güclü,böyük!
Çökməz öndərim,öndərim.
Yollar saldın işıqları
sönməz öndərim,öndərim.
Zəlzələlər sən tikdiyin
sökməz öndərim,öndərim.
Sən yaratdın dağda bağlar
Gəl gəz öndərim öndərim!

Kim salmışdı Qarabağa
düyün, öndərim,öndərim.
Aça-aça çəkdin zülm,
zülm öndərim,öndərim
Yer üzünə yetdi səsin.
Ünün öndərim,öndərim
Dinclik nədi bilmədi heç
Günün öndərim,öndərim!

Dildə, ürəklərdə yerin,
sözün öndərim,öndərim.
Millət üçün ağrımışdı
gözün öndərim,öndərim.
Alov vurdun köksünə də
özün öndərim,öndərim.
Elə yandın sönməyəcək
közün öndərim,öndərim!

Torpaq, Vətən dərin sevgin..
Köçdün öndərim,öndərim.
Heyif, heyif gözləmədi alın yazın
Qarabağda
Aslanların nər döyüşünü !..
Ömrün vəfa eyləmədi, sən görmədin,
Şah qürura- Qarabağa
Sancılan o Bayraqları!..
Amma inamın ki, böyük,
Ruhun rahat, rahat öndərim,öndərim!

…Möcüzə et, gücün yetər
Görün öndərim, öndərim!
Görün də gör Qalib xalqın
Vüqarını!..
Görün də gör, azad olan Qarabağın
Cəlalını!..
Görün də gör sənsizliyi orda, burda
düzdə, dağda!..

....Çox demirəm bir azca qal,
Səbr et öndərim,öndərim
Heykələrin ucalmaqda
Seyr et öndərim,öndərim.
Sən bir daha inananacaq,
biləcəksən
Sən sevən tək sevir səni
Millət öndərim,öndərim!

...Yox səhv etdim qal, - deməkdə...
Sənin kimi öndərlərin
Yeri ancaq haqq dərgahda!
Arxayın ol
Bir yumruq tək birlik olmuş
bu millətdən
bu dövlətdən!
… Tanrı evi səni gözlər!...
Qoy orda da Dahiliyin
heyran etsin yeri-göyü…
Bu torpağı, bu vətəni,
Rəsm et öndərim, öndərim
Vəsf et Öndərim, öndərim!


HAQQ SƏSİ

Kim yumruğu barmaqlara,haçaladı
Kim insanı millətlərə parçaladı?!
Sərhədləri kim düşündü….
Müharibə dəhşətləri,vəhşətləri nə acıdı?!
Şad xəbərlə dön Prezident!

Kəlbəcərə gedən yollar bağlıdı
Laçının köksü qubar-dağlıdı
Görmədiyim Şuşa dərdi
Hər an məni ağrıdır.
Şad xəbərlə dön Prezident!..

Düşmən daşla,sənsə başla!
Vermə torpaq bir qarış da!
Gözlərində sevinc yaşda
Şad xəbərlə dön Prezident!

Şəhidlərin diriləcək.
Əlillərin,əsirlərin sevinəcək
Azərbaycan al geyəcək.
Şad xəbərlə dön Prezident,!


Allah xalqımızın Ulu öndəri Heydər Əliyevə qəni-qəni rəhmət eləsin! Amin!
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031