Azərbaycanın yaşıl gələcəyi naminə atılan strateji addımlar: SOCAR enerji keçidinə önəmli töhfə verir

Qlobal enerji gündəliyində yaşıl transformasiya və dekarbonizasiya məsələləri ön plana keçdikcə, bu sahədə aparıcı rol oynamaq iddiasında olan ölkələr və enerji şirkətləri dayanıqlı inkişaf yolunda əhəmiyyətli təşəbbüslərlə çıxış edirlər. Azərbaycanın milli enerji strategiyası da bu reallıqlara cavab olaraq bərpaolunan enerji potensialının inkişafı, resurslardan səmərəli istifadənin təşviqini prioritet istiqamət kimi müəyyənləşdirib. Bu xüsusda, Azərbaycanın təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsi 2030-cu ilə qədər olan beş Milli Prioritetdən biridir.
Bu gün beynəlxalq enerji şirkətinə çevrilməkdə olan SOCAR ölkəmizdə enerji keçidinə fəal şəkildə dəstək verir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Əsəd Məmmədovun “Azərbaycanın yaşıl gələcəyi naminə atılan strateji addımlar: SOCAR enerji keçidinə önəmli töhfə verir” sərlövhəli məqaləsində yer alıb.
Məqaləni təqdim edirik.
Azərbaycanın zəngin bərpaolunan enerji potensialını nəzərə alaraq SOCAR bu istiqamətdə fəaliyyətini genişləndirib və şirkətin yaşıl gündəliyinə uyğun olaraq strateji əhəmiyyət daşıyan layihələrin icrasına start verib. Şirkət tərəfindən həyata keçirilən təşəbbüslər həm milli enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də qlobal iqlim gündəliyinə töhfə verilməsinə xidmət edir.
2023-cü ilin sonunda BƏƏ-nin Dubay şəhərində keçirilmiş COP28 İqlim Dəyişikliyi Konfransında SOCAR-ın elan etdiyi strateji məqsədlər şirkətin bu istiqamətdə nə dərəcədə məsuliyyətli və məqsədyönlü fəaliyyət göstərdiyini nümayiş etdirir. Şirkət 2050-ci ilə qədər “xalis sıfra” nail olmaq, 2030-cu ilə qədər bütün əməliyyat sahələrində rutin məşəldə yandırılmanın sıfra endirilməsi, 2035-ci ilə qədər “upstream” seqmentində sıfra yaxın metan intensivliyi, 2035-ci ilə qədər korporativ emissiya intensivliyinin 30% və ümumi emissiyaların həcminin 20% azaldılması kimi hədəflərini beynəlxalq ictimaiyyət qarşısında elan edib.
Qarşıya qoyulan məqsədlərə çatmaq yolunda SOCAR-ın Müşahidə Şurasının qərarı ilə təsis olunan “SOCAR Green” törəmə müəssisəsinin portfelindəki təsdiqlənmiş layihələrin ümumi gücü artıq 1,66 QVt təşkil edir. Bu layihələr sırasında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birgə həyata keçirilən “Mega” layihəsini (1 QVt), bp ilə tərəfdaşlıq çərçivəsində reallaşdırılan “Şəfəq” günəş layihəsi (240 MVt), Çin tərəfdaşları ilə hazırlanan əlavə günəş enerjisi layihələrini (420 MVt) qeyd etmək istərdik.
SOCAR-ın beynəlxalq əməkdaşlıqları çərçivəsində formalaşan irihəcmli investisiya planları Azərbaycanın yaşıl enerji sektorunda regional liderə çevrilməsi istiqamətində atılan mühüm addımlardır.
“SOCAR Green” və “Masdar” əməkdaşlığı çərçivəsində Biləsuvar rayonunda 445 MVt və Neftçala rayonunda 315 MVt gücündə günəş elektrik stansiyalarının tikintisi üçün 600 milyon ABŞ dollarından çox sərmayənin yatırılması nəzərdə tutulub. Həmçinin Abşeron rayonunda 240 MVt gücündə külək elektrik stansiyasının tikintisi nəzərdə tutulub. Bu layihələr SOCAR-ın enerji istehsalında şaxələndirmə və karbon neytrallığı məqsədlərinə çatmaqda mühüm rol oynayacaq.
Bundan əlavə, “SOCAR Green” Səudiyyə Ərəbistanının “ACWA Power” və “Masdar” şirkətləri ilə 3,5 QVt qədər gücündə, həmçinin Çin Xalq Respublikasının “China Datang” və “PowerChina” şirkətləri ilə 2 QVt qədər gücündə dənizdə külək enerjisi stansiyalarının layihələndirilməsi və inşası üzrə anlaşma memorandumları imzalayıb. Bu sənəd layihələrin ilkin mərhələlərindən planlaşdırılmasına, struktur təsis olunmasına, texniki və hüquqi dəstək mexanizmlərinə qədər bütün mərhələləri əhatə edir. Bu təşəbbüslər Azərbaycanın Xəzər dənizində yaşıl enerji istehsalı potensialının reallaşdırılmasına xidmət edir.
“SOCAR Green”in maraq dairəsi təkcə günəş və külək enerjisi ilə məhdudlaşmır. Şirkət SLB ilə birlikdə Azərbaycanda geotermal enerji potensialının araşdırılmasını həyata keçirir. Bu sahədə aparılacaq tədqiqatlar ölkənin enerji balansına yeni alternativ mənbələrin daxil edilməsinə imkan yaradacaq.
SOCAR-ın yaşıl enerji üzrə təşəbbüsləri və beynəlxalq tərəfdaşlıqları Azərbaycanın enerji sektorunda ekoloji tarazlığın və iqtisadi dayanıqlılığın qorunması baxımından strateji əhəmiyyət daşıyır.
2-10-2026, 13:09
Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
2-10-2026, 13:07
“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır
2-10-2026, 13:06
Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub
2-10-2026, 13:03
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 13:01
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
2-10-2026, 13:00
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
2-10-2026, 12:59
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
2-10-2026, 12:58
Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
2-10-2026, 12:57
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
2-10-2026, 12:56
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
30-09-2026, 13:25
Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb
30-09-2026, 13:24
Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır
30-09-2026, 13:23
Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər
30-09-2026, 13:21
Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq
30-09-2026, 13:20
Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır -
30-09-2026, 12:17
Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
30-09-2026, 12:16
Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
30-09-2026, 12:12
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
30-09-2026, 11:59
Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb
30-09-2026, 11:57
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
29-09-2026, 12:53
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
29-09-2026, 12:51
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
29-09-2026, 12:49
Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb
29-09-2026, 11:31
Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır
29-09-2026, 11:29
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
29-09-2026, 11:27
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
29-09-2026, 11:25
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək