“Türkiyə - Türk dövlətləri" movzusunda iqtisadiyyat və ticarət Konfransı keçirilib
Dunya
Oxunub: 288
12 noy 2021 | 11:26

Türkiyənin İstanbul şəhərində postsovet məkanındakı türkdilli dövlətlərin müstəqilliyinin 30-cu ildönümünə həsr olunmuş “Türkiyə - Türk dövlətləri: İqtisadiyyat və Ticarət Konfransı” keçirilib.
"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, tədbirdə türkdilli ölkələrin nazirləri, iş adamları, startapçılar iştirak ediblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov tədbirin türkdilli dövlətlər arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat-tranzit, investisiya, “yaşıl” və dairəvi iqtisadiyyat, iqlim dəyişikliyinin qarşısının alınması, rəqəmsallaşma və müasir tələblərə cavab verən insan resurslarının formalaşdırılması üzrə tərəfdaşlığın inkişafı baxımından faydalı olacağını vurğulayıb. Postsovet məkanındakı türkdilli dövlətlərin müstəqilliyinin 30-cu ildönümü münasibətilə təbriklərini çatdıran iqtisadiyyat naziri əlaqələrin genişlənməsində ortaq tarix, mədəniyyət və dəyərlərin, ölkələrimizin təmsil olunduğu təşkilatların, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının önəmini qeyd edib. Bildirilib ki, Türk İnvestisiya Fondunun, Türk Ticarət Evinin yaradılması kimi təşəbbüslər iqtisadi-ticarət əməkdaşlığının inkişafına əhəmiyyətli töhfə verə bilər. Qeyd olunub ki, 2021-ci ilin 9 ayında Azərbaycanın türkdilli ölkələrə qeyri-neft ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artaraq, ölkəmizin qeyri-neft ixracının 28 faizini təşkil edib. İndiyədək Azərbaycan iqtisadiyyatına türkdilli ölkələr tərəfindən 13,3 mlrd. ABŞ dolları həcmində investisiya yatırılıb. Vurğulanıb ki, türkdilli ölkələr arasında ticarət sahəsində mövcud məhdudiyyətlərin aradan qaldırılması məqsədilə iş aparılır.

Konfransda Azərbaycanın müstəqilliyinin bərpasından ötən dövrdə həyata keçirilən islahatlar, yaradılmış əlverişli investisiya və biznes mühiti, 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, müstəqillik illərində ölkə iqtisadiyyatına 300 mlrd. ABŞ dollarına yaxın investisiya yatırılıb ki, bunun da yarıdan çoxu xarici sərmayələrdir. Cənubi Qafqaz iqtisadiyyatının təqribən 60 faizi Azərbaycanın payına düşür. Azərbaycanın Vətən müharibəsində böyük Zəfərini vurğulayan nazir azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri, regional infrastruktur layihələrini qeyd edib. Vurğulanıb ki, Qarabağa böyük Qayıdış üçün həyata keçirilən işlər, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının yaradılması, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Zəngəzur dəhlizi regiona biznes və investisiya marağını artırır, türkdilli dövlətlər üçün yeni əməkdaşlıq imkanları yaradır.

Nazir qeyd edib ki, Azərbaycan Qarabağda həyata keçirilən layihələrə dost ölkələrdən investisiya cəlb olunmasında maraqlıdır və türkdilli ölkələrin bu prosesdə birgə iştirakı ümumi gücümüzü artırmaqla, regional tərəfdaşlığı və stabilliyi daha da gücləndirəcəkdir. Azərbaycan nəqliyyat-tranzit imkanlarının daha da artırılması istiqamətində məqsədyönlü iş aparır və türkdilli ölkələrlə bu sahədə qarşılıqlı faydalı tərəfdaşlıq önəm kəsb edir. Bu baxımından, Konfrans əhəmiyyətli platformadır.

Tədbir çərçivəsində panel iclaslar keçirilib, türkdilli ölkələr arasında ticarət, kiçik və orta biznes, investisiya, tranzit daşımaları sahəsində əməkdaşlığın inkişafı barədə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Konfransda Özbəkistanın Baş nazirinin müavini, investisiyalar və xarici ticarət naziri Sardor Umurzakov, Türkiyənin ticarət naziri Mehmet Muş, Qazaxıstanın milli iqtisadiyyat naziri Aset İrgaliyev, Qırğız Respublikasının iqtisadiyyat və ticarət naziri Daniyar Amangeldiyev, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının prezidenti Nail Olpak, Türk Ticarət və Sənaye Palatasının prezidenti Rifat Hisarcıklıoğlu çıxış ediblər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev isə Konfrans iştirakçılarına videomüraciət edib.
Tədbir çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin ticarət naziri Mehmet Muş arasında görüş keçirilib.
İqtisadiyyat naziri ölkələrimiz arasında yüksək səviyyəli strateji əməkdaşlığı, qardaş Türkiyə ilə möhkəm dostluq və tərəfdaşlıq əlaqələrini, Türkiyənin ölkəmizə daimi siyasi və mənəvi dəstəyini vurğulayıb. Bildirilib ki, Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış və aprelin 1-dən qüvvədə olan Preferensial Ticarət Sazişi ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə əlavə imkanlar yaradır. Türkiyə iş adamlarının Azərbaycana sərmayə yatırmaq marağının artması sevindiricidir və Azərbaycan bu sahədə Türkiyə şirkətlərini dəstəkləyir.

Türkiyənin ticarət naziri Mehmet Muş ölkələrimizin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini, strateji müttəfiqliyini vurğulayıb, iqtisadi-ticarət əməkdaşlığının inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə nəqliyyat-tranzit, sənaye, özəl sektor və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri qeyd olunub, iqtisadi tərəfdaşlığın gücləndirilməsi, bu ilin dekabrında Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunun keçirilməsi, azad olunmuş ərazilərdə həyata keçirilən layihələrdə Türkiyə şirkətlərinin fəal iştirakı barədə müzakirələr aparılıb.



10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031