Bərpa prosesi təkcə Azərbaycan üçün deyil, Qafqaz regionu üçün yeni imkanlar deməkdir
Elm və təhsil
Oxunub: 475
23 apr 2021 | 16:08
Bərpa prosesi təkcə Azərbaycan üçün deyil, Qafqaz regionu üçün yeni imkanlar deməkdir




Xalqımız 30 ildir ki həsrətlə gözlədiyi gün nəhayət gəlib çatdı. Azərbaycan əzəli torpaqlarını düşmən işğalından azad etdi.

Əlbəttə, bundan sonra bir məsələ də aktuallaşır. Xaraba vəziyyətinə qoyulmuş şəhər və kəndlər, erməni vandalizminə məruz qalan tariximizin, mədəniyyətimizin izlərini daşıyan abidələrimizin bərpası necə aparılacaq? Aydın məsələdir ki, dövlətimizin qarşısıda duran əsas vəzifələrdən biri bərpa işlərinin ən qısa zamanda həyəta keçirilməsidir. Bunun üçün bütün imkanlardan istifadə ediləcək.

Buna ən yaxşı nümunə böyük qayıdışın başlanğıcı hesab olunan Cocuq Mərcanlıdır. Qısa zaman ərzində orda lazımı infrastuktur yaradıldı. Sözsüz ki, azad olunan ərazilərdə də bərpa işləri yüksək səviyyədə aparılacaq. Əlbəttə, quruculuq işləri böyük zəhmət və vaxt tələb edir. Lakin bu problem təşkil etməyəcək. Yerli əhali öz doğma yurduna qayıtdıqdan sonra Qarabağda həyat yenidən canlanacaq,yeni iqtisadi sahələr yaranacaq. Ərazinin iqlimi, təbii sərvətləri buna şərait yaradacaq. Bərpa prosesi təkcə Azərbaycan üçün deyil, Qafqaz regionu üçün yeni imkanlar deməkdir.

Prezident İlham Əliyevin tapşırığı ilə azad edilmiş ərazilərdə qurulacaq “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası həm dövlətin qayğısını göstərir, həm də dünyada baş verən qlobal çağırışlara cavab verir. “Ağıllı şəhər” texologiyaları, vətəndaşların sağlamlığını, rifahını yaxşılaşdırmaq gücünə sahibdir. Həmin ərazilərdə elektrik istehlakının izlənməsi, ağıllı işıqlandırma, sensor küçə işıqları, sensor işıqforlar kimi texnologilar tətbiq olunacaq. Bu ilk olaraq pilot layihə kimi Şuşa şəhərində tətbiq olunacaq.Beləliklə turizm potensialına əlavə üstünlük verəcək. “Ağıllı kənd” texnologiyası ilə kənd əhalisinin qarşılaşdığı problemlər həlli yolunu tapacaq, yeni iqtisadi imkanlar yaradılacaq. Bütün bu işlərdə Azərbaycan xalqı böyük həvəslə, ümidlərlə çalışır.

Maştağa qəsəbəsi, 209 nömrəli məktəbin

Azərbaycan dili və ədəbiyyat müəllimi

Gülnaz Abdullayeva
25-09-2026, 11:43
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
25-09-2026, 11:14
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlanır
25-09-2026, 11:11
Dövlət qulluğuna qəbul üzrə imtahanda 434 namizəd uğur qazanıb
25-09-2026, 11:09
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü başlayır
25-09-2026, 11:05
Miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan edilib
25-09-2026, 11:03
Avqustda bankların cəmi aktivləri 2,5 faiz artıb
25-09-2026, 11:01
Bəzi rayonlarda elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
25-09-2026, 10:59
Neft ucuzlaşır
25-09-2026, 10:57
Qızıl və gümüş bahalaşıb
25-09-2026, 10:55
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
25-09-2026, 10:53
Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər
25-09-2026, 10:51
Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib
25-09-2026, 10:50
Hazırda Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır
24-09-2026, 12:35
Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib
24-09-2026, 12:31
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
24-09-2026, 12:27
Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir
24-09-2026, 12:22
Xəzərdə zəlzələ olub
24-09-2026, 12:18
Ötən gün 48 cinayətin açılması təmin olunub
24-09-2026, 12:16
Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb
24-09-2026, 12:15
Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb
24-09-2026, 12:10
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
24-09-2026, 12:07
Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub
24-09-2026, 12:02
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
24-09-2026, 11:59
Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub
24-09-2026, 11:53
Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub
23-09-2026, 12:24
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib
23-09-2026, 12:23
Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930