Azərbaycan xalqının qələbəsinə qardaş Türkiyə xalqı ən az bizim qədər sevindi
Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri çox qədim tarixə malikdir. Dili və dini bir olan Azərbaycan və Türk xalqları daima bir-birinə dəstək olmuş, dar gündə bir-birinə arxa olmuşlar. Ulu Öndər bu iki qardaş xalqı “bir millət, iki dövlət” kimi qiymətləndirmişdir. Təsadüfi deyil ki, Türkiyə Cümhuriyyətinin qurucusu, müdrik şəxsiyyət Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişlər. Bu iki türk lideri hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj qoymuşlar.
Tarixə nəzər salsaq, Türkiyənin həmişə xalqımıza mənəvi, siyasi, hərbi dəstək göstərdiyinin şahidi olarıq. 1918-ci il mart soyqırımını xatırlasaq, erməni-bolşevik birləşmələrinin xalqımıza qarşı növbəti qətliamı zamanı yenə də türk xalqının xalqımızın harayına çatmasının şahidi olarıq. Nuru paşa və Ənvər paşanın başçılığı ilə türk ordusu xalqımızın köməyinə yetişdi. Mənfur düşmənlərimizi layiq olduqları kimi cəzalandırdı.
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Yenicə yaranmış dövlətimizi ilk tanıyan, onunla hərbi, iqtisadi əlaqələr quran məhz qardaş Türkiyə oldu.
Birinci Dünya müharibəsi zamanı Türkiyə öz istiqlaliyyəti uğrunda çətin mübarizə aparırdı. Mustafa Kamal Atatürkün rəhbərliyi ilə türk xalqı ölüm-dirim mübarizəsinə qalxmışdı. Bu zaman türk qardaşlarına azəri türkləri hər cür dəstəklərini nümayiş etdirdilər.
Böyük Ermənistan xülyası ilə yaşayan, zaman-zaman torpaqlarımızı havadarlarının köməyilə işğal edən erməni faşistləri Sovetlər Birliyinin dağılmasından istifadə edərək mənfur niyyətlərini həyata keçirməyə çalışırdılar. Birinci Qarabağ müharibəsində torpaqlarımızın 20 faizini işğal etdilər. Ümumilli liderimiz Heydər Əliyevin, onun layiqli davamçısı İlham Əliyevin uğurlu, iqtisadi, daxili və xarici siyasəti nəticəsində 28 ildən sonra Azərbaycan ərazi bütövlüyünə qovuşdu. Müzəffər, dünya standartlarına cavab verən Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində düşmənə layiqli dərs verdi. Bu müharibə ərzində Azərbaycan qardaş Türkiyənin mənəvi və siyasi dəstəyini daim hiss etdi və bu dostluqdan, qardaşlıqdan güc aldı, ilham aldı. Hər bir evin, binanın üzərini, meydanları, səngərləri Azərbaycan bayrağı ilə Türkiyə bayrağı bəzədi. Azərbaycan xalqının qələbəsinə qardaş Türkiyə xalqı ən az bizim qədər sevindi. Qələbə şərəfinə keçirilmiş zəfər paradında iki qardaş türk xalqının ordu birləşmələri, texnikası nümayiş etdirildi. Bu zəfər paradında iki qardaş dövlətin iki qardaş rəhbəri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev böyük çoşqu və fərəhlə çıxış etdilər. Bu bütün türk dünyasına böyük fəxr idi. Bu Türkiyə-Azərbaycan əlaqələrinin daim yüksələn xətt üzrə inkişaf etdiyini sübut edir.
ABŞ-dakı erməni lobbisi 1915-ci ildə türklərin guya ermənilərə qarşı soyqırım həyata keçirmələrini sübut etməyə çalışırlar. Bununla ermənilər Türkiyəyə, türk dünyasına zərbə vurmaq istəyirlər. Lakin Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi Türkiyənin yanındadır və ona hər cür dəstəyə hazırdır.
Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir! Bu münasibətlərin korlanmasına heç bir qüvvə təsir edə bilməz!
Bakıxanov qəsəbəsi, 213 saylı məktəb-liseyin direktoru Səbinə Əliyeva
Bu gün, 11:31
Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır
Bu gün, 11:29
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
Bu gün, 11:27
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
Bu gün, 11:25
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
Bu gün, 11:22
DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Bu gün, 11:21
Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər
Bu gün, 11:19
Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nin xalçası təqdim olunub
Bu gün, 11:17
Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib
Bu gün, 10:42
Azərbaycan nefti 122,49 dollara satılır
Bu gün, 10:41
Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb
Bu gün, 10:28
Yağıntılı hava şəraiti müşahidə olunur
Bu gün, 10:25
Sentyabrın 28-də İtaliyanın paytaxtı Romada “Harmoniya” sənədli filminin təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənə
Dünən, 12:58
Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri -
Dünən, 12:56
Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək
Dünən, 12:55
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
Dünən, 12:53
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Dünən, 12:50
Prezident İlham Əliyevin sosial media hesablarında Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı paylaşım edilib
Dünən, 12:49
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
Dünən, 12:47
Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub
Dünən, 12:44
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
Dünən, 12:38
Vətən müharibəsinin xronikası: 28 sentyabr
Dünən, 12:37
Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək
Dünən, 12:35
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Dünən, 11:33
Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib
Dünən, 11:31
Prezidentin Mətbuat Xidmətinin məlumatı
25-09-2026, 11:43
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
25-09-2026, 11:14
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlanır
