Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan ediməsi regionun ictimai-siyasi həyatının canlanması baxımından tarixi əhəmiyyətə malikdir
Bəşər tarixində yaşamış elə xalqlar vardır ki, onlar tarix boyu öz qəhrəmanlıq salnamələri ilə fəxr edir, azad olunmuş torpağından, əldə edilmiş qənimətindən, qanını, canını vətən uğrunda qurban vermiş şəhidindən söz açanda böyük qürur hissi keçirirlər. Azərbaycan xalqının da indiki zaman kəsiyində fəxarətlə dilə gətirəcəyi cahangirlik tarixi və bu tarixi yazan Ali Baş Komandanı, canını vətən uğrunda fəda edən qeyrətli, mərd oğulları var.
2020-ci ildə - çox uzaq olmayan yaxın tarixdə baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ ərazisinin və ətrafındakı 7 rayonun nəzarətini ələ ala bildi. 8 noyabr 2020-ci ildə Şuşa şəhərinin işğaldan azad edilməsi tarixi ədalətin bərpa edilməsi baxımından böyük əhəmiyyətə malik idi.
1992-ci il mayın 8-də Şuşanın Ermənistan Respublikasının işğalçı qüvvələri tərəfindən işğal olunması onun tarixi-mədəni irsinin məhv edilməsinə səbəb oldu. 29 il ərzində Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək tarixi abidə, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, fabrik dağıdılmış, məbədgah və məscidlər təhqir edilmiş, 20 kitabxana yandırılmışdır.
Azərbaycanın mühüm mədəniyyət mərkəzi olan Şuşaya Ümumilli Lider Heydər Əliyev xüsusi qayğı ilə yanaşırdı. Şuşanın azad olunması kimi onun yenidən bərpası, Azərbaycan mədəniyyətində öz layiqli yerini alması Ulu Öndərin ən böyük hədəflərindən idi. Şuşa azad edilən zaman Ali Baş Komandan İlham Əliyev deyirdi: ”Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!”
İndi dəyərli Prezidentimiz cənab İlham Əliyev Şuşa şəhərinin abadlaşdırılması, bütün dünyada mədəniyyət ocağı kimi tanınması yolunda islahatlar aparır, layihə işlərinə xüsusi baxış keçirir. Şuşaya ailəsi ilə birgə səfərlər təşkil edərək aparılan bərpa işlərinə nəzarət edir. Təsadüfi deyil ki, respublikamızın Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi Şuşa rayonuna təyin edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən, Şuşa şəhərinin tarixi görkəminin bərpası, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşanın Prezidentimiz İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi təqdirəlayiq haldır.
Bu il bir çox layihələrlə yanaşı, Şuşada “Xarı bülbül” musiqi festivalı və “Vaqif” şeir günlərinin keçirilməsi, Füzulidə beynəlxalq hava limanının inşası nəzərdə tutulmuşdur. Hətta çox yaxın zamanda - 12 may tarixində “Xarı bülbül” festivalının keçirilməsi region üçün beynəlxalq əhəmiyyətli hadisə oldu.
Möhtərəm Prezidentimiz İlham Əliyevin qarşıya qoyduğu məqsədlərə bir-bir, siyasi ustalıqla addımladığını gördükcə Azərbaycan xalqı onunla fəxr edir, dərin hörmət və rəğbət hissi ilə ona güvənir.
Yeganə Cəfərova,
Salyan rayon Təhsil şöbəsi metodik kabinetin direktoru
Bu gün, 11:43
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Bu gün, 11:14
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlanır
Bu gün, 11:11
Dövlət qulluğuna qəbul üzrə imtahanda 434 namizəd uğur qazanıb
Bu gün, 11:09
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü başlayır
Bu gün, 11:05
Miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan edilib
Bu gün, 11:03
Avqustda bankların cəmi aktivləri 2,5 faiz artıb
Bu gün, 11:01
Bəzi rayonlarda elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
Bu gün, 10:59
Neft ucuzlaşır
Bu gün, 10:57
Qızıl və gümüş bahalaşıb
Bu gün, 10:55
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
Bu gün, 10:53
Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər
Bu gün, 10:51
Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib
Bu gün, 10:50
Hazırda Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır
Dünən, 12:35
Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib
Dünən, 12:31
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
Dünən, 12:27
Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir
Dünən, 12:22
Xəzərdə zəlzələ olub
Dünən, 12:18
Ötən gün 48 cinayətin açılması təmin olunub
Dünən, 12:16
Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb
Dünən, 12:15
Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb
Dünən, 12:10
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Dünən, 12:07
Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub
Dünən, 12:02
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Dünən, 11:59
Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub
Dünən, 11:53
Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub
23-09-2026, 12:24
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib
23-09-2026, 12:23
Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq