Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycan Respublikası Müdafiə naziri Zakir Həsənov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Təbrikdə deyilir:
"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!
Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza möhkəm cansağlığı, şərəfli xidmətinizdə uğurlar arzulayıram.
Ümummilli lider Heydər Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində dövlətimizin iqtisadi dayaqları formalaşdırılaraq, müstəqilliyimiz əbədi və dönməz olmuşdur. Eyni zamanda, xalqımızın milli mənlik şüurunun formalaşmasına və dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunmasına Ulu Öndər əvəzsiz töhfələr bəxş etmişdir. Hazırda layiqincə davam etdirilən bu siyasət nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən dövlətçiliyimizin inkişafı naminə məqsədyönlü islahatlar həyata keçirilir.
Dövlətimizin inkişafında prioritet istiqamətlərdən hesab edilən ordumuzun hərbi qüdrətinin daha da artırılması məqsədilə atılan addımlar həyata keçirilən bu islahatların əsas tərkib hissələrindəndir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycanın dünyada nüfuzu gündən-günə artaraq, xalq-dövlət-ordu birliyi daha da möhkəmlənibdir.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında erməni silahlı birləşmələrinin törətdiyi təxribatlara qarşı ordumuzun başladığı uğurlu əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində hərbi qulluqçularımızın göstərdiyi qəhrəmanlıqlar, şücaətlər sayəsində 30 ilə yaxın düşmən işğalında qalan tarixi torpaqlarımız azad edildi. Ali Baş Komandanın müdrik siyasəti və ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu gün rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlarda üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Dekabrın 10-da Azadlıq meydanında Vətən müharibəsində Böyük Qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradı müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında gündən-günə qüdrətlənən Azərbaycan Ordusunun yenilməzliyinin bir daha təsdiqidir.
Vətənimizin müstəqilliyinin, ərazi bötövlüyünün qorunması naminə canlarından keçən bütün şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları, şəxsi heyəti bayramlar münasibətilə təbrik edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti arzulayıram.
Hərbi anda sədaqətə, çətin və şərəfli hərbi xidmətdə fədakarlığa görə hər birinizə minnətdarlığımı bildirirəm.
Bayramınız mübarək olsun!".
25-09-2026, 11:43
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
25-09-2026, 11:14
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlanır
25-09-2026, 11:11
Dövlət qulluğuna qəbul üzrə imtahanda 434 namizəd uğur qazanıb
25-09-2026, 11:09
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü başlayır
25-09-2026, 11:05
Miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan edilib
25-09-2026, 11:03
Avqustda bankların cəmi aktivləri 2,5 faiz artıb
25-09-2026, 11:01
Bəzi rayonlarda elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
25-09-2026, 10:59
Neft ucuzlaşır
25-09-2026, 10:57
Qızıl və gümüş bahalaşıb
25-09-2026, 10:55
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
25-09-2026, 10:53
Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər
25-09-2026, 10:51
Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib
25-09-2026, 10:50
Hazırda Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır
24-09-2026, 12:35
Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib
24-09-2026, 12:31
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
24-09-2026, 12:27
Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir
24-09-2026, 12:22
Xəzərdə zəlzələ olub
24-09-2026, 12:18
Ötən gün 48 cinayətin açılması təmin olunub
24-09-2026, 12:16
Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb
24-09-2026, 12:15
Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb
24-09-2026, 12:10
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
24-09-2026, 12:07
Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub
24-09-2026, 12:02
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
24-09-2026, 11:59
Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub
24-09-2026, 11:53
Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub
23-09-2026, 12:24
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib
23-09-2026, 12:23
Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq