Qubernator: “Azərbaycandan gələn iş adamları Ukraynadan Avropaya rahat çıxış əldə edəcəklər”
Dunya
Oxunub: 262
17 noy 2021 | 10:11

Ukraynanın Ternopil vilayətinin qubernatoru Volodimir Truşun “Report”un Şərqi Avropa bürosuna müsahibəsi
- Azərbaycan və Ukrayna regionları arasında əlaqələrin hazırkı inkişaf səviyyəsini necə qiymətləndirirsiniz? Hansı sferalarda əməkdaşlığın dərinləşdirilməsinə ehtiyac var?
- Beynəlxalq regionlararası əməkdaşlığın, o cümlədən Azərbaycan Respublikasının regionları ilə əməkdaşlığın yaradılması Ternopil vilayət dövlət administrasiyasının prioritet istiqamətlərindən biridir. Vilayətimiz ilə xarici dövlətlərin regionları arasında tərəfdaşlıq əlaqələrinin coğrafiyası çoxvektorludur (hazırda 9 regionlararası saziş imzalanıb). Belə dostluq münasibətlərinin dəstəklənməsi alətlərindən biri də iqtisadi əməkdaşlıq üzrə Ukrayna-Azərbaycan Birgə Hökumətlərarası Komissiyasıdır. Bu il Ukrayna-Azərbaycan İşgüzar Şurası fəaliyyətə başlayıb. Vilayət dövlət administrasiyası bu strukturla əməkdaşlığa başlayıb və Ukrayna-Azərbaycan İşgüzar Şurasının biz tərəfdən rəhbəri olan Pyotr Mixaylenkoya Ternopil vilayəti haqqında məlumatlar, o cümlədən vilayətin ixrac biznes-təklifləri kataloqu və regionumuzun potensialının videotəqdimatını təqdim edib.
- Ukrayna islahatlar mərhələsindədir. Vilayətiniz bu islahatlarda hansı addımları atır?
- Ölkə səviyyəsində olduğu kimi, vilayətimizdə də müxtəlif sahələrdə genişmiqyaslı islahatlar aparılır. Bu, region əhalisinin həyat keyfiyyətinin yüksəldilməsinə, o cümlədən tibb, təhsil, sosial sahənin inkişafı üçün yüksək standartların təmin edilməsinə şərait yaradan müxtəlif istiqamətli iri infrastruktur layihələrinin həyata keçirilməsinə imkan verir. 2020-2021-ci illər ərzində icmaların (ərazi) səlahiyyətlərini həyata keçirməsi üçün vilayətdə inzibati xidmətlərin göstərilməsi üzrə 9 mərkəz, 1 səyyar mərkəz yaradılıb, 4 mərkəz pasport sənədlərinin hazırlanması məntəqələri ilə təmin edilib. Hazırda inzibati xidmətlərin göstərilməsi üzrə 5 yeni mərkəzin tikintisi/yenidən qurulması və 6 mövcud mərkəzin modernləşdirilməsi işləri aparılır.
Vilayətdə həmçinin yerli icmalarda biznes üçün məsləhət məntəqələri şəbəkəsi də var. 2021-ci ilin 10 ayı ərzində onlar mövcud və potensial sahibkarlıq subyektlərinə 1000-dən çox məlumat və məsləhət xidməti göstəriblər. 2021-2023-cü illər üçün kiçik və orta sahibkarlığın inkişafına dair vilayət proqramı çərçivəsində vilayətin kiçik sahibkarlıq subyektləri, təxminən, 30 milyon qrivenlik layihələrini həyata keçiriblər. Azərbaycanın biznes mühitini Ternopil vilayətində müştərək müəssisələr yaratmağa dəvət edirik, onlar yalnız hakimiyyət orqanlarından hərtərəfli yardım almayacaqlar, həm də Ukraynada qüvvədə olan azad ticarət sazişləri çərçivəsində Avropa İttifaqı və digər ölkələrin bazarlarına sadələşdirilmiş, rahat çıxış əldə edəcəklər. Hələ beş il əvvəl Ternopil vilayətində bir kilometr də olsun dövlət yollarını təmir etmək mümkün deyildi.
Ukrayna Prezidenti Volodimir Zelenskinin “Böyük tikinti” proqramı sayəsində 2020-ci ildə vilayətdə 162 km-dən çox dövlət avtomobil yolu bərpa edilib. Bunun 84,5 km-i yuxarı təbəqədə tamamlanıb. Bundan başqa, hazırda yaşayış məntəqələrində piyada səkiləri və yeni işıqlandırma sistemi, baryer sədləri, yeni yol nişanları quraşdırılır. Bu il 200 km yolu təmir etməyi planlaşdırırıq. Bu rəqəm ölkənin müstəqilliyinin bütün illəri üzrə rekord göstəricidir. Üstəlik, bu plan 2010-cu ildən 2019-cu ilə qədər vilayətdə təmir edilmiş yolların ümumi uzunluğundan da böyükdür. Əsas obyekt vilayət ərazisində uzunluğu 106,3 km olan M-30 beynəlxalq avtomobil yoludur. Məhz bu sahə əməkdaşlığımız üçün yaxşı bəhanə ola bilər. Azərbaycan biznesi Ukraynada etibarlı podratçı kimi özünü təsdiqləyib, o cümlədən “AzVirt” şirkəti (M-01 Kiyev-Çerniqov-Novıye Yariloviçi avtomobil yolunun əsaslı təmiri) və “Evrascon” şirkəti M-05 Kiyev-Odessa və M-06 Kiyev-Çop avtomagistrallarında 3 nəqliyyat qovşağının tikintisinə başlayıb.

