"Azərbaycan-Türkiyə kistik fibroz müzakirələri" layihəsi çərçivəsində dəyirmi masa keçirilib - FOTO
Səhiyyə
Oxunub: 302
23 dek 2021 | 10:34

18-20 dekabr 2021 tarixlərində Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyinin bir ildən bəri davam etdirdiyi onlayn "Azərbaycan-Turkiyə kistik fibroz müzakirələri" layihəsi çərçivəsində dəyirmi masa keçirilib.

Aztibb.az xəbər verir ki, tədbirdə Azərbaycan və Türkiyənin Səhiyyə nazirliklərinin, tibbi qurumların, kistik fibroz birliklərinin sədrləri, Marmara EAH xəstəxanasının Uşaq Ağciyər Xəstəlikləri şöbəsinin professor və uzman həkimlərindən ibarət heyəti iştirak edib.

Dəyirmi masada Azərbaycanı millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin birinci müavini Rəşad Mahmudov, Səhiyyə Nazirliyinin baş neonatoloqu, ETMGİ YRİT şöbəsinin müdiri Rüstəm Hüseynov, Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, uzman pediatr-neanatoloq Erkin Rəhimov, Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyinin sədri Səadət Bayramova
Elmi Tədqiqat Pediatriya İnstitutunun və kliniki xəstəxanasının həkimləri təmsil ediblər.

İki gün davam edən tədbirə Rəşad Mahmudov başçılıq edib.

Dəyirmi masanın 1ci günündə professor Bülent Karadag Türkiyədə və Avropada standart müalicələr və yeni müalicə metodlarına dair müqayisəli şəkildə təqdimat edib.

Professor Yasemin Gökdəmir kistik fibroz xəstəliyi, diaqnostikası, yaxın ölkələr və Türkiyədə ən geniş rast gəlinən gen mutasiyalarına dair təqdimatla çıxış edib.

Uzman uşaq pulmonoloqu Aynur Quliyeva Marmara Universiteti Kistik Fibroz Mərkəzinin iş prinsipi, xəstəyə yanaşma və müalicə metodları haqqında məruzə edib.

Tədbirin ikinci günündə Erkin Rəhimov Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyinin təsisçilərindən biri olduğu üçün birliyin yaranma zərurətindən, 4 ildə görülən işlərdən, hazırda Azərbaycanda eyni xəstəlikdən əziyyət çəkən insanların tibbi xidmət və həyatı vacib dərmanlarla təmin olunması istiqamətində atılması planlaşdırılan addımlar haqqında ətraflı məlumat verib.

Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyinin sədri Səadət Bayramova kistik fibrozun aşkarlanma tarixinin 1938-ci il olmasına baxmayaraq ölkəmizdə geniş şəkildə maariflənmə işlərinin aparılmasının Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi ilə bağlı olduğunu qeyd edib. O, bu tədbir ilə yeni bir mərhələnin başlanacağına və xəstələrin sağlam, keyfiyyətli yaşamalarına təkan verəcək addımların atılmasına səbəb olacağına əminliyini ifadə edib.

Daha sonra məruzələr ətrafına geniş müzakirələr aparılıb.

Tədbir iştirakçıları Azərbaycanda və Türkiyədə, eləcə də dünyada kistik fibrozlu insanların, xüsusilə uşaqların xəstəliklə bağlı yaşadıqları problemlər və gələcəkdə görüləcək işlərdən bəhs ediblər. Tədbirdə ölkəmizdə bu xəstəlikdən əziyyət çəkən insanların gələcək taleyinin həllində qanunvericiliklə yanaşı, icra strukturlarının beynəlxalq təcrübəyə uyğun iş planının hazırlanmasının vacib olduğu vurğulanıb. Həmçinin ilkin diaqnostikanın xəstələr üçün əlçatan olması, neonatal skrininq, genetik araşdırma, ictimaiyyətin, həkim və tibb personalının maarifləndirilməsi üçün ölkəmizdə kistik fibroz mərkəzlərinin yaradılmasına dair tədbirlər planının hazırlanması məqsədilə təkliflər irəli sürülüb.







Dünən, 13:09
Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
Dünən, 13:07
“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır
Dünən, 13:06
Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub
Dünən, 13:03
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
Dünən, 13:01
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
Dünən, 13:00
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
Dünən, 12:59
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
Dünən, 12:58
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
Dünən, 12:57
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Dünən, 12:56
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
30-09-2026, 13:25
Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb
30-09-2026, 13:24
Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır
30-09-2026, 13:23
Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər
30-09-2026, 13:21
Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq
30-09-2026, 13:20
Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır -
30-09-2026, 12:17
Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
30-09-2026, 12:16
Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
30-09-2026, 12:12
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
30-09-2026, 11:59
Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb
30-09-2026, 11:57
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
29-09-2026, 12:53
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
29-09-2026, 12:51
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
29-09-2026, 12:49
Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb
29-09-2026, 11:31
Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır
29-09-2026, 11:29
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
29-09-2026, 11:27
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
29-09-2026, 11:25
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031