Dövlət Neft Fondu BƏƏ şirkətinə 1 milyard dollar həcmində investisiya yatırıb
Ölkə
Oxunub: 85
28 yan 2026 | 15:55

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Ərəb Enerji Fondu (“TAEF”) CVC DIF ilə tərəfdaşlıq çərçivəsində, DIF VII fondunun “PAL Cooling Holding” (“PAL”) şirkətində 50 faizlik pay əldə etməsi məqsədilə yaradılmış müştərək investisiya strukturuna sərmayə yatırıb.

ARDNF AZƏRTAC-ın yaydığı məlumata istinadən xəbər verir ki, TAEF və ARDNF arasında bu əməkdaşlıq regionda enerji səmərəliliyini artıran infrastruktur layihələrinin inkişafına yönəlmiş ortaq strateji yanaşmanı əks etdirir.

2025-ci ilin iyununda qlobal özəl bazarlar üzrə aparıcı investisiya meneceri CVC-nin infrastruktur strategiyası olan CVC DIF və “Tabreed” dünyanın aparıcı mərkəzləşdirilmiş soyutma şirkətlərindən biri olan “PAL Cooling Holding”in alınması ilə bağlı razılığa gəlib. Beləliklə, CVC DIF və “Tabreed” tərəfindən yaradılmış birgə müəssisə vasitəsilə PAL şirkəti 50/50 faizlik pay bölgüsü əsasında əldə olunub, sövdələşmənin kapital dəyəri isə təxminən 3,8 milyard BƏƏ dirhəmi təşkil edib.

“PAL Cooling Holding” Birləşmiş Ərəb Əmirliklərində mərkəzləşdirilmiş soyutma xidmətləri üzrə ikinci ən böyük operatordur. Şirkət orta hesabla 25 il müddətinə qüvvədə olan səkkiz uzunmüddətli konsessiya çərçivəsində fəaliyyət göstərir və 45 mindən çox müştəriyə xidmət edir. “PAL” ölkənin əsas inkişaf zonalarında etibarlı, səmərəli və dayanıqlı soyutma infrastrukturunun qurulmasında mühüm rol oynayır.

TAEF və ARDNF-nin CVC DIF ilə birgə əməkdaşlığı kapital imkanları və sahə üzrə dərin təcrübəsi ilə seçilən üç institusional investoru vahid platformada birləşdirərək PAL-ın əməliyyat dayanıqlığını gücləndirməklə yanaşı, şirkətin uzunmüddətli inkişaf strategiyasının icrasına dəstək verir.

“Tabreed” isə CVC DIF ilə birgə müəssisədə 50 faizlik payını saxlayaraq mərkəzləşdirilmiş soyutma sahəsindəki geniş təcrübəsini layihəyə cəlb edir. 1998-ci ildə təsis edilən “Tabreed” BƏƏ-də bu sahədə fəaliyyət göstərən ilk şirkətlərdən biridir, “Dubai Financial Market”də listinqdədir və hazırda altı ölkədə 99 obyektə sahib olmaqla onları idarə edir.

TAEF-in baş icraçı direktoru Xalid Al-Ruvey bildirib: “PAL layihəsi üzrə bu əhəmiyyətli investisiya çərçivəsində CVC və Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilə tərəfdaşlıq etməkdən məmnunuq. Mərkəzləşdirilmiş soyutma enerji səmərəliliyinin artırılmasında mühüm rol oynayır və biz əməliyyat baxımından yüksək göstəricilərə malik bir platformaya dəstək veririk. Bu əməkdaşlıq “TAEF”-in uzunmüddətli dəyər və real təsir yaradan keyfiyyətli investisiya platformalarına və tərəfdaşlıqlara yönəlmiş strateji yanaşmasını əks etdirir”.

ARDNF-nin İcraçı direktorunun müavini Rövşən Cavadov qeyd edib: “Bu mühüm layihədə iştirakımız ARDNF-nin Birləşmiş Ərəb Əmirliklərinə və ümumilikdə Körfəz regionuna olan strateji marağının bariz göstəricisidir. Mərkəzləşdirilmiş soyutma enerji səmərəliliyinə əsaslanan müasir şəhərsalmanın vacib tərkib hissəsidir və bu investisiya transmilli iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, eləcə də strateji tərəfdaşlıqların qurulması ilə bağlı məqsədlərimizə xidmət edir. Etibarlı tərəfdaşlarla birlikdə, regionun daha geniş dayanıqlılıq hədəflərinə töhfə verən konsorsium çərçivəsində Əbu-Dabidə investisiya fəaliyyətimizi genişləndirməkdən məmnunuq.”

CVC DIF-in investisiya üzrə direktoru və partnyoru Allard Ruis bildirib: “ARDNF və TAEF ilə qurduğumuz bu tərəfdaşlığı yüksək qiymətləndiririk. Bu əməkdaşlıq CVC-nin regiona, xüsusilə də Birləşmiş Ərəb Əmirliklərinə olan uzunmüddətli öhdəliyi və ölkə üzrə inkişafı dəstəkləyən bizneslərə investisiya strategiyası ilə tam uzlaşır. “PAL Cooling” yüksək keyfiyyətli investisiya layihəsidir və bütün investorlarımız üçün sabit gəlirlilik təmin etməklə yanaşı, uzunmüddətli artım və dayanıqlı dəyər yaradılması baxımından da əhəmiyyətli potensiala malikdir”.
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930