Beynəlxalq təşkilatlar azərbaycanlıların mövqeyini sözdə daim dəstəkləmişlər, lakin əməldə bu özünü doğrultmamışdır
Elm və təhsil
Oxunub: 489
5 apr 2021 | 14:35
Beynəlxalq təşkilatlar azərbaycanlıların mövqeyini sözdə daim dəstəkləmişlər, lakin əməldə bu özünü doğrultmamışdır



Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır.Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan sazişinə əsasən yaradılmışdır. Bu təşkilatın əsas məqsədi regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasət məsələlərində ortaq yanaşmanın təşviq edilməsi, beynəxalq terrorizm, separatçılıq, ektremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, eyni zamanda bütün sahələrdə qarşılıqlı əlaqələrin genişləndirilməsidir. TDƏŞ-in mənzil-qərərgahı Türkiyənin İstanbul şəhərində yerləşir. Baş katib vəzifəsini 03 sentyabr 2018-ci il tarixindən Bağdat Amreyev icra edir. Azərbaycan Qırğızıstan, Qazaxıstan, Türkiyə və Özbəkistan təşkilatın üzvləridir.

11 sentyabr 2015-ci il tarixində Nur Sultanda qəbul edilmiş Beşinci Zirvə görüşündə tərəflər “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin” tezliklə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü əsasında həllinin vacibliyi bir daha vurğulanmışdır. 2019-cu ildə Bakıda keçirilmiş zirvə toplantısında Nursultan Nazarbəyev Türk Şurasının sədri seçildi.

31 mart 2021-ci il tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirildi. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev toplantıda çıxış edərkən İkinci Qarabağ müharibəsindən danışdı. 30 ilə yaxın bir müddət ərzində Ermənistanın Beynəlxalq Birlik tərəfindən tanınan tarixi ərazilərimizin işğal altında saxladığını vurğuladı. Torpaqlarımızın 20 faizindən çoxu mənfur düşmən tərəfindən işğal edilmiş, 1 milyondan çox azərbaycanlı öz doğma torpağından didərgin düşmüşdür, qaçqın, köçkün vəziyyətinə salınmışdı. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənistan Azərbaycanlılara qarşı soyqırım törətmişdir. 1992-ci ildə törədilən soyqırım nəticəsində 600- dən çox günahsız insan vəhşicəsinə öldürülmüşdür. Beynəlxalq təşkilatlar azərbaycanlıların mövqeyini daim dəstəkləmişlər, lakin bu dəstək praktik həyatda özünü doğrultmamışdır.

BMT 4 qətnamə qəbul etsə də, bu məsələ öz həllini tapmamışdır. Digər Beynəlxalq təşkilatlar da Azərbaycanın mövqeyini dəstəkləyirdi, lakin real müstəvidə məsələnin həlli həyata keçirilmirdi. ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası və s. Azərbaycanın haqlı mövqeyini müdafiə etmişlər. 1992-ci ildə məsələnin dinc yolla həlli üçün ATƏT-in Minsk qrupu təsis edilmişdir.Lakin 28 il fəaliyyət göstərən bu təşkilat heç bir real iş görməmişdir. Halbuki bu təşkilat Ermənistana qarşı sanksiyalar etməklə, sözdə deyil, real işdə əməli tədbirlər görməklə məsələni Azərbaycanın xeyrinə və Beynəlxalq Birlik tərəfindən tanınan ərazi bütövlüyümüz çərçivəsində həll edə bilərdi. Bu konflikt sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində öz həllini tapardı. Lakin məsələnin dondurulması gərginliyi daha da artırdı. Ermənistanın da danışıqlardan qəti imtina etməsi, Ermənistan rəhbərliyinin təxribat xarakterli addımları münasibətləri daha da gərginləşdirdi. Azərbaycanı yeni müharibə ilə hədələyən Ermənistan rəhbərliyi Azərbaycanı

müharibəyə təhrik etdi. Lakin Azərbaycan heç bir təxribata uymadı. Bütün Beynəlxalq normalara əməl edərək təmkinini qorudu. Belə olan halda Ermənistan hökuməti Ermənistan –Azərbaycan sərhəddində mövqelərimizi yenidən atəşə tutdu. Bir neçə hərbiçimiz həlak oldu. Ermənistanın diversiya təxribat qrupu sərhəddimizi keçməyə çalışdı. Yeni-yeni torpaqlarımızı ələ keçirməyə səy göstərdi. Avqust ayında yeni bir təxribat törədildi. Nəhayət, sentyabrın sonlarında Azərbaycanın əraziləri Ermənistan tərəfindən artilleriya atəşinə məruz qaldı. Azərbaycan əks-hücum əməliyyatı həyata keçirərək 44 günlük müharibədə tam qələbə qazandı. Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. Noyabrın 8-də tarixi Azərbaycan şəhəri olan Şuşanın azad edilməsindən sonra, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Noyabrın 9-dan 10-na keçən gecə imzalanmış bəyanata görə digər rayonlarımız siyasi yollarla Azərbaycana qaytarıldı. Dağlıq Qarabağ münaqişəsi öz həllini tam şəkildə tapmışdır.Azərbaycan tarixi zəfərini çaldı. Hal-hazırda həmin ərazilərdə bərpa işlərinə başlanmışdır.

Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək nümayiş etdirdi. Türk Şurası müharibə başlayan gündən Azərbaycana dəstək vermişdir. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı da dövlətimizə öz dəstəyini göstərmişdir.

İşğal altında olan sahələrimiz erməni vandalları tərəfindən məhv edilmişdir. Məscidlər, mədəni abidələr dağıdılmışdır. Cənab İlham Əliyev Zəngəzur dəhlizinin bərpa edilməsini qarşıda duran əsas vəzifə kimi qiymətləndirdi. Bu bütün türk dünyası üçün yeni nəqliyyat dəhlizinin yaranması ilə nəticələnəcəkdir.

Cənab prezident İlham Əliyev TDƏŞ-nın videokonfransında Azərbaycan həqiqətlərini nəinki Türk Dünyasına, bütün dünyaya çatdırdı. Azərbaycanın haqlı mövqeyini bir daha sərgilədi. Vətən torpaqlarımızın azad edilməsi uğrunda apardığımız 44 günlük Vətən müharibəsində Azərbaycanın ədalətli mövqeyini nümayiş etdirdi. Azərbaycan xalqının humanist, insanpərvər, qonaqpərvər kimi ali hisslərə və eyni zamanda, lazım gələrsə, düşmənə layiqli cavab verə biləcək iradəyə malik bir xalq olduğunu bütün Dünyaya sübut etdi.

Biz inanırıq ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan bundan sonra da yeni-yeni zəfərlər qazanacaq. İşğaldan azad edilmiş torpaqlarımız tezliklə abadlaşdırılacaq. Yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız doğma torpaqlara qayıdacaq. Zəngəzur dəhlizi bütün Türk Dünyasını birləşdirəcək. Vətənimz Azərbaycan günü –gündən inkişaf edəcək, çiçəklənəcək. Türk Dövlətlərinin birliyi əbədi və sarsılmaz olacaq!

Bakıxanov qəsəbəsi, 213 nömrəli məktəb-liseyin tarix müəllimi Mütəllimova Mahirə Əliağa qızı
Bu gün, 11:43
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Bu gün, 11:14
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlanır
Bu gün, 11:11
Dövlət qulluğuna qəbul üzrə imtahanda 434 namizəd uğur qazanıb
Bu gün, 11:09
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü başlayır
Bu gün, 11:05
Miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan edilib
Bu gün, 11:03
Avqustda bankların cəmi aktivləri 2,5 faiz artıb
Bu gün, 11:01
Bəzi rayonlarda elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
Bu gün, 10:59
Neft ucuzlaşır
Bu gün, 10:57
Qızıl və gümüş bahalaşıb
Bu gün, 10:55
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
Bu gün, 10:53
Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər
Bu gün, 10:51
Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib
Bu gün, 10:50
Hazırda Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır
Dünən, 12:35
Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib
Dünən, 12:31
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
Dünən, 12:27
Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir
Dünən, 12:22
Xəzərdə zəlzələ olub
Dünən, 12:18
Ötən gün 48 cinayətin açılması təmin olunub
Dünən, 12:16
Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb
Dünən, 12:15
Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb
Dünən, 12:10
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Dünən, 12:07
Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub
Dünən, 12:02
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Dünən, 11:59
Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub
Dünən, 11:53
Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub
23-09-2026, 12:24
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib
23-09-2026, 12:23
Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930