Moskvada Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı dəyirmi masa keçirilib (FOTO)

Moskvada, “Biblio-Qlobus” Kitab Evində Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası (ABEA), Rusiya Ədəbiyyatçılar Cəmiyyəti və “Literaturnaya qazeta”nın birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyi ilə bağlı tədbir keçirilib. İki hissədən ibarət olan tədbirin birinci hissəsində “Rusiya və Azərbaycanın mədəni ənənələrinin humanist ideyaları və müasir dövrün çağırışları” adlı dəyirmi masa baş tutub. Tədbirin bədii xarakter daşıyan ikinci hissəsində isə azərbaycanlı və rus şairlərinin müsabiqələrdə yer tutan şeirləri, eləcə də Azərbaycan xalq mahnılarını, Nizaminin sözlərinə bəstələnmiş mahnılar dinlənilib.
Dəyirmi masada Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov, ABEA İdarə Heyətinin sədri Elçin Əsgərov, AMEA-nın akademiki filoloq alim Teymur Kərimli, Əlyazmalar İnstitutunun elmi katibi Əzizağa Nəcəfzadə, Rusiya tərəfdən isə RF Xarici İşlər Nazirliyinin, Moskva Dövlət Universitetinin, təşkilatçı qurumların rəhbərləri müxtəlif ictimai qurumların nümayəndələri, gənc şairlər iştirak ediblər. Tədbirdə tək hər iki ölkənin ədəbi irsi deyil, Rusiya və Azərbaycan arasında humanitar əməkdaşlığın ümumi aspektləri də müzakirə edilib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov tədbirin təşkilatçılarına təşəkkürünü bildirərək, Rusiya oxucularında Nizami yaradıcılığına marağı artıracaq müzakirələrin baş tutduğunu nəzərə çatdırıb, bu cür tədbirlərin hər iki ölkədə humanitar sahələrdə çalışanlar arasında yeni əlaqələrin qurulmasına yardım edəcəyinə ümidini ifadə edib.
ABEA-nın İdarə Heyətinin sədri Elçin Əsgərov tədbir iştirakçılarını salamlayaraq və Nizami yaradıcılığına toxunaraq bildirib ki, o, millətlərüstü şair, dünya mədəni irsinə məxsus şəxs olsa da, o, məhz Azərbaycan xalqının yetirməsidir və bu böyük şairin məhz Azərbaycan mədəni irsi nümayəndəsi kimi geniş elmi şəkildə araşdırılması ilk dəfə Rusiya tarix elminin təsiri ilə baş verib.
Yazıçı və naşir Qeorqiy Pryaxin bugünkü dünyada mədəniyyətinin, xüsusilə, ədəbiyyatın oynadığı roldan bəhs edərək, bu cür tədbirlərin böyük humanist əhəmiyyətini vurğulayıb. “Biblio-qlobus” kitab evinin Baş direktoru Boris Yesenkin Rusiya-Azərbaycan dialoqunun “Yazan, rəsm çəkən, danışan şəxslər” səviyyəsində dialoqunun aparılmasının vacibliyini qeyd edib.
Moskvada fəaliyyət göstərən Azərbaycan icmasının sədri Şamil Tağıyev Rusiyanın paytaxtında hər il gənc şairlərin festivalının keçirildiyini bildirərək, bu ilki tədbirin Nizami Gəncəviyə həsr edildiyini nəzərə çatdırıb, o cümlədən, gələcəkdə Azərbaycanda rus və azərbaycanlı şairlərin iştirakı ilə yaradıcı gecələrin, müsabiqələrin keçirilməsini planlaşdırıldığını bildirib.
Tədbirdə həmçinin “Liyeraturnaya qazeta”nın baş redaktoru Maksim Zamşev, Rusiya Ədəbiyyat Cəmiyyətinin sədri Aleksandr Çistyakov, eləcə də Azərbaycandan və Rusiyadan olan başqa alim və jurnalistlər çıxış ediblər.
Tədbirdə Rusiya və Azərbaycan arasında humanitar və mədəni sahələrdə əməkdaşlıq istiqamətində təkliflər barədə qərarlar da qəbul edilib. Tədbir nahardan sonra keçirilən bədii hissə ilə başa çatıb.
mənbə:Trend.az



Bu gün, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
Bu gün, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
Bu gün, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
Bu gün, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
Bu gün, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
Bu gün, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
Dünən, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
Dünən, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Dünən, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
Dünən, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
Dünən, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
Dünən, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
4-05-2026, 10:25
Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
4-05-2026, 10:24
Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib
28-04-2026, 10:12
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar