"Elm" nəşriyyatında “Əbədiyaşar bəşəri fəlsəfə - dialoq” kitabı işıq üzü görüb
Siyasət / Ölkə / Elm və təhsil
Oxunub: 303
18 okt 2022 | 14:20


Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatında multikulturalizmin inkişafına böyük töhfə olan “Əbədiyaşar bəşəri fəlsəfə - dialoq” kitabı çap olunub. Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ideya müəllifi olduğu, dünyada məşhur “Azərbaycan multikulturalizmi modeli”nin siyasi idarəçilik proqramına tətbiqi istiqamətində AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun bəşəri humanizm siyasətini ehtiva edən multikulturalizm mövzusunda nəşrlərindən biridir.
Nəşrə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2004-2021-ci illər ərzində bütün planetdə bəşəri fəlsəfə - mültikulturalizm, qlobal və milli mədəniyyət mövzularına həsr olunmuş çoxsaylı beynəlxalq tədbirlərdə nitqlərini, çıxışlarını, siyasi elita nümayəndələri ilə görüşlərini əhatə edən 200-ə yaxın material daxil edilib.
Aktuallığı və mövzu yeniliyi ilə diqqət çəkən bu nəşr Mehriban xanım Əliyevanın mədəniyyətlərarası dialoqu möhkəmləndirən, elmi və təcrübi baxımdan böyük mahiyyət kəsb edən xidmətlərinə həsr olunmuş, tədqiqatçıları gözləyən zəngin elmi mənbədir.
“Ön söz”ün müəllifi, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın qeyd etdiyi kimi, bu elmi mənbənin tədqiq olunub dəyərləndirilməsi bir ümumi səma altında birləşən millətlər və xalqların çoxmədəniyyətlilik hadisəsi - multikulturalizmin inkişafına böyük töhfə kimi əhəmiyyət daşıyır. Eyni zamanda bu irsin elmi tədqiqata cəlb olunması Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet konsepsiyasının, həmçinin XXI əsr Azərbaycan cəmiyyətinin güclü qadın liderinin beynəlxalq miqyasda həyata keçirmiş olduğu mədəniyyət proqramının dərkini əsaslandırır.
Kitabda dərc olunan materiallarda Mehriban xanım Əliyevanın fəaliyyətinin mədəniyyətlərarası dialoq və çoxmədəniyyətlik mövzularını əhatə edən ictimai-siyasi irsin ayrı-ayrı elm sahələri üzrə, həm də müasir dünya elminin tətbiq etdiyi fənlərarası istiqamətlərdə maraq doğurduğu əks olunur. Təqdim olunan nitqlərdə və çıxışlarda etno-milli identiklik və müasir qlobal mədəniyyət, xüsusilə də dialoq fəlsəfəsinin aktual məsələləri ana xətt təşkil edir.
“Əbədiyaşar bəşəri fəlsəfə - dialoq” kitabının elmi məsləhətçisi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru Tarix İnstitutunun şöbə müdiri, akademik Nərgiz Axundova, redaktoru Lalə Əliyeva, rəyçisi tarix elmləri doktoru Eynulla Mədətlidir.
İctimai-siyasi fikir tariximizin dünəndən bu günə və gələcəyə miras ənənəsi mahiyyətində olan bu dəyərli nəşrin tərtibçiləri AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva və həmin şöbənin əməkdaşı Sevinc Quliyevadır.
Xüsusilə qeyd etmək yerinə düşər ki, kitabda tarixi-xronoloji ardıcıllığa əməl olunması, təkrarlara yol verilməməsi, tarixin təhrif edilməməsi və digər metodik şərtlər diqqətdə saxlanılıb.
Bir neçə dilə tərcümə olunması nəzərdə tutulan kitab tədqiqatçılar, siyasətçilər, hüquqşünaslar, diplomatik korpus nümayəndələri, tələbələr, eləcə də geniş oxucu kütləsi üçün faydalı nəşrdir.
Mənbə:Facebook.com
25-09-2026, 11:43
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
25-09-2026, 11:14
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlanır
25-09-2026, 11:11
Dövlət qulluğuna qəbul üzrə imtahanda 434 namizəd uğur qazanıb
25-09-2026, 11:09
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü başlayır
25-09-2026, 11:05
Miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan edilib
25-09-2026, 11:03
Avqustda bankların cəmi aktivləri 2,5 faiz artıb
25-09-2026, 11:01
Bəzi rayonlarda elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
25-09-2026, 10:59
Neft ucuzlaşır
25-09-2026, 10:57
Qızıl və gümüş bahalaşıb
25-09-2026, 10:55
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
25-09-2026, 10:53
Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər
25-09-2026, 10:51
Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib
25-09-2026, 10:50
Hazırda Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır
24-09-2026, 12:35
Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib
24-09-2026, 12:31
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
24-09-2026, 12:27
Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir
24-09-2026, 12:22
Xəzərdə zəlzələ olub
24-09-2026, 12:18
Ötən gün 48 cinayətin açılması təmin olunub
24-09-2026, 12:16
Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb
24-09-2026, 12:15
Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb
24-09-2026, 12:10
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
24-09-2026, 12:07
Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub
24-09-2026, 12:02
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
24-09-2026, 11:59
Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub
24-09-2026, 11:53
Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub
23-09-2026, 12:24
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib
23-09-2026, 12:23
Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930