Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısı üzrə təşəbbüslər yerli icra hakimiyyəti orqanlarını da əhatə edir
Elm və təhsil
Oxunub: 405
13 apr 2021 | 22:06
Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısı üzrə təşəbbüslər yerli icra hakimiyyəti orqanlarını da əhatə edir




Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin və veteranların sosial müdafiəsi Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasət kursunun prioritet istiqamətidir.

Bu kateqoriyadan olan insanlara daim qayğı və diqqət göstərilir. Xüsusilə, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət başçısı tərəfindən silsilə fərman və sərəncamlar imzalanır. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısı üzrə təşəbbüslər yerli icra hakimiyyəti orqanlarını da əhatə edir. Vətən Müharibəsində iştirak etmiş hər bir hərbiçinin müraciətinə dövlət həssaslıqla yanaşır. Müdafiə Nazirliyində səfərbərlikdən tərxis olunan şəxslərin müraciətlərinə baxılması üzrə xüsusi komissiya yaradılıb. Bütün bunlardan əlavə olaraq qeyd etmək lazımdır ki, döyüşlərdə iştirak etmiş hərbçilərə psixoloji yardım da göstərilir və bu proses davam etdiriləcəkdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ, vaxtında, keyfiyyətlə və əlaqəli şəkildə psixoloji yardım göstərilməsini təmin etmək məqsədilə komissiya yaradılıb. Komissiyaya Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi daxildir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə, həmçinin sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün yaradılıb. “YAŞAT" Fondu dövlətin institusional təşəbbüsü olaraq öz fəaliyyətində humanitar missiyanı ehtiva edir. Hər kəsə məlumdur ki, vətəndaşlara xidmət Fondun əsas fəaliyyət istiqamətlərindəndir. Fondun vəsaiti aşağıdakı istiqamətlərdə istifadə olunur: şəhid ailəsi statusu alınana və ya əlillik müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması; müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi; təhsil alınmasına, habelə əlavə təhsilə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialın inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi; məişət şəraitinin yaxşılaşdırılması.Fondun yaradılması milli birliyin qorunmasına institusional töhfədir. Həmvətənlərimiz həmin Fonda böyük həvəslə müəyyən məbləğdə vəsaitlər köçürmələri təkcə maddiyyatla bağlı olmayacaq, eyni zamanda, milli-mənəvi birliyimizi möhkəmləndirəcək, Vətən, torpaq, yurd sevgisini daha da artıracaq Bununla yanaşı, şəhid ailələrinin və Vətənin müdafiəsində iştirak edən şəxslərin maddi-sosial vəziyyətinin

yaxşılaşdırılması daim vətəndaş cəmiyyətinin də diqqət mərkəzindədir. Azərbaycan xalqı xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərini rəhbər tutaraq, təmənnasız kömək ənənələrini davam etdirir, vətəndaşlarımız, xarici ölkələrdə yaşayan soydaşlarımız, sahibkarlar, humanitar və digər təşkilatlar şəhid ailələrinin və hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə, maddi, tibbi və digər sosial xərclərinin ödənilməsinə yardım sahəsində həmrəylik nümayiş etdirirlər.Xüsusi olaraq qeyd olunmalıdır ki, “YAŞAT” Fondu, sözün əsl mənasında, cəmiyyət və dövlət birliyinin təcəssümüdür. Sevindirici haldır ki, böyük humanitar missiyanı özündə ehtiva edən “YAŞAT” Fonduna həmçinin könüllü ödəmələr durmadan davam edir. Bu isə cəmiyyətimizdə yaşanan milli birliyin və həmrəyliyin göstəricisidir. Bütövlükdə, bu Fondun yaradılması Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban verən hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğısının bariz nümunəsidir. Cənab Prezidentin müvafiq sərəncamı ilə şəhid ailələri və Qarabağ əlillərinin problemlərinin həlli ilə bağlı yerli icra hakimiyyəti orqanlarında müvafiq şöbə yaradılıb. Bu addım da onların sosial məsələlərinin həllinin daha çevik formada həll edilməsinə xidmət edir. Fondun şəffaf fəaliyyəti dövlətə ictimai etibarı da artırır. Fonda daxil olan vəsait ilə əlaqədar məlumatlar mütəmadi qaydada ictimaiyyətə təqdim olunması olduqca təqdirəlayiqdir. İndiyə qədər fonda 30 milyon manata yaxın vəsait toplanıb ki, bunun da təqribən 19 milyon manatı fiziki şəxslər, qalanı isə hüquqi şəxslər tərəfindən ödənilib.

“YAŞAT” Fondu şəhid ailələrinin və müharibədə yaralanan əsgərlərimizin istər sosial rifahının və ailə-məişət şəraitinin yaxşılaşdırılması, istərsə də övladlarının təhsil almaları üçün müvafiq dövlət qurumları qarşısında məsələnin qaldırılması və həlli istiqamətində əməli addımlarla yadda qalıb. Əminik ki, bundan sonrakı dövrdə də YAŞAT Fondu fərmandan irəli gələn və qarşısında duran vəzifələrin icrası istiqamətində daha praktiki, səmərəli fəaliyyət ortaya qoyacaq.

Bakıxanov qəsəbəsi, 107 saylı məktəbin psixoloqu Gülarə İsmayılova
Bu gün, 12:53
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
Bu gün, 12:51
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
Bu gün, 12:49
Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb
Bu gün, 11:31
Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır
Bu gün, 11:29
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
Bu gün, 11:27
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
Bu gün, 11:25
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
Bu gün, 11:22
DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Bu gün, 11:21
Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər
Bu gün, 11:19
Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nin xalçası təqdim olunub
Bu gün, 11:17
Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib
Bu gün, 10:42
Azərbaycan nefti 122,49 dollara satılır
Bu gün, 10:41
Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb
Bu gün, 10:28
Yağıntılı hava şəraiti müşahidə olunur
Bu gün, 10:25
Sentyabrın 28-də İtaliyanın paytaxtı Romada “Harmoniya” sənədli filminin təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənə
Dünən, 12:58
Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri -
Dünən, 12:56
Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək
Dünən, 12:55
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
Dünən, 12:53
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Dünən, 12:50
Prezident İlham Əliyevin sosial media hesablarında Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı paylaşım edilib
Dünən, 12:49
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
Dünən, 12:47
Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub
Dünən, 12:44
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
Dünən, 12:38
Vətən müharibəsinin xronikası: 28 sentyabr
Dünən, 12:37
Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək
Dünən, 12:35
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Dünən, 11:33
Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930