"Fol çatışmazlığı depressiya və autizm hallarının artmasında əsas səbəblərdəndir" - Endokrinoloq

Son illərdə bədəndə daha sürətlə yetməzliyi müşahidə olunan maddələrdən biri də fol turşusu-B9 vitaminidir. Fol turşusu orqanizmdə proteinləri (zülalları) təşkil edən aminturşu metabolizmasında, DNT-ni əmələ gətirən nuklein turşularının yaranmasında, qan hüceyrələrinin əmələ gəlməsi və çoxalmasında rol oynayır.
Tanınmış həkim-endokrinoloq Fərhad Burzu bildirib ki, fol turşusu B12 vitamini ilə birgə təsir edir. Yəni, bu vitaminlərdən biri çatışmadıqda digərinin də təsiri zəifləyir.
Onun sözlərinə görə, fol turşusu hamilə qadınlarda çatışmadıqda döldə onurğa sütununun Spina Bifida deyilən inkişaf qüsuru (yırtığı) və anensefaliyaya səbəb ola bilər. Həmçinin fol turşusu çatışmazlığı zamanı aşağıdakı əlamətlər ola bilər:
Ağız boşluğunda yaralar, dilin şişməsi, uşaqlarda böyümə geriliyi, zəiflik, yorğunluq, yuxululuq, əsəbilik, halsızlıq, həyat keyfiyyətinin düşməsi, dəri turqorunun (keyfiyyətinin) itməsi, baş ağrıları və s.
Araşdırmalara görə, fol çatışmazlığı depressiya və autizm hallarının artmasında əsas səbəblərdəndir.
Fol turşusu orqanizmə qida vasitələri ilə daxil olur. Paxlalı bitkilər (lobya, noxud), qulançar, lobya, soya, günəbaxan tumları, cəfəri, nanə, keşniş, brokoli, yumurta, çərəzlər və s. qidalarda fol turşusu üstünlük təşkil edir. Orqanizmin gündəlik fol ehtiyacı 400 mkg-dır.
"Unutmamaq lazımdır ki, anemiyalar zamanı fol turşusu müalicəvi dozada qəbul olunmalıdır və bunun üçün həkimlə məsləhətləşməyiniz vacibdir. Çünki fol turşusu artıqlığı zamanı orqanizmdə zəhərlənmə halı baş verə bilər", - deyə Fərhad Burzu əlavə edib.
17-11-2026, 12:59
Qahirədə Misirdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib
17-11-2026, 12:58
Gürcüstandan olan gənclər ADA Universitetinin proqramlarında fəal iştirak edirlər
17-11-2026, 12:56
İdris İsayev: Azərbaycanın 10 universiteti dünyanın ən yaxşı 1000 ali məktəbi sırasındadır
17-11-2026, 12:55
Xocalıda yeni tut bağları salınıb
17-11-2026, 12:53
Səfir: Azərbaycan müdafiə və təhlükəsizlik baxımından dəyərli tərəfdaşdır
17-11-2026, 12:50
Sabahın hava proqnozu açıqlanıb
17-11-2026, 12:48
DSMF Dünya Pensiya Sammitinin müsabiqəsində iki beynəlxalq mükafata layiq görülüb
17-11-2026, 12:47
Aysel Yaqubova: COP31 çərçivəsində təmiz enerji texnologiyalarının təşviqi istiqamətində əməkdaşlıq edirik
17-11-2026, 12:46
Azərbaycan və Dünya Bankı kənd təsərrüfatı sahəsində yeni layihənin icrasını müzakirə ediblər
17-11-2026, 11:13
AAYDA sədri Lənkəran, Astara və Lerik sakinlərinin müraciətlərini dinləyəcək
17-11-2026, 11:12
Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir
17-11-2026, 11:10
Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edilib
17-11-2026, 11:05
Azərbaycan basketbol millisi İslandiya ilə qarşılaşacaq
17-11-2026, 11:03
Nazir Anar Əliyev Naxçıvanda vətəndaşlar müraciətlərini dinləyəcək
17-11-2026, 10:58
FHN-dən valideynlərə ciddi çağırış: Uşaqları evdə tək qoymayın
17-11-2026, 10:55
DİN: Ötən gün 52 cinayətin açılması təmin olunub
17-11-2026, 10:53
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
17-11-2026, 10:51
Milli iradənin tarix yazdığı gün
16-11-2026, 18:56
İmadəddin Nəsimi İrsində Etno-İdentik və Multikultural Dəyərlər" monoqrafiyasının müzakirəsi keçiriləcək
16-11-2026, 12:05
Bakıda küləyin sürəti 28 m/s-dək güclənib, Xınalığa və Şahdağa qar yağır
16-11-2026, 12:02
Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanıb
16-11-2026, 12:01
Prezidentin Mətbuat Xidmətinin məlumatı
16-11-2026, 11:59
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
16-11-2026, 11:57
Goldman Sachs”: Neft bazarında kifayət qədər böyük təklif artıqlığı yarana bilər
16-11-2026, 11:55
Qızıl yeni həftəyə ucuzlaşma ilə başlayıb
16-11-2026, 11:53
Azərbaycanda 140 nəfər enerji idarəçisi olmaq hüququ qazanıb
16-11-2026, 11:50
Sahibə Qafarova: Əhalinin gəlirlərinin artırılması üçün tədbirlər görülür