5 erməni əsirə qarşılıq niyə bir azərbaycanlı dəyişdirildi? - AÇIQLAMA

5 erməni əsirinin İrəvana təhvil verilib, qarşılığında 1 azərbaycanlı əsirin dəyişdirilməsi ilə bağlı hər hansı bir normativdən söhbət gedə bilməz.
Bunu Milli.Az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Polkovnik bildirib ki, əgər dövlət belə bir qərar qəbul edibsə, deməli, bu qərarı qəbul etmək üçün əsas var:
"Konkret olaraq hər bir əsirlə bağlı istintaq materialları var. Bu addımlara onların törətdikləri cinayətin ağırlığı və s. məsələləri təsir edir. Bu məsələlərə kompleks şəkildə baxılır.
Sülhməramlı qüvvələrin, digər təşkilatların və Azərbaycanın da məqsədi ondan ibarətdir ki, bu məsələlər müəyyən bir şəkildə Azərbaycanla Ermənistan arasındakı sülhün bərqərar edilməsi istiqamətində getsin. Ona görə də atılan addımlar da məhz buna hesablanıb. Biz bilmirik, əsirlərin bu cür dəyişdirilməsinin altında nə var. Ola bilsin, nəyisə əldə etmək üçün bu belə edilir. Bilirik ki, indi çox məsələlər hələ işıqlandırılmır, onlar barədə bir kəlmədə danışılmır. Əsirlərin dəyişdirilməsi, məsələn, ola bilər ki, müəyyən bir ərazinin mina sahələri ilə bağlı sənədlərin əldə edilməsi məqsədi daşıyır. Və yaxud Dağlıq Qarabağda ermənilərin yaşadıqları ərazilərin həll edilməsi üçün belə edilir. Sərhədlərlə də bağlı ola bilər. Hətta bilirsiniz ki, Zəngilan istiqamətində bəzi yaşayış məntəqələrindəki sərhəddimiz artıq bərpa olunur, delimitasiya məsələsi ilə bağlı bəzi yaşayış məntəqələri boşaldılır.
Əgər dövlət belə bir qərar qəbul edibsə, deməli, bu qərarı qəbul etmək üçün əsas var. Ancaq bu qərarın altında hansı planlar var, onu biz bilmirik və o açıqlanmır. Bu qərarı dövlət verib. Prinsipcə, biz o əsirləri burada saxlamaqla nə əldə edirik? Ancaq onlar müəyyən məqsədlərimiz üçün bizə lazım ola bilər. Bu məsələyə belə yanaşılmada, deməli, hansısa məsələlərin həll edilməsi nəzərdə tutulub. Məsələn, niyə məhz 5 nəfər, niyə yerdə qalan 60-a yaxın əsir yox? Bu qərarı verən dövlət qurumları bunu müəyyən məlumat üzrə veriblər. İstintaq aparılıb, istintaqın nəticələri bəllidir və artıq aparılan araşdırmalara görə məhz onların qaytarılması ilə bağlı qərar qəbul olunub. Hər bir atılan addımda əsas məsələ sülhün bərqərar olması, bu istiqamətdə müəyyən məsələlərin inkişaf etdirilməsinə hesablanıb. Bu da o addımlardan biridir".
Dünən, 11:43
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Dünən, 11:14
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlanır
Dünən, 11:11
Dövlət qulluğuna qəbul üzrə imtahanda 434 namizəd uğur qazanıb
Dünən, 11:09
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü başlayır
Dünən, 11:05
Miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan edilib
Dünən, 11:03
Avqustda bankların cəmi aktivləri 2,5 faiz artıb
Dünən, 11:01
Bəzi rayonlarda elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
Dünən, 10:59
Neft ucuzlaşır
Dünən, 10:57
Qızıl və gümüş bahalaşıb
Dünən, 10:55
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
Dünən, 10:53
Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər
Dünən, 10:51
Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib
Dünən, 10:50
Hazırda Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır
24-09-2026, 12:35
Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib
24-09-2026, 12:31
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
24-09-2026, 12:27
Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir
24-09-2026, 12:22
Xəzərdə zəlzələ olub
24-09-2026, 12:18
Ötən gün 48 cinayətin açılması təmin olunub
24-09-2026, 12:16
Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb
24-09-2026, 12:15
Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb
24-09-2026, 12:10
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
24-09-2026, 12:07
Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub
24-09-2026, 12:02
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
24-09-2026, 11:59
Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub
24-09-2026, 11:53
Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub
23-09-2026, 12:24
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib
23-09-2026, 12:23
Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq