Filosof alim Xatirə Quliyevanın “Heydər Əliyevin Böyük Siyasət Yolu” Fundamental Monoqrafiyasının Təqdimat Mərasimi keçirilib VİDEO
---
Oxunub: 73
16 dek 2024 | 15:21
Filosof alim Xatirə Quliyevanın “Heydər Əliyevin Böyük Siyasət Yolu” Monoqrafiyasının Təqdimat Mərasimi keçirilib
Dekabrın 10-da Mərkəzi Elmi Kitabxanada AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru, dosent Xatirə Quliyevanın “Heydər Əliyevin Böyük Siyasət Yolu” fundamental monoqrafiyasının təqdimat mərasimi keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bu günlərdə ölkəmizdə və xaricdə Azərbaycan xalqının Ümummilli Lideri, dünyaşöhrətli dövlət xadimi Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə anım tədbirlərinin keçirildiyini bildirib. Qeyd edib ki, AMEA-da da türkiyəli alim-jurnalist Aysel Sadak İltaşın “İnsan ürəyi ilə Heydər Baba” kitabının geniş təqdimatı ilə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş anım tədbirlərinə başlanıldığını söyləyib.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, anım tədbirlərində dahi liderin zəngin dövlətçilik fəaliyyəti, Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətləri, ölkəmizin bugününü düşünərək atdığı addımlar, xilaskarlıq missiyası və dövlət quruculuğu siyasəti, həmçinin onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin liderliyində Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər geniş ictimaiyyətə təqdim olunur.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ümumdünya tarixində sözün əsl mənasında mükəmməl milli dövlətçilik təlimi yaratmış nadir şəxsiyyətlərdən biri olduğunu deyən akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, hələ sovet hakimiyyəti illərində Azərbaycan xalqının milli mənafelərinin qorunub saxlanılması üçün böyük addımlar atması, Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldırması, dövlətimizi çətin sınaqlardan bacarıqla çıxarması, müstəqil dövlətçiliyimizin möhkəm əsaslarını yaratması, möhkəmləndirməsi çoxəsrlik dövlətçilik tariximizin möhtəşəm hadisələridir. Qeyd edib ki, xalqa və dövlətə həsr edilmiş bu həyat və mübarizə yolunun dərsləri, keçilmiş çətin və şərəfli yolun zəngin təcrübəsi və çağırışları Heydər Əliyev dövlətçilik siyasətinin sistemli bir təlim, mükəmməl bir ideologiya olduğunu göstərir.

AMEA rəhbəri bildirib ki, qüdrətli dövlət xadiminin yarım əsrə yaxın apardığı böyük siyasətin böyük ədəbiyyatını və elmini yaratmaq Azərbaycan bədii və elmi təfəkkürünün borcudur. Bu, həm də dərin siyasi və elmi-ədəbi düşüncənin möhtəşəm sintezindən yaranmış Heydər Əliyev zəkasından doğan qeyri-adi dövlətçilik modelinin nəsildən-nəslə çatdırılması baxımından da zəruridir.

AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin elmi müəssisələrində Ulu Öndərin zəngin dövlətçilik fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin tədqiqata cəlb olunduğunu deyən akademik İsa Həbibbəyli “Heydər Əliyev İli”ndə Akademiyada Ümummilli Lider haqqında 52 fundamental əsərin işıq üzü gördüyünü, yazılmış kitablarda və məqalələrdə dahi liderin çoxcəhətli siyasi fəaliyyətinin və dövlətçilik sahəsindəki misilsiz xidmətlərinin müxtəlif sahələrinin bütün reallıqları və mühüm nəticələri ilə bir yerdə araşdırılaraq geniş ictimaiyyətə təqdim olunduğunu söyləyib.

Təqdimatı keçirilən Xatirə Quliyevanın “Heydər Əliyevin Böyük Siyasət Yolu” fundamental monoqrafiyasına toxunan akademik İsa Həbibbəyli Ümummilli Liderin çoxcəhətli fəaliyyəti və siyasi baxışlarının monoqrafiyada hərtərəfli şəkildə müstəqil dövlətçilik təlimi kontekstində tədqiq olunduğunu bildirib.

“Xatirə Quliyeva Azərbaycan dövlətçilik tarixinin xüsusi bir tarixi mərhələsi olan Heydər Əliyevin həyatı və mübarizəsini “Heydər Əliyevin Böyük Siyasət Yolu” miqyasında tədqiqata cəlb edərək, bu məsuliyyətli və şərəfli fəaliyyətin sözün əsl mənasında mühüm dövlətçilik məktəbi, yaxud müstəqil dövlətçilik təlimi olduğunu elmi-obyektiv şəkildə əsaslandırmışdır. Həmçinin əsərdə ilk dəfə olaraq dünyaşöhrətli dövlət xadimi Heydər Əliyevin Milli dövlət ideologiyası dünyaşöhrətli siyasi xadimlər – Mustafa Kamal Atatürkün və M.Qandinin siyasi ideologiyaları ilə müqayisəli təhlil olunmuş, dahi liderin 40 ilə qədər bir dövrü əhatə edən siyasi idarəçilik fəaliyyəti, görkəmli dövlət xadimi kimi keçdiyi şərəfli yol zəngin materiallar əsasında fəlsəfi məzmun və mahiyyəti ilə birlikdə elmi-obyektivliklə qiymətləndirilmişdir”, - deyə akademik AMEA prezidenti diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli bildirib ki, Xatirə Quliyevanın yeni əsəri onun bu istiqamətdəki əvvəlki kitablarının, o cümlədən ölkədə və xaricdə çap olunmuş çoxsaylı məqalələrinin ideyaca davamı kimi təqdirəlayiqdir və HeydərƏliyevşünaslığımızı daha bir fundamental monoqrafiyası ilə genişləndirmişdir.

AMEA rəhbəri nəşrin Ulu Öndərin irsini araşdıranlar üçün qiymətli əsər olduğunu söyləyib və yeni nəslin Azərbaycançılıq ideologiyası işığında yetişməsinə öz töhfəsini verəcəyini bildirib.

Təqdimat mərasimində, həmçinin AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini t.e.d. Eynulla Mədətli, həmin institutun şöbə müdirləri professorlar Rəna Mirzəzadə, Azər Mustafayev, baş elmi işçi, f.e.d. Ziba Ağayeva, AMEA-nın Tarix və Etnologiya İnstitutunun Heydərşünaslıq şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı və başqaları çıxış edərək dosent Xatirə Quliyevanın “Heydər Əliyevin Böyük Siyasət Yolu” fundamental monoqrafiyasının çoxillik gərgin əməyinin nəticəsi olduğunu söyləyiblər. Qeyd olunub ki, fundamental monoqrafiyada görkəmli dövlət xadiminin zəngin həyatı və fəaliyyəti müəllifin fəlsəfi baxışları ilə tədqiqata cəlb olunmaqla HeydərƏliyevşünaslığımızı zənginləşdirmişdir.

Sonda çıxış edən nəşrin müəllifi, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru, dosent Xatirə Quliyeva “Heydər Əliyevin Böyük Siyasət Yolu” fundamental monoqrafiyasının ərsəyə gəlməsi prosesindən danışıb. Görkəmli dövlət xadiminin həyat və yaradıcılığının tədqiqinin elmi fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etdiyini deyən müəllif kitabın hazırlanması, çapı və təqdimatına verdiyi dəstəyə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, “Elm” nəşriyyatında işıq üzü görən kitab filosof Xatirə Quliyevanın “Heydər Əliyev və mənəvi-estetik dəyərlər (2002, Azərnəşr) və “Heydər Əliyev siyasəti: milli dövlət, milli lider, vətəndaşlıq, mənəviyyat” (2019, “Elm” nəşriyyatı) başlıqlı sanballı tədqiqat əsərlərindən sonra sayca 3-cü monoqrafiyasıdır.

AMEA-nın İctimai Elmlər Bölməsinin qərarı ilə çapa tövsiyə olunmuş monoqrafiya “Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin dövr və dünyagörüşü problemi tarixi kontekstdə” (I fəsil), “Heydər Əliyevin Böyük Siyasət Yolu” siyasi sistemi. Milli-mənəvi və ədəbi-estetik dəyərlər strategiyası” (II fəsil), “Heydər Əliyevin Böyük Siyasət Yolu” siyasi sisteminin ali ideologiyası - Azərbaycançılıq ideyası” (III fəsil), “Heydər Əliyevin Böyük Siyasət Yolu” siyasi sisteminin milli dövlət ideologiyası (IV fəsil), “Heydər Əliyevin Böyük Siyasət Yolu” siyasi sisteminin milli lider modeli (V fəsil) və “Heydər Əliyevin Böyük Siyasət Yolu” siyasi sisteminin milli və bəşəri qarantının əsas meyarları” (VI fəsil) fəsillərindən ibarətdir.

Nəşrin elmi məsləhətçisi və “Ön söz”ünün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, elmi redaktoru AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının sədr müavini akademik Nərgiz Axundova, rəyçiləri Naxçıvan Dövlət Universitetinin professoru, fəlsəfə elmləri doktoru Məmməd Rzayev, Kiyev Əqli Mülkiyyət və Hüquq Akademiyasının professoru, hüquq elmləri doktoru Arif Quliyev, məsul redaktorları tarix elmləri doktoru, dosent Rüfət Quliyev və AMEA-nın Tarix və Etnologiya İnstitutunun Heydərşünaslıq şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı, redaktorları Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin əməkdaşları Sevinc Nisa Quliyeva və Lalə Əliyevadır.

Mənbə: www.science.gov.az saytı
Dünən, 13:00
ETX və Özbəkistanın Kibertəhlükəsizlik Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb
Dünən, 12:56
İran “Şimal-Cənub” dəhlizi ilə yükdaşımaların sənədləşməsini tamamilə elektronlaşdırmağı təklif edir
Dünən, 12:53
Azərbaycanın dəmir yolu nəqliyyatı işçiləri təltif edilib
Dünən, 12:51
Azərbaycanda ÜDM 1,3 faiz artıb
Dünən, 10:51
Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası işə başlayıb
3-10-2025, 11:40
MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək
3-10-2025, 11:38
Azərbaycan Prezidenti iraqlı həmkarı ilə Nyu-Yorkda apardığı fikir mübadiləsini yüksək qiymətləndirib
3-10-2025, 11:30
Prezident İlham Əliyev: Azərbaycan ilə Koreya arasında əlaqələrin uğurla inkişafı məmnunluq doğurur
3-10-2025, 11:26
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edib
3-10-2025, 11:24
Azərbaycan Prezidenti İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
3-10-2025, 11:22
Azərbaycan Prezidenti İlham Əliyevin Kopenhagendə İtaliya Nazirlər Şurasının sədri ilə görüşü olub
3-10-2025, 11:20
Azərbaycan Prezidenti İlham Əliyevin Kopenhagendə Ukrayna Prezidenti ilə görüşü olub
2-10-2025, 11:55
Azərbaycan Prezidenti İlham Əliyev Kopenhagendə ziyafətdə iştirak edib VİDEO
2-10-2025, 11:46
Azərbaycan Prezidenti İlham Əliyevin Kopenhagendə Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub
30-09-2025, 10:53
Azərbaycanın üzgüçülük yığması MDB Oyunlarında ilk qızıl medalı qazanıb
30-09-2025, 10:41
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
30-09-2025, 10:35
Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
30-09-2025, 10:32
Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbiri izləyiblər
26-09-2025, 11:48
Aleksandar Vuçiç: Prezident İlham Əliyev əsl dostdur
26-09-2025, 11:46
Prezident İlham Əliyev BMT kürsüsündən beynəlxalq ictimaiyyətə çağırış etdi: Gəlin, birlikdə ədalətin selektiv olmadığı bir dünya quraq
26-09-2025, 11:43
Milli Məclisin deputatları Anım Günü ilə əlaqədar dünya parlamentlərindəki həmkarlarına müraciət ediblər
26-09-2025, 11:42
Bakıda Çin Xalq Respublikasının 76-cı ildönümünə həsr olunmuş rəsmi qəbul keçirilib
26-09-2025, 10:58
Qazaxıstan idmançıları III MDB Oyunlarında iştirak etmək üçün Azərbaycana gəliblər
26-09-2025, 10:55
III MDB Oyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib
26-09-2025, 10:42
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarına bu gün start veriləcək
26-09-2025, 10:40
Prezident: Azərbaycanla Türkmənistanı ənənəvi dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri birləşdirir
26-09-2025, 10:35
Birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031