Azərbaycan xalqının xəyal kimi görünən arzularını REALLAŞDIRAN LİDER
Siyasət
Oxunub: 267
12 apr 2021 | 14:14
Azərbaycan xalqının xəyal kimi görünən arzularını REALLAŞDIRAN  LİDER


2018-ci ilin aprelin 11-də keçirilən prezident seçkilərində Azərbaycan xalqının etimad edərək seçdiyi cənab Prezident İlham Əliyevin son üç illik fəaliyyətinə nəzər salaraq, qətiyyətlə deyə bilərik ki, o, öz liderlik keyfiyyətləri ilə artıq XXI əsrin siyasi liderinin portretini yaradıb. Dünya birliyi tərəfindən cənab İlham Əliyevin Azərbaycan rəhbərlik etdiyi dövrü sürətli sıçrayıç dövrü kimi dəyərləndirir.
Cəanb Prezidentin rəhbərliyi dövründə Azərbaycan özünün sürətli inkişaf mərhələsinə qədəm qoyub və bu inkişaf tendensiyası davam etməkdədir. Son illərdə dünyada ciddi iqtisadi-maliyyə, münaqişələr, toqquşmaların yaşanmasına baxmayaraq Azərbaycan bu təlatümlərdən yan keçir, hətta ciddi uğurlar əldə edir. Bütün bu uğurların başında Azərbaycanın milli maraqlarını müdafiə edən müdrik, uzaqgörən lider İlham Əliyev dayanır.

Bu gün cənab İlham Əliyev artıq dünya səviyyəsində qəbul edilən siyasi liderlərdəndir. Cənab İlham Əliyev uzaqgörən, cəsarətli siyasəti ilə təkcə Azərbaycan maraqlarını deyil, dünya ölkələrinin, xalqlarının maraqlarını müdafiə edir və bu istiqamətdə öz əvəzedilməz töhfəsini verir və verməkdədir. Son bir ildə pandemiya şəraitindən cənab İlham Əliyevin yürütdüyü siyasət bunun bariz nümunəsidir. Məhz bunun nəticəsidir ki, cənab İlham Əliyevin irəli sürdüyü təkliflər, təşəbbüslər beynəlxalq birlik tərəfindən ciddi qarşılanır, yüksək qiymətləndirilir və ona böyük önəm verilir.

Hələ 2003-cü ildə möhtərəm Ulu öndər Heydər Əliyev cənab İlham Əliyevi öz siyasi varisini müəyyən edərkən haqqında müdrkicəsinə və uzaqgörəncəsinə dediyi fikilərin nə qədər doğru olduğunu zaman sübut etdi. Nəinki Azərbaycan xalqı, bütün dünya Ulu öndərin dediyi bu fikirlərin həyata keçdiyinin şahidi olmaqdadır. Ulu Öndər əmin idi ki, cənab İlham Əliyev Azərbaycanın və bölgənin qarşılaşdığı problemləri həll etmək iqtidarındadır və bu keyfiyyətləri onda gördüyü üçün qətiyyətlə onun namizədliyi üzərində dayanırdı. O zaman Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqana etdiyi müraciətində deyirdi:

“Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellekt, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firəvanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bəli, tarix artıq Ulu öndərin dediyini sübut etdi. Artıq cənab İlham Əliyev dünya səviyyəli bir liderdir.

Bu gün Azərbaycan cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində öz problemlərini, qarşısında duran ciddi məsələləri həll etmək iqtidarında olan dünyanın güclü və qüdrətli dövlətlərindən birinə çevrilib. Məhz cənab Ali Baş Komandanın uzaqgörən, müdrik, cəsarətlki siyasəti nəticəsində Azərbaycanın işğal altında olan torpaqları işğaldan azad olunub, ərazi bütövlüyü təmin olunub. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə, tarixi ədaləti bərpa edərək, işğalçıları əzəli torpaqlarımızdan çıxardı. Düşmənə elə bir ağır zərbə endirdi ki, Ermənistan hələ də bu məğlubiyyətin acısını yaşamqdadır. Hələ uzun illər bunu acısını yaşamalı olacaq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni işğalçıları üzərində əldə edilən Qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. Azərbaycanın əldə etdiyi uğurlar cənab Prezident İlham Əliyevin çox gərgin fəaliyyəti nəticəsində reallaşıb. Qarşıdakı dönəmdə isə əsas hədəf işğal altındakı torpaqlarda Böyük qayıdışı təmin etməklə Azərbaycan dövlətinin gücünə və qüdrətinə əlavə güc qatmaqdır. Azərbaycan dövləti və xalqı bundan sonra da cənab Prezident İlham Əliyevin rəhbərliyi altında yeni-yeni uğurlara imza atacaq. Bu gün insanlarımızın düşüncəsində olan, xəyal kimi görükən arzularını, planlarını reallaşdıracaq. Necə ki, biz ötən 18 ildə buna şahidlik etməkdəyik. Biz buna əminik və inanırıq. İnanırıq ki, yaxın gələcəkdə biz siması dəyişib, yeniləşən, daha güclü və qüdrətli bir Azərbaycanı görəcəyik.

Azərbaycan xalqının xəyal kimi görünən arzularını REALLAŞDIRAN  LİDER


Milli Məclisin deputatı İqbal Məmmədov
25-09-2026, 11:43
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
25-09-2026, 11:14
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlanır
25-09-2026, 11:11
Dövlət qulluğuna qəbul üzrə imtahanda 434 namizəd uğur qazanıb
25-09-2026, 11:09
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü başlayır
25-09-2026, 11:05
Miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan edilib
25-09-2026, 11:03
Avqustda bankların cəmi aktivləri 2,5 faiz artıb
25-09-2026, 11:01
Bəzi rayonlarda elektrik enerjisinin verilişində məhdudiyyət olacaq
25-09-2026, 10:59
Neft ucuzlaşır
25-09-2026, 10:57
Qızıl və gümüş bahalaşıb
25-09-2026, 10:55
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
25-09-2026, 10:53
Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər
25-09-2026, 10:51
Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib
25-09-2026, 10:50
Hazırda Bakıda küləyin sürəti saniyədə 22 metrə çatır
24-09-2026, 12:35
Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib
24-09-2026, 12:31
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
24-09-2026, 12:27
Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir
24-09-2026, 12:22
Xəzərdə zəlzələ olub
24-09-2026, 12:18
Ötən gün 48 cinayətin açılması təmin olunub
24-09-2026, 12:16
Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb
24-09-2026, 12:15
Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb
24-09-2026, 12:10
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
24-09-2026, 12:07
Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub
24-09-2026, 12:02
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
24-09-2026, 11:59
Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub
24-09-2026, 11:53
Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub
23-09-2026, 12:24
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib
23-09-2026, 12:23
Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930