AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının açılış mərasimi keçirilib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun (SIIS) birgə təşkilatçılığı ilə “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Foruma həsr olunan videoçarx nümayiş etdirilib.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciəti səsləndirilib.
Müraciəti BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev oxuyub.
Açılış mərasimində çıxış edən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay qeyd edib ki, Prezident İlham Əliyevin Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciəti, həqiqətən də ilhamverici oldu və tədbirin əhəmiyyətini daha da artırdı. Builki toplantı xüsusi önəm daşıyır, çünki Azərbaycanın sədrliyi ilə keçirilən ilk beyin mərkəzləri forumudur.
Onun sözlərinə görə, AQEM səmərəliliyin artırılmasını əsas prioritet hesab edir. Bu gün Asiya elm və texnologiya sahəsində yüksələn nüfuzu ilə qlobal inkişafın mühüm mərkəzinə çevrilir. Dövlətlərin artan qarşılıqlı asılılığı fonunda AQEM-in dəyəri bir daha aydın görünür. Bu platforma Asiya ölkələrinin strateji baxışlarını bölüşməsi üçün vacib platformadır.
“Asiyanın dünya səhnəsində yüksələn təsiri AQEM-in əhəmiyyətini daha da artırır. Regional sabitlik isə həlledici rol oynayacaq. Əsas missiyamız böhrandan çıxış yollarını müəyyənləşdirmək və davamlı inkişafı təmin etməkdir. Bu baxımdan, builki mövzumuz olan “İnkişaf və təhlükəsizliyin rezonansı” dövrün çağırışlarına tam uyğun gəlir və regionumuzu formalaşdıran amillərin daha dərindən anlaşılmasına imkan verir.
Xüsusilə, bu il diqqətin ətraf mühit məsələlərinə yönəldilməsi böyük əhəmiyyət kəsb edib. Azərbaycanın COP29-a ev sahibliyi regional iqlim diplomatiyasını yeni səviyyəyə yüksəldib. Bu sahə gələcəkdə AQEM-in əsas sütunlarından biri olacaq. Üzv dövlətlərin əməkdaşlıq və dialoqa maraq göstərməsi isə müzakirələrin davam etdirilməsi üçün güclü zəmin yaradıb”, - deyə Baş katib bildirib.
SIIS-in prezidenti Çen Dongxiao AQEM-in Beyin Mərkəzləri Forumunun önəmini özünü, ilk növbədə, dialoq imkanlarında göstərdiyinə diqqət çəkib. Onun sözlərinə görə, bərabər və səmimi ünsiyyət qlobal qeyri-sabitlik dövründə xüsusilə vacibdir: “Dünyada multilateralizmə qarşı artan skeptisizm müşahidə olunur və yeni konsensusun qurulmasına ehtiyac var. AQEM bu istiqamətdə mühüm platformadır”.
O qeyd edib ki, AQEM-in Asiya qitəsini bütövlükdə əhatə etməsi böyük üstünlükdür. Qazanılan bilik və təcrübə yalnız regional əməkdaşlıq üçün deyil, həm də beynəlxalq ictimaiyyət üçün dəyərli töhfədir. Forum isə bu bilik mübadiləsinin əsas meydanıdır. “Təbii ki, çətinliklər də mövcuddur. Regionun bir çox ölkəsi təhlükəsizlik, inkişaf və idarəetmə çatışmazlıqları ilə üzləşir. Dialoq anlayışı və empatiya yaratsa da, bəzən fundamental fərqləri aradan qaldırmağa yetmir. Buna görə biz daha yaradıcı düşünməli, yeni yanaşmalar inkişaf etdirməliyik. Qarşıda isə böyük imkanlar dayanır. Dünya tədricən Qərb mərkəzli modeldən çoxqütblü nizama doğru irəliləyir. Asiya ölkələri bu transformasiyanın əsas aparıcı qüvvəsidir və qlobal modernləşmə prosesində mühüm rol oynayır. Bu şəraitdə AQEM-in Beyin Mərkəzləri Forumunun rolu daha da artacaq”, - deyə SIIS-in prezidenti əlavə edib.
Çinin Xarici İşlər Nazirliyinin Avropa-Mərkəzi Asiya İşləri Departamentinin səfiri Yan Venbin isə vurğulayıb ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik edən Azərbaycan qarşılıqlı fəaliyyət, rəqəmsallaşma və davamlı artım mövzusu çərçivəsində bir sıra mühüm əməkdaşlıq təklifləri irəli sürüb.
Yan Venbinin sözlərinə görə, Çin Azərbaycanın sədrliyini dəstəkləmək və AQEM çərçivəsində müxtəlif sahələrdə etimadın möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsinə, həmçinin AQEM-in məhsuldar sammitinin uğurla keçirilməsinə fəal töhfə vermək üçün bütün tərəflərlə işləyəcək.
“AQEM region ölkələri arasında əlaqələrin genişləndirilməsində, qarşılıqlı etimadın möhkəmləndirilməsində və əməkdaşlığın inkişaf etdirilməsində önəmli və konstruktiv rol oynayır. Çin AQEM prosesini dəstəkləyir və onun aktiv iştirakçısıdır. Bizim ölkəmiz Asiyada və dünyada inkişaf naminə bir sıra mühüm anlayışlar və təşəbbüslər irəli sürür, o cümlədən sülh, əməkdaşlıq, inklüzivlik və inteqrasiyaya əsaslanan Asiya dəyərlərinin təşviqini, hərtərəfli, kooperativ və davamlı təhlükəsizliyi dəstəkləyir”, - deyə Yan Venbin bildirib.
O qeyd edib ki, qlobal inkişaf təşəbbüsü, qlobal təhlükəsizlik təşəbbüsü və qlobal sivilizasiya təşəbbüsündən sonra bu yaxınlarda Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində qlobal idarəetmə təşəbbüsü də təklif olundu. Bu anlayışlar və təşəbbüslər bir çox AQEM dövlətləri də daxil olmaqla, beynəlxalq səviyyədə tanınıb.
Daha sonra BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev və SIIS-nin prezidenti Çen Dongxiao Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının gündəliyini təsdiq ediblər.
Açılış mərasiminin sonunda iştirakçılar xatirə şəkli çəkdiriblər.
BMTM və SIIS-in birgə təşkilatçılığı ilə keçirilən ikigünlük Forum işini sessiyalarla davam etdirib.
Dünən, 12:37
Dövlət Neft Fondunun aktivləri 125 milyard manat təşkil edib
Dünən, 12:34
Prezident İlham Əliyev Latviya Prezidentinin ölkəmizə səfəri ilə bağlı paylaşım edib
Dünən, 12:26
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək
Dünən, 11:56
WUF13 ilə əlaqədar paytaxtdakı təhsil müəssisələrində dərslər distant qaydada keçiriləcək
Dünən, 11:48
Bəzi yerlərdə külək arabir güclənir, duman müşahidə olunur
Dünən, 11:42
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
21-04-2026, 17:50
MOBBİNQ MƏQSƏDLİ ADDIMLARIN “XIŞILTISINDA” TAPTALANAN TARİXƏ XİDMƏT VƏ MƏHV EDİLƏN ELMƏ HƏSR OLUNMUŞ ALİM ÖMÜRÜ …
21-04-2026, 12:37
Startaplar üçün İnnovasiya və Startap müsabiqəsi elan olunub
21-04-2026, 12:36
Biznesin davamlılığının idarəedilməsi sahəsində yeni dövlət standartı qəbul edilib
21-04-2026, 12:34
Deputat: Regionda baş verən gərginliyə baxmayaraq ABŞ Zəngəzur dəhlizinin formalaşmasında iştirak edəcək
21-04-2026, 12:30
İqtisadi Şuranın aqrar sahənin inkişafına həsr olunmuş iclası keçirilib
21-04-2026, 11:03
ASAN könüllüləri “Gənc İnnovatorlar” proqramını təqdim ediblər
21-04-2026, 10:18
Azərbaycanın azad edilmiş ərazilərdəki şəhərsalma modeli dünyaya nümunədir - Bakı WUF13-ə hazırlaşır
21-04-2026, 10:16
Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb
17-04-2026, 11:30
Azərbaycanın yaşıl enerji istehsalı 8 faizdən çox artıb
17-04-2026, 11:26
Azərbaycanda və Rusiyada avtomobil nəqliyyatı üçün e-CMR tətbiqi üzrə şəraitin yaradılmasına dair “Yol Xəritəsi” imzalanıb
17-04-2026, 11:04
Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb
17-04-2026, 11:00
Bu gün Ümumdünya Hemofiliya Günüdür
14-04-2026, 17:56
SAXTA SEÇKİ, FIRILDAQ VƏSADƏT, "UDULAN" İTTİHAMLAR VƏ ƏSASLI SÜBUTLARIM ...
12-04-2026, 14:56
UTANMAYIR! HEÇ NƏDƏN U T A N M A Y I R!..HEÇ CÜRƏ XƏCALƏT ÇƏKMƏYİR!
10-04-2026, 12:25
Azərbaycan parlamenti 11 məsələnin müzakirəsinə başlayıb
10-04-2026, 12:06
Nazir: İmtahanlarda aparılan dəyişikliklər öz müsbət nəticələrini göstərir
10-04-2026, 11:45
Türkiyənin ÖSYM prezidenti: DİM regional miqyasda nüfuzlu imtahan qurumuna çevrilib
10-04-2026, 11:43
İdarə Heyətinin sədri: DİM hər il 15 milyondan çox elektron xidmət göstərir
10-04-2026, 11:40
Şəki liseyindən ölkə rekordu - iki sinfin bütün şagirdləri yarımfinala yüksəlib
10-04-2026, 11:36
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
9-04-2026, 10:51
Zəngilanın Məmmədbəyli kəndində həyat yenidən dirçəlir