Naxçıvan: Dünyanın ən dayanıqlı yerlərindən biri
Ölkə
Oxunub: 87
29 iyl 2025 | 19:12

Beynəlxalq onlayn media platforması olan www.eureporter.co saytında "Nakhchivan: One of the world's most sustainable places" (Naxçıvan: Dünyanın ən dayanıqlı yerlərindən biri) adlı geniş məqalə dərc olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məqalədə Azərbaycanın muxtar respublikası olan Naxçıvanın həm tarixi, həm də ekoloji baxımdan diqqətçəkən xüsusiyyətlərinə geniş yer ayrılıb.

Məqalədə vurğulanır ki, çoxzolaqlı və müasir yolları ilə seçilən Naxçıvan şəhəri, səyahətçilər üçün olduqca cəlbedici məkandır. Macəra axtaran turistlər bu şəhəri tərk edərkən xoş təəssüratlarla ayrılır, yerli sakinlərin qonaqpərvər və səmimi münasibəti isə xüsusi qeyd olunur.

Şəhərdə fəaliyyət göstərən çoxsaylı muzeylərin demək olar ki, hamısına girişin pulsuz olması da müəllif tərəfindən təqdirəlayiq hal kimi təqdim olunur. Bu muzeylər arasında Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş Heydər Əliyev Muzeyi xüsusi yer tutur. Muzeydə 5000-dən çox eksponat nümayiş etdirilir və bu eksponatlar vasitəsilə Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında ziyarətçilərə ətraflı məlumat verilir.

Məqalədə, həmçinin Naxçıvan memarlıq məktəbinin banisi, məşhur memar Əcəmi Naxçıvaninin əsərləri, o cümlədən Möminə Xatın türbəsi və Yusif Küseyir oğlu türbəsi haqqında geniş məlumat yer alıb. Qeyd edilir ki, bu türbələr Şərq memarlığının inciləri olmaqla yanaşı, Azərbaycanın milli irsinin parlaq nümunələridir.

Naxçıvanın 2018-ci ildə “İslam dünyasının mədəniyyəti paytaxtı” elan edildiyi xatırladılır və şəhərdə yerləşən, 6500 nəfərlik tutuma malik Heydər Məscidi də bu mədəniyyətin təcəssümü kimi təqdim olunur.

Məqalədə qədim yaşayış məskəni olan Ordubad rayonundakı muzeylər, eləcə də təbii gözəllikləri ilə seçilən Göygöl haqqında da məlumat verilir. Qeyd olunur ki, Göygöl son zamanlar UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib. Gölə aparan dağ yolları səyahətsevərlər üçün əsl macəra vəd edir.

Təbiət möcüzələri ilə zəngin olan bölgədə Batabat gölü, onun "üzən ada" fenomeni, eləcə də 250-dən çox mineral su mənbəyi – xüsusilə "Sirab" və "Badamlı" suları haqqında məlumatlar da oxucularla paylaşılır.

Naxçıvanda yerləşən və müalicəvi xüsusiyyətləri ilə tanınan “Duzdağ” mağarası da məqalədə xüsusi vurğulanır. Bildirilir ki, burada bronxial astma və xroniki bronxit kimi xəstəliklərin müalicəsi üçün şərait yaradılıb və sağlam insanlar belə bu mağaraya maraq göstərirlər.

Bölgənin təhsil potensialı da diqqətdən kənarda qalmayıb. Məqalədə qeyd olunur ki, Naxçıvan Dövlət Universitetində İran, Türkiyə, Banqladeş və Nigeriyadan olan çoxsaylı əcnəbi tələbələr təhsil alır.

Naxçıvanın yerli mətbəxi və kulinariya ənənələri də oxucuların diqqətinə çatdırılıb. Xüsusilə “Qayğanaq” adlı şirniyyat və qoz, şəkər tozu ilə doldurulmuş qurudulmuş ərikdən hazırlanan “Alana” xüsusi dad olaraq qeyd olunub.

Tarixi məkanlar arasında Culfa rayonunda yerləşən və “Naxçıvanın Machu Picchu”su adlandırılan Əlincə qalası da diqqət çəkir. Yerli əfsanələrdən biri isə Nuhun gəmisinin “İlandağ” zirvəsinə endiyi barədədir – dağın zirvəsindəki parçalanmanın gəminin izi olduğuna inanılır.

Sonda müəllif qeyd edir ki, Naxçıvan həm qədim mədəniyyət mərkəzi, həm də Azərbaycanın və bəlkə də Qafqazın ən təmiz şəhərlərindən biridir. Məqalədə Naxçıvanın təbiətinin, mədəniyyətinin və insanların səmimiyyətinin bu bölgəni dünyanın kəşf edilməyə layiq ən unikal yerlərindən birinə çevirdiyi vurğulanır.
10-06-2026, 11:22
Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər
10-06-2026, 11:20
Xəzər dənizində zəlzələ olub
10-06-2026, 11:16
Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək
5-06-2026, 11:29
BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir
5-06-2026, 11:25
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb
5-06-2026, 10:41
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib
5-06-2026, 10:36
Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır
5-06-2026, 10:33
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
5-06-2026, 10:32
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
4-06-2026, 13:00
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
4-06-2026, 12:57
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
4-06-2026, 12:55
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib
4-06-2026, 12:54
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
4-06-2026, 12:52
Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb
4-06-2026, 10:59
ANONS! ANONS! 40 İLLİK DOLĞUN FƏDAKAR FƏALİYYƏTƏ, ZƏNGİN KÜLLİYYATA, ÖLKƏ PREZİDENTİNİN TƏRƏQQİ MEDALININ ƏSASLARINA SAYMAMAZLIQ, HÖRMƏTSİZLİK HAQQINDA. İCLASA 10 DƏQİQƏ QALARDI, İLHAM MƏMMƏDZADƏ MƏNİ OTAĞINA ÇAĞIRIB DEDİ Kİ...
15-05-2026, 11:59
WUF13 zamanı tibbi xidmətlərin fasiləsiz təşkili təmin olunacaq
15-05-2026, 11:29
Bu gün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur
15-05-2026, 11:25
WUF13-lə bağlı Bakı metrosunda iş rejimi gücləndiriləcək
15-05-2026, 11:07
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
8-05-2026, 11:27
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq
8-05-2026, 11:25
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
8-05-2026, 11:23
Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verilib
7-05-2026, 11:16
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
7-05-2026, 11:15
Vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsi başlayıb
7-05-2026, 11:13
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
4-05-2026, 10:56
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
4-05-2026, 10:28
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031