- Ümumilikdə bu islahatlarda, o cümlədən vilayət iqtisadiyyatının inkişafında etnik xalqların, həmçinin azərbaycanlıların rolunu necə görürsünüz?

- Vilayətdəki Azərbaycan icmasının nümayəndələri region iqtisadiyyatının inkişafının və sakinlərinin rifahının mühüm tərkib hissəsi olan kiçik və orta biznesi təmsil edirlər. Azərbaycanlı azlıqların Ternopil vilayətinin inkişafına cəlb edilməsinin istiqamətlərindən biri də ali təhsil sahəsidir. Bu gün V.Qnatyuk adına Ternopil Milli Pedaqoji Universiteti Naxçıvan Dövlət Universiteti ilə müəllim və tələbə kollektivləri arasında təcrübə mübadiləsinə dair imzalanmış saziş əsasında əməkdaşlıq edir. Qərbi Ukrayna Milli Universitetində Azərbaycandan 9 tələbə təhsil alır: 2-si əyani, 7-si qiyabi. Bundan əlavə, Tibb və Politexnik Universitetlərində də təhsil almağa dəvət edirik.

- Ukrayna bu gün müharibənin getdiyi bir dövrdə yaşayır və təkcə ukraynalıların deyil, həm də etnik azlıqların birliyinə ehtiyac var. Ukraynada çoxlu azərbaycanlı gənc yaşayır. Bu gəncləri Ukrayna həqiqətləri ətrafında səfərbər etmək, onların bu Ukraynanı dəstəkləməsi üçün hansısa planınız varmı?

- “Həqiqət insanı azad edir” deyim var. Biz bütün vasitələrlə Ukraynada baş verən hadisələr, o cümlədən təcavüzkar və işğalçıya qarşı mübarizə haqqında həqiqətləri bütün xoşməramlı insanlara, o cümlədən Ternopil vilayətində yaşayan müxtəlif millətlərin nümayəndələrinə çatdırmağa çalışırıq. Biz ürəkdən inanırıq ki, onlar “xalq diplomatiyası” üsullarından istifadə edərək köklərinin gedib-çıxdığı ölkələrdə yaşayan vətəndaşlara da bu məlumatları çatdıracaqlar və bununla Ukrayna tərəfdarlarının çevrəsini çoxaldaraq düşmənin təbliğat və yalan şəbəkələrini məhv edəcəklər.
- Azərbaycanlılar ilə münasibətləriniz, əməkdaşlığınız hansı səviyyədədir? Azərbaycanlıların Ukraynanın həyatındakı, eləcə də sizin vilayətdə fəallığını izləyirsinizmi? Ümumiyyətlə, bu fəaliyyəti necə qiymətləndirirsiniz?

- Vilayət dövlət administrasiyası Ternopil vlayətində yaşayan bütün millətlərin nümayəndələri ilə tərəfdaşlıq əlaqələri qurmağa çalışır. “Mənim Azərbaycanım” təşkilatı qeydiyyatdan keçib. Təşkilatın sədri Mübariz Məcidovdur. Bilirəm ki, Ternopil vilayətindəki Azərbaycan diasporu kifayət qədər həmrəydir və öz nümayəndələrinin mənafeyinin qorunmasında səmərəli fəaliyyət göstərir.
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
4-05-2026, 10:25
Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
4-05-2026, 10:24
Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib
28-04-2026, 10:12
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar
27-04-2026, 10:36
Çexiyanın Baş naziri Azərbaycana səfərə gəlib
27-04-2026, 10:31
Amnistiya aktı 22 min 935 şəxsə şamil edilib
27-04-2026, 10:28
Sərbəst güləş üzrə Azərbaycan millisi 6-cı dəfə Avropa çempionu olub
27-04-2026, 10:26
Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub
24-04-2026, 12:37
Dövlət Neft Fondunun aktivləri 125 milyard manat təşkil edib
24-04-2026, 12:34
Prezident İlham Əliyev Latviya Prezidentinin ölkəmizə səfəri ilə bağlı paylaşım edib
24-04-2026, 12:26
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək
24-04-2026, 11:56
WUF13 ilə əlaqədar paytaxtdakı təhsil müəssisələrində dərslər distant qaydada keçiriləcək
24-04-2026, 11:48
Bəzi yerlərdə külək arabir güclənir, duman müşahidə olunur
24-04-2026, 11:42
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
21-04-2026, 17:50
MOBBİNQ MƏQSƏDLİ ADDIMLARIN “XIŞILTISINDA” TAPTALANAN TARİXƏ XİDMƏT VƏ MƏHV EDİLƏN ELMƏ HƏSR OLUNMUŞ ALİM ÖMÜRÜ …
21-04-2026, 12:37
Startaplar üçün İnnovasiya və Startap müsabiqəsi elan olunub
21-04-2026, 12:36
Biznesin davamlılığının idarəedilməsi sahəsində yeni dövlət standartı qəbul edilib
21-04-2026, 12:34
Deputat: Regionda baş verən gərginliyə baxmayaraq ABŞ Zəngəzur dəhlizinin formalaşmasında iştirak edəcək
21-04-2026, 12:30
İqtisadi Şuranın aqrar sahənin inkişafına həsr olunmuş iclası keçirilib
21-04-2026, 11:03
ASAN könüllüləri “Gənc İnnovatorlar” proqramını təqdim ediblər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031