Bu gün uğurla irəliləyən Azərbaycanın gələcəyi daha möhtəşəm olacaqdır
Elm və təhsil
Oxunub: 314
11 mar 2021 | 12:04
Bu gün uğurla irəliləyən Azərbaycanın gələcəyi daha möhtəşəm olacaqdır


Məlum olduğu kimi martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilmişdir. Azərbaycan Prezidenti Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin həmişə olduğu kimi, möhtəşəm çıxışı-geniş, dərin məzmunlu, proqram xarakterli çıxışı hamını heyran etdi. Əlbəttə bu qururltayın keçirilməsinin əsas məqsədi Azərbaycan tərəfindən regionda yaradılan yeni reallıq şəraitində partiyanın fəaliyyətinin daha səmərəli təşkilindən ibarət idi. 1992-ci il noyabrın 21-i Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan şəhərində təsis konfransı keçrilən Yeni Azərbaycan Partiyası ölkəmizdə əsas hərəkətverici təşkilata çevrilərək dövlət müstəqilliyimizin möhkəmləndirilməsinin və Azərbaycanın hərtərəfli yüksəlişinin təminatçısı olmuşdur. Partiyanın Azərbaycanın müstəqillik tarixində ən böyük missiyası ölkəmizin ən ağır, faciəli günlərində dövlətçiliyimizin qorunması, xalqımızın vahid ideologiya ətrafında birləşdirilməsi, onun gələcəyə olan inamın gücləndirilməsi kimi məsələlərin həllində böyük uğurlara imza atmasıdır.
Yeni Azərbaycan Partiyasının gücü, ilk növbədə onun əvəzsiz lideri Heydər Əliyevdir. Yeni Azərbaycan Partiyasının təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. Partiya liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir. Ulu Öndərin sosial-iqtisadi, siyasi strategiyasını uğurla davam etdirən, onu müasir tələblərə uyğun olaraq inkişaf etdirən ölkə başçımız bütün sahələrdə yüksəlişə nail olmuşdur.
2020-ci il sentyabrın 27-də Ermənistan tərəfindən növbəti dəfə hərbi təxribat törədildikdə Silahlı Qüvvələrimizin Ali Baş Komandanının əks-hücum haqqında əmri
verildi. Ermənipərəst bəzi xarici dövlətlərin, beynəlxalq təşkilatların təzyiqlərinə, təhdidlərinə baxmayaraq Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi
altında xalqımızın hərtərəfli dəstəyi ilə şanlı ordumuzun cəsarəti, qətiyyəti, yüksək döyüş qabliyyəti sayəsində Qarabağın azadlığı uğrunda başlanan Vətən müharibəsində 30 il ərzində mənfur düşmənin əsarəti altında olan torpaqlarımız azad edildi, düşmən kapitulyasiya Aktını imzalamağa məcbur edildi. Ali Baş Komandanımız bildirmişdir ki, o, 17 illik hakimiyyəti dövründə dörd mühüm məsələnin həllinə nail olmuşdur. Bunlardan birincisi-xalqla iqtidarın birliyi təmin olunmuş, ikincisi-Qarabağ probleminin tarixi və hüquqi aspektləri dünya ictimayyətinə çatdırılmış, üçüncüsü-ölkədə güclü iqtisadiyyat yaradılmış, dördüncüsü- ordu quruculuğu prioritet sahə kimi diqqət mərkəzində olmuşdur. Məhz bunların nəticəsidir ki, 44 günlük Qarabağ müharibəsində Azərbaycan xalqı dəmir yumruq kimi Ali Baş Komandanımızın ətrafında sıx birləşərək düşmənə sarsıdıcı zərbə endirib tarixi qələbəyə nail oldu. Bu gün Azərbaycanın əldə etdiyi möhtəşəm qələbə, Ali Baş Komandanımızın yüksək sərkərdəlik bacarığı, siyasi-diplomatik məharəti, ordumuzun dünya hərb tarixində nümayiş etdirdiyi yeniliklər dünya dövlətləri tərəfindən tədqiq edilir, öyrənilir. Qarabağ döyüşlərində şəhid olan əsgər və zabitlərimizin, dinc insanların, qazilərimizin qanı yerdə qalmadı, onların qisası alındı. Dövlət başçımız partiyanın VII qurultayında çıxışı zamanı dediyi kimi görüləcək işlərə qayıtdıqda, mən şəhid ailələrinə göstərilən dəstəyi xüsusilə qeyd etmək istəyirəm. Partiyamızın fəalları bu sahədə də fəal olmalıdırlar, dövlət öz üzərinə düşən vəzifələri icra edir. Müharibədən 4 ay keçməsinə baxmayaraq artıq 1500 şəhid ailəsi və müharibə əlilinə mənzillər təqdim edilmişdir. Yeni Azərbaycan Partiyasının nümayəndələri bu kateqoriyadan olan insanlara daim qayğı, diqqət göstərdilər. Vətən müharibəsindən sonra ölkəmizin qarşısında yeni vəzifələr durur. Azad olunmuş Qarabağın yüksək səviyyədə bərpası, bütün sahələrdə dayanıqlı, davamlı inkişafın təmin edilməsi, müstəqilliyimizin əbədi olması, vətənimizin qüdrətinin durmadan artması, xalqımızın daim təhlükəsizlik şəraitində yaşaması dövlətimizin qarşısında duran ən vacib vəzifələrdir. Möhtərəm Prezidentimizin rəhbərliyi altında bu vəzifələrin şərəflə yerinə yetiriləcəyinə heç bir şübhə ola bilməz. Bu gün uğurla irəliləyən Azərbaycanın gələcəyi daha möhtəşəm olacaqdır.

Xalidə Sadıqova şəhər 2 saylı uşaq bağçasının müdiri
Dünən, 11:43
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Dünən, 11:14
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlanır
Dünən, 11:11
Dövlət qulluğuna qəbul üzrə imtahanda 434 namizəd uğur qazanıb
Dünən, 11:09
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü başlayır
Dünən, 11:05
Miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan edilib
Dünən, 11:03
Avqustda bankların cəmi aktivləri 2,5 faiz artıb
Dünən, 11:01
Bəzi rayonlarda elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
Dünən, 10:59
Neft ucuzlaşır
Dünən, 10:57
Qızıl və gümüş bahalaşıb
Dünən, 10:55
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
Dünən, 10:53
Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər
Dünən, 10:51
Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib
Dünən, 10:50
Hazırda Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır
24-09-2026, 12:35
Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib
24-09-2026, 12:31
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
24-09-2026, 12:27
Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir
24-09-2026, 12:22
Xəzərdə zəlzələ olub
24-09-2026, 12:18
Ötən gün 48 cinayətin açılması təmin olunub
24-09-2026, 12:16
Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb
24-09-2026, 12:15
Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb
24-09-2026, 12:10
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
24-09-2026, 12:07
Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub
24-09-2026, 12:02
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
24-09-2026, 11:59
Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub
24-09-2026, 11:53
Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub
23-09-2026, 12:24
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib
23-09-2026, 12:23
Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930