“Səyyar Gənclər Xidməti” layihəsi Xankəndidə yekunlaşıb


“Suveren dövlət, vətənpərvər gənclik” devizi ilə keçirilən və gənclərin hərtərəfli inkişafına dəstək olan “Səyyar Gənclər Xidməti”nin bağlanış mərasimi Xankəndidə olub.
Gənclər Fondundan AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması çərçivəsində həyata keçirilən layihə ölkə gəncləri arasında dövlət suverenliyi və müstəqillik anlayışlarının dərinləşdirilməsinə, tarixi Zəfərimizin mahiyyətinin yeni nəslə aşılanmasına, həmçinin regionlarda innovativ təşəbbüslərin təşviqinə xidmət edib.
Layihə cari ilin avqust ayından etibarən 15 şəhər və 132 kəndi əhatə etməklə 5000-dən çox gənci bir araya gətirib. Xidmətin yekun mərhələsi olaraq Xankəndidə keçirilən bağlanış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev, Qarabağ Universitetinin Maliyyə-təsərrüfat işləri üzrə prorektoru Rüstəm İsgəndərli və Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev çıxış edərək “Səyyar Gənclər Xidməti”nin ölkə gənclərinin maarifləndirilməsinə, dövlətçilik dəyərlərinə bağlılığının gücləndirilməsinə və onların şəxsi inkişafına verdiyi töhfələri yüksək qiymətləndiriblər.
Tədbirin rəsmi hissəsindən sonra “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev rəsmi qonaqları və iştirakçıları xidmətin fəaliyyət sahəsi ilə tanış edib. Ardınca açıq hava şəraitində gənclərin iştirakı ilə dövlət gənclər siyasəti, ixtisas seçimi, karyera planlaması, şəxsi inkişaf və könüllülük kimi mövzuları əhatə edən maarifləndirici sessiyalar və təlimlər keçirilib.
Bununla yanaşı, gənclərin yaradıcı potensialını üzə çıxarmaq məqsədilə interaktiv fəaliyyətlər - vörkşoplar, master-klaslar, intellektual yarışlar və viktorinalar təşkil olunub. Stolüstü oyunlar və komanda əsaslı əyləncə proqramları gənclərin asudə vaxtının səmərəli təşkili və sosial bacarıqlarının inkişafına şərait yaradıb. Fəaliyyətlərdə fəallığı ilə fərqlənən iştirakçılar mükafatlandırılıb.
Xatırladaq ki, “Səyyar Gənclər Xidməti” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
2-10-2026, 13:09
Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
2-10-2026, 13:07
“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır
2-10-2026, 13:06
Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub
2-10-2026, 13:03
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 13:01
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
2-10-2026, 13:00
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
2-10-2026, 12:59
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
2-10-2026, 12:58
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
2-10-2026, 12:57
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
2-10-2026, 12:56
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
30-09-2026, 13:25
Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb
30-09-2026, 13:24
Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır
30-09-2026, 13:23
Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər
30-09-2026, 13:21
Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq
30-09-2026, 13:20
Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır -
30-09-2026, 12:17
Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
30-09-2026, 12:16
Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
30-09-2026, 12:12
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
30-09-2026, 11:59
Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb
30-09-2026, 11:57
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
29-09-2026, 12:53
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
29-09-2026, 12:51
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
29-09-2026, 12:49
Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb
29-09-2026, 11:31
Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır
29-09-2026, 11:29
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
29-09-2026, 11:27
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
29-09-2026, 11:25
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək