Artıq Şuşasız günlər arxada qalıb!
Tarixçi Mirzə Adıgözəl bəy yazır ki, xanlığın mərkəzi olacaq yeni şəhərin yerini müəyyənləşdirmək üçün Pənahəli xan fərqli mənbələrdə 3 quyu qazmağı buyurdu. Sonuncu cəhd uğurlu oldu; göz yaşı kimi dumduru çeşmə cari oldu. Vətən torpağında yeni şəhər yüksəlirdi...Şuşa! Təbiətimizin dilbər guşəsi, mədəniyyətimizin beşiyi, istiqlaliyyətimizin uca qalası!..
“Qarabağnamə” müəlliflərinin göstərdiyi kimi tarixin müxtəlif dönəmlərində xaqanlara təslim olmayan Şuşa qalası aylarla mühasirədə saxlanılsa da bu cənnətməkan diyarı fəth etmək heç kimə nəsib olmamışdır. “Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlar” deyən Qarabağ xanının vəziri, şair Molla Pənah Vaqif hələ o dövrdə Şuşanın alınmaz qala olduğunu söyləmişdir.
Lakin nə acı təəssüf ki, I Qarabağ savaşında şəhər heç bir ölçüyə sığışmayan xəyanətin qurbanı oldu. Biz Şuşanı və onunla birlikdə Qarabağın qədim-qayım ellərini itirdik...
Artıq Şuşasız günlər arxada qalıb. Ali Baş Komandan İlham Əliyev cənablarının müdrik dəst-xətti ilə hazırlanmış döyüş planları əsasında, cəsur Azərbaycan əsgərinin dəqiq hədəfləri sayəsində Qarabağımız,Şuşamız azad olundu. Biz belə bir cahanşümül hadisənin müasiri olduq. Və hesab edirəm ki,biz Qarabağı qaytardıq, -desək,düz olmaz,biz Qarabağa qayıtdıq,Şuşaya qayıtdıq.
Möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandan İlham Əliyevin ölkənin birinci xanımı, vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə Şuşaya səfəri xalqımızı, millətimizi duyğulandıran, sevincimizi birə-min artıran hadisə oldu. Cənab prezident bu səfəri ilə bir daha Qarabağın əbədi Azərbaycan torpağı olduğunu və olacağını bütün dünyaya nümayiş etdirdi.
Səfər çərçivəsində prezident ailəsi ilə əvvəlcə Füzuli və Xocavənd rayonlarında olmuş, mart ayının 16-sı isə qədim mədəniyyət ocağı, ən ulu arzularımızın məbədi Şuşa şəhərini ziyarət etmişdir. Bu, böyük qayıdış idi.
Məlum olduğu kimi, möhtərəm prezident artıq bu ilin yanvar ayında da Şuşaya səfər etmişdi. Lakin o vaxtdan bir çox şeylər dəyişmiş, şəhərə doğma olan bir ab-hava dolmuşdur; Natəvanın, Bülbülün, Üzeyir bəyin büstləri Şuşaya qaytarılmışdır.
Vaqifin məqbərəsində bərpa işlərinə başlanılır.Məscidlər yenidən qurulacaqdır. Şəhərin biri-birindən şəfalı bulaqları təmir ediləcəkdir.
Möhtərəm prezidentimizin Vaqifin məqbərəsi önündə söylədikləri isə onun tarixi varisliyə necə həssaslıqla yanaşmasını bir daha təsdiqləyir:
“Mən bu şəkilləri arxivdən tapmışdım. Vaqif poeziya günləri keçirilir, 1982-ci ilin yay ayında. Məqbərənin önündə ulu öndər Heydər Əliyev. İnsanlar da bax, burada, bu tədbirdə iştirak edirdilər. Keçən dəfə burada olarkən bu yerə fikir
verdim və dedim ki, arxivdən şəkillər tapılsın, burada nə olub və bu şəkil tapıldı. Görürsünüz, Vaqifin təsviri bax, bu divarda olmuşdur. Mənfur düşmən bunu da sökdü, bu mərməri də sökdü. Bu da qəbirin üstündə sinə daşı idi. Vandal erməni bunu da söküb. Bunu bərpa edəcəyik. Ulu Öndərin o vaxt Şuşaya səfəri ilə əlaqədar daha bir neçə şəkil tapmışam arxivdən, mən də buradayam. Bu da Cıdır düzündə. Bunu bir dəfə göstərmişdim, Natəvan bulağının önündə. Bir şəkil də var, onu da göstərməliyəm. Burada Vaqifin büstü də var idi. Keçən dəfə Şuşada olarkən mən göstərdim ki, ermənilər büstü söküb dükan tikiblər. Bax, budur. Vaqifin büstü, Ulu Öndər də baxır. Bu büstü də bərpa edəcəyik”.
Necə də həyəcanlı, tarixi anlardır. Mənfur erməni vandalları tərəfindən viran qalmış mədəni irsimiz, tarixi abidələrimiz ikinci həyatına qayıdır, yenidən qurulur, ondan ötəri ki, bu torpaqların əzəli türk yurdu olduğunu bütün dünya bilsin, yağılar gözünü buradan bu dəfə birdəfəlik çəksin...
Zabrat qəsəbəsi, 192 nömrəli tam orta məktəbin
tarix müəllimi Elxan İsmayılov
25-09-2026, 11:43
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
25-09-2026, 11:14
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlanır
25-09-2026, 11:11
Dövlət qulluğuna qəbul üzrə imtahanda 434 namizəd uğur qazanıb
25-09-2026, 11:09
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü başlayır
25-09-2026, 11:05
Miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan edilib
25-09-2026, 11:03
Avqustda bankların cəmi aktivləri 2,5 faiz artıb
25-09-2026, 11:01
Bəzi rayonlarda elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
25-09-2026, 10:59
Neft ucuzlaşır
25-09-2026, 10:57
Qızıl və gümüş bahalaşıb
25-09-2026, 10:55
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
25-09-2026, 10:53
Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər
25-09-2026, 10:51
Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib
25-09-2026, 10:50
Hazırda Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır
24-09-2026, 12:35
Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib
24-09-2026, 12:31
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
24-09-2026, 12:27
Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir
24-09-2026, 12:22
Xəzərdə zəlzələ olub
24-09-2026, 12:18
Ötən gün 48 cinayətin açılması təmin olunub
24-09-2026, 12:16
Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb
24-09-2026, 12:15
Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb
24-09-2026, 12:10
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
24-09-2026, 12:07
Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub
24-09-2026, 12:02
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
24-09-2026, 11:59
Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub
24-09-2026, 11:53
Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub
23-09-2026, 12:24
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib
23-09-2026, 12:23
Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq
