SSRİ ölkələri: 30 il keçdi - əhalisi azalanlar kimlərdir?

SSRİ-nin dağılmasından 30 il keçir, bu illər ərzində ən maraqlı məsələlərdən biri demoqrafiq dəyişikliklərdir. 1991-ci ilin əhali sayına nisbətən keçmiş SSRİ respublikalarının demokrafik vəziyyəti belə dəyişib.
Əhalisi artan ölkələr: 1) Tacikistan - 67,13%, 2) Türkmənistan - 51,46%, 3) Özbəkistan - 49,87%, 4) Azərbaycan - 35,85%, 5) Qırğızıstan - 32,91%, 6) Qazaxstan - 12,65%.
Əhalisi azalan ölkələr: 1) Rusiya - 0,59%, 2) Belarus - 6,44%, 3) Gürcüstan - 8,82%, 4) Ermənistan - 12,6%, 5) Ukrayna - 12,6%, 6) Estonya - 17,76%, 7) Moldova - 20,78% , 8) Litva - 23,96%, 9) Latviya - 27,75%.
Axar.az xəbər verir ki, bu statistikanı iqtisadçı ekspert Natiq Cəfərli təqdim edib.
Ekspert qeyd edib ki, əhalisi artan ölkələr ancaq müsəlman resbuplikalarıdır, azalma olan ölkələrdə səbəblər isə müxtəlifdir və daha maraqlıdır:
"Rusiyada əhalinin daha az azalmasının səbəbi elə keçmiş SSRİ respublikalarıdır - onlardan gələn miqrantlar hesabına təbii azalma kompensasiya edilir. Baltikyanı ölkələrin əhalisi isə AB üzvlüyünün verdiyi üstünlüyə görə Şimali Avropa ölkələrinə və Britaniyaya üz tutdular, Moldova vətəndaşları Rumıniyaya daha çox köçdülər, ukraynalılar isə AB ilə sazişdən, vizasız gediş-gəlişdən sonra Şərqi Avropa ölkələrinə köç etdilər".
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, N.Cəfərli Gürcüstan və Ermənistanda təbii artımın azalmasını "ciddi məsələ" adlandırıb:
"Ermənistan əhalisi son 30 ildə 13%-ə yaxın azalıb. Doğrudur, burada köç məsələsi də önəmli rol oynayır, amma reallıq bir qədər fərqlidir. Ermənistanda rəsmi rəqəmlərə görə 2,9 mln. insan yaşayır, real rəqəmlərlə isə əhali 2,2 mln. civarındadır.
19-cu əsrin sonunda bizim coğrafiyada (indiki Türkiyə, Gürcüstan, Azərbaycan, Ermənistan əraziləri) ermənilərin sayının 5,2 mln. nəfər olduğu bəzi tarixi mənbəələrdə qeyd olunur - bu rəqəmi mübahisələndirmədən həqiqət kimi qəbul etsək!
İndi vəziyyət belədir: Bu gün Türkiyədə 100 min, Gürcüstanda 300 minə yaxın, Azərbaycanda (Xankəndi və ətrafı) 40-50 minə yaxın (bu da şişirdilib, fakt 20-30 min civarındadır - red.), Ermənistanda isə 2,2 mln. nəfər, ümumilikdə 2 mln. 650 min erməni yaşayır. Yəni, son 150 ildə bizim coğrafiyada ermənilərin sayı 2 dəfə (!) azalıb və bunun əsas səbəbi Türkiyəyə xəyanət, böyük Ermənistan nağılı və mifi, Rusiyaya bağladıqları böyük ümidlər, qonşulara qarşı aqressiya olub.
Erməni başbilənləri və xarici kəşfiyyata qulluq edən xadimləri, Rusiya agentləri son 150 ildə əhalinin 2 dəfə azalmasına səbəb olublar. Onlar yaşadıqları yerlərdə xəyanət etməsəydilər, Rusiyaya güvənib arxadan qapı qonşularını vurmasaydılar, bu gün coğrafiyamızda erməni əsilli vətəndaşların sayı 10 mln.-dan çox olardı.
Son 150 ildə ermənilərin itirdikləri qazandıqlarından qat-qat çox olub. Tək qazancları dünyaya səpilmiş diasporlarıdır ki, onların da təsiri getdikcə zəifləyir, daxili çəkişmələri, diaspor ilə Ermənistan hökuməti arasında fikir ayrılıqları getdikcə artır. İtirdikləri isə göz qabağındadır - əgər yaşadıqları yerlərdə Rusiyanın təkidi ilə vətəndaşları olduğu ölkələri arxadan vurmasaydılar, bu gün Türkiyədə, azı 4-5 mln. erməni yaşayacaqdı, onların öz siyasi partiyaları, məmurları, millət vəkilləri olacaqdı, Azərbaycanda isə azı, 500 min erməni yaşayacaqdı, ən yaxşı yerlərdə - əvvəlki kimi - onlar çalışacaqdı, neftdən-qazdan da pay alacaqdılar.
Olmadı, anlamadılar, rusun buyruq qulu olub öz millətlərinə ziyan etdilər. Heç olmasa indi ayılsınlar, hələ də gec deyil, qonşularla sülh, əminəmanlıq, dostluq şəraitində yaşamağı seçsinlər ki, həm ölkələri inkişaf etsin, həm də demoqrafiq vəziyyətləri faciəvi "əyridən" geri dönə bilsin. Belə davam etsə 50 ildən sonra coğrafiyamızda yaşayan ermənilərin sayı 1,5 mln. nəfərə qədər enəcək.
Seçim onlarındır".
Milli.Az
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub