"Makronun bəyanatları Qafqazdakı sülh prosesinə çox böyük mənfi təsir göstərir" - RƏY

"Emmanuel Makronun verdiyi bəyanatlar Cənubi Qafqazdakı sülh prosesinə bilavasitə çox böyük mənfi təsir göstərir".
Bu sözləri "Report"a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
O, Fransanın Prezidentinin timsalında bu dövlətin qərəzli və biabırçı siyasəti ilə üz-üzə qalmaqda təəssüfləndiyini bildirib:
"Azərbaycanla Ermənistan arasında sülh prosesi üçün addımlar atıldığı bir vaxtda Emmanuel Makron və onun satılmış partiyasının üzvləri özlərini ərköyün uşaq kimi aparmağa davam edirlər. Bu da əlbəttə ki, Cənubi Qafqazdakı sülh prosesinə bilavasitə çox böyük mənfi təsir göstərir".
Təşkilat sədri Fransa prezidentini ölkəsinin daxili problemləri ilə, eləcə də Avropa İttifaqının mərkəzi dövləti kimi ittifaqın təhlükəsizliyi ilə məşğul olmağa çağırıb.

Makronun ermənilərin maraqlarını fransızların maraqlarından daha üstün tutduğunu vurğulayan ictimai birliyin sədri qeyd edib ki, bu istiqamətdə gündəlik Fransa parlamenti, hökuməti və KİV-i tərəfindən Cənubi Qafqazda gedən proseslər qabardılır:
"Fransanın daxilində aparılan sosioloji sorğuların Fransa cəmiyyətinin Makrona və hakimiyyətinə inanmadığını göstərməsi təsadüfi deyil. Onun legitimlik dərəcəsi 20 faizi keçmir və bu da biabırçı haldır. Azərbaycan ictimaiyyəti heç bir halda Fransanın sülhlə bağlı çağırışlarına inanmır, onun Azərbaycanla Ermənistan arasında gedən proseslərdəki drijorluğuna güvənmir və bunu qəbul etməyəcək. Emmanuel Makronun yarıtmaz siyasəti ona gətirib çıxarıb ki, ATƏT-in Minsk Qrupu Azərbaycan tərəfindən yeni proseslərdə kənarda saxlanılıb. Düzdür, Fransa Avropa İttifaqının dövləti kimi Praqadakı son görüşlərdə özünün hansısa rolunun olduğunu göstərməyə çalışdı, amma Makronun görüşə qəbul edilməsinin bir səbəbi var idi. Səbəb isə Paşinyanın öz mənəvi atası qarşısında bir daha Azərbaycanın tələblərini qəbul etməsi və yeni reallıqları Makron da öz gözü ilə görmüş olması idi”.
Fransanın Türkiyəyə qarşı düşmənçilik siyasəti həyata keçirdiyini vurğulayan politoloq əlavə edib ki, bu ölkə Cənubi Qafqazdakı proseslərə Rusiya-Türkiyə kontekstində müdaxilə edir: "Lakin söhbət ərazi bütövlüyündən, terrorizmə qarşı mübarizədən gedirsə, bu zaman ağlı başında olan, öz dövlətini düşünən hakimiyyət Azərbaycanın, yəni haqq-ədalətin yanında yer almalıdır. Fransanın apardığı siyasət öz zərərinə olacaq. Bütün bunlar bir daha Emmanuel Makronun siyasətdə nə qədər kal olduğunu göstərmiş oldu".
25-09-2026, 11:43
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
25-09-2026, 11:14
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlanır
25-09-2026, 11:11
Dövlət qulluğuna qəbul üzrə imtahanda 434 namizəd uğur qazanıb
25-09-2026, 11:09
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü başlayır
25-09-2026, 11:05
Miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan edilib
25-09-2026, 11:03
Avqustda bankların cəmi aktivləri 2,5 faiz artıb
25-09-2026, 11:01
Bəzi rayonlarda elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
25-09-2026, 10:59
Neft ucuzlaşır
25-09-2026, 10:57
Qızıl və gümüş bahalaşıb
25-09-2026, 10:55
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
25-09-2026, 10:53
Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər
25-09-2026, 10:51
Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib
25-09-2026, 10:50
Hazırda Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır
24-09-2026, 12:35
Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib
24-09-2026, 12:31
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
24-09-2026, 12:27
Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir
24-09-2026, 12:22
Xəzərdə zəlzələ olub
24-09-2026, 12:18
Ötən gün 48 cinayətin açılması təmin olunub
24-09-2026, 12:16
Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb
24-09-2026, 12:15
Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb
24-09-2026, 12:10
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
24-09-2026, 12:07
Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub
24-09-2026, 12:02
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
24-09-2026, 11:59
Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub
24-09-2026, 11:53
Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub
23-09-2026, 12:24
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib
23-09-2026, 12:23
Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq