Moskvada Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunmuş konsert keçirilib - FOTO
Dunya
Oxunub: 236
27 okt 2021 | 11:56

P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Böyük zalında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyinə həsr olunmuş konsert keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, gecə Heydər Əliyev Fondu və Azərbaycanın Rusiyadakı Səfirliyi tərəfindən təşkil olunub. BMA-nın rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli tədbiri giriş sözü ilə açaraq konsertin təşəbbüskarı və təşkilatçısı olan Heydər Əliyev Fonduna, eləcə də Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinə minnətdarlığını bildirib. Gecəyə Rusiya Xalq artisti Emmanuil Vitorqan aparıcılıq edib.

"Bu gün səhnəyə Bülbül, Adıgözəlzadə kimi soyadları daşıyan musiqiçilər çıxacaq. Bütün bu soyadlar Qarabağla, Şuşa ilə bağlıdır. Bu gün biz sizə Azərbaycanın musiqi mədəniyyətini təqdim edəcəyik. Azərbaycan mədəniyyətinin tarixi minilliklərlə ölçülür, lakin peşəkar klassik məktəb 100 ildə böyük yol keçib", - deyən F. Bədəlbəyli xatırladıb ki, Üzeyir Hacıbəyli Sankt-Peterburq Konservatoriyasında təhsil alıb, dahi rus bəstəkarı Dmitri Şestakoviç Qara Qarayevin müəllimi və ustadı olub. F.Bədəlbəyli Azərbaycan klassik musiqisinin inkişafında rus bəstəkarlarının və pedaqoqlarının rolundan da danışıb. BMA-nın rektorunun sözlərinə görə, Akademiyanın 100 illik yubileyinin Moskva Konservatoriyasında qeyd olunması həm Azərbaycanın, həm də Rusiyanın həyatında əlamətdar hadisədir.

P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının rektoru Aleksandr Sokolov BMA-nı yubiley münasibətilə təbrik edərək deyib: "Mən həmkarlarımı, dostum Fərhad Bədəlbəylini təbrik etmək istəyirəm. 100 yuvarlaq rəqəmi çox şeydən xəbər verir. Bu, peşəkar ustalıq və inkişaf üçün artıq fundamental təməl deməkdir". Moskva Dövlət Konservatoriyasının rektoru vurğulayıb ki, BMA-nın yubileyinin Moskva Konservatoriyasının Böyük zalında qeyd olunması iki ölkənin musiqi dünyası arasında çoxdankı və yaxşı ənənənin davamıdır. "Bizim əlaqələrimiz gələcək nəsillər tərəfindən mütləq davam etdirilməlidir", - deyə A.Sokolov əlavə edib.

Konsertdə BMA-nın tanınmış məzunları da iştirak ediblər. Akademiyanın rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycanın Xalq artistləri Yalçın Adıgözəlzadə, Murad Adıgözəlzadə, Samir Cəfərov, Alim Qasımov, Murad Hüseynov, Yeganə Axundova, əməkdar artistlər Fuad İbrahimov, Elvin Qəniyev, Sahib Paşazadə, Azər Zadə, Fərqanə Qasımova, beynəlxalq müsabiqələr laureatı Selcan Nəsibli, dahi Bülbülün nəvəsi Murtuza Bülbül və başqaları səhnəyə çıxıblar.

Konsert proqramına Mixail Pletnyovun rəhbərliyi ilə Rusiya Milli Orkestrinin ifasında Azərbaycan musiqisinin klassikləri Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, eləcə də Qərbi Avropa və rus bəstəkarlarının əsərləri daxil idi. Gecəni dahi Üzeyir Hacıbəylinin "Koroğlu" operasına uvertürası açıb, konsert proqramı dirijor Yalçın Adıgözəlzadənin rəhbərliyi ilə Alim Qasımovun və Fərqanə Qasımovanın ifasında "Qarabağ şikəstəsi" oratoriyasının finalı ilə başa çatıb.

Azərbaycan musiqi mədəniyyətinin və təhsilinin inkişafında əvəzsiz rol oynayan Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası şərəfli və əlamətdar tarixi yol keçib. O, dahi Üzeyir Hacıbəylinin səyləri sayəsində 1920-ci il avqustun 26-da yaradılıb və yüksək ixtisaslı kadrlar üçün ustalıq məktəbinə çevrilib. İlkin mərhələdə Üzeyir Hacıbəylinin Moskva, Leninqrad və Rusiyanın digər şəhərlərinin konservatoriyalarından dəvət etdiyi rus musiqi mədəniyyətinin görkəmli xadimləri Azərbaycanda milli kadrların yetişdirilməsinə, ifaçılıq məktəbinin inkişafına mühüm töhfələr veriblər. M.Brennerin, G.Şaroyevin, V.Kozlovun, L.Rostropoviçin, S.Bretanitskinin, İ.Turiçin, V.Anşeleviçin, N.Speranskinin və bir çox digər mədəniyyət xadimlərinin adları böyük minnətdarlıq hissi ilə çəkilir, onların sayəsində Bakı keçmiş Sovet İttifaqında musiqi mərkəzi statusu qazanıb.

BMA Azərbaycanın aparıcı ali musiqi təhsili müəssisəsidir. Akademiyanın 3 fakültəsi və 18 şöbəsi, magistratura, aspirantura və doktoranturası mövcuddur. Akademiyanın nəzdində Bülbül adına Musiqi Məktəbi, musiqi məktəb-studiya və Ş.Məmmədova adına Opera Studiyası, eləcə də 2 elmi laboratoriya fəaliyyət göstərir.






Məqaləyə dair fotomateriallar:

Milli.Az
Dünən, 10:12
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar
27-04-2026, 10:36
Çexiyanın Baş naziri Azərbaycana səfərə gəlib
27-04-2026, 10:31
Amnistiya aktı 22 min 935 şəxsə şamil edilib
27-04-2026, 10:28
Sərbəst güləş üzrə Azərbaycan millisi 6-cı dəfə Avropa çempionu olub
27-04-2026, 10:26
Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub
24-04-2026, 12:37
Dövlət Neft Fondunun aktivləri 125 milyard manat təşkil edib
24-04-2026, 12:34
Prezident İlham Əliyev Latviya Prezidentinin ölkəmizə səfəri ilə bağlı paylaşım edib
24-04-2026, 12:26
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək
24-04-2026, 11:56
WUF13 ilə əlaqədar paytaxtdakı təhsil müəssisələrində dərslər distant qaydada keçiriləcək
24-04-2026, 11:48
Bəzi yerlərdə külək arabir güclənir, duman müşahidə olunur
24-04-2026, 11:42
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
21-04-2026, 17:50
MOBBİNQ MƏQSƏDLİ ADDIMLARIN “XIŞILTISINDA” TAPTALANAN TARİXƏ XİDMƏT VƏ MƏHV EDİLƏN ELMƏ HƏSR OLUNMUŞ ALİM ÖMÜRÜ …
21-04-2026, 12:37
Startaplar üçün İnnovasiya və Startap müsabiqəsi elan olunub
21-04-2026, 12:36
Biznesin davamlılığının idarəedilməsi sahəsində yeni dövlət standartı qəbul edilib
21-04-2026, 12:34
Deputat: Regionda baş verən gərginliyə baxmayaraq ABŞ Zəngəzur dəhlizinin formalaşmasında iştirak edəcək
21-04-2026, 12:30
İqtisadi Şuranın aqrar sahənin inkişafına həsr olunmuş iclası keçirilib
21-04-2026, 11:03
ASAN könüllüləri “Gənc İnnovatorlar” proqramını təqdim ediblər
21-04-2026, 10:18
Azərbaycanın azad edilmiş ərazilərdəki şəhərsalma modeli dünyaya nümunədir - Bakı WUF13-ə hazırlaşır
21-04-2026, 10:16
Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb
17-04-2026, 11:30
Azərbaycanın yaşıl enerji istehsalı 8 faizdən çox artıb
17-04-2026, 11:26
Azərbaycanda və Rusiyada avtomobil nəqliyyatı üçün e-CMR tətbiqi üzrə şəraitin yaradılmasına dair “Yol Xəritəsi” imzalanıb
17-04-2026, 11:04
Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb
17-04-2026, 11:00
Bu gün Ümumdünya Hemofiliya Günüdür
14-04-2026, 17:56
SAXTA SEÇKİ, FIRILDAQ VƏSADƏT, "UDULAN" İTTİHAMLAR VƏ ƏSASLI SÜBUTLARIM ...
12-04-2026, 14:56
UTANMAYIR! HEÇ NƏDƏN U T A N M A Y I R!..HEÇ CÜRƏ XƏCALƏT ÇƏKMƏYİR!
10-04-2026, 12:25
Azərbaycan parlamenti 11 məsələnin müzakirəsinə başlayıb
10-04-2026, 12:06
Nazir: İmtahanlarda aparılan dəyişikliklər öz müsbət nəticələrini göstərir
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930