Qalib ölkənin qalib lideri
Elm və təhsil
Oxunub: 337
25 may 2021 | 19:39
Qalib ölkənin qalib lideri




10 noyabr bəyannaməsi və sonrasında baş vermiş hadisələr təəssüflər olsun ki, hər kəs tərəfindən birmənalı qarşılanmır. Dünyada Azərbaycanın kifayət qədər dostları olduğu kimi, məsələlərə əks mövqedən baxanlar və ya neytral mövqedə dayanıb hadisələri müşahidə edən dövlətlər, təşkilatlar, qurumlar da vardır. Əlbəttə, biz haqlıyıq və haqq işimizi müdrik xalqımızın və müzəffər Ali Baş Komandanımızın səyləri nəticəsində uğurla, zəfərlə başa vurmuşuq. Münaqişənin hərbi və qaynar fazası geridə qalsa da, hibrit müharibə davam edir.

Dünyada güc balansı vardır və təəsüflər olsun ki, o güc balansı bəzən ədalətli olmaya bilir. Bir çox hallarda qlobal və ya şəxsi maraqlar ədaləti və haqqı üstələyir. Məhz bu səbəbdən müharibə vaxtı dövlət başçısı 30-a yaxın müsahibəsində müharibənin haqlı səbəblərini və bu müharibəyə Azərbaycan xalqını məcbur edən tarixi mərhələləri aydın izah edə bilmişdir. Müharibədən sonrakı dövrdə atdığımız addımlar bir daha Azərbaycanın beynəlxalq ictimaiyyətə və qanunlara hörmətlə yanaşdığını sübut etmişdir. Ölkəmiz özü illərlə işğalçı siyasətdən, terror və soyqırımlardan əziyyət çəkən dövlət kimi beynəlxalq hüququn bütün normalarını müdafiə edir və dövlətlərin suveren haqlarına ehtiramla yanaşır. Azərbaycan artıq 90-cı illərdəki ölkə deyil. Bugün informasiya savaşında Azərbaycan öz hüquqlarını ləyaqətlə müdaifə edir. Hərb meydanında dəmir yumruğun davamı olan əqli və zehni müharibədə qalib gələn dövlətimiz və dövlət başçımız reallıqların, həqiqətlərin dünyaya olduğu kimi çatdırılmasında müstəsna xidmətlər göstərməkdədir.

Dünya liderlərinin ictimaiyyətlə və mətbuatla münasibətlərinə fikir versək analoji addımın ya seçkilər müddətində və yaxud da ildə bir neçə dəfə öncədən planlaşdırılımış qaydada həyata keçirildiyini görə bilərik. Hamıya bəllidir ki, dövlət və hökümət başçılarına verilən suallar adətən protokol xidmətləri tərəfindən müzakirə olunur, uyğun hesab olunduğu təqdirdə səslənməsinə icazə verilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə yeni bir yanaşma ortaya qoymaqla bütün dünya liderlərinə nümunə olmağa davam edir. Müsahibələrində və görüşlərində istər jurnalistlər, istərsə də konfrans iştirakçıları dövlət başçımıza istənilən sualı verməkdə sərbəstdirlər. Prezidentin siyasəti ölkəmizdə demokratiya, liberalizm və tolerantlığın təzahürüdür.

Quliyeva Nuranə, 209 saylı orta məktəbin ibtidai sinif müəllimi
Dünən, 11:43
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Dünən, 11:14
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlanır
Dünən, 11:11
Dövlət qulluğuna qəbul üzrə imtahanda 434 namizəd uğur qazanıb
Dünən, 11:09
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü başlayır
Dünən, 11:05
Miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan edilib
Dünən, 11:03
Avqustda bankların cəmi aktivləri 2,5 faiz artıb
Dünən, 11:01
Bəzi rayonlarda elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
Dünən, 10:59
Neft ucuzlaşır
Dünən, 10:57
Qızıl və gümüş bahalaşıb
Dünən, 10:55
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
Dünən, 10:53
Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər
Dünən, 10:51
Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib
Dünən, 10:50
Hazırda Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır
24-09-2026, 12:35
Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib
24-09-2026, 12:31
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
24-09-2026, 12:27
Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir
24-09-2026, 12:22
Xəzərdə zəlzələ olub
24-09-2026, 12:18
Ötən gün 48 cinayətin açılması təmin olunub
24-09-2026, 12:16
Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb
24-09-2026, 12:15
Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb
24-09-2026, 12:10
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
24-09-2026, 12:07
Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub
24-09-2026, 12:02
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
24-09-2026, 11:59
Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub
24-09-2026, 11:53
Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub
23-09-2026, 12:24
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib
23-09-2026, 12:23
Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